Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tik-Tok
TikTok (çin. 抖音; Dǒuyīn) — Çinin ByteDance şirkətinə məxsus olan video paylaşma platforması. TikTok İstifadəçilərinə müddəti 3 saniyədən 10 dəqiqəyə qədər olan videoları dərc etmək imkanı verir. TikTok istifadəyə verildiyi gündən dünyanın ən çox istifadə edilən veb-saytlarından birinə çevrilib. 2020-ci ilin oktyabr ayına kimi bütün dünyada mobil cihazlara 2 milyard dəfədən çox endirilib. Cloudflare, TikTok-un 2021-ci ilin ən çox istifadə olunan veb saytı olduğunu və Google-u geridə qoyduğunu bildirib. Z nəsli TikTok istifadəçilərinin əhəmiyyətli bir hissəsini təşkil edir. TikTok buraxıldığı vaxtdan bəri məxfilik problemləri, asılılıq, dezinformasiya və qeyri-etik məzmuna görə tənqidlərlə üzləşib. Bəzi ölkələr milli təhlükəsizliklərini qorumaq üçün öz sərhədləri daxilində TikTok-un istifadəsini məhdudlaşdırmalı olub. Douyin 2016-cı ilin sentyabrında ByteDance şirkəti tərəfindən yaradılmışdır.
Tik Tok
TikTok (çin. 抖音; Dǒuyīn) — Çinin ByteDance şirkətinə məxsus olan video paylaşma platforması. TikTok İstifadəçilərinə müddəti 3 saniyədən 10 dəqiqəyə qədər olan videoları dərc etmək imkanı verir. TikTok istifadəyə verildiyi gündən dünyanın ən çox istifadə edilən veb-saytlarından birinə çevrilib. 2020-ci ilin oktyabr ayına kimi bütün dünyada mobil cihazlara 2 milyard dəfədən çox endirilib. Cloudflare, TikTok-un 2021-ci ilin ən çox istifadə olunan veb saytı olduğunu və Google-u geridə qoyduğunu bildirib. Z nəsli TikTok istifadəçilərinin əhəmiyyətli bir hissəsini təşkil edir. TikTok buraxıldığı vaxtdan bəri məxfilik problemləri, asılılıq, dezinformasiya və qeyri-etik məzmuna görə tənqidlərlə üzləşib. Bəzi ölkələr milli təhlükəsizliklərini qorumaq üçün öz sərhədləri daxilində TikTok-un istifadəsini məhdudlaşdırmalı olub. == Tarixi == Douyin 2016-cı ilin sentyabrında ByteDance şirkəti tərəfindən yaradılmışdır.
Düm Tek Tek
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
Tik-Tok (personaj)
Tik-Tok (ing. Tik-Tok) — Laymen Frenk Baumun "Oz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan personajı. Ədəbiyyatşünaslar onu "robotun prototipləri" siyahısına aid edirlər və ədəbiyyatda robotun ilk nümunələrindən (Edvard Ellisin 1868-ci ildə yazdığı "Preriyalarda buxar adamı" əsərinin personajı "buxar insanla" birlikdə) hesab edilir. Lakin robot termini ilk dəfə ancaq 1920-ci ildə Karl Çapekin "Rossum universal robotları" pyesində işlənmişdir. == F. Baumun personajı == Tik-Tok – dairəvə formada olan, tuncdan hazırlanan mexaniki insandır. O, zavod yaylarının (prujinlərinin) fəaliyyəti sayəsində hərəkət eləyir. Həmin prujinləri mexaniki saat və ya mexaniki oyuncaq kimi mütəmadi olaraq qurmaq lazımdır. Onun dizləri və ovucu cəngavər zirehini xatırladır. Tik-Tokun düşünmək, nitq və hərəkətləri üçün ayrıca mexanizmlər vardır. Lakin o bunlardan hər hansı birini sərbəst işlədə bilmək qabiliyyətində deyildir.
