Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Han Kan
Han Kan (hanqıl: 한강; 27 noyabr 1970[…], Kvanju) – Cənubi Koreya yazıçısı. Onun 2016-cı ildə nəşr olunmuş, ət yeməkdən imtina edən, mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən "Vegeterian" əsəri 2016-cı ildə beynəlxalq "Man Booker" mükafatına layiq görülüb. Roman həmçinin ingilis dilinə tərcümə olunmuş ilk köreya dilli əsərdir. 2024-cü ildə ədəbiyyat üzrə "Nobel" mükafatına layiq görülüb. Han Kan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ilk koreyalı və dördüncü (iki yapon və bir çinlidən sonra) asiyalı, ilk asiyalı qadın, 2000-ci ildə Sülh üzrə Nobel mükafatını alan C.Koreya prezidenti Kim De Çjundan sonra ikinci koreyalı Nobel mükafatı laureatıdır. == Həyatı == Han Kan yazıçı Han Son Vonun (kor. 한승원) qızıdır. Kan koreya dili və yaradıcılığı ixtisası üzrə Seul incəsənət universitetini bitirmişdir. Vaxtaşırı miqrendən əziyyət çəkən Han Kan miqrenin onu "təvazökar olmasına" kömək olduğunu bildirmişdir. == Yaradıcılığı == Yazıçının debüt əsəri olan "Yosunun sevgisi" adlı əsəri 1995-ci ildə çap edilmiş, dəqiq və ətraflı təhkiyəsinə görə marağa səbəb olmuşdur.
Tan
Tan Şanyü (v. 124) — hunların ən uzunömürlü hökmdarlarındandır. Fenhu ilə müharibə etməməyə çalışan Tan əsasən sülh və əmin-amanlığı bərpa etməyə çalışırdı. 118-ci ildə Fenhu aclıq və xalqın dəstəyini əsirgəməyini görüb Çinə köçdü və şanyülüyə olan iddiasından əl çəkərək Çin vətəndaşı oldu. Tan Şanyü dövründə ölkənin rifah səviyyəsində dəyişiklik olmasa da müharibələrin sayı sıfıra endirildi. 124-cü ildə ölən Tanın yerinə Ba keçdi.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Sonrakı Tan
Sonrakı Tan — eyniadlı sülalə tərəfindən idarə olunan imperiya. Şatolar tərəfindən, Beş sülalə və on çarlıq dövründə qurulmuş ilk dövlətdir. Li Keyonun oğlu Li Çunşü tərəfindən qurulmuşdur. Dövlətin ömrü az olmuş, cəmi 13 il çəkmişdir. Başqa bir türk sülaləsi olan Sonrakı Cin sülaləsi tərəfindən devrilmişdir.
Tan-Qebviller
Tan-Qebviller (fr. Thann-Guebwiller) — Fransanın Elzas regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Reyn. Suprefektura — Tan-Qebviller. Rayon əhalisi 2012-cı ildə 140 097 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 136 nəf / km². Rayon sahəsi — 1028 km².
Tan (sülalə)
Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan. VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü. Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı.
Tan (Şaran)
Tan (başq. Таң, rus. Тан) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 14 km, kənd sovetliyindən (Çalmalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Tan Pen
Tan Pen (4 fevral 1981) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Tan Pen Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Tan Pen Honq Konqu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Tan Ruivu
Tan Ruivu (30 iyun 1983) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. Tan Ruivu Xorvatiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 7-ci pillənin sahibi olub.
Tan Yinq
Tan Yinq (30 iyun 1987) — Çini təmsil edən su poloçusu. Tan Yinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu.
Tan sülaləsi
Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan. VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü. Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı.
