Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Abram Surkin
Abram Surkin — Azərbaycanın Əməkdar memarı. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Abram Surkinə həsr edilmişdir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Kukin adaları
Kukin adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 2 adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisində yerləşir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Solsberi adasından 2 km şimal-şərqdə yerləşir. == Xüsusiyyətləri == Arxipelaqa daxil olan adaların ən böyüyünün diametri 500 m, kiçiyinin daxil uzunluğu 100 metrdir. Ən böyük adanın maksimal hündürlüyü 18 metrdir. Ada Cənub qütbünə təşkil edilən Roald Amundsen ekspedisiyası üzvü, rus qütb səyyahı Aleksadr Kukinin şərəfinə adlandırılmışdır.
Mixail Lukin
Lukin Mixail Fyodoroviç (rus. Михаил Фёдорович Лукин; 18 noyabr 1892, Zubtsov, Tver quberniyası[d] – 25 may 1970, Moskva) - sovet hərbi xadimi, Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra), general-leytenant (6 iyun 1940) Mixail Fyodoroviç Lukin 6([18] noyabr 1892-ci ildə Tver vilayətinin indiki Zubtsov rayonunun Poluxtino kəndində kəndli ailəsində anadan olmuşdur. Rusdur. 1913-cü ildən Rusiya ordusunda xidmətdə olmuş, I Dünya Müharibəsində iştirak etmişdir. 1916-cı ildə hərbi məktəbi bitirmiş, sonralar poruçik rütbəsində Barklay de Tolli adına Nesvij polkunun 4-cü rotasının komandiri olmuşdur. Lukin 1917-ci ildə Qırmızı Qvardiyaya daxil olmuş, 1918-ci ildən Oızıl Ordu sıralarında olmuşdur. 1918-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Səhra Qərargahı yanında kəşfiyyatçılar kursunu bitirmişdir. 1919-cu ildə Ümumrüsiya Kommunist (bolşeviklər) Partiyasının tərkibinə daxil olmuşdur. Vətəndaş müharibəsi dövründə Mixail Lukin diviziya qərargah rəisinin köməkçisi, polk və briqada komandiri, diviziya qərargah rəisi olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə iki Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
Sakin Cabarov
Sakin Həmid oğlu Cabarov — fizika elmləri doktoru, dosent. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini. Sakin Cabarov 30 avqust 1983-cü ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. Ailəlidir, bir oğlu bir qızı vardır. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdir. 1990–2000-cu illərdə Xaçmaz rayonu Q. Mövlanov adına Dədəli kənd orta məktəbində orta təhsilini almışdır. 2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış və həmin fakültəni Fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin magistraturasında təhsil almış və Kvant elektronikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun fəlsəfə doktorluğu üzrə 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə doktoranturada təhsil almış, 2012-ci ildə "Yüksək təzyiqlərdə PbTiO3, NaNbO3, BiMnO3 perovskit seqnetoelektriklərdə struktur faza keçidləri" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə dosent elmi adı almışdır.
Suvin (Miyanə)
Suvin (fars. سوين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (49 ailə).
Sükan hidrogücləndiricisi
Sükan hidrogücləndiricisi - sükan idarə mexanizminin tərkib hissəi olub, avtomobilin hidravlik sistemi vasitəsilə hərəkət zamanı avtomobilin idarə olunmasını asanlaşdırır və əksəlaqəni saxlayaraq verilmiş trayektoriya üzrə hərəkətin stabilliyini təmin edir. Sükan hidrogücləndiricisi elə quraşdırılmışdır ki, onun sıradan çıxması zamanı sükanın idarə edilməsi pozulmayır, bu halda sükan sadəcə ağır işləyir. Hidrogücləndirici özündə qapalı hidravlik sistemi təsvir edir. Buraya nasos, təzyiq tənzimləyicisi, hidravlik maye qabı, ventili və hidrosilindri idarəedən siistem daxildirlər. Avtomobilin mühərrikindən hərəkət alan nasos, mayeni lazımi səviyyədə saxlayan təzyiq tənzimləyicisi və maye qabı hidrogücləndiricidə təzyiq meyillənməsini stabilləşdirməyə xidmət edir. İkitərəfli gücləndirici hidrosilindr müasir avtomobillrdə adətən sükanın idarə sistemindəki darağa birləşdirilir və onun hərəkətinə güc verir. Ventil sükan valına bərkidilir və ona düşən momentə uyğun reaksiya verir. Sükanın dönmə hərəkətini ventilin işləməsinə çevirmək üçün çoxlu sayda üsullar mövcuddur. Bunların əksəriyyəti valda hərəkətli hissənin yerləşdirilməsinə əsaslanır. Müasir avtomobillərdə valın hərəkətli hissəsi rolunu torsion oynayır.
