Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayılqa
Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Con Travolta
Con Travolta (ing. John Joseph Travolta; 18 fevral 1954[…], Enqlvud[d], Nyu-Cersi) — ABŞ aktyoru. == Həyatı == Con Cozef Travolta 1954-cü il fevralın 18-də ABŞ-nin Nyu-Cersi ştatınını Enqlvud şəhərində doğulub. İtaliyalı futbolçu və irlandiyalı müğənninin ailəsində dünyaya gələn Con kiçik yaşlarından rəqs etməyi öyrənib. Rəqs etməyi qəlbən sevən və böyük səhnələrdə çıxış etmək arzusu ilə yaşayan Con 16 yaşında müzikldə debüt etmək məqsədilə orta təhsilini yarımçıq qoyur. Məktəbdən ayrılaraq əvvəlcə həvəskar truppalarda, sonra isə Brodveydə istedadını nümayiş etdirir. Bundan əlavə, təyyarəçilik peşəsinə də yiyələnən Con 19 yaşında pilot lisenziyasını qazanır. == Karyerası == 1977-ci ildə rejissor Con Bedhem 23 yaşlı Travoltanı "Bazar gecələrinin həyəcanı" filmində baş rola çəkilməyə dəvət edir. Film ABŞ-də böyük uğurla nümayiş olunandan sonra Con yaşıdlarının kumirinə çevrilir. Onun 1978-ci ildə çəkildiyi "Briolin" kinomüzikli daha böyük müvəfəqiyyət qazanır.
Tapalqa (Germi)
Tapalqa (fars. تپلقا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (8 ailə).
Davola baroş
Davola baroş — Serbiyanın cənubunda Radan dağının zirvəsində yerləşən təbiət mənzərəsi. Bura hündürlüyü 2 metrdən 15 metrədək olan 202 daş sütundan ibarət bir yerdir. Dağın hündürlüyündə 100 kq çəkili daş sütunlar yerləşir. Bu sütunlar təbii bioloji aşınma nəticəsində yaranmışlar. Bu ərazidə iki su hövzəsi var ki, bunları da “Şeytan suyu” və ”Şeytan quyusu” adlandırmışlar. Hər iki su hövzəsində minerallaşma yüksək olduğu üçün burada yaşıllıq demək olar ki yoxdur. Bu yer qəribəliyinə görə yerli sakinlər tərəfindən qorxulu əfsanələrin yaranmasına səbəb olub və buna görə də “Şeytanın şəhəri” adlandırılıb. Bura gələn turistlərə ekskursiya yalnız gecələr keçirilir. 1959-cu ildən ”Şeytan şəhəri”nin ərazisi qoruq statusu alir. 1995-ci ildə Serbiya hökuməti bura təbiət abidəsi statusu verir.
Alburnus avola
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Nazlı Tolga
Nazlı Tolga Brenninkmeyer (8 noyabr 1979, Ankara) — türk-holland jurnalisti və xəbər aparıcısıdır. O, atasının vəzifəsi ilə əlaqədar 7 yaşında Ankaradan İstanbula köçüb. Əvvəlcə Erenköy İbtidai məktəbini, daha sonra Üsküdar Amerikan Liseyini bitirib . Universitet təhsilini Marmara Universitetinin Ünsiyyət fakültəsində tamamladı. Daha sonra Qalatasaray Universitetinin Ünsiyyət fakültəsində magistr dərəcəsi aldı. Jurnalistika karyerasına 1998-ci ildə universitetdə oxuyarkən Kanal D -də təcrübə ərizəsi qəbul edildikdən sonra başlayıb. O, ilk olaraq Kanal D-də Xarici Xəbərlər xidmətində işə başlayıb. Daha sonra Tuncay Özkan baş redaktorda gündəlik və gecə xəbərlərini təqdim etdi. Tuncay Özkan 4 il Kanal D-də qaldıqdan sonra 2002-ci ildə Tuncay Özkan ilə Doğan Qrupu arasında yaranan fikir ayrılığına görə Defne Samyeli və komandası ilə Show TV -yə keçdi. Show TV-də qaldığı 1 il ərzində gecə-gündüz xəbərləri ilə yanaşı, xüsusi müsahibələr də verib.
Podlesnaya Tavla
Podlesnaya Tavla (erz. Вирь Тавла) — Mordoviya Respublikasının Koçkurovski rayonunda yerləşən kənd. Kənd Podlesno-Tavlinski kənd məskunlaşmasının inzibatı mərkəzidir. Podlesnaya Tavla meşə massivinin yaxınlığında olan Tavla çayının sahilində yerləşir. Rayon mərkəzinə (Koçkurova kəndi) olan məsafə 7 km, Voevodskoe dəmiryol stansiyasına qədər ki, məsafə isə 19 km-dir. Toponimin əsasında türk dillərinə məxsus leksik element var: Тау/tav — «dağ» (türk.). Dmitri Vladimiroviçə görə finn-uqor dillərindən rus dilinə hərfi tərcümədə Tavla «dağlıq» mənasını verir. İlk dəfə olaraq «Saransk gömrük kitabında» xatırlanır (1692). 1706-cı ilin sənədlərinə əsasən Podlesnaya Tavlada 57 həyət var idi. 1867-ci ildə Tavla kəndində "İsa Məsih" məbədi inşa edilmiş.