Evdə tək
Evdə tək (ing. Home Alone) — 1990-cı ildə çəkilmiş ABŞ istehsalı Milad filmi. Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peski, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir. Filmdə hadisələr ailəsi tərəfindən unudulub tək qalan və evini Harri və Marv (Peşi və Ştern) adlı 2 soyğunçudan müdafiə etməli olan 8 yaşlı Kevinin (Kalkin) ətrafında cərəyan edir. Film 1990-cı ilin fevral-may aylarında İllinoys ştatının müxtəlif yerlərində çəkilmişdir. İlk öncə filmi Warner Bros. şirkəti istehsal etməli olsa da, prodüser Hyuz şirkət tərəfindən ayrılan 10 milyon dollarlıq limiti keçdiyinə görə filmin istehsalını 20th Century Fox həyata keçirir. Film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə isə bütün ABŞ ərazisində nümayişə çıxmışdır. 476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək Dünyasa ən çox gəlir gətirən komediya filmi statusunu daşımışdır. Bundan əlavə müxtəlif nominasiyalarda 2 Qızıl Qlobus və 2 Oskar mükafatı əldə edən film daha sonra Evdə tək 2: Nyu-York sərgüzəştləri filmi ilə davam edən uzunmüddətli və uğurlu franşizanın əsasını qoymuşdur.
Mariya Tek
Mariya Tek (ing. Mary of Teck ; kraliça Mariya, ing. Queen Mary, tam adı — Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes — Viktoriya Mariya Avqusta Luiza Olqa Paulina Klodina Aqnessa; 26 may 1867 – 24 mart 1953) — kral V Georqun həyat yoldaşı, krallar VIII Eduard və VI Georqun anası. O həmçinin Hindistanın imperatriçası və İrlandiyanın kraliçası olub (1910-cu ildən). == Ümumi məlumat == Mariyanın atası, şahzadə Frans, alman knyaz ailəsinin nümayəndəsi idi. Anadan olandan " şahzadə Mey " İngiltərə ilə sıx bağlı olub. O Londonda dünyaya gəlib, onun anası Böyük Britaniya kralı III Georqun nəvəsi, Kembric hersoqu Adolf Frederikin qızı olub. 1891-ci ildə o kraliça Viktoriyanın böyük nəvəsi Albert Viktorla nişanlanır. Ancaq toya ay yarım qalmış 1892-ci ilin yanvarında Albert qripdən qəflətən vəfat edir. Yas mərasimlərində onun Albertin kiçik qardaşı Georqla yaxın münasibətləri yaranır və onlar növbəti il evlənirlər.
Tək (film)
Tək (The One) – 2001-ci ildə istehsal edilən baş rolda Cet Li və Karla Qucinoun oynadığı döyüş filmi.Filmin rejisoru və ssenaristləri Ceyms Vong və Glen Morqandır. Film kassalarda 72 milyon dollara qədər gəlir gətirmişdir. Linin ilk dəfə bu film də Ceyson Stethemlə birlikdə rol almışdır və daha sonra 2007-ci il də çəkilmiş Müharibə filmində birlikdə rol aldılar. Qautanın tunelləri adı verilən bir texnologiya sayəsində insanlar paralel kainatlar gedə bilərlər. Günahları böyük olan məhbusları başqa kainata aparan MVA, yəni, Multi-Verse Authorities adlı yerdə polislər bir kainatdan digərinə gedə bilir və onlar kainatlarda həbsxanalar yaradır, ora məhbusları aparırlar. Yu Lav(Cet Li) adlı qatil ardıcıl qətillər törətməyə başlayır. Onun məqsədi digər Yu Lav adlı insanları öldürmək və dünyada yeganə Yu Lav adında insan olaraq qeyri adi bir gücə sahib olmaqdır. Güclü döyüşcü olduğundan polislər onu çətinliklə tutmuşdular. Artıq yeganə Yu Lav o idi. Onun məhkəməsinin olduğu vaxt bir qadın bomba partladır və bu vaxt Yu qaçır.
Tək dəqiqlikli
Tək dəqiqliklikli(single-precision,с одинарной точностью,tek duyarlıklı)-sürüşkən nöqtəli ədədin, adətən, proqramlaşdırma dili tərəfindən təklif olunan iki, yaxud daha çox variant içərisində ən kiçik dəqiqliyi olan tipi. Həqiqi dəqiqlik proqramlaşdırma dilindən və həmin dilin kompilyatorundan asılı olaraq dəyişir və sürüşkən nöqtəli ədədlərin emal olunub-olunmamasından asılı olur. Tək dəqiqlik FORTRAN dilində REAL kimi, C, C++, C#, Java və Haskell dillərində float kimi, Delphi (Pascal), Visual Basic, və MATLAB dillərində single kimi tanınır. Ancaq Python, Ruby, PHP və OCaml dillərində float, Octave dilinin 3.2-dən aşağı versiyalarında isə single ikiqat dəqiqlikli ədədləri göstərir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.