Vasili Şukşin
Vasili Makaroviç Şuşkin (rus. Василий Макарович Шукшин; 25 iyul 1929[…] – 2 oktyabr 1974[…]) — rus yazıçısı, kinossenarist, kinoaktyor, kinorejissor. Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri — həmin ərazinin yetirmələri, ortabab kəndlilər idilər. 1960-cı illərin əvvəlində bir-birinin ardınca Şukşinin bədii əsərləri işıq üzü görməyə başladı. "Həqiqət", "Nurlu ürəklər", "Stepkinin məhəbbəti" hekayələri 1961, "İmtahan", "Dirsəkli vallar", "Jurnalistika fakültəsindən Jelya Seleznyova" əsərləri 1962-ci ildə nəşr olundu. 1963-cü ildə "Gənc qvardiya" nəşriyyatında Şukşinin "Kənd sakinləri" adlı ilk toplusu çapdan çıxdı. Həmin il "Novıy mir" jurnalında onun iki hekayəsi dərc edildi: "Əla sürücü" və "Qrinka Malyuqin" ("Onlar Katundandırlar" silsiləsindən). Bu hekayələr əsasında Şukşin "Belə bir oğlan yaşayır" adlı ilk tammetrajlı filminin ssenarisini yazır. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında "Kalina Krasnaya" ("Qırmızı Başınağacı") əsas mükafata layiq görüldü.
Vasili Şuşkin
Vasili Makaroviç Şuşkin (rus. Василий Макарович Шукшин; 25 iyul 1929[…] – 2 oktyabr 1974[…]) — rus yazıçısı, kinossenarist, kinoaktyor, kinorejissor. Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri — həmin ərazinin yetirmələri, ortabab kəndlilər idilər. 1960-cı illərin əvvəlində bir-birinin ardınca Şukşinin bədii əsərləri işıq üzü görməyə başladı. "Həqiqət", "Nurlu ürəklər", "Stepkinin məhəbbəti" hekayələri 1961, "İmtahan", "Dirsəkli vallar", "Jurnalistika fakültəsindən Jelya Seleznyova" əsərləri 1962-ci ildə nəşr olundu. 1963-cü ildə "Gənc qvardiya" nəşriyyatında Şukşinin "Kənd sakinləri" adlı ilk toplusu çapdan çıxdı. Həmin il "Novıy mir" jurnalında onun iki hekayəsi dərc edildi: "Əla sürücü" və "Qrinka Malyuqin" ("Onlar Katundandırlar" silsiləsindən). Bu hekayələr əsasında Şukşin "Belə bir oğlan yaşayır" adlı ilk tammetrajlı filminin ssenarisini yazır. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında "Kalina Krasnaya" ("Qırmızı Başınağacı") əsas mükafata layiq görüldü.
