Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Klet
Klet (bilinmir, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür. Hazırda Vatikan olaraq bilinən, o dövrün Müqəddəs Pyotr bazilikasında, əvvəlki papa Linin yanına dəfn edilmişdir.Papa Kletin anım günü 26 apreldə qeyd olunurdu.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir. == Etimologiyası == Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Bel (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Deşər (alət)
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün isifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Tələt Bakıxanov
Tələt Soltan oğlu Bakıxanov (13 iyun 1927, Bakı – 30 may 2000, Bakı) — Azərbaycan kamançaçalanı, muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1975). == Bioqrafiya == Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur. 1945–1947-ci illərdə teatr texnikomunu bitirmiş, 1947–1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansambılının solisti olmuşdur. Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakı şəhərində beyin insult xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya kimi bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınmışdır. Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olmuşdur. 1970–1980-cı illərdə Səmərqənd şəhərində keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarinin iştirakçısı olmuş, Bəhram Mansurov, Canəli Əkbərov və Alim Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil etmişdir.
Tələt Dadaşov
Tələt Dadaşov (22 mart 1923, Bakı) — Azərbaycan memarı. == Həyatı == Tələt Mehdi oğlu Dadaşov 1923-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılır və Böyük Vətən müharibəsində iştirak edir. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Tələt Dadaşova həsr edilmişdir.
Tələt Kəngərli
Tələt Kəngərli (Kəngərli Tələt Nəsrulla oğlu; d. 21 noyabr 1948, Bakı şəh., Azərbaycan) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Tələt Kəngərli 21 noyabr 1948 Bakı şəhərində anadan olub. == Təltif və mükafatları == SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı == Kitabları == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.
Tələt Mehdiyev
Tələt Mehdiyev (Tələt Rzaqulu oğlu Mehdiyev) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar mədəniyyət işçisi, AMEA Fizika İnstitutunun İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsinin rəhbəri. == Həyatı == Tələt Mehdiyev iyunun 4-ü 1944-cü ildə Bakı şəhərinin tarixi rayonu olan İçərişəhərdə, ziyalı ailəsində anadan olmuşdur. Bakı xanı Səlim xanın, Səlimxanovlar nəslinin davamçısıdır. 1962-ci ildə Bakı şəhəri Voroşilov rayonunun 6 saylı orta məktəbini bitirərək həmin il S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin fakültəni fizik ixtisası üzrə bitirmişdir. 1964-cü ildən, AMEA Fizika İnstitutunda işləyir. Tələt Mehdiyev 1977-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, əvvəl fizika-riyaziyyat elmləri namizədi, sonra isə, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975-ci ildə, AMEA Fizika İnstitutunda İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsini yaradaraq onun rəhbəri olmuşdur. O, 2015-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Tələt Məcidov
Tələt Məcidov (azərb. Məcidov Tələt Tahir oğlu‎, d. 23 may, 1945, Bakı, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri namizədi, Səbail Rayon İcra Hakimiyyətinin başçısı (2 sentyabr, 1999 – 8 fevral, 2005) == Həyatı == Tələt Məcidov 23 may 1945-ci ildə Bakı şəhərində anadan olub. == Tərcüməçilik fəaliyyəti == Tələt Məcidov 1 avqust 1968-ci ildən 2 iyul 1970-ci ilə qədər SSRİ Xarici İqtisad Əlaqələr üzrə Dövlət Komitəsində Əlcəzair və Suriyada, 2 aprel 1977-ci ildən 23 dekabr 1980-ci ilə kimi isə İraqda tərcüməçi işləmişdir. == Elmi fəaliyyəti == Tələt Məcidov 6 dekabr 1970-ci ildən 29 mart 1977-ci ilə kimi Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda aspirant, laborant, kiçik elmi işçi vəzifələrində çalışıb.3 yanvar 1981-ci ildən 1 iyul 1983-cü ilə kimi Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda Baş elmi işçi olmuşdur. == Siyasi fəaliyyəti == Tələt Məcidov 1 iyul 1983-cü ildən 28 dekabr 1990-cı ilədək Azərbaycan KP MK aparatında təlimatçı, sector müdiri kimi vəzifələrdə işləmişdir.14 dekabr 1990-cı ildən 4 mart 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Prezidentin Xarici siyasət məsələlər üzrə müşavirinin xidmətində məsləhətçi, 4 mart 1992-ci ildən 12 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsində Şöbə müdirinin müavini, 12 may 1992-ci ildən 8 iyul 1999-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır.2 sentyabr 1999-cu ildən 8 fevral 2005-ci ilə kimi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının aparatında başçı vəzifəndə işləmişdir.8 fevral 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsində Şöbə müdiridir. == Mükafatları == 22 may 2015-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov "Şöhrət" ordeni ilə təltif edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Xaqani Səfəroğlu. "Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - II HİSSƏ" (az.).
