Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haydrun Tempel
Haydrun Tempel (alm. Heidrun Tempel‎; d. 1958) — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2016) Haydrun Tempel Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərmişdir. 2013-cü ilin iyul ayında Azərbaycana səfir təyin olunmuşdur.
Templ
Templ — soyad. Şirli Templ — ABŞ aktrisası. Templ Qrandin — ABŞ-nin Kolorado Ştat Universitetinin professoru.
Temple Institute
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
Temple Run
Temple Run (azərb. Məbəd qaçışı‎) — mobil qurğular üçün kompüter oyunudur. Oyun Imangi Studios studiyası tərəfindən "sonsuz ranner" janrında hazırlanmışdır. Oyunun ssenarisi - iblisanə meymunlar tərəfindən qorunan məbəddən bütün əşyaları oğurlamağa çalışan tədqiqatçılardan bəhs edir. Oyunçu sensor ekranda, sadə jestlərin köməyi ilə tədqiqatçılara nəzarət edir. Oyunun hədəfi — mümkün qədər tez qaçmaq və özünüiblisanə meymunlardan qorumaqdan ibarətdir. Oyunda səviyyələr (etaplar) mövcud deyil və oyunun sonu yoxdur; oyunda əsas hərəkət qaçmaq, maneələrdən tullanmaq (barmağın yuxarı hərəkəti), sürüşməkdən (barmağın aşağı hərəkəti) ibarətdir. Oyunda məbəddən başlayaraq gedilmiş yol qeydə alınır. Oyunçunun qaçışı gedişatında həmişə meymunlar təqib edirlər. Oyun zamanı oyunçu sola və ya sağa istiqamət ilə hərəkət edərək qənimətləri toplaya bilər.
Temple stay
Temple stay Cənubi Koreyanın buddist məbədlərində ölkənin mədəniyyətinin öyrədildiyi bir proqramdır. Temple stay iştirakçılara buddist tələbələrin yaşam tərzini təcrübə etmək və rahiblərin izah etdiyi hekayələr vasitəsilə Koreya Buddist mədəniyyətinin və tarixinin müxtəlif tərəflərini öyrənmək imkanı verir. Bu proqram 2002-ci ildə keçirilən Dünya çempionatından bəri mövcuddur. Temple stay proqramı ilk dəfə 2002-ci il Dünya kuboku zamanı xarici turistlər üçün qonaqlama yerinin azlığı problemindən yaranmışdır. Hal-hazırda nəinki xarici qonaqlar, eyni zamanda yerli əhali də Temple stayə qoşulur.1700 illik tarixi ərzində Koreya Buddizmi Ganhva Seon (bir növ Zen meditasiyası) təcrübəsini qoruyub saxlaya bilmişdir. Hər il yay və qış mövsümündə 2500-ə yaxın rahib ölkə daxilindəki 100 məbəddən birində 100 günlük meditasiyaya başlayır. Koreyada məbəddə qalmaq insana sabitlik və sülh hissi verir. Koreya buddizminin Coqye ordenində məbədlər koreyalılar və xaricilər üçün açıq elan olundu, həmçinin 2002-ci il Koreya-Yaponiya Dünya Kubokunu mədəni bir Dünya Kubokuna çevirmək üçün onların Sansada qalmalarına icazə verildi. Nəticədə 1000 əcnəbi və 10.000 Koreyalının Koreya-Yaponiya Dünya Kubokunun keçiriləcəyi 31 may 2002-ci il tarixindən 30 iyun 2002-ci il tarixinədək məbəddə təxminən 30 gün qalmasına icazə verildi. İştirakçıların sayının çoxluğu nəticəsində bu ərəfədə CNN, New York Times, BBC və NHK də daxil olmaqla, dünyanın bir sıra media orqanları Temple staylə bağlı məlumat verməyə başladılar ki, bu da Koreya Buddizmi və məbədlərinin məşhurlaşmasına gətirib çıxardı.
Templ Qrandin
Templ Qrandin (ing. Mary Temple Grandin; d. 29 avqust 1947, Boston, Massaçusets, ABŞ) — ABŞ-nin Kolorado Ştat Universitetinin professoru; ABŞ-dəki bütün heyvandarlıq fermalarının üçdə birinin dizaynını qurmuş alim. Heyvanlar mövzusunda peşəkar bir baytar, bir yazıçı və ixtiraçıdır. Autizm sahəsində dünya səviyyəli fərqlilik yaratmaq məsələsində də olduqca iddialıdır. Çünki o, özü də autizmlidir. 3 yaşında ikən ona autizm diaqnozu qoyulub. Həkimi onu autizm sahəsində peşəkar təhsil verən bir məktəb əvəzinə, nitq terapiyası verilən yaşıdlarının getdiyi bir bağçaya istiqamətləndirir. Templ 4 yaşında ikən danışmağa başlayır. Ailəsi onun "fərqli" təhsil almasını istəmir.
