Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü. Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Sufilər (Həştrud)
Sufilər (fars. صوفي لار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 300 nəfər yaşayır (54 ailə).
Tomas Şuller-Qötzburq
Tomas Şuller-Qötzburq (15 yanvar 1966, Hallayn[d], Zalsburq[d]) — Avstriya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == 1984-1988-ci illərdə Vyana Universitetinin Misirşünaslıq fakültəsində ali təhsil almışdır. 1988-1990-cı illərdə isə Vyana Diplomatik Akademiyasında oxumuşdur.
Elza Lasker-Şüler
Elza Lasker-Şüler(alm. Else Lasker-Schüler‎, tam adı alm. Elisabeth Lasker-Schüler‎; 11.2.1869, Elberfeld, müasir Vuppertal — 22.1.1945, Qüds, Fələstin) —Alman şairəsi. == Həyatı == Elza Lasker-Şüler 1869-cu ildə, Wuppertal şəhərində, zəngin və yəhudi bir ailədə dünyaya göz açdı. O altı bacı-qardaşın ən kiçiyi idi. Hələ dörd yaşında ikən yazıb oxumağa başladı. Sonrakı illərdə məktəb həyatına özünü uyğunlaşdıra bilmədiyinə görə on bir yaşında məktəbi buraxıb evdə dərs almağa başladı. On üç yaşında çox sevdiyi qardaşını itirdi və iyirmi bir yaşında isə anasının ölümü onda dərin izlər buraxdı. O bu itkini öz ömründə "Cənnətdən qovulmaq" kimi dəyərləndirdi və onun acısını hər zaman duydu. Anası üçün həsrət və kədərlə dolu şeirlər yazdı.
Eynar fon Şuler
Eynar fon Şuler (alm. Einar von Schuler‎; 28 oktyabr 1930, Leypsiq, Prussiya[d] – 14 fevral 1990) — Almaniya şərqşünası. == Həyatı == Eynar fon Şuler 28 oktyabr 1930-cu ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. O, Leypsiqdəki Tomas məktəbində təhsil almışdır. Şuler daha sonra Leypsiq Universitetində və Azad Berlin Universitetində İohann Fridrixin rəhbərliyi altında qədim Yaxın Şərq (xüsusilə hetologiya) üzrə təhsil almışdır. O, 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Şuler daha sonra Heydelberq və Münster Universitetlərində Adam Falkenşteynin köməkçisi olmuşdur. O, Berlinə qayıdaraq habilitasiya təcrübəsindən keçmişdir. Şuler 1963-cü ildə Azad Berlin Universitetində qədim şərq filologiyası üzrə professor olmuşdur. O, 1969-cu ildə Suriyada Həbubə Qəbirə və Təll Munbəqat qazıntılarına rəhbərlik etmişdir.
Hand–Şüller–Kristian xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.
Xend-Şüller-Krisçen xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.
Builər
Builər — bueylər, buyailər, buçjunlar, bujaolar, puyilər, pumanlar (özlərini buxqyaix, hərfi mənada – insan adlandırırlar; Çin dilində buyiszular, qədim adları çjunszya, tuszya– yerli; iszular, bendilər, şuyxular) — Cənubi və Cənub-Qərbi Çində çjuandun xalqlarından biri. == Yayılmaları == Əsasən, bui və myao xalqlarının Syannan və Syansi muxtar qəzalarında (Quyçjou əyaləti), həmçinin Yunnan və Sıçuan əyalətlərində yaşayırlar. Sayları Çində 3,3 mln. nəfər (2005), Vyetnamda 2 min nəfərdir. Builər tay dillərinə aid, cənub, mərkəz və qərb dialektləri olan bui dilində danışırlar; Çin dili də yayılmışdır. Yazısı 1956-cı ildən latın qrafikası əsasındadır, bundan əvvəl Çin yazısını tətbiq etmək cəhdləri olmuşdur. Ənənəvi inanclarını saxlayırlar, dindarların bir qismi xristiandır (19-cu əsrin sonlarından). Builər mənşə, dil və özlərinə verdikləri ad baxımından çjuanlara yaxındırlar. Qədimdə çjuanlar, taylar və digərləri ilə yanaşı sioular, loyuelər, bayyuelər, eramızın 1-ci minilliyinin sonlarından manlyaolar, lilyaolar, 2-ci minilliyin ortalarından çjunszyalar, çjunszyamyaolar və s. adlar altında məlum olmuşlar.
