Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Səd Talvar (Bicar)
Səd Talvar (fars. سد تلوار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (11 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Balvar
Balvar (əvvəlki adı: Balvarı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılmışdır.
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Laklar
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışklar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. == Etimologiyası == Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Takvakor
Takvakor və ya Təqvakor (ing. Taqwacore) — musiqi janrı == Tarixi == "Takvakor" termininin yaradıcısı 17 yaşlı Nyu-Yorklu Maykl Nayt adlı bir gəncdir. O, 2002-ci ildə bu alternativ dünyanı anladan "Takvakor" adlı bir kitab yazır və fotosürətini çıxararaq yayır. Anarxist bir nəşriyyat evinin buraxdığı kitab kütləviləşir və "İslami punk"çı musiqi qrupları yaranmağa başlayır. == Mənası == "Təqva" yəni "Təqva" ərəbcə "Allah qorxusu", "core" isə "daxili, nüvə, iç" mənasını verir. == Mənbə == İslamçı punklar.
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. == Haqqında == Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Tatlar
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. == Dil == İran dillərindən biri olan Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. == Məskunlaşma == Azərbaycan dilində danışan tatlar əsasən Bakıda,, Şabran, Xızı, Siyəzən, Şamaxı, Quba, Gəncə, Şəmkir ,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Tayvan
Tayvan və ay rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bu günkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Tağlar
== Yaşayış məntəqələri == Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Tukzar
Tuzkar — Əfqanıstanda şəhər.
Xalvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürlmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. == Tarixi == === Erkən dövr === Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. === Orta əsrlər === Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Mtavar
Mtavar (gürc. მთავარი, mtavari; "tavi" – "baş" sözündən baş ) — feodal Gürcüstanda titul. Adətən "suveren knyaz" kimi tərcümə olunur, həmçinin "hersoq" ilə oxşar mənaya malikdir. Gürcüstanın zadəganlıq iyerarxiyasında mtavarilər tavadi və eristavilərdən (iri feodallardan) yuxarıda idi.Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra tavad, eristav və mtavar titulları rus knyazları ilə eyniləşdirilmişdir.
Taskbar
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Azərbaycanda təkrar parlament seçkiləri (yanvar 2001)
Alvar
ToponimlərAlvar (kommuna)
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Davar
Davar - qoyun, keçi kimi əhlilləşdirilmiş heyvanlara və onların sürülərinə verilən ad, mal-qara. == Etimologiyası == Davar sözü qədim türkcədəki tavar sözündəndir.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
0 yanvar
0 yanvar (sıfır yanvar; alternativ adı: 31 dekabr) - bir çox astronomik və texniki materiallarda qeyd olunan mövcud olmayan təqvim tarixidir.
10 yanvar
10 yanvar — Qriqorian təqvimində ilin 10-cu günü. Bu tarixdə ilin sonuna 355 gün (uzun ildə 356 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 49 — Qay Yuli Sezar Rubikon çayını keçərək, Qədim Roma vətəndaş müharibəsini başlayıb. 1072 — Robert Qviskar Palermonu işğal edib. === 1601–1900 === 1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilmişdir. === 1901–cari === 1946 — Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur. === Azərbaycana aid hadisələr === 1954 — Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. 1992 — Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.