Tolga Çandar
Tolga Çevik
Tolga Çevik (Tolqa Çevik) - Türk komediya ustası, teatr, kino və serial aktyoru. "Avrupa Yakası" adlı serialda Sacit Kral xarakterini canlandırmışdır. Serialdan çıxdıqdan sonra "Komedi Dükkanı" adlı komediya proqramında çıxış etməyə başlamışdır. 1996-cı ildə Missuri Ştatı Mərkəzi Universitetinin Teatr sənəti fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Məşhur amerikalı aktyor Robin Uilyamsdan dərs almışdır. ABŞ-dakı təhsilini tamamladıqdan sonra Hadi Çaman Teatrında profesional səhnə həyatına başlamışdır. BKM-nin aktyoru olan Tolga Çevik, əsasən BKM istehsalı olan film, serial və tamaşalarda rol alır. Cem Yılmazın bacısı Özge Yılmaz ilə evlidir. Bir qızı (Tuna) və bir oğlu (Tan) var.
Tolqa Sarıdaş
Tolqa Sarıdaş (30 may 1991, İstanbul) — Türkiyə aktyoru. Əslən Sivaslıdır. İstanbulda doğulub, böyümüşdür. Xəlil Aqqənd litseyindən məzun olub. Litseydəki təhsili bitdikdən sonra aktyorluğa maraq göstərib. Əsənyurd bələdiyyə teatrı və Zeytun budağı teatrlarında aktyorluq edib. Bir neçə film və teleserialdan sonra Möhtəşəm yüz il adlı teleserialda canlandırdığı Şahzadə Cahangir roluyla Türkiyədə məşhurlaşmağa başlayıb. Günəşin qızları adlı teleserialda Ali Mərdoğlu rolunu canlandırmışdır. 20 yanvar, 2017-ci ildə yayımlanan Pis uşaq filmində Meriç Tuna rolunda olmuşdur. Hal-hazırda Söz adlı teleserialda Yavuz Qarasu rolunu canlandırır.
Tolqa Taş
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Tolqa Çevik
Tolga Çevik (Tolqa Çevik) - Türk komediya ustası, teatr, kino və serial aktyoru. "Avrupa Yakası" adlı serialda Sacit Kral xarakterini canlandırmışdır. Serialdan çıxdıqdan sonra "Komedi Dükkanı" adlı komediya proqramında çıxış etməyə başlamışdır. 1996-cı ildə Missuri Ştatı Mərkəzi Universitetinin Teatr sənəti fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Məşhur amerikalı aktyor Robin Uilyamsdan dərs almışdır. ABŞ-dakı təhsilini tamamladıqdan sonra Hadi Çaman Teatrında profesional səhnə həyatına başlamışdır. BKM-nin aktyoru olan Tolga Çevik, əsasən BKM istehsalı olan film, serial və tamaşalarda rol alır. Cem Yılmazın bacısı Özge Yılmaz ilə evlidir. Bir qızı (Tuna) və bir oğlu (Tan) var.
Volqa deltası
Volqa deltası — Avropanın ən böyük çay deltası, dünyada isə 8-ci yeri tutur. Delta mənsəbdə Volqa çayının ən böyük qolu olan Buzan çayından başlayır. Deltada Volqanın 500 irili-xırdalı qolu vardır. Əsas qolları — Buzan, Bəxdəmir, Kazımyak, Köhnə Volqa, Bolda, Axtuba, Kiqaç (Axtuba və Baxdəmir gəmişilik üçün yararlıdır. Xəzər dənizinin səviyyəsinin 130 il ərzində azalması səbəbindən deltanın sahəsi 9 dəfə artmışdır. Delta unikal flora və faunaya mənsubdur. Bu səbəbdən 1919-cu ildə burada Həştərxan qoruğu yaradılmışdır (Hətta ümumdünya irsi siyahısına daxildir). Deltada qolların sayı relyefdən və axından asılı olaraq dəyişir. Qollar əsasən yuxarı və aşağı hissələrdə üstünlük təşkil edir. Kiçik qollar əsasən deltanın dəniz sahillərinə yaxın hissədə çoxalır.