Tək ipəksarıyan
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.
Tək oyunçulu
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur. Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir.
Tək vena
Tək vena (lat. v. azygos) — onurğanın döş hissəsinin sağ tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Bu vena onurğanın sağ tərəfilə döş fəqərələrinin ön-bayır səthilə qida borusunun arxası ilə yuxarıya doğru gedərək bördüncü və beşinci döş fəqərəsinin bərabərliyində bir az sağa və önə doğru qayıdır və saş bronxu arxadan dolanaraq ürək kisəsinin xaricində yuxarı boş venaya açılır. Döş qəfəsi boşluğunda döş aortası ilə ümumi limfa axacağından saş tərəfdə yerləşir və qabırğa plevrası ilə örtülü olur. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Tək ədəd
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Tək ədədlər
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Şəbəkədə tək
Şəbəkədə Tək (pol. «S@motność w Sieci») — məşhur polyak yazıçısı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir. Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir. Romanın əsas qəhrəmanları qlobal internet şəbəkəsi, elektron poçt və ICQ vasitəsiylə tanış olurlar. Onlar söhbət edirlər, bir-birinə vurulurlar və narahatlıq yaşayırlar. Müəllif həm də onların hər ikisinin "şəbəkədən kənar" həyatını dost, ailə, iş, musiqi zövqlərini təsvir edir. Uzun müddət davam edən virtual münasibətdən sonra qəhrəmanlar Parisdə görüşürlər, bu görüşdən sonra isə onların münasibətlərində və hər birinin həyatında mühüm rol oynayan sınaqlar başlayır. Romanın əsas hissəsi qəhrəmanların internetdə yazışmalarından ibarətdir. Müəllif yalnız əsas qəhrəmanlardan birinə — oğlana Yakub adını vermişdir.
Vədat Tək
Mehmed Vədat Tək (türk. Vedat Tek; 1873[…], Konstantinopol – 1942[…], İstanbul) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Memar Kəmaləddin bəylə Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri. O, Türkiyənin ilk rəsmi ali təhsilli türk memarı kimi tanınır. Ankarada Sirkəci Böyük Poçt binasından ikinci Türkiyə Böyük Millət Məclisi binası və Ankara sarayına qədər; Osmanlı imperiyasının son dövrü və Cümhuriyyətin ilk illərinə aid Kastamonu Hökumət Evindən Heydərpaşa Bərə Limanına qədər bir çox əhəmiyyətli tikililərin müəllifidir. Sanay-i Nəfisə Məktəbinin ilk türk müəllimlərindən biri olub. O, şair və bəstəkar Leyla Saz xanımın oğlu, keçmiş nazir İsmayıl Haqqı Ararın əmisidir. Vədat Tək “Sırrı Paşazadə Mehmed Vədat” adı ilə 1873-cü ildə İstanbulda dünyaya gəlib. Anası şair və bəstəkar Leyla Saz xanım, atası Trabzon, Diyarbəkir, Adana və Bağdad valisi olmuş məşhur vəzir Kritli Sırrı Paşadır. Qardaşı Yusif Razi (Bel) Parisdə inşaat mühəndisliyi təhsili almış və İstanbul şəhəri, “Poçt və Teleqraf naziri” və “İctimai İşlər naziri” vəzifələrində çalışmışdır. Bacısı Nəzihə (Bələr) pianist, bəstəkar, üçüncü qardaşı isə elektrik mühəndisi idi.
Tək Üzük
Tək Üzük, həmçinin Hakim Üzük və ya İsildurun Zəhəri — Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının hadisələrin mərkəzində olan obyekt. Tək Üzük ilk dəfə 1937-ci ildə nəşr olunan "Hobbit"də xatırlanır. Hekayədə Tək Üzük sahibinə görünməzliyi təmin edən sehrli üzük kimi təsvir edilir. 1954–1955-ci illərdə nəşr olunan "Üzüklərin hökmdarı" seriyasında Tək Üzüyün səlahiyyətlərinin, sahibinə görünməzlik verməkdən daha böyük xüsusiyyətlərə malik daha qaranlıq bir obyekt olduğu ortaya çıxır. Tək Üzük Qaranlıq hğkmdar Sauron tərəfindən Orta Dünyanı ələ keçirmək planının bir hissəsi olaraq yaradılmışdır. "Üzüklərin hökmdarı" Sauronun bu məqsədə çatmasının qarşısını almaq üçün Üzüyü məhv etmək missiyası ilə uzun bir səyahətdən bəhs edir.
