Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahtaxtı travertini
Şahtaxtı travertini — Kremlin Qurultaylar sarayını, Ostankino televiziya mərkəzini, Moskva Dövlət Univeritetinin binasını bəzəmiş Naxçıvanın tikinti məhsulu. XX əsrin 60-70-ci illərində Naxçıvanda istehsal olunan travertinin şöhrəti bütün SSRİ miyasında geniş yayılmışdır. Naxçıvan MSSR-in 50 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabda biz bu sətirləri oxuyuruq: “Yalnız respublikamızın deyil, Sovet İttifaqının bir sıra nəhəng tikililərində Naxçıvanın Şahtaxtı travertinindən geniş istifadə olunur. Ulyanovsk şəhərindəki Memorial Kompleks, Moskva Dövlət Universitetinin binası, Kremlin Qurultaylar sarayı, Moskvadakı Naməlum əsgərin qəbri, Ostankino televiziya mərkəzinin, Qarşılıqlı İqtisadi Yardım Şurasının binası, Moskvadakı “Rossiya” mehmanxanasıvə bir çox başqa tikintilərin bəzək işlərində Şahtaxtı traveretinindən istifadə edilmişdir”. Naxçıvan ərazisində ən böyük travertin yataqları Buzqov, Şahtaxtı, Qarabağlar ərazilərindədir. Şahtaxtı kəndindən 3 kilometr cənub-qərbdə yerləşən travertin yatağının istismarına hələ XX əsrin 60-cı illərində başlanılmışdır. Araşdırmalar göstərir ki, XX əsrin 80-ci illərində Azərbaycanda istehsal olunan travertin məhsulunun hamısı məhz Naxçıvanın payına düşürdü. Təkcə 1983-cü ildə istehsal olunmuş 27,6 min kubmetr travertinin 10 min kubmetri Moskva, Leninqrad, Minsk, Daşkənd və Soçi şəhərlərinə ixrac olunmuşdur. 1985-ci ildə 47,7 min kubmetr travertin istehsal olunmuş, həmin şəhərlərə travertin bloku ixracı daha da artmışdı. Hazırda da muxtar respublikanın inkişaf edən sənayesində travertin istehsalı mühüm rol oynayır.
Başlıbel travertin təzahürü
Buzqov travertin yatağı
Buzqov travertin yatağı- Babək rayonu ərazisində Naxçıvan şəhərindən 40 km şimal-qərbdə,Aşağı Buzqov kəndindən 2 kilometr şimaldadır. == Geoloji quruluşu == Geoloji quruluşunda Orta Dördüncü dövr yaşlı açıq-boz, sarımtıl-boz və ağ rəngli məsaməli travertin təşkil edir. Travertin yatağın şimal hissəsində yerləşən dərinlik qırılması boyunca çıxan isti bulaqlardan kalsium karbonatın çökməsi nəticəsində əmələ gəlmişdir.Sahəsi 0.6 kvadrat kilometr, faydalı qatın qalınlığı 5.7–9.0 metrdir.Blok çıxımı 42.8 faiz təşkil edir. Yüksək dekorativliyə malik olduğuna görə üzlük daşı kimi istifadə olunur. Tullantıları isə birinci növ əhəng istehsalında və çınqıl kimi yol tikintisində işlədilir. Yatağın əlverişli dağ-texniki şəraiti açıq istismar üçün yararlıdır.1983-cü ildən istismar olunur. Yatağın sənaye ehtiyatı 10409 min kub metrdir.
Istisu travertin yatağı
Qarabağlar travertin yatağı
Qarabağlar travertin yatağı – Naxçıvan Muxtar