Şirli Templ
Şirli Templ (ing. Shirley Temple; 23 aprel 1928[…], Santa-Monika, Kaliforniya – 10 fevral 2014[…]) — ABŞ aktrisası. Şirli Templ 1928-ci ildə dünyaya gəlmişdi. 1934-cü ildə ən gənc "Oskar" mükafatı laureatı olub. Həmin dövrdə canlandırdığı uşaq obrazlarına görə Hollivudun ən çox tələbat olan aktrisalarından idi. Aktrisa karyerasını başa vurduqdan sonra siyasi fəaliyyətlə məşğul olurdu. O, ABŞ-nin bəzi ölkələrdə səfiri kimi çalışıb. Vikianbarda Şirli Templ ilə əlaqəli mediafayllar var.
Təməl Kotil
Təməl Kotil (türk. Temel Kotil; 3 dekabr 1959, Rizə, Rizə ili) — Türkiyə aviasiya mühəndisi. O, hal-hazırda Türk Aerokosmik Sənayesi şirkətinin baş direktorudur . Kotil bundan əvvəl 2005-ci ilin aprelindən 2016-cı ilin oktyabrına qədər Türk Hava Yollarının baş direktoru vəzifəsində çalışmışdır. 1991-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Təyyarələrin dizaynı, struktur mexanikası və qabaqcıl hesablama mexanikası laboratoriyalarını qurmuş və onlara rəhbərlik etmişdir. Eyni zamanda, Kotilə idarənin kompüter mərkəzinin müdiri vəzifəsi də tapşırılmışdır. 1994–1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsində texniki şöbə müdiri vəzifəsində çalışmışdır. 2002–2003-cü illər arasında Nyu-Yorkda "Advance Innovative Technologies Inc."də Tədqiqat, Planlaşdırma və Koordinasiya Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə Türkiyəyə qayıtmış və Türk Hava Yollarında texniki işlər üzrə icraçı vitse-prezident vəzifəsində işə götürülmüşdür.
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
TEMPEST
TEMPEST (Transient Electromagnetic Pulse Emanation Standard) Elektrik və elektron avadanlığın şüalandırdığı əlavə elektromaqnit siqnalların öyrənilməsi və analizi üzrə standart. TEMPEST ixtisarı 1960-cı illərin sonu 1970-ci illərin əvvəlində ABŞ Müdafiə Nazirliyində elektron avadanlıqda müxtəlif növ əlavə şüalanmalar vasitəsilə informasiya sızmasının qarşısının alınması metodlarının işlənməsi üzrə məxfi proqramın adı kimi meydana çıxmışdı. Rusiyada “ПЭМИН (Побочные ЭлектроМагнитные Излучения и Наводки” – əlavə elektromaqnit şüalanmaları və sızmalar), Avropa və Kanadada “Compromising emanation” (sızma şüalanmaları) termini işlədilir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Teksel
Teksel (nid. Texel, [ˈtɛsəl]) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir. Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den Burq Den-Hoorn Oosterend Audeşild Adada onlarla kiçik qəsəbə yerləşir.
Tempera
Tempera (yumurta temperası kimi də adlandırlır)— suda həll oluna bilən yapışdırıcı maddəli rəngli piqmentlərdən ibarət olan davamlı, tez-quruyan rəssamlıq texnikasıdır (yapışqanlı maddə kimi adətən yumurta sarısı və ya digər xüsusi maddələr istifadə edilir). Tempera rəsmləri uzunmüddət yaxşı vəziyyətdə qala bilir və bunlara hələ bizim eranın birinci əsrlərində mövcud olmuş rəsmlər nümunə ola bilər. Yumurta temperası 1500-cü illərdən sonraya qədər də rəssamlıqda əsas üsul idi, ancaq yağlı boyakarlığın kəşfi yumurta temperasını əvəz etdi. Bir qayda olaraq, poster boyası kimi ABŞ-də istifadə olunan yapışqan maddəli və piqmentlərdən ibarət boya tez-tez "tempera boyası" adlanır. Bu boya ənənəvi tempera boyasından yapışdırıcı və xüsusi maddələrin olması ilə fərqlənir. Tempera rəssamlığına aid nümunələr qədim Misirdə sarkofaq üzərindəki bəzəklərdə tapılıb. Fayum mumiya portretlərinin çoxunda tempera, bəzən isə enkaustika boyakarlığının (isti mum boyakarlığı) birləşməsindən istifadə olunub. Müvafiq rəssamlıq texnikası Hindistanın daş məbədlərində və bir neçə mağaralarında tapılmış qədim və erkən orta əsr rəsmlərində də istifadə olunmuşdur. Temperanın köməyi ilə yüksək keyfiyyətli incəsənət nümunələri eramızın IV və X əsrlərində Baq mağarasında və eramızın VII əsrində Orissadakı Ravan Chhaya qaya sığınacağında yaradılıb. Bu rəssamlıq texnikası Avropada orta və erkən intibah dövrü və Bizans cəmiyyətində panel boyakarlığı və İllüminati əlyazmalarında istifadə olunan əsas vasitə idi.
