Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dian
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Titan
Titan (Ti) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 22-ci element. Yüngül, güclü, parlaq, korroziyaya qarşı müqavimətli bozumtul bir keçid metalıdır. Titan dəmir, alüminium, vanadium, molibden kimi elementlər ilə aşqarlanmış edə bilər. Bu güclü, yüngül ərintilər havaçılıq (reaktiv mühərrikləri, mərmilər və kosmos vasitələri) hərbi sənaye əməliyyatlar (kimyəvilər və neft məhsulları çıxarılması, təmizlənməsi stansiyaları, kağız xəmiri və kağız) avtomobil, yemək, tibb (protezler, implantlar, dental endodontik vəsaitlər, dental implantlar), idman əşyaları, zərgərlik, mobil telefonu, və digər proqramlarda istifadə edilir. Titan 1791 tarixində William Gregor tərəfindən İngiltərədə kəşf edildi və Martin Heinrich Klaproth tərəfindən, Yunan mifologiyasındakı Titana istinadən bu şəkildə adlandırıldı. Element bir neçə mineral depozit tapılar. Bunlardan prioritetli olanlar yer qabığında və litosferdə geniş dağılmış olan rutil və ilmenittir. Titan az qala bütün canlı varlıqlarda, qayalarda, sularda və torpaqda tapılar. Metal başlıca mineral cevherlerinden Kroll əməliyyatı və Hunter əməliyyatı üsulları ilə çıxarılır. Ən məşhur qarışığı olan titan dioksid ağ piqment emalatında istifadə edilir.
Tan
Tan Şanyü (v. 124) — hunların ən uzunömürlü hökmdarlarındandır. Fenhu ilə müharibə etməməyə çalışan Tan əsasən sülh və əmin-amanlığı bərpa etməyə çalışırdı. 118-ci ildə Fenhu aclıq və xalqın dəstəyini əsirgəməyini görüb Çinə köçdü və şanyülüyə olan iddiasından əl çəkərək Çin vətəndaşı oldu. Tan Şanyü dövründə ölkənin rifah səviyyəsində dəyişiklik olmasa da müharibələrin sayı sıfıra endirildi. 124-cü ildə ölən Tanın yerinə Ba keçdi.
Tin
Tin — etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi. Etrusklar Xarun Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
TİA
Turan İnformasiya Agentliyi, həmçinin qısaca Turan və ya TİA — Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. Azərbaycanda Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalifdir və müstəqil bir agentlikdir. 1990-cı ildə yaradılmışdır. "Turan İnformasiya Agentliyi" 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılmışdır. "Turan İnformasiya Agentliyi"nin baş direktoru Mehman Əliyevdir. Agentliyin operatoru Adil Bünyatov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdi işıqlandırarkən öldürülmüşdür. Baş direktor Mehman Əliyev 27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdir. Çox keçməmiş, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin, o cümlədən ABŞ, Almaniya, Fransa, Norveç və Birləşmiş Krallığın rəsmi nümayəndələri Azərbaycan hakimiyyətini Əliyevi dərhal azad etməyə və insan hüquqlarına hörmət etməyə çağırmışdılar. Onun vəkili ittihamların "tamamilə siyasi hakimiyyət tərəfindən uydurulmuş" olduğunu bildirmişdir və Əliyevin saxlanılmasından sonra agentlik öz fəaliyyətini müvəqqəti olaraq dayanmışdır, lakin 11 sentyabrda Əliyev azad edilmişdir. "Turan İnformasiya Agentliyi" oktyabr ayında fəaliyyətinə davam etmişdir.
