Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Termidor
Termidor (fr. thermidor, yun. θέρμη sözündən — isti, hərarət və δῶρον — hədiyyə) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş təqvimə əsasən, 1793 cü ilin oktyabrdan 1806 cı ilin 1 yanvarına qədər qüvvədə olmuş XI ay (19/20 iyul — 17/18 avqust). Bu ay yakobinlər diktaturasına son qoymuş termidor çevrilişi kimi də tanınır.
Termidor çevrilişi
Termidor çevrilişi — Fransa inqilabı dövründə dövlət çevrilişi. İnqilab 1794-cü ildə, iyulun 27-dən 28-nə keçən gecə (inqilab təqvimi ilə respublikanın 2-ci ilinin 9–10 termidoru) baş verdi. Bu, montanyarlar diktaturasının süqutuna səbəb olmuşdur. == Çevriliş == 1794-cü ilin yazında ölkənin inkişaf perspektivləri məsələsi konventin solçu yakobinlər və radikal montanyar deputatları arasında mübahisələrə səbəb olmuşdur. Jak Rene Eber və tərəfdarları maksimumun və terrorun əbədiləşdirilməsini müdafiə etmişdilər. Bu siyasət inqilabın düşmənlərini qorxutmaq və siyasi rəqibləri məhv etmək məqsədi daşıyırdı. Jak Jorj Dantonu dəstəkləyənlər sülhün bağlanmasını və terrora son qoyulmasını tələb edirdilər. Maksimillian Robespyer və onun tərəfdaşları hər iki qrupun liderlərinin edam edilməsinə nail olmuş və əksinqilabın qalibiyyətlə sona çatması, cəmiyyətin mənəvi yenilənməsi üçün bir proqram irəli sürmüşdülər. Bunun alətlərindən biri də terror idi. Cavab olaraq Konvensiyada deputatların sui-qəsdi yarandı.
Termistor
Termistor, standart rezistorlardan daha çox müqaviməti temperaturdan çox asılı olan yarımkeçirici bir rezistor növüdür. Termistor sözü istilik və rezistorun birləməsidir . Termistorlar keçiricilik modelinə görə bölünür. Mənfi Temperatur Əmsalı (NTC) olan termistorlar yüksək temperaturda daha az müqavimət göstərir, müsbət temperatur əmsalı (PTC) olanlar isə daha yüksək temperaturda daha çox müqavimət göstərir. == Növləri == İstifadə olunan materiallardan asılı olaraq termistorlar iki növə bölünür: NTC-mənfi tempratur əmsallı termistorlar ilə temperatur yüksəldikcə müqavimət azalır; adətən valentlik zolağından termal ajitasiya ilə çarpan keçirici elektronların artması ilə əlaqədardır. NTC adətən bir temperatur sensoru kimi və ya bir dövrə ilə ardıcıl olaraq başlanğıc cərəyan məhdudlaşdırıcısı kimi istifadə olunur. PTC-müsbət tempratur əmsallı termistorlar ilə temperatur yüksəldikcə müqavimət artır; adətən artan termal qəfəs ajitasyonları, xüsusən də çirklər və qüsurlar səbəbindən. PTC termistorları adətən bir dövrə ilə ardıcıl quraşdırılır və yenidən qurulan qoruyucular kimi həddindən artıq cərəyan şəraitindən qorunmaq üçün istifadə olunur.
Dan Meridor
Dan Meridor (ivr. ‏דן מרידור‏‎; 23 aprel 1947, Qüds) — İsrail siyasətçisi və hüquqşünası, knessetin üzvü (11, 12, 13, 14, 15, 16, 17, 18 çağırışlar), İsrailin ədliyyə naziri (1988–1992), İsrailin maliyyə naziri (1997–1998), keçmiş kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri. == Həyatı == Dan Meridor 23 aprel 1947-ci ildə Mandat Fələstini ərazisində Menaxem Beginin ortağı Eliyahu Meridor və doktor Raanana Meridorun ailəsində anadan olub. İsrail Müdafiə Qüvvələrinə çağırılmış, zirehli qüvvələrdə xidmət etmiş və zabit rütbəsinə qədər yüksəlmişdir. Altı günlük müharibədə iştirak etmişdir. Meridor Yerusəlim Yəhudi Universitetinin bakalavr məzunu olmuşdur. 1982–1984-cü illərdə Meridor hökumət katibi vəzifəsini icra etdi. 1984-cü ildə Likud partiyasının üzvü kimi 11-ci knessetin tərkibinə daxil oldu, bu çağırışda parlamentin iki alt komitəsinin sədri vəzifəsini icra edirdi. 1988-ci ildə, 12-ci knessetə yenidən seçildi, bu dövrdə ölkədə Yitzhak Şamirin başçılıq etdiyi iki hökumət mövcud idi ki, hər ikisində Meridor İsrailin ədliyyə naziri vəzifəsini icra edirdi. Mərkəzin Partiyasının təmsilçisi kimi 15-ci Knessetə seçildi.