Trepel
Trepel — kövrək və ya zəif sementləşmiş, çox yüngül, incə məsaməli ağ, boz-qonur, qırmızı və qara çökmə opal süxur Fiziki-kimyəvi xassələrinə görə diatomitə uyğundur, lakin trepel üzvi qalıqlar az olur və ya tamamilə olmur. Əsasən kiçik sferik opal və bəzən xalsedon qloblalarından (0,01–0,02 mm) təşkil olunmuşdur. Diatomea skeletlərinin iştirakından asılı olaraq diatomealı və diatomeasız (qlobulyar) trepel fərqləndirilir. Adətən tərkibində az miqdarda gilli maddə, qlaukonit, kvars, çöl şpatları dənələri olur. Təbaşirin dəniz çöküntülərində, qismən kaynazoy çöküntülərində yataqları məlumdur. Biogeokimyəvi mənşəli olması ehtimal edilir. Trepel izolyasiya, cilalama, tikinti materialı, uducu, katalizator, doldurucu, adsorbent kimi və dinamit hazırlamaq üçün istifadə edilir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cisimləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Kim Kempbel
Kim Kempbel (ing. Avril Phædra Douglas "Kim" Campbell; 10 mart 1947) — Kanadalı siyasətçi, diplomat, yazıçı və professor. 25 iyun — 4 noyabr 1993-cü il tarixləri arasında Kanadanın 19-cu baş naziri olmuşdur (132 gün). Kanadanın ilk və bugünədək yeganə qadın baş naziri, həmçinin Britaniya Kolumbiyasında doğulmuş yeganə baş nazir və İkinci dünya müharibəsindən sonra dünyaya gəlmiş ilk baş nazirdir. Siyasi karyerası ərzində dörd müxtəlif nazirliyə rəhbərlik etmiş, o cümlədən Kanadanın ilk qadın Ədliyyə naziri, Baş Prokuror və Müdafiə naziri olmuşdur. O, 1996-cı ildə nəşr etdirdiyi və öz bioqrafiyasını əks etdirən "Vaxt və İmkan" kitabında keçdiyi həyat yolunu geniş şəkildə əks etdirmişdir. Kim Kempbell 10 mart 1947-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətinin Port-Alberni şəhərində Corc Tomas Kempbel və Filis Liza Kukun ailəsində dünyaya gəlmişdir. O 12 yaşında olarkən anası ailəni tərk etmiş və onunla bacısı Aliksin qayğısına ataları qalmışdır. Kempbel gənc yaşlarında özünə, aktrisa Kim Novakın şərəfinə "Kim" ləqəbini götürmüşdür. Erkən yaşlarında Kim Kempbel CBS kanalının Uşaq televiziya klubunda aparıcı və müxbir kimi çalışmışdır.
Kora Kempbel
Kora Kempbel (d. 28 may 1974) — Kanadanı təmsil edən su poloçusu. Kora Kempbel, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Kora Kempbel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Mişşi Sespel
Mişşi Sespel (rus. Михаи́л Кузьми́ч Кузьми́н; d. 16 noyabr 1899, Kazan quberniyası, Tsivil qəzası, Kazakkası kəndi – ö. 15 iyun 1922) — çuvaş şairi. Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə anadan olub. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb-oxumaqla yanaşı, xristian dininin ehkamlarını da öyrənir. 1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və bu münaqişə faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti bundan sonra daha da ağırlaşır.