Düzlər
Düzlər və ya Stalinçilər — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Kənd dənizsahili düzənlikdə Dərbənd şəhərindən 25 km cənubda Tabasaran rayonu ilə sərhəddə yerləşir. Əskidən monoetnik azərbaycanlı kəndi olmuşdur. Ancaq son üç onillikdə (1980-ci ildən sonra) azərbaycanlılar kəndi tərk edir, onların yerlərinə tabasaranlılar yerləşirlər. Nəticədə etnik tərkibdə üstünlük tabasaranlılara keçmişdir. 2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən sakinlərinin sayı 477 nəfər olmuşdur, əhali əsasən tabasaranlılardan, qismən azərbaycanlılardan ibarətdir. == Mənbə == Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района == Ədəbiyyat == Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.
Elflər
Elflər (alm. elf‎ — ing. elf) — alman-skandinav və kelt folklorunda sehrli xalq. "Alvla" (q.skan. álfr) və sidlər (qəd. irl. sidhe) adları ilə tanınır. Müxtəlif miflərdə elflərin təsviri müxtəlifdir, ancaq bir qayda olaraq onlar gözəl, işıqlı, insana dost məxluqlardır. Ancaq onlar insanlardan daha hündür və gözəl təsvir olunur. Bununla belə insandan daha cəld və qüvvətlidir.
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Müller
Müller — Almaniya soyadı.
Müqlər
Müqlər — qədimdə Azərbaycan ərazisində yaşamış türkmənşəli tayfa. Bu tayfa Atropatena ərazisində yaşamış 5 tayfadan biri idi.
Sadler
Josef Sadler (alm. Joseph Sadler‎; 6 may 1791, Bratislava – 12 mart 1849, Peşt[d], Peşt medyesi) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Josef Sadler toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Astragalus vegliensis Sadler Bupleurum affine Sadler Centaurea scabiosa Sadler Ferula sibirica Sadler Scutellaria hirsuta Kit. ex Sadler == Əsərləri == Sadler J. Verzeichniss der um Pesth und Ofen wildwachsenden phanerogamischen Gewächse. — Pesth, 1818. — 79 p. Sadler J. Flora comitatus pestiensis. — Pestini, 1825–1826. — 2 pts.
Sellər
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
Skiflər
Skiflər — antik dövrdə və orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar. (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. == Skif etnonimi == Bir assur mənbəsində e.ə.
Suklen
Suklen (fr. Souclin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01411. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 40 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 261 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi cəhətdən, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu 61,9%). 119 fəal sakindən 113 nəfər (63 kişi və 50 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) işlədi.
Sözlər
Sözlər (Sartr)
Sıflar
Şiələr
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Günlər
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Süfrilər
Süfrilər — İslam dininin xaricilər məzhəbi tərkibində olan qrup. == Tarix == VII və VIII əsrlər boyu fəaliyyət göstərən bu təriqət mənsubları bu günkü Mərakeşin hüdudları daxilində yerləşən Sicilmesse şəhərini özlərinə paytaxt edərək Midrarilər Dövlətini qurmuşlar. Əlcəzairin Tlemcen bölgəsindəki Banu İfran (İrfanoğulları) Əbu Qurra və Əbu Yəzid Muxallad ibn Keyrad ən-Nukkari (ərəb. أبو يزيد مخلد بن كيراد‎) rəhbərliyi altında müqavimət hərəkatları təşkil edən Əməvilər və Abbasilər bölgəsindəki hökmranlığından narazı olanlar Sufri Berberlərdən ibarət idi.