Tan Çjunyi
Tan Çjunyi (çin. 谭中怡; 29 may 1991, Çuntsin, Sıçuan) — Çin şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster (2009), şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. 2000 və 2001-ci illərdə İspaniyanın Oropesa-del-Mar şəhərində keçirilmiş 10 yaşadək qızlar arasında dünya çempionatında qızıl medal qazanıb. 2002-ci ildə Yunanıstanın İraklion şəhərində keçirilmiş 12 yaşadək qızlar arasında dünya çempionatında birinci olub. 2008-ci ilin avqust-sentyabr aylarında Rusiyanın Nalçik şəhərində keçirilmiş Şahmat üzrə qadınlararası dünya çempionatının ikinci raundunda İsveç təmsilçisi Pia Kramlinqə 0.5–1.5 hesabı ilə məğlub olub. 2011-ci ildə Çinin Şençjen şəhərində keçirilmiş Yay Universiadasında qızıl medal qazanıb. 2012-ci ildə Portuqaliyanın Gimaraynş şəhərində keçirilmiş tələbələr arasında şahmat üzrə dünya çempionatında qalib olub. 2013-cü ildə Çinin Usi şəhərində keçirilimiş 3-cü "China Women Masters" turnirində 9 oyundan 6.5 xal toplayaraq birinci olmuşdur. 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilmiş qadınlar arasında blits üzrə Asiya çempionatında qızıl medal qazanıb. 2015-ci ilin may ayında Çinin Sinxua şəhərində keçirilmiş Çin Şahmat Çempionatında rəqiblərini üstələyərək ölkə çempionu olub.
U Tan
U Tan (22 yanvar 1909[…] – 25 noyabr 1974[…], Nyu-York, Nyu-York ştatı) Birləşmiş Millətlər Təşkilatının üçüncü baş katibi olmuş (1962-1971) birmalı pedaqoq olmuşdur. O, 1931-1952-ci illər arasında ölkəsində müxtəlif dövlət vəzifələrində işləmişdir. O, 1952-1953-cü illər ərzində BMT-də Birma nümayəndələri arasında olmuşdur. 1957-ci ildə Birmanın BMT-dəki daimi nümayəndəsi olan U Tan, 1959-cu ildə BMT Baş Assambleyasının vitse-prezidenti təyin edilmişdir. BMT-nin Baş katibi Dag Hammarskjöld vəfat etdikdən sonra o, ABŞ və Sovet İttifaqı tərəfindən baş katibin səlahiyyətlərini icra etmək üçün bu vəzifəyə irəli sürülmüşdür. 1961-ci ildə bu vəzifəyə seçilmiş U Tan 1962-ci ildə daimi baş katib olmuşdur. O, 1966-cı ildə yenidən beş il müddətinə eyni vəzifəyə seçilmişdir. O, bu vəzifədə 1971-ci ilə qədər qalmışdır.
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Jan Jan
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Çan-Çan
Çan-Çan(keçua Chan Chan, isp. Chan Chan) — Çimu mədəniyyətinin mərkəzi və Çimorun paytaxtı. Perunun La Libertad vilayətində, Sakit Okeanın sahilində Çan Çan şəhəri var. Bir zamanlar Çimu sivilizasiyasının paytaxtı olmuş bu şəhərdə 60 min nəfər yaşayırdı.
Hasan Hayri Tan
Həsən Hayri Tan (d. 1880, İstanbul, d. 23 may 1942) – türk siyasətçisi və vəkili. İstanbul Hüquq fakültəsinin məzunudur . Daimi Vəkillər Kollegiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü, 1935-1940-cı illər arasında İstanbul Vəkillər Kollegiyasının başqanlığı, İstanbul İl Məclisinin Ümumi üzvü, Türkiyə Böyük Millət Məclisinin III. və IV. 5-ci Dövrdə Ədirnə, V Dövrdə isə Kocaeli Millət vəkili olub. Ailəlidir və dörd övladı var.
Tan ordusunda türklər
Tan ordusunda türklər — Tan sülaləsi ordusunun önəmli hissəsi Çin qaynaqlarında "Tujue" olaraq adlandırılan türk döyüşçülərdən ibarət idi. Şimali Çindəki Tan elit təbəqə üzvləri türk mədəniyyətinə aşina idi. Bu vəziyyət türk döyüşçülərinin Tan ordusuna qatılmasına mühüm təsir göstərmişdir. Tan imperatoru Li Şimin "Müqəddəs Xaqan" titulunu qəbul etmiş və dövlətini kosmopolit mədəniyyətin üzərində inşa etmişdi. Li, nizami hərbi kadrlar yaratmış və türk kökənli şəxslərin ordu daxilində yüksəlməsini dəstəkləmişdir. Türklərin bozqırlardakı təcrübəsi Tan imperiyasının qərb və şimal yönündə irəliləməsinə yardım etmişdir. Türk Aşina ailəsindən olan general Aşina Esen Tan ordusunun təşkil etdiyi Qaraxoca, Qaraşəhr və Kuça səfərinə qatılmışdır. Mələz türk general An Luşan Tan sülaləsinin zəifləməsinə səbəb olan An Luşan üsyanını başlatmışdır. Göytürklər tərəfindən yazılan Orxon abidələrində Tan sülaləsində xidmət edən türklər tənqid edilmişdir və onlar Çin imperatorunun öz imperiyasını genişlətməsinə yardım etməkdə ittiham edilmişdirlər. Çinə tabe türk hərbçiləri Orta Asiyadakı Çin qarnizonlarına yerləşdirilmişdir.
