1. Bir şeyi israrla, qəti şəkildə xahiş və ya təklif etmə, istəmə. Onun tələbini nəzərə aldılar.
□ Tələb etmək – 1) bir şeyi israrla, qəti şəkildə istəmək, xahiş və ya təklif etmək. Vəsiqəsini tələb etmək. Haqqını tələb etmək. İşsizliyin ləğv edilməsini tələb etmək.
// gözləmək, ummaq. Ondan nə tələb etmək olar?
2) bir şeyə ehtiyacı olmaq; istəmək. Köhnəlmiş bina əsaslı təmir tələb edir. Bu iş çoxlu vəsait tələb edir. Quru torpaq bollu su tələb edir;
3) bir yerə gəlməyi təklif və ya məcbur etmək; çağırmaq. Onu polis idarəsi tələb edir.
2. Qəti şəkildə ifadə olunan inadlı, təkidli xahiş, arzu, istək, təklif. Tətilçilərin tələbi.
3. Bir şəxsin və ya şeyin uyğun gəlməli olduğu şərtlərin və xüsusiyyətlərin məcmusu; norma (adətən cəm şəklində). Doktorluq dissertasiyasının qarşısında qoyulan tələblər. Ali məktəbə girmək üçün tələblər. Müasir tələblərə cavab vermək.
4. Ancaq cəm şəklində: tələblər – tələbat, ehtiyac. Cəmiyyətin mədəni tələbləri. Oxucuların tələbləri.