Tələt Paşa
Tələt Paşa (1 sentyabr 1874, Qırcaəli, Osmanlı imperiyası – 15 mart 1921, Berlin) — V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 1 il 8 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. İttihad və Tərəqqi cəmiyyətinin üzvü == Həyatı == === İlk illəri === 1 sentyabr 1874-cü ildə Ədirnə vilayətində dünyaya gəlmişdir. Atası Qırcaəli tabeliyindəki Çəpəlcə kəndindən Qazı Əhməd Vasif Əfəndi, anası isə vaxtilə Kayseridən köç etmiş türk-pomak soylu Hürmüz xanım idi. İlk təhsilini Kırklarelində aldıqdan sonra Ədirnə hərb məktəbinə daxil oldu. Atasının vəfatının ardından yaranan maddi sıxıntılar səbəbilə Ədirnə Poçt və Teleqraf idarəsində işləməyə başlayır və 1891-ci ildə buranın anbar təsərrüfat müdiri olur. Bu müddət ərzində bir yandan Alliance İsraelite Universelle adlı yəhudi məktəbində türk dili dərsləri verir, digər yandan isə xüsusi bir müəllimdən fransız və yunan dillərini öyrənirdi. Bu illərdə bacısının yoldaşı İsmayıl Yürükoğlu vasitəsilə jöntürk fəlsəfəsi ilə tanış olmuş, ideyanın təşkilatlanmasında iştirak etmişdir. Bolqarıstan türklərindən olan və sonralar "Şərq" adlı müxalif qəzetində redaktor çalışan İsmayıl Yürükoğlu, o illərdə Əhməd Zəki bəylə birlikdə İttihad və Tərəqqi cəmiyyətinin Ruse şəhərindəki mərkəzində çalışırdı. Sonralar Tələt bəy kiçik bürokrat və zabitlər tərəfindən Ədirnədə yaradılan müxalif təşkilata daxil oldu. Ancaq hökumət bu siyasi təşkilatın fəaliyyətinə göz yummadı və təşkilat üzvləri 1896-cı ildə həbs olundular.
