1. Dəvətikanının, qızılgülün və bəzi başqa bitkilərin iynə kimi itiuclu hissəsi. Ayağına tikan batmaq. Nar ağacının tikanı.
// Tikanlı kol, dəvətikanı.
// Bir şeyin iti ucu, batan tərəfi. Məftilin tikanı.
2. Bəzi heyvanların bədənini örtən iynələrdən hər biri. Kirpinin tikanı.
3. bax tıx. Balığın tikanı.
◊ Tikan olub gözünə batmaq – görmək istəmədiyi, zəhləsi getdiyi bir şey, ya adam daima gözü qabağında olmaq.
Tikan üstündə oturan kimi – çox narahat halda, nigarançılıq içində, iztirab çəkə-çəkə.
Tikan üstündə oturmaq – çox narahat olmaq, nigarançılıq çəkmək, iztirab içində olmaq.
(Ürəyindən) tikan çıxarmaq – qisasını almaq, əvəzini çıxmaq, ürəyini soyutmaq.