Tan Çi Yan
Çıonq Tan Şanq
Truong Tan Sang (21 yanvar 1949) — Vyetnam Sosialist Respublikasının yeddinci prezidentidir. O, 25 İyul 2011-ci ildə seçilmişdir. Baş nazir hökumət işləri idarə edir, çünki Prezident Vyetnam siyasətdə təntənəli edir. O, 1996-2000-dən Hochiminh şəhər Kommunist Partiyasının lideri oldu.
Le Çonq Tan
Le Çonq Tan (vyet. Lê Trọng Tấn; 3 oktyabr 1914, Hoaydık[d] – 5 dekabr 1986, Hanoy) — Vyetnam hərbçisi, 1945–ci ildən Vyetnam Xalq Ordusunun zabiti. Hərbi karyerasının bu dövründə Le Çonq Tan Orduda bir neçə yüksək vəzifələrdə çalışmışdır. Le Çonq Tan 1945-ci ildə Avqust inqilabından əvvəl Vyetmin hərəkatında iştirak etmiş və tədricən İkinci Hind-Çin müharibəsi zamanı Vyetnam Xalq Ordusunun ən mühüm fiqurlarından birinə çevrilmişdir. Vyetnam müharibəsində Şimali Vyetnam silahlı qüvvələrinin əsas fiqurlarından biri olan Le Çonq Tan Vyetkonq komandir müavini olmuşdur. O, 1975-ci il bahar hücumunun ikinci dərəcəli komandiri idi və müharibəni effektiv şəkildə bitirmişdir. Daha sonra 1986-cı ilin dekabrında ölümünə qədər Vyetnamın Baş Qərargah rəisi və müdafiə nazirinin müavini olmuşdur. Le Çonq Tan general Vo Nquyen Zyap da daxil olmaqla Vyetnam Xalq Ordusunun ən yaxşı komandirlərindən biri kimi yoldaşları tərəfindən çox yüksək qiymətləndirilmişdir. == Mükafatlar və mirası == Hərbi karyerası ərzində Le Çonq Tan müxtəlif titullara, medallara və ordenlərə, o cümlədən "Ho Şi Min" ordeni, "Qızıl ulduz" ordeni, 1-ci və 3-cü dərəcəli "Hərbi şücaətə görə" ordenə və 1-ci dərəcəli "Qələbə üçün qətiyyət" medalı layiq görülmüşdür. Vyetnamda bir neçə küçə və yer Le Çonq Tanın şərəfinə adlandırılmışdır.
Əhməd Ramiz Tan
Əhməd Ramiz Tan (türk. Ahmet Ramiz Tan; 1884 – 1 iyun 1928) — Osmanlı hərbçisi və Türkiyə siyasətçisi. Zazaəsillidir. Qaraballı tayfasının başçısı Kankooğullarından İsmayıl Ağanın oğludur. İbtidai və orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra dövrün qaydalarına uyğun olaraq 3 oktyabr 1896-cı ildə Hərbi Akademiya Aşirət Sinifinə qəbul olunmuşdur. Bir il təhsil və təlim keçdikdən sonra süvari leytenantı rütbəsi ilə ordu sıralarına qoşulmuşdur. Müxtəlif tayfa süvari şirkətlərində xidmət etdikdən sonra 31 yanvar 1913-cü ildə baş kapitan rütbəsi ilə təqaüdə çıxmışdır. Birinci Dünya müharibəsində yenidən ordu sıralarına daxil olmuş və Şərq Cəbhəsinə təyin edilmişdir. O, tərxis olunduqdan sonra doğma şəhərinə qayıtmışdır. Türkiyə İstiqlaliyyət müharibəsi başlayandan sonra bu hərəkatın tərəfinə keçmişdir.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Barnaul-Т
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə