Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teramo
Teramo — İtaliyanın Abruttso regionunda şəhər.
Termos
Termos, Balaca termos, Kiçik termos və ya Flask — İçindəki mayeni ətrafından daha isti və ya daha sərin saxlayan izolyasiya qabı. == Tarixi == İlk termos 1892-ci ildə Oksford universitetinin alimi Ceyms Dyuar tərəfindən icad olunmuşdur. 1904-cü ildə Dyuarın tələbəsi Reynald Berger və digər bir alman ixtiraçısı bu işin kommersiya əhəmiyyətini başa düşərək, termosun istehsalı ilə məşğul olan bir şirkət təsis etdilər. Həmin şirkətə ən yaxşı ad vermək məqsədi ilə keçirilən müsabiqədə Almaniyanın Münhen şəhərinin sakinləri qalib gəldilər. Şirkətə "Thermos" (yunanca "therme" "isti" mənasını verir) adı verildi. İstilik saxlayan cihaz da belə adlandırıldı. Eyni zamanda termosa Dyuar butulkası da deyilir. == Ədəbiyyat == İxtiralar və kəşflər. Altun Kitab, Bakı, 2007.
Tremor
Tremor (lat. tremor - "əsmə") — qeyri-ixtiyari, ritmik hərəkətlərdir. Yaranma səbəbindən asılı olaraq fizioloji, serebellar (beyincik), distonik, essensial, ortostatik, Parkinsonizm, psixogen, alkoholizm, periferik neyropatiya mənşəli ola bilər. Hərəkət və postura bağlılığına görə sakitlik, postural, hərəkət, intensiyon, rubral tremor ayırd edilir.
Terek
Terek (çay)
Tərək
Tərək — yağda qovurulmuş şəkər və undan hazırlanan halva növü.
Euseius terenos
Euseius terenos (lat. Euseius terenos) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Vüqar Kərəmov
Vüqar Kərəmov (20 fevral 1992, Xaçmaz rayonu) — "Vugi" ləqəbli Azərbaycanlı peşəkar MMA döyüşçüsü, Uşu sandaçı, 4 qat dünya çempionu, 3 qat Avropa çempionu, 8 qat respublika çempionu, Dünya Kubokunun sahibi, idman ustası, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı. == Həyatı == Vüqar Qərib oğlu Kərəmov 20 fevral 1992-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. İdmana 9 yaşında Moskva şəhərində başlamışdır , 2007-ci ildə Azərbaycana qayıtmış və burada davam etmişdir. 2010-2014 -cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyasında ali təhsil almışdır. == İdman karyerası == Rusiyada yaşadığı illərdə Andrey Bolshakov'un rəhbərliyi altında məşqlərini davam etdirmişdir. Amerikada yaşadığı müddətdə Urijah Faber'in rəhbərliyi ilə Teamalphamale idman salonunda məşqlərini keçmişdir . Pankration və MMA üzrə Azərbaycan çempionudur. 2009-cu ildə Omsk şəhərində (Rusiya) keçirilən dünya çempionatında (57 kq), 2011-ci ildə Odessada (Ukrayna) keçirilən Avropa çempionatında (65 kq), 2012-ci ildə Krakovda (Polşa) keçirilən dünya çempionatında (66 kq) qalib gəlmişdir. ilk professional çıxışını 6 aprel 2012-ci ildə Rusiya'nın Nizhny Novgorod şəhərində keçirilən CIS Cup 2012 də etmişdir, ancaq Oleg Borisova məğlub olmuşdur. 2013-cü ildə Peterburqda (Rusiya) keçirilən Dünya Oyunlarında (66 kq) birinci yerə layiq görülmüşdür.