Hipparx (tiran)
Hipparx (q.yun. Ἵππαρχος; e. ə. VI əsr, Afina – e.ə. 514, Afina) — eramızdan əvvəl 527-ci ildən başlayaraq böyük qardaşı Hippias ilə birlikdə Afina tiranı. O, Pisistratın ikinci oğlu idi, anasının adı Koysira idi. Ənənəyə görə, o, yüngülxasiyyətlik, tez-tez aşiq olma və şairlər (xüsusən Anakreon və Simonidə) və "muzalara" himayəçiliyi ilə məşhur idi. Fukididə görə, Hipparx şiddətə meylli deyildi və hər hansı bir narazılığın qarşısını almağa çalışırdı, bunun nəticəsi kimi onun hökmdarlıq dövrü əhali tərəfindən yaxşı qarşılanmırdı və əziyyətli keçirdi. Yüngülxasiyyətliyi onun ölümünə səbəb oldu, çünki o, Harmodini əldə etməyə cəhd göstərdi, amma imitna alandan sonra onun bacısı və özünü təhqir etdi (sonrakı hekayələrə görə, o, Harmodinin bacısına Panafiney bayramının təntənəli nümayişində iştirak etməyə qoymadı və eyni zamanda Harmodini qorxaq adlandırdı). Nəticədə, Harmodi və Aristogiton əlbir olub Hipparxı qətlə yetirdilər.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Krios (titan)
Krios, Kriy (yun. Κρεῖος) – yunan mifologiyasında titan Uran və Geyanın oğlu, Pontun qızı Evribiyanın əri, Pallant, Astrey və Persin atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Lian Ross
Lian Ross (almanca: Josephine Hiebel, 8 dekabr 1962, Hamburq) — Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən məşhur mahnıları "Fantasy" və "Say You'll Never" mahnılarıdır. 2005-ci ildə "Ən yaxşı və daha çoxu" adlı hit sinqllarının və seçim mahnılarının bir tərtibatı çıxmışdır.
Lian Vud
Lian Vud (ing. Leanne Wood; 13 dekabr 1971) — Uelsin Pleyd Kamri partiyasının lideri.
Malik Tiav
Malik Tiav (8 avqust 2001, Düsseldorf) — Alman-Finlandiyalı peşəkar futbolçu,. Hal hazırda İtaliyanın "Milan" klubunda mərkəz müdafiəçisi kimi çıxış edir. == Karyerası == Uşaqlıqda Tiav, Almaniyanın Düsseldorf şəhərinin "TV Kalkum-Wittlaer" klubunda oynayıb. Daha sonra "Fortuna Düsseldorf", "Bayer 04 Leverkusen" və "Borussia Münhenqladbax" klublarının uşaq komandalarında oynayıb. 2015-ci ildə "Şalke 04" klubunun gənclər akademiyasına qoşulur. O, 7 mart 2020-ci ildə Bundesliqada "Hoffenhaym" klubuyla 1–1 hesablı heç-heçə ilə bitmiş oyunda "Şalke"nin heyətində peşəkar debüt etdi. === Milan === 29 avqust 2022-ci ildə Tiav, A Seriyası klubu "Milan" ilə 30 iyun 2027-ci ilə qədər müqavilə bağladı.
Ostin Tran
Pallant (titan)
Pallant (yun. Πάλλας) –yunan mifologiyasında kiçik titan, Krios və Evribiyanın oğlu, Hesioda görə okeanida Stiksin əri, Qısqncın, Qüvvətin, Gücün və Zəfərin atası.
Pers (titan)
Pers (yun. Perses) yunan mifologiyasında II nəsil titan, Hesiod "Teoqoniyasına" və Psevdo-Apollodora görə ikinci nəsil titan, Krios və Evribiyanın oğlu, Asteriyanın əri və Hekatanın atası.
Sun Lian
Sun Lian (* 243; † 260) — Sun Çyuanın oğlu və U çarlığının ikinci çarı.
Tiran (İran)
Tiran — İranın İsfahan ostanının şəhərlərindən və Tiran və Kərun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,673 nəfər və 4,431 ailədən ibarət idi. Bu şəhərin keçmiş adı Tehran idi və tarixi kitablarda İsfahan Tehranı kimi tanınırdı..
Tvan Börx
Tvan Börx (nid. Twan Burg; doğ. 2 aprel 1990) — Niderland şahmatçısı, qrosmeyster (2015). Tvan Börx 2016-cı ilin sentyabr ayında azərbaycanlı beynəlxalq qrosmeyster (qadınlar arasında) Nərgiz Umudova ilə ailə həyatı qurub. FIDE Chess profili Twan Burg. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Twan Burg. Chessgames.com (ing.) Twan Burg.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Yian Tianyi
Yian Tianyi (28 fevral 1988) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Yian Tianyi Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 4-cü pillənin sahibi olub.