Çək-çək
Çək-çək (başq. cək-cək, tatar. çək-çək, qaz. şak-şak və ya şek-şek) — xəmirdən və baldan hazırlanan qida. Türk xalqlarına məxsus milli yemək. Daha çox başqırd, tatar və qazaxlar istifadə edir. Çək-çək buğda unundan hazırlanmış yumşaq xəmirdən və çiy yumurtadan hazırlanır. Xəmir nə qədər yumşaq olsa çək-çək o qədər yumşaq və havalı olacaq. Yumurta ilə yoğrulmuş xəmirdən vermişili xatırladan qısa və nazik çubuqlar və ya kiçik qoz ölçüsündə şarlar düzəldilir. Daha sonra qazanda qızardılır və üzərinə qaynar bal qarışığı tökülür.
Müfidə Fərid Tək
Müfidə Fərid Tək (29 aprel 1892, Kastamonu, Kastamonu ili – 24 mart 1971, İstanbul) — türk roman müəllifi, türkçülük axınının roman sahəsindəki ilk təmsilçilərindən biri. Türkiyə İstiqlaliyyət müharibəsinə qələmi vasitəsiylə qatılmış qadın yazıçıdır. Türkiyənin ilk daxili işlər naziri Əhməd Fərid Təkin həyat yoldaşıdır. Sənət tarixçisi Əməl Əsinin anasıdır. Atası Kemahlı Mazhar paşanın oğlu və hürriyyət tərəfdarı zabit olan Şövkət bəy, anası Plevne şəhidlərindən Zaimzadə İsmayıl Əfəndinin qızı Fəridə Xanımdır. Atasının vəzifəsinə görə, ibtidai təhsilinə Trablüsqərbdə başladı. Orada hələ türk məktəbi olmadığı üçün italyanların hakimiyyəti altında olan Müqəddəs İosif Rahibə Məktəbində oxudu. Məktəbdə italyanca və fransızca öyrəndi. Bundan əlavə, xüsusi dərs vasitəsiylə ərəbcə və farsca öyrəndi. O illərdə İstanbulda olan Hərb Məktəbində qanundan kənar fəaliyyətlərə görə, Fizana sürgün edilən bir qrup tələbə arasında Əhməd Fərid ilə Yusif Akçura da var idi.
Tək-lövhəli kompüter
Tək-lövhəli kompüter(single-board computer,“одноплатная” вычислительная машина,)-yalnız bir lövhədən ibarət olan və, adətən, əlavə lövhələrin quraşdırılması üçün imkanı olmayan kompüter. Sənayedə birbaşa avadanlığa bərkidilmiş tək-lövhəli kompüterlərdən tez-tez istifadə olunur.Masaüstü personal kompüterindən fərqli olaraq, tək board lövhəli kompüterlər tez-tez periferik funksiyaları və genişləndirilməsi üçün genişləndirilməsi yuvalarına etibar etmirlər. Tək lövhəli kompüterlər geniş diapazonlu mikroprosessorlar istifadə edərək tikilmişdir. Kompüter hobbiçiləri tərəfindən hazırlanmış sadə dizaynlar tez-tez statik RAM və aşağı qiymətli 8 və ya 16 bit prosessorları istifadə edir.Kompüter-on-modul sistemin genişləndirilməsi üçün daşıyıcı qurğunun, ştampın və ya arxa plana yerləşdirilən bir-tək lövhəli kompüterin növüdür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.