Zaməddin Kərəmov
Zaməddin Kərəmov (tam adı: Zaməddin Bahadur oğlu Kərəmov, 24 yanvar 2001; Bucaq, Oğuz – 16 dekabr 2020; Murovdağ, Kəlbəcər) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Zaməddin Kərəmov 24 yanvar 2001-ci ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Bucaq kənd orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == 2019-cu ilin yanvarın 24-də hərbi xidmətə başlayıb. 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. İkinci Qarabağ müharibəsinə Şəmkir korpusunun "Həmlə 319" batalyonunun tərkibində qatılıb. Suqovuşan kəndinin alınmasında iştirak edib. Kəlbəcər istiqamətində Murovdağ silsiləsində "Canavar qulağı" postunun alınması uğrunda gedən döyüşlərdə ürəyindən aldığı qəlpə yarası nəticəsində həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Zaməddin Kərəmovun nəşi tapılıb və 16 dekabrda doğulduğu Bucaq kəndində dəfn olunmuşdur.
Teramo BK
"Teramo" və ya "Teramo Basket" (ingilis dilində:Teramo Basket) Teramo şəhərini təmsil etmiş keçmiş italyan basketbol klubu. Komanda 2002-ci ildən 2012-ci ilədək İtaliya çempionatında iştirak etmiş, sonralar maliyyə çətinlikləri ilə üzləşən komanda buraxılmışdır. Klubun ev meydançası PalaSkapiano" arenası hesab olunurdu. == Tarixi == Teramo basketbol klubu 1973-cü ildə İtaliyanın Teramo şəhərində Karlo Antonetti tərəfindən AİCS adı altında (İtalyan Mədəniyyət və İdman Cəmiyyəti, İngilis dilində:Association of Italian Culture and Sports) yaradılmışdır. Pegional turnirlərdə bir neçə qələbədən və gənclərdən ibarət komandanın hazırlığından sonra 1992-1993-cü il mövsümündə "Teramo Basket" adı altında İtaliyanın C1 liqasında İtaliya milli çempionatında iştirak etmək imkanı qazanmışdır. 2009-cu il mövsümündə klub üçüncü yeri tutmuş və 2010-cu ildə Avropa kubokunda iştirak etmək hüququ qazanmışdır. Getdikcə artan maliyyə problemləri nəticəsində 2012-ci ilin iyul ayında klub iflasa uğradığını elan etmiş və İtaliyanın basketbol liqasından kənarlaşdırılmışdır.
Teramo Kastelli
Teramo Kristoforo Kastelli (it. Teramo Cristoforo Castelli; 1597, Genuya – 3 oktyabr 1659, Palermo) — İtaliya missioneri. == Həyatı == Teramo Kristoforo Kastelli 1597-ci ildə anadan olmuşdur. Zadəgan ailəsindən olan Kastelli 1632–1654-cü illərdə Gürcüstanda yaşamışdır. O, əsasən Gürcüstan xalqı və təbiəti haqqında olan yeddi cildlik səyahət qeydləri yazmış, eskizlər və digər illüstrasiyalar çəkmişdir. Bu əlyazma 1878-ci ildə keşiş Coakkino di Marso tərəfindən kəşf edilmişdir. Bu, Palermo bələdiyyə kitabxanasına çatdırılmış və 1910-cu ildə Mişel Tamarati tərəfindən Gürcüstan alimlərinin diqqətinə çatdırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Teramo Kristoforo Kastelli ilə əlaqəli mediafayllar var.
Termik neftçıxarma
Termik neftçıxarma - neft laylarına istilik (elektrik enerjisi, buxar, qızdırılımış su) verməklə neftin Yer səthinə qaldırılması üsulu. Termik neftçıxarmadan əsasən, kiçik təzyiqli və yüksək özlülüklü nefti olan layların işlənməsində istifadə olunur.
Termik qradiyent
Üfüqi və ya şaquli istiqamətdə müəyyən məsafə vahidində temperaturun dəyişilməsidir. Yer səthində üfüqi termik qradiyentin kəmiyyəti təqribən 100 km-də 1 dərəcə, troposferdə şaquli termik qradiyent isə təqribən 100 m- də 0,6 dərəcədir.