Sakin Məmmədzadə
Lukin Mixail Fyodoroviç
Lukin Mixail Fyodoroviç (rus. Михаил Фёдорович Лукин; 18 noyabr 1892, Zubtsov, Tver quberniyası[d] – 25 may 1970, Moskva) - sovet hərbi xadimi, Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra), general-leytenant (6 iyun 1940) == Tərcümeyi-halı == Mixail Fyodoroviç Lukin 6([18] noyabr 1892-ci ildə Tver vilayətinin indiki Zubtsov rayonunun Poluxtino kəndində kəndli ailəsində anadan olmuşdur. Rusdur. 1913-cü ildən Rusiya ordusunda xidmətdə olmuş, I Dünya Müharibəsində iştirak etmişdir. 1916-cı ildə hərbi məktəbi bitirmiş, sonralar poruçik rütbəsində Barklay de Tolli adına Nesvij polkunun 4-cü rotasının komandiri olmuşdur. Lukin 1917-ci ildə Qırmızı Qvardiyaya daxil olmuş, 1918-ci ildən Oızıl Ordu sıralarında olmuşdur. 1918-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Səhra Qərargahı yanında kəşfiyyatçılar kursunu bitirmişdir. 1919-cu ildə Ümumrüsiya Kommunist (bolşeviklər) Partiyasının tərkibinə daxil olmuşdur. Vətəndaş müharibəsi dövründə Mixail Lukin diviziya qərargah rəisinin köməkçisi, polk və briqada komandiri, diviziya qərargah rəisi olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə iki Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
Skin of Tears
Skin of Tears — 1991—2007-ci illərdə mövcud olmuş pank janrında ifa edən Alman qrupudur. 1991-ci ildə qrup 4 heyətdən, 1996-cı ildə isə 3 heyətdən ibarət idi. Qrup heyəti Bad Religion, Strung Out, No Use for a Name, Lagwagon, Rancid və Shelter Konzerte kimi məşhur rep qrupları ilə birgə səhnədə ifa edib. 2005-ci ilin yayında "Skin of Tears" qrupunun heyəti Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsert verirlər. 2007-ci ildə isə "Skin of Tears" qrupu solo karyerasına son verir.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Bukan
Bükan ya Bəykəndi (fars. بوکان‎) — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Bükan şəhristanının mərkəzi. Bükan şəhəri Tatavuçay (farsca adı Siminərud) çayının şərq sahilində, Qərbi Azərbaycan və Kürdüstan ostanlarını ayıran xəttdə, Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) və Kürdüstan ostanının Saqqız şəhərləri arasında yerləşir. 2016-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Bükan şəhərinin 194,000 nəfər əhalisi var - beləliklə, Bükan bütün Qərbi Azərbaycan ostanı boyunca sayına görə üçüncü böyük şəhər sayılır. Bükanın görməli yerləri kimi şəhərin Cümə məscidini və Sərdar məqbərəsini sadalamaq olar.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Qubkin
Qubkin — Rusiya Federasiyasının Belqorod vilayətində şəhər.
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. == Tarixi == Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Dəvəşəhri (Bükan)
Dəvəşəhri (fars. دوه شهري‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (25 ailə).
Elmabad (Bukan)
Elmabad (fars. علم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (19 ailə).
Erkin Alptəkin
Erkin Alptəkin (4 iyul 1939) — Uyğur əsilli yazıçı və siyasi fəal. Bir çox beynəlxalq təşkilatların qurulması üçün çox önəmli rol oynamışdır. Bunlardan ən məşhurları Dünya Uyğur Qurultayı və Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatıdır. == Həyatı == 4 iyul 1939-cu ildə Sintszyan-Uyğur Muxtar Rayonunda dünyaya gəlmişdir. 1949-cu ildə Sincanın sülh yolu ilə azad edilməsindən və yeni Çin Xalq Respublikasının qurulmasından sonra ailəsi ilə Kəşmirdəki Srinaqara qaçdı. Burada katolik məktəbində oxuduqdan sonra Convent Kollecində oxumağa başladı. Sonra isə İstanbul Jurnalistika İnstitutunda təhsilini başa vurdu. Təhsilini bitirdikdən sonra Almaniyaya köçmüş ancaq 1954-cü ildə yenidən Türkiyəyə qayıtmışdır. == Fəaliyyəti == 1971-ci ildə, atasının əlaqələri səbəbindən Münhendə Azadlıq / Azadlıq Radiosuna işə gəldi. "Baş Siyasət Müşaviri" olaraq çalışdı və 1979-cu ilə qədər Uyğur dilli verilişlər AzadlıqRadiosunun izlədiyi bir auditoriya olmaması üçün dayandırıldığı zaman Uyğur şöbəsinə rəhbərlik etdi.
Erkin Hüseynov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Erkin Koray
Erkin Koray (24 iyun 1941, İstanbul – 7 avqust 2023, Toronto) – türk musiqiçi. Əsasən rok sənətçisi kimi tanınır və anadolu rokunun yaradıcılarından biri hesab olunur.
Ermənibulağı (Bukan)
Ermənibulağı (fars. ارمني بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (70 ailə).