Zian Flemminq
Zian Flemminq (1 avqust 1998, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. 1 avqust 1998-ci ildə Amsterdamda anadan olub. Flemminq Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 1 iyun 2017-ci ildə Flemminq Ayaks klubu ilə iki illik müqavilə imzalamışdır. Flemminq öz peşəkar karyerasında debütünü 1 sentyabr 2017-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Flemminq 56-cı dəqiqədə Matteo Kassieranın ötürməsindən sonra qolla yadda qalmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks Yonq PSV-yə 3–0 hesabı ilə qalib gəlmişdir. Flemminq 1 dekabr 2017-ci ildə Maastrixt klubuna qarşı oyunda dublla yadda qalmış və komandası rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir. 2 may 2018-ci ildə Flemminq Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə üç illik müqavilə imzalamışdır.
Tiran Kelekyan
Tiran Kələkyan (erm. Տիրան Քէլէկեան; 1862, Kayseri – 20 oktyabr 1915, Çanqırı) — Osmanlı ermənisi jurnalist, yazıçı və siyasi tarixçi. Tiran Kələkyan 1862-ci ildə Sərraf Qriqor Kələkyan Əfəndinin oğlu olaraq Osmanlı imperiyasında, Kayseridə anadan olmuşdur. O, 1880-ci ildə ticarət məktəbində oxumaq üçün Marselə göndərilmişdir. Kələkyan qayıdandan sonra jurnalist və hüquqşünas olmuşdur. O, erməni əlifbası ilə türkcə çıxan "Mənzumə-i Əfkar" qəzetinin redaktoru, erməni əlifbası ilə türkcə çıxan "Cahan" qəzetini bir il nəşr etdirmiş, eyni zamanda Həmid Vəhbinin "Səadət" qəzetində tərcüməçi, sonra isə redaktor olmuşdur. Kələkyan "Tarik Sabah" və "Cəridə-i Şərqiyyə" qəzetlərində yazıçı və baş redaktor olaraq çalışmış, ardınca 1904-cü ildə Londona köçmüşdür. O, 1908-ci ildə konstitusiyalı monarxiyanın elan edilməsi ilə İstanbula qayıtmışdır. Kələkyan "Sabah" qəzetinin siyasi baş redaktoru olmuş, həmçinin 1909-–-cü illər arasında "Məktəb-i hərbiyyə" və "Məktəb-i mülkiyyə" kimi məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. O, 24 aprel 1915-ci ildə həbs edilərək Çanqırıya göndərilmişdir.
Nissan Titan
Nissan Titan, Nissan şirkəti tərəfindən 2004-cü ildən bu yana istehsal edilən bir pikap modelidir. Avtomobil daha çox Şimali Amerika bazarında satılır. Adını Yunan mifologiyasındakı Titanlardan götürüb.
İtan Houk
İtan Qrin Houk (ing. Ethan Green Hawke; 6 noyabr 1970[…], Ostin) — amerikalı aktyor, yazıçı və film rejissoru. İlk rolu 1985-ci ildə çəkilmiş "Explorers" filmində olub. O, 1989-cu ildə Robin Vilyams ilə birlikdə rol aldığı "Ölü şairlər cəmiyyəti" filmi ilə daha çox tanınma qazanıb. İtanın ən məşhur filmləri aktrisa Cüli Delpi ilə baş rolda çəkildiyi "Əvvəl" trilogiyasıdır. Aktyor "Training Day" və "Boyhood" filmlərindəki performansına görə "Oskar" mükafatına namizədlik əldə etmişdir. İtan Houk 6 noyabr 1970-ci ildə Texas ştatının Ostin şəhərində doğulmuşdur. Anası xeyriyyə işçisi Lesli (qızlıq soyadı: Qrin), atası Ceyms isə sığorta aktuarisi olmuşdur. Onun valideynləri Texas ştatının Fort-Uort şəhərindəndirlər. Onlar orta məktəbdə oxuyarkən bir-birlərinə aşiq olublar və gənc yaşda evlənmək qərarına gəliblər.