Qırmızı teremdə yuxu
Qırmızı teremdə yuxu və ya Daşın hekayəsi (sadələşdirilmiş çincə: 红楼梦, ənənəvi çincə: 紅樓夢; pinyin: Hóng Lóu Mèng) Tsao Syuetsin tərəfindən yazılmlş, çincənin dörd böyük klassik romanlarından biri. 18-ci əsrin ortalarında, Tsin sülaləsi dövründə yazılmışdır. Çində xalq dilində yazılmış ən böyük əsərlərdən biri və çincə fantastika ədəbiyyatının şah əsəri qəbul edilir. İlk 80 bölüm Tsao Syuetsin tərəfindən yazıldı. 1791-92-də birinci və ikinci nəşrləri hazırlayan Qao E, yoldaşı Çenq Ueiyuan ilə birlikdə romana 40 bölüm daha əlavə etdi.Qırmızı teremdə yuxu yarı-avtobioqrafiya növündə yazılmış bir romandır. Tzao Syuetsinin öz ailəsinin və eyni zamanda Tzin sülaləsinin yüksəlişini və çöküşünü anladır. Yazıçının ilk bölümdə anlatdığına görə gəncliyində tanış olduğu qadınlara, qohumlara və xidmətçilərinə həsr edilmiş bir xatirədir. Kitap çox geniş qəhrəman heyəti və buna bağlı psixolojik ölçüsünün yanında 18-ci əsrin Çin atistokratiyasının sosial quruluşunun ətraflı bir analizi olması baxımından da vacibdir. == Adlandırma == Qırmızı (qızıl) köşk ya da otaq anlayışının mənşəyi haqqında fərqli nəzəriyyələr vardır. Çində vacib ailələrin qızları başqa otaqlardan keçərək çatılan qorunaqlı özəl bölmələrdə qalırdılar.
Terek (çay)
Terek — Şimali Qafqazda çay. == Adının etimologiyası == Etimologiyası ərəb dilində türklər deməkdir. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz [ə]trak və t[ə]rak kimi də tələffüz edirdilər. Misal üçün Ətrak çayını və tərəkəmələri göstərmək olar. Terek çayı ərazisində Ərəb Xilafəti dövründə Xəzər xaqanlığının mərkəzi yerləşirdi. == Coğrafiyası == Uzunluğu 623 km, hövzənin sahəsi 43 200 kv km. Başlanğıcını Baş silsilədəki Zilgəxoh buzlağından götürür. İlk 30 km Baş və Yan sislsilələr arasında axır, sonra Şimala dönür və Yan silsiləni (Dəryal keçidində), Qayalı silsiləni və Qara dağları kəsərək ; Qroznı şəhəri yanında dağətəyi düzənliyə çıxır, və burada Qizeldon, Ardon, Urux, Malku(Baksanla) qovuşur. Malkanın mənsəbindən sonra, çoxsaylı adaları, bankaları olan qumlu-gilli yatağla axır; Sunjanın mənsəbindən aşağı bir sıra qollara və axınlara bölünür. 4000 kv km sahəsi olan delta yaradaraq Xəzər dənizinin Aqrahan körvəzinə tökülür; delta sahəsindəki yatağın vəziyəti bir neçə dəfə dəyişib(1941 ildən axımın böyük hissəsi Karqalin sıçrayışı yatağından keçir).
Terek (şəhər)
Terek (kab.-çərk. Тэрч къалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Terek rayonunun inzibati mərkəzidir. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir. == Coğrafiya == Terek şəhəri Terek rayonunun qərbində, Terek çayının sağ sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 53 km şərqdədir. Şəhərin sahəsi 12 km²-dir. Şimaldan cənuba şəhərin uzunluğu 5 km, qərbdən şərqə 3 km-dir. Aşağıdakı yaşayış məntıəqələri ilə həmsərhəddir: şimalda Arik, şərqdə Deyskoye, qərbdə İnternasionalnoe və Aleksandrovskaya. Şəhər respublikanın dağətəyi zonasında, Kabardın malli düzənliyində yerləşir.
Terek altağızı
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır.
Terek deltası
Terek deltası 4 000 — 6 000 km² ərazini əhatə edən massivdən ibarətdir (bu isə Kuban deltası ilə eyni sahədir). Bu sahənin 500 km² irriqasiya bölgəsidir. Böyük əhəmiyyətə malikdir. Delta Karqalin stanisasından başlayır. Deltada kəskin eniş 56 metrdir. Bölgənin böyük hissəsini göllər, tuqay meşələri və şoranlıqlar təşkil edir. == Deltanın hidroqrafiyası == Terek deltasında yüksək inkişaf dinamizmi müşahidə edilir. Orta Asiya çaylarına xas xüsusiyyətlərindən dağlardan aşağı axarlara doğru çoxlu lil gətirir. Çayın gətirdiyi lil sayəsində Xəzər dənizi sahillərində geniş bir ərazini əhatə etməsinə baxmayaraq hazırda qapalı hövzəyə çevrilmək üzrədir. Deltada mövcud olan qollar: Prorva, Orta, Talovka və Yeni Terek.