Evdə tək (dəqiqləşdirmə)
Evdə tək
Evdə tək 3
Evdə tək 3 — 1997-ci ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Bupre (Olek Krupa), Alisa (Raya Kilşted), Ceniqan (Lenni Von Dohlen) və Unger (David Tornton) Şimali Koreya terror təşkilatı üçün böyük bir US $ 10 milyon raket-gizləmə kompüter çipi oğurlayıblar. Oğrular San Fransisko Beynəlxalq Hava Limanında çipi uzaqdan nəzarət edilən avtomobil içərisində qoydular. Lakin, bu dörd şəxs Çikaqodan geri qayıdarkən təsadüfən, baqaj hissəsində oğruların çantasın xanım Hess (Marian Seldes) götürür. Çip həmin bu çantanın içərisində idi. Xanım Hess (Marian Seldes) bu avtomobili Aleks (Aleks D. Linz) verir. Bundan sonra oğrular hər bir evə girib bu avtomobili axtarırlar.8 yaşlı Aleks Pruitt (Aleks D. Linz) oğruları qonşu evlərdə görərək polislərə xəbər versə də, onlar ona inanmırlar və növbədə artıq, Aleks (Aleks D. Linz) evləri idi. Bundan sonra Aleks (Aleks D. Linz) özü oğruların Bupre (Olek Krupa), Alisa (Raya Kilşted), Ceniqan (Lenni Von Dohlen) və Unger (David Tornton) qarşısını almağa qərara alır və oğrulara qarşı planlar hazırlamağa başlayır. Daha sonra oğruların qarşısın alır və çipi polislərə verir. Sonda isə, FBI Agent (Kristofer Kurri) Aleks (Aleks D. Linz) evlərin təmir edilməsinə göstəriş verir.
Evdə tək 4
Evdə tək 4 — 2002-ci ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Kevin (Mayk Veinberq) atası Piter (Ceysin Beqe) və anası Keit (Klara Kari) boşanmaq qərarına gəlirlər.9 yaşlı Kevin MkKallisters (Mayk Veinberq) atası zəngin qız və böyük sarayı olan Natali (Coanna Qoinq) ilə evlənməyi fikirləşirlər. Piter (Ceysin Beqe), üç uşaq Baz (Qiden Cakobs), Meqan (Çelsi Rasso) və Kevin (Mayk Veinberq) atası idi. O, Kevin (Mayk Veinberq) saraya dəvət edir və Kevin (Mayk Veinberq) qardaşı Baz (Qiden Cakobs) ilə yola getmədiyi üçün bu təklifi qəbul edir. Kevin (Mayk Veinberq) burada isə sarayın mühafizəçisi Preskot (Erik Avari) ilə yola getmir. Sonra isə evə bir-iki dəfə Marv (Frenç Stevart) və Vera (Missi Pile) soxulur və Kevin (Mayk Veinberq) onların qarşısını alır. Daha sonra oğruların kraliçanı oğurlamaq planını Kevin (Mayk Veinberq) eşidir. Lakin, Kevin (Mayk Veinberq) atası Piter (Ceysin Beqe) evə oğruların girməyinə inanmır və o, özü oğruların qarşısını almaq üçün planlar qurur. Kevin (Mayk Veinberq) elə bilir ki, Preskot (Erik Avari) oğruların başçısıdır. Bundan sonra sonuncu dəfə Marv (Frenç Stevart) və Vera (Missi Pile) saraya gələrək kraliçanı oğurlamaq istəyirlər.
Tək Partiyalı Sistem
Tək partiyalı rejim — dövlət idarəsi ilə qaynayıb-qarışmış olan bir siyasi partiyanın tək başına qanunvericilik orqanı və hökuməti formalaşdırdığı rejimlərə verilən addır. Ölkədə digər siyasi partiyaların yaradılmasına icazə verildiyi, ancaq dövlətin tək partiya sistemi ilə idarə edildiyi de-fakto vəziyyətlərə tək partiyalı idarəetmə deyilir. Partiya-dövlət inteqrasiyasına əsaslanan təkpartiyalı rejim müasir diktaturalara xas olan idarəetmə formasıdır. Keçmiş diktatorlar tez-tez rəqiblərini susdurmaq və cəmiyyəti siyasətdən kənarlaşdırmaqla kifayətlənirdilər. 20-ci əsrin populist diktatorları isə, əksinə, hakimiyyətin "xalqdan güc alması" mifini qorumağa çalışmış, referendum və digər səsvermə üsulları ilə xalqın səsini qazanmağa çalışmış və siyasi xəbərdarlıq və təbliğat funksiyalarını ən kiçik sosial birliyə qədər təşkil etməyi hədəfləmişdilər. Cəmiyyəti stimullaşdırmaq və istiqamətləndirmək vəzifəsini öz üzərinə götürən Partiya fövqəladə əhəmiyyət kəsb etmişdir və bəzən hətta dövlətin əsas institutlarından (ordu, polis və bürokratiya) üstün tutulmuşdur. Tək partiyalı sistemlər öz daxillərində hüquqi statuslarına görə üç yerə bölünürlər. Real (Vahid) Tək Partiya Sistemləri: Yalnız bir partiya qanuni və de-fakto siyasi həyatda üstünlük təşkil edir. Bu partiyadan başqa partiyaların qurulmasına heç vaxt icazə verilmir. Digər partiyalar qadağandır və əgər yaradılarsa qanunsuz hesab olunur.