Adelhayd Kofler
Adelhayd Kofler – Avstriyanın ixtiraçı, mineralogist və oftalmoloqudur. Vyana Universitetindən məzun olub. == Həyatı == Adelhayd Kofler 24 İyun 1889-cu ildə anadan olub. Amstetdə oxuduqdan sonra 1903-1907-ci illərdə Çexiyanın Brno şəhərindəki bələdiyyə qız məktəbində təhsilinə davam edib. 1907-1911-ci illərdə Vyana Universitetində ali təhsil alıb. 1911-ci ildə liseylərdə gənc qız şagirdlərə riyaziyyat, fizika fənnlərini öyrətmək üçün ixtisas imtahanından keçdi. 1912-ci ildə yüksək səviyyəli məktəblərdə dərs keçmək üçün yetərlilik imtahanı verdi. Daha sonra Vyanada liseydə dərs keçməyə başladı. 1913-cü ildə Fridrix Yohan Karl Bekin rəhbərliyi altında mineralogiya üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1917-ci ildən Vyana Universitetində oftalmologiya üzrə tibb təhsili aldı və 1921-ci ildə oftalmologiya üzrə doktorluq dissertasiyasını müdafiə etdi.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, çən salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Brenda Şaffer
Brenda Şaffer (1965, ABŞ) — Amerikalı-İsrailli professordur. Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, elmlər doktoru, professor, siyasi xadim. == Bioqrafiyası == Brenda Şaffer 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuşdur. Doktorluq dissertasiyasını Təl-əviv universitetində müdafiə etmiş, bir neçə il həmin universitetdə tədqiqatçı və İsrail dövləti üçün siyasi təhlilçi olaraq çalışmışdır. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib. Hal hazırda siyasi elmlər sahəsi üzrə Haifa universitetində və Azərbaycan Diplomatik Akademiyasında çalışır. Professor Şaffer "Enerji Siyasəti" kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Dr.Şaffer həmçinin Qafqazda kimlik və mədəniyyət mövzusu üzrə kitab müəllifidir. Hazırda ABŞ-nin Vaçiqton şəhərindəki Corctaun Universitetinin professorudur. İngilis, türk, rus, Azərbaycan və ivrit dillərini bilir.
Bütlər kitabı
Bütlər kitabı Ərəb alimi Hişam ibn əl-Kalbi (737–819) tərəfindən yazılmış "Bütlər" kitabı (Kitab al-Əznəm), İslam əvvəli ərəb dinini, tanrılarını və ibadətlərini təsvir edir . Mətn İslam əvvəli ərəb dininin tənqidini edir və ərəblərin Kəbənin qurulmasından bəri olduqları vəziyyəti dini sui-istifadə məsələsinə aydınlıq gətirir. Kitab, "İslam əvvəli ərəblərin bütpərəstliyi" ilə şirkin (çoxtanrılığın) müəyyənləşdirilməsində təsirli oldu. Misir filoloqu Əhməd Zaki Paşa mətni aşkar etdi; Dəməşqdəki hərracda yeganə əlyazmanı satın aldı və onun geniş kolleksiyasındakı əlyazmalardan olan yazı 1934-cü ildə ölümündən sonra dövlətə bağışlanıb. Zaki Paşa XIV Beynəlxalq Şərqşünaslar Konqresində öz kəşfini açıqladı . == İstinadlar == == Tərcümələr == Faris, Nabih Amin (1952). Hishām Ibn-Al-Kalbi, The Book of Idols or The Kitāb al-Aṣnām. Princeton: Princeton UP. English translation. == Əlavə Ədəbiyyat == H. S. Nyberg. "Bemerkungen zum Buch der Götzenbilder von Ibn al-Kalbi." Lund: Svenska Institut i Rom.