Terek gəvəni
Terek gəvəni (lat. Astragalus terekensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz dağlarının şimal və şərq hissəsində, Dağıstanda yayılmışdır. == Botaniki təsviri == Yarpağını tökən, 40-60 sm hündürlüyə çatan koldur. Kolları üzərində əmələ gələn çoxlu miqdarda qısa budaqları nazik tikanlarla örtülüdür. Yarpaqları 2,5-3 sm uzunluqda, 0,5 mm enində olub, tutqun bozdur. Yarpaqaltlıqları 7–9 mm uzunluqda, altdan qısatüklü, bizvari, itiuclu, ağ rənglidir. Yarpağı 4-6 cüt, yarpaqcıqların eni 7 mm olub, neştərvari, uzunsov, şiş, qalın tikanlarla qurtarır. Hər yarpağın qoltuğunda 2 çiçəkdən ibarət, 1-2,5 sm uzunluqda çiçək qrupu əmələ gəlir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, qayığabənzər olub, aşağı hissəsi sarımtıl-yaşıl, yuxarı hissəsi isə tüklüdür.
Terek qumuqları
Terek qumuqları – Çeçenistan , Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhalinin siyahıya alınmasına görə sayları təxminən 28 min nəfərdir. İnanc olaraq müsəlman sünnidirlər. İki etnik alt qrupa bölünürlər braqunlar ( Çeçenistanın Qudermes və Qroznı rayonlarında yaşayırlar) və mozdoklular (ya da mozdok qumuqları, Şimali Osetiya Alaniya respublikasında Mozdok rayonunda yaşayırlar.) == Tarixi == Göründüyü qədər terek qumuqları qıpçaqlara qədər Terek çayının bütün sağ sahili boyunca və Sunjey çayı arasında yaşayan tümenlərdən törəyiblər. Bütün bu ərazilər XVI əsrə qədər Tümen xanlığının ərazisinə daxil olub. XVI əsrdən XVII əsrə qədər bu ərazilər Tarku şamxallığından asılı olan və əhalisinin böyük hissəsini qumuqlar təşkil edən Braqun hakimliyinin tərkibində olub. General Yermolovun məktublarında bunlar yazılıb: Məhz vəba vaxtilə XVII – XVIII əsrlərdə qumuqlar tərəfindən sıx məskunlaşmış qumuq düzənliklərinin boşalmasına səbəb oldu. XVII əsrin sonu XVIII əsrdən etibarən bütün bu ərazilərə çeçenlər köçməyə başlayırlar. Qumuq əhalisinin əksəriyyəti isə bu əraziləri tərk edirlər. Terek vilayəti bölündükdən sonra terek qumuqları əsasən Dağıstanda yaşayan qumuq etnosundan ayrı düşərək ayrıca etnik qrup kimi formalaşdılar.