Tələt Qasımov
Tələt Qasımov (nazir)
Tələt Qayıbov
Tələt Qayıbov — biologiya elmləri doktoru, professor. == Həyatı == Tələt Dənyar oğlu Qayıbov 1923-cü ilin may ayının 15-də Azərbaycanın Quba rayonunun Alpan kəndində bəy nəslindən olan mülkədar ailəsində anadan olmuşdur. 1939-cu ildə 132 saylı Bakı şəhər orta məktəbini bitirib ADU-in biologiya fakultəsinə daxil olmuş və 1944-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 1945 –1948-ci illərdə Akademik A.Qarayevin fiziologiya ixtisası üzrə ilk aspirantı-fizioloqu olmuşdur. 1948 -ci ildə Bioloqiya elmləri üzrə“namizədlik” dissertasiyasını müdafiə etmişdir. 1948 – 1960-cı illərdə Elmi Tədqiqat Hematoloqiya və Qanköçürmə İnstitutununda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1961-ci ildə “Uyğun gələn və uyğun olmayan qanın köçürülməsindən sonra resipiyentin orqanzmində yaranan funksional dəyişikliklər” mövzusunda biologiya elmləri üzrə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə etmışdır 1951– 1966-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri, institutun partiya təşkilatının katibi, elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 1966 – 1992-ci illərdə Azərbaycan Dövlət Universitetində “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1992- 2002- ci illərdə Bakı Dövlət Universitetində “İnsan və heyvan fiziologiyası” kafedrasının professoru işləmişdir == Fəaliyyəti == - hematologiya və qanköçürmə sahəsində “Hemostaz”problemlərinin geniş tədqiqatları - postnatal ontogenez və yaratdığı “Radiobiologiya” problemləri laboratoriyasında aparılan elmi axtarışlar - rəhbərlik etdiyi “Biostimulyatorlar” laboratoriyasında aparılan keçmiş SSRİ Müdafiə Nazirliyinin tam məxfi, əsas problemlirindən biri olan “Ordu və əhalinin kütləvi qırğın silahlarından müdafiəsi” sahəsində elmi axtarışları və Azərbaycanda onun məktəbi kimi tanınmış “Epifiziologiya” elmi istiqamətinin inkişafı - 350-dən çox elmi əsərin, o çümlədən 3 monoqrafiyanın, 2 dərslik, bir sıra metodiki göstərişlər və patentlərin müəllifidir; - 40-dan artıq elmi kadr hazırlamış, onlardan 11-i elmlər doktorudur, 3-ü Əməkdar elm xadimi; - “Azərbaycan Fizioloqlar Cəmiyyəti”-nin sədr müavini, “Bilik” cəmiyyətinin rəyasət heyətinin üzvü, uşaq və yeniyetmələrin fizioloji problemlərinin koordinasiya şurasının üzvü, BDU-nin, ATU-nin, APU-nin, MEA-nın “Fizioloqiya İnstitutu”nun elmi şuralarının üzvü və s. Professor T.Qayıbov 1993-cü ildə Heydər Əliyevə müraciət edən Azərbaycanın 91 ziyalılarından biri olmuşdur.
Tələt Rəhmanov
Tələt Əliağa oğlu Rəhmanov (12 dekabr 1931, Bakı – 1 noyabr 1995, Sumqayıt) — Azərbaycan aktyoru, film direktoru. == Həyatı == Azərbaycan kinosunda aktyor, film direktoru, rejisor assistenti kimi çalışmışdır. 1 noyabr 1995-ci ildə ürək tutmasından vəfat etmişdir. Məzarı Yasamal qəbiristanlıqdadır. == Filmoqrafiya == 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: milis işçisi Arşın mal alan (film, 1965) Azərbaycan naminə (film, 2005) Babək (film, 1979) Bağ mövsümü (film, 1985) Bayramda yağış (film, 1985) Bəxtəvər (film, 1984) Bir cənub şəhərində (film, 1969) Bir qalanın sirri (film, 1959) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Böyüyəndə bilərsən... (film, 1981) Burulğan (film, 1986) Cazibə Qüvvəsi (1964) Çarə (film, 1981) Dairə (film, 1985) De ki, məni sevirsən! (film, 1977) Dörd bazar günü (film, 1975) Dünən, bu gün, sabah (film, 1992) Evlənmək istəyirəm (film, 1983) Əhməd haradadır? (film, 1963) Əlamət (film, 1982) Əmək və qızılgül (film, 1962) Fikirləşmək lazımdır (film, 1980) Gecə söhbəti (film, 1971) Girişmə, öldürər! (film, 1991) Görüş (film, 1955) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!... (film, 2002) Gümüşgöl əfsanəsi (film, 1984) Hörmətli alim yoldaşlar (film, 1971) Xüsusi vəziyyət (film, 1986) İnsan məskən salır (film, 1967) İstintaq (film, 1979) İstintaq davam edir (film, 1966) İşgüzar səfər (film, 1982) "Kazbek" qutusu (film, 1958) Kadrlarda yaşanan ömür.
