ADEKVAT
[adäquat; fr. Adèquat; ing. Adequat; lat. Adaequatus; osm. tr. mutabık; ər. يطاتك ] – bir-birinə uyan, uyğun gələn, həmahəng olan deməkdir. Latın dilindən avropa dillərinə keçən və dilimizdə də çox rastlanan bu kəlməyə bərabər bölün- müş, bir-birinə uyğun gələn müəyyən şeyləri yaxud məziyyətləri ifadə etmək üçün işlədilir. Misal üçün adekvat tədbirlər, adekvat fikirlər və s. Adekvatlıq [lat. Adaeguatus – bərabərləşdirilmiş – uyğunluq, bərabərlik ekvivalentlik] mahiyyət etibarı ilə digər qarşılığını tam mənası ilə qarşılayan, ehtiva edən düşüncə tərzidir.