Terek vilayəti
Terek vilayəti — 1860-1920-ci illərdə mövcud olan Rusiya İmperiyasının inzibati vahididir. İnzibati mərkəz Vladiqafqaz şəhəridir. == Coğrafiyası == Qərbdə Kuma çayından şərqdə Sulak çayına və şimalda Terek çayından cənubda Baş Qafqaz silsiləsinə qədər olan ərazini işğal etdi. == Tarixi == === Yaradılması === 1860-cı ildən Rusiyanın inzibati-ərazi vahidididir (İmperator II Aleksandrın fərmanı ilə yaradıldı, bölgənin idarə edilməsi haqqında əsasnamə 1862-ci ildə təsdiq edildi). Bölgəyə əvvəlcə səkkiz rayon: Arqun, İnquş, İçqeriya, Kabarda, Kumuk, Naqornı, Osetin and Çeçen daxil idi.29 noyabr 1866-cı ildə Mozdok əyaləti Stavropol diyarından Terek bölgəsinə ayrıldı.9 dekabr 1867-ci ildə Stavropol quberniyasından rayonun bir hissəsi olan Kizlyar şəhəri Terek bölgəsinə ayrıldı.1868-ci ildə əyalətin sərhəd şəhəri olan Georgeyvsk şəhəri Stavropol quberniyasından ayrılaraq Terek vilayətinin tərkibinə qatıldı.1869-cu ildə Qumuq və Dağlı rayonları Xasavyurt mahalına birləşdirildi. 1870-ci ildə Terek bölgəsində inzibati dəyişikliklər edildi. Osetiya və İnquş rayonları Vladiqafqaz rayonuna birləşdirildi. Dairələr hissələrə bölündü. 7 yeni rayon yaradıldı: Arqunski, Vedenski, Vladiqafqaz, Georgievski, Qroznı, Kizlyar və Xasavyurt. 1874-cü ildə Pyatiqorsk şəhəri Terek vilayətinə birləşdirildi.
Terek çayı
Terek — Şimali Qafqazda çay. == Adının etimologiyası == Etimologiyası ərəb dilində türklər deməkdir. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz [ə]trak və t[ə]rak kimi də tələffüz edirdilər. Misal üçün Ətrak çayını və tərəkəmələri göstərmək olar. Terek çayı ərazisində Ərəb Xilafəti dövründə Xəzər xaqanlığının mərkəzi yerləşirdi. == Coğrafiyası == Uzunluğu 623 km, hövzənin sahəsi 43 200 kv km. Başlanğıcını Baş silsilədəki Zilgəxoh buzlağından götürür. İlk 30 km Baş və Yan sislsilələr arasında axır, sonra Şimala dönür və Yan silsiləni (Dəryal keçidində), Qayalı silsiləni və Qara dağları kəsərək ; Qroznı şəhəri yanında dağətəyi düzənliyə çıxır, və burada Qizeldon, Ardon, Urux, Malku(Baksanla) qovuşur. Malkanın mənsəbindən sonra, çoxsaylı adaları, bankaları olan qumlu-gilli yatağla axır; Sunjanın mənsəbindən aşağı bir sıra qollara və axınlara bölünür. 4000 kv km sahəsi olan delta yaradaraq Xəzər dənizinin Aqrahan körvəzinə tökülür; delta sahəsindəki yatağın vəziyəti bir neçə dəfə dəyişib(1941 ildən axımın böyük hissəsi Karqalin sıçrayışı yatağından keçir).
Terek şirbiti
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. == Xarakterik morfoloji əlamətləri == Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Tringa terek
Boz səsyamsılayan (lat. Xenus cinereus) — səsyamsılayan cinsinə aid quş növü.
Terek xəbərləri (qəzet)
Terek xəbərləri (rus. Терскія въдомости) — 1868-ci ildən Vladiqafqaz şəhərində nəşr olunan rus dilində qəzet. 1918-ci ilə qədər nəşr, o vaxtkı Terek vilayəti hakimiyyət orqanlarının rəsmi mətbuat orqanı olmuşdur. Qəzetdə vilayətin bütün müvafiq əmr və məlumatları dərc edilirdi. İnqilabdan əvvəlki qəzet nömrələri Şimali Qafqaz tarixinin öyrənilməsi üçün ən dəyərli mənbələrdən biridir. Nəşr postsovet dövründə 2010-cu ildə yenidən canlanmışdır. == Tarixi == 1918-ci ilə qədər nəşr, o vaxtkı Terek vilayəti hakimiyyət orqanlarının rəsmi mətbuat orqanı idi. Bu səbəbdən qəzetdə vilayətin bütün müvafiq əmr və məlumatları dərc edilirdi. "Terek xəbərləri" qəzetinin ilk baş redaktoru Keçevin Adıge kəndindən olan Adil-Gəray Keşev olmuşdur. Adil-Gəray 1858-ci ildə Stavropol Kişi Gimnaziyasını fərqlənmə diplomu ilə bitirmişdir.
Terek çayı döyüşü