Tələt Xanlarov
Tələt Ağasıbəy oğlu Xanlarov (26 avqust 1927, Bakı – 14 aprel 2004, Bakı) — Sovet və Azərbaycan memarı, Azərbaycan EA-nın akademiki, Azərbaycan SSR əməkdar memarı (1975), Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, "Şöhrət" (2000) və "Şərəf nişanı" ordenli, Prezident təqaüdçüsü olmuşdur. == Həyatı == Tələt Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində qədim Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Ağasıbəy Əli Qulu bəy oğlu Xanlarovun ailəsində anadan olmuşdur. Anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından biri idi. Tələt ailənin böyük oğlu idi.Tələt Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.O, 1956–1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaratmışdır.1992-ci ildən "Akademik T. A. Xanlarovun yaradıcılıq emalatxanası"na başçılıq edirdi və Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan "İmam Rza" məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokuratura işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini tərtib etmişdir.1967–2002-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. == Əsərləri == Tələt Xanlarov 60-dan artıq layihənin müəllifidir, o cümlədən: Heydər Əliyev adına İdman Arenası, Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı, Naxçıvan şəhərində Təbriz mehmanxanası və s.Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə lövhələrinin və qəbirüstü abidələrin müəllifidir. == Təltif və mükafatları == "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 14 aprel 1975 "Şərəf nişanı" ordeni — 1980 (№ 1138768) "Şöhrət" ordeni — 19 aprel 2000 (№ 119) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002-ci ildən == Elmi işləri == Sovet Azərbaycanın memarlığı — Moskva: Stroyizdat, 1972. — s 112.
Tələt Şıxəliyev
Tələt Ağalar oğlu Şıxəliyev (1 yanvar 1928, Digah, Lənkəran qəzası – 1 iyul 1987, Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1982). == Həyatı == Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir. 1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi.Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir.. == Yaradıcılığı == İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi.Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir. Bu baxımdan O. Babiçevanın portreti, M. Bayraməlibəyovanın portreti, "Ailə" və s. əsərləri onun yaradıcılığı üçün xarekterikdir.Uşaq mövzusu rəsssamın yaradıcılığında xüsusi yer tutur.
Tələt Əliyev
Tələt Əliyev (20 oktyabr 1942, Naxçıvan) — Azərbaycanın Ukraynada səfiri (2001–2010). == Fəaliyyəti == Tələt Əliyev səfir təyin olunana qədər Ukrayna Azərbaycanlıları Konqresinin sədri olub. Hazırda isə bu ölkədə Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. == Quruluşu və istifadəsi == Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Yeni Ələt
Yeni Ələt — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.
Ələt FK
"Ələt" Futbol Klubu – Azərbaycanın Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsini təmsil edən futbol klubudur. Futbol klubu 1997-ci il tarixində "Ələt" adı ilə yaradılmışdır. Ələt futbol klubu 1997-ci ildən bəri bir çox Bakı kənd və qəsəbə çempionatlarında iştirak etmiş və yaxşı nəticələr əldə etmişdir. == Tarixi == Klubun yaranma tarixi 1996–1997-ci illərə təsadüf edir, ancaq rəsmi olaraq 16 mart 2017-ci il tarixində Ayaz Məmmədzadə tərəfindən təsis edilərək dövlət qeydiyyatından keçirilmişdir. Komandanın yaranmasında Zaur Mehdiyev, Coşqun Qarayev, Xudat İsrafilov, Cəfər Həşimov, Mirağa Zamanov və Zaur Kərimov yaxından iştirak etmişdir. == Forma == Ələt Futbol Klubunun ənənəvi forması ağ və tünd göydür. == Gənclər klubu == Futbol klubunun gənclər bölməsi 4 iyun 2017-ci il tarixində yaradılmışdır. U 10-15 və U 17 yaş qrupları üzrə təlimlər keçirilir. Uşaq futbolunda məşqçi vəzifəsində Xudat İsrafilov fəaliyyət göstərir.