Nil Kempbel
Nil Kempbel (ing. Neil Campbell; 17 aprel 1946, Kalver-Siti[d], Kaliforniya – 21 oktyabr 2004, Redlends[d], Kaliforniya) — ilk dəfə 1987-ci ildə və daha sonra dəfələrlə çap olunmuş "Biologiya" dərsliyi ilə tanınan, amerikalı bioloq, alim. Bu dərslik dünyadakı 700.000-dən çox yuxarı sinif şagirdi və universitet tələbəsi tərəfindən istifadə olunub. Nil Kempbel 17 aprel 1946-cı ildə Kalver-Siti şəhərində anadan olub. Zoologiya üzrə magistr dərəcəsini Los-Anceles Kaliforniya Universitetində müdafiə etmiş, doktorluq dərəcəsini isə bitkilərin botanikası mövzusunda Riversayd Kaliforniya Universitetində müdafiə edib. 30 ildən artıq Kornell Universitetinin, Pomona Kollecinin, Riversayd Kaliforniya Universitetinin, San Bernardinyo Valli Kollecinin auditoriyalarında dərs deyib. Kempbel bir sıra mükatlara layiq görülüb: 2001-ci ildə Riversayd Kaliforniya Universiteti tərəfindən Fərqlənən Məzun Mükafatı və 1986-cı ildə San Bernardinyo Valli Kolleci tərəfəfindən ilk dəfə verilən Görkəmli Professor Mükafatı. Kempbel, həmçinin, sahil və səhra bitkilərini öyrənən tədqiqatçı idi. O, müəyyən bitkilərin müxtəlif duzluluq, temperatur və pH göstəricilərinə sahib mühitlərdə özlərini necə uyğunlaşdırması ilə bağlı tədqiqata rəhbərlik etmişdir. Əlavə olaraq, o, Mimoza bitkisi və digər paxlakimilərin öyrənilməsi ilə bağlı araşdırmalara da rəhbərlik etmişdir.
Qempey müharibəsi
Qenpey müharibəsi (源平合戦, Qenpey kassen) və ya Tayra–Minamoto müharibəsi – 1180-1185-ci illərdə Yaponiyanın Tayra və Minamoto klanları arasında davam etmiş həlledici müharibə. Bu klanlar Heyan dövrünün ən böyük rəqibləri idi. Müharibə Minamoto klanının qələbəsi ilə başa çatmış və nəticədə, Yaponiyada XIX əsrə qədər davam edəcək bakufu sisteminin əsası qoyulmuşdur. Müharibənin başa çatdığı il Yaponiyada Heyan dövrünün sonu hesab olunur. Tayra və Minamoto klanları IX əsrdə taxta iddia sürməkdən məhrum edilən imperatorluq ailəsinin davamçıları idi. İmperatorluq ailəsinin gücü Yaponiyanın qərbində cəmləşdiyi halda, Tayra və Minamoto klanları Yaponiyanın şərqində güc əldə etmişdilər. Onlar əvvəlcə əyalət rəsmiləri kimi burada məskunlaşsalar da, daha sonra hərbi liderlərə çevrilmişdirlər. İki klan arasında mübarizə XII əsrdə kəskinləşmişdir. Döyüşçü Tayra no Kiyomori 1156-cı ildə baş vermiş Hoqen müharibəsi zamanı Minamoto klanının əsas qolu olan Seva Qenci ailəsinə mənsub bir çox lideri öldürmüşdür. Bunun qarşılığında Minamoto no Yoşitomo 1159-cı ildə Kiyomoriyə qarşı Heyci müharibəsini başlatmışdır.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Semüel Bekket
Semyuel Bekket (ing. Samuel Beckett, 13 aprel 1906[…] – 22 dekabr 1989[…], XIV arondisman (Paris)) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir. Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir.
Tervel xan
Tervel xan(bolq. Тервел) 700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı. Asparux xanın oğludur və onun ölməsi üzərinə xan olmuştur. Bizans mənbələrində adı ilk dəfə 704-cü ildə keçir. II Yustiniana taxtına yenidən sahib olması üçün kömək etmiş, qızı Anastasiya ilə evlənmişdir. 717-718-ci illərdəki Ərəblərin İstanbul mühasirəsində Ərəblərə qarşı qələbə qazandığı üçün, Avropanın qurtarıcısı ləqəbi ilə tanınmışdır. Tervel xan, II Yustinianın Bizans üsyançıları tərəfindən edamından sonra Frakiyanı işğal etmiş və İstanbulu yağmalamışdı. Tervel xan Bizans imperatoru III Feodosi ilə 716-ci ildə Birinci Bulqar dövləti ilə Bizans arasındaki sərhədi müəyyən etmişdi. Onun dövründə Madara atlısı əsəri divara qazınmışdır. 25 may 717-ci ildə imperator III Leonun taxta çıxmasından sonra 200,000 əsgər və 2500 gəmidən ibarət ərəb ordusu İstanbulu mühasirəyə başlamışdı.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.