"Tək Ulduz" əməliyyatı
"Tək Ulduz" əməliyyatı (ing. Operation Lone Star (OLN)) — Texas İctimai Təhlükəsizlik Departamenti və Texas Hərbi Departamentinin Texasın cənubunda ABŞ-Meksika sərhədində birgə əməliyyatdır. Əməliyyat 2021-ci ildə başlayıb və davam etməkdədir. Texas qubernatoru Qreq Ebbotun sözlərinə görə, əməliyyat qeyri-qanuni immiqrasiya, narkotik ticarəti və insan qaçaqmalçılığının artmasının qarşısını almaq məqsədi daşıyır. Qubernatorluğun məlumatına görə, əməliyyat müddətində 503800 miqrantın tutulması, 40400 həbs olunma və 469 milyon doza fentanilin ələ keçirilməsi baş verib. 2020-ci maliyyə ili ilə 2021-ci maliyyə ili arasında ABŞ-Meksika sərhədi boyunca miqrantlarla bağlı narahatlıqlar 278% artıb. 2022-ci ilin aprelinə olan məlumata görə, əməliyyata həftədə təxminən 2,5 milyon dollar xərclənir və ildə təxminən 2 milyard dollara başa gələcəyi gözlənilirdi. Təxminən Milli Qvardiyanın 10,000 üzvü əməliyyat nöqtəsində yerləşdirilib. Əməliyyatın başlamasından bir il sonra Texas, Meksika ilə sərhədi boyunca daxil olmağa çalışan miqrantların sayında 9% artım müşahidə olunurdu, hansı ki, bu rəqəm Arizona, Kaliforniya və Nyu-Meksikoda 62% idi. == Reaksiyalar == === Fedaral hökumət === 24 iyul 2023-cü ildə Ədliyyə Departamenti Qreq Ebbotun əmri ilə Qartal Keçidi yaxınlığındakı Rio Qrandedə üzən maneələrin tikintisinin 1899-cu il Çaylar və Limanlar Qanununu pozduğunu iddia edərək məhkəməyə müraciət etdi.
Tək olanda qorxma...
"Tək olanda qorxma..." — Azərbaycan teleserialı. == Məzmun == Film valideynləri avtomobil qəzasında həlak olan iki qardaş haqqındadır. Tale onların birini küçələrə, o birini isə uşaq evinə salır. == Film haqqında == Bu teleserial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : Əyyub Qiyas, Vüsal Nuru Quruluşçu rejissor : Nadir Diridağlı Quruluşçu operator : Elçin Əliyev Quruluşçu rəssam : Rəfael Əsədov Bəstəkar : Nazim Əzimov Rejissor : Asif Rəhimov Operator : Faiq Əliyev Səs rejissoru : Fərhad Əkbərov(1-2 seriya) Emin Euro Geyim üzrə rəssam : Səbinə Abbasova Montaj rejissoru : Lətif Cavadlı Montaj : Nicat Qayıbov Rejissor assistentləri : Kənan Həsənov, Emin Seyfulla, Fuad Kərimli Operator assistenti : İsmayıl Səfərli Qrim rəssamı : Vüsalə Bağırova Fon səsləri : Zilli Namazov, Atəş Davudov, Vidadi Samanduyev İşıqçılar : Elxan Şahalıyev, Samir Məmmədli Rekvizit : Yəhya Məmmədov Dekorçu : Namiq Səfərli İnzibatçı : Arif Kərimov İcraçı prodüser : Arzu Qulamov Baş prodüser : Kamil Şahverdiyev Bədii rəhbər : Vaqif Mustafayev === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Barnaul-Т
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.