Volqa pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Volqa siyənəyi
Volqa siyənəyi (lat.Alosa kessleri volgensis ) — siyənəkkimilər fəsiləsinin növüdür. Xəzərin hər yerində rast gəlinir. Qışı Cənubi Xəzərdə (Azərbaycan sularında) keçirir, yaz gəldikdə hər iki sahil boyu şimala doğru miqrasiya edir, başlıca olaraq Volqa çayına, az miqdarda isə Ural çayına girir. D III - IV 13 - 15 (14), ümumi sayı 17 - 19 (18), A III 16 – 20 (17.8), ümumi sayı 19 - 23 (20.8), qəlsəmə dişciklərinin sayı 90 - 155 arasında dəyişir. Qəlsəmə dişcikləri nazik və uzun olur. Başı çox böyük və enlidir. Fəqərə sümüklərinin sayı 48 - 54 (51.9) olur. Yetkin fərdlərinin uzunluğu 19 - 39 sm, kütləsi 100 - 600 q arasında dəyişir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. Keçici balıq olub Xəzərdə yaşayır, çoxalmaq üçün Volqa və Ural çaylarına girirlər.Qidasını xərçəngkimilər və balıqlar təşkil edir.
Volqa sıfı
Volqa sıfı (lat. Sander volgensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir. Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur.
Volqa tatarları
Volqa tatarları və ya Volqa tatarları — hal-hazırda Rusiya Federasiyasına bağlı muxtar Tatarıstan Respublikasında və Volqa çayı boyunca yerləşmiş olan Kazan və ya Volqa tatarlarına verilən addır. Rusiyanın ruslardan sonra ən çoxsaylı ikinci etnosudurlar. Volqa çayı boyunca yerləşdikləri üçün bu adı almışdırlar. Tatar dilində danışırlar. Dilləri Krım tatar dilinə çox yaxındır. Volqa tatarlarının ataları Volqa-Kama Ön Bulqarları ilə XIII əsrdə Orta Asiyadan bölgəyə gələn Qıpçak Kuma türkləridir. 922-ci ildən əsasən, müsəlmandırlar. Volqa tatarları Kazan tatarları, Mişarlar, Qasım tatarları, Noqrat tatarları, Perm tatarları və Keraşenlər kimi subetnoslara bölünmüşdürlər. Rusiyanın slavyan etnoslarından fərqlənən məxsusi adət-ənənəyə malikdirlər.
Volqa xoruzgülü
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Volqa yedəkçiləri
Volqa yedəkçiləri (rus. Бурлаки на Волге) əsəri 1872-1873-ci illərdə realist rus rəssamı və heykəltaraş İlya Repin tərəfindən çəkilmiş Şəkil çəkmək niyyəti Repində hələ 1869-cu ildə rəssam Konstantin Savitski ilə birlikdə Neva sahillərinə «İov və onun dostları» müsabiqə əsərini çəkməkdən ötrü etüdlər etmək üçün yollandığı zaman oyanmışdı. Orada gördüyü gəmi yedəkçiləri qayğısız cəmiyyət və mənzərəli təbiətlə müqayisədə onda təzadlı duyğular yaratmışdı. Elə o zaman gələcək əsərin ilkin eskizləri çəkilmişdi. Əsərin özü 1873-cü ildə başa çatdırıldı və cəmiyyətdə həyəcanlar tufanının heyranlıqdan qızğın nifrətə qədər bir burulğanının əmələ gəlməsinə səbəb oldu.
Volqa çayı
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Tolqa Çandar
Tolga Çandar (16 avqust 1959, Muğla ili) Türk Xalq musiqisi sənətçisidir. ODTÜ 3. sinifdə yoldaşlarıyla birlikdə qurduğu Çağdaş Türkü qrupu olaraq Bekle Beni albomunu çıxardı. Delikanlıya albomundan sonra qrup dağıldı. Tolga Çandar albomlarına davam etdi.
Volqa (rəqs)
Volqa rəqsi və ya Xoşbəxtlik rəqsi — Volqa çayı hövzəsində yaşayan xalqlar arasında məşhur olan ənənəvi rəqsdir. Bu rəqs, çoxəsrlik tarixə malikdir və regionun etnik və mədəni müxtəlifliyini əks etdirir. == Tarixi == Volqa rəqsi qədimdən bəri Volqa çayı hövzəsində yaşayan müxtəlif xalqların ənənəvi rəqslərinin birləşməsi kimi formalaşıb. Bu bölgədə rus, tatar, çuvaş, mari və mordvin xalqları tərəfindən öz mədəniyyətlərinə uyğunlaşdırılmışdır. Rəqs əsasən kənd yerlərində bayramlar, toylar və xüsusi dini bayramlarda ifa edilirdi. Tarix boyu bu rəqs regionun sosial və mədəni mərasimlərinin mühüm bir hissəsi olmuşdur. == Musiqi və instrumentlər == Volqa rəqsi ritmik və coşqun musiqi ilə müşayiət olunur. Əsas musiqi alətləri: Balalayka – Rusiya və digər region xalqları üçün xarakterik simli musiqi aləti. Harmoniya – Akordeona bənzəyən və Volqa bölgəsində geniş istifadə olunan alət. Qarmon – Xüsusilə tatar və başqırd xalqları tərəfindən istifadə olunur.
Orta Volqa diyarı
Orta Volqa diyarı — RSFSR–in tərkibində, 1929–1936-cı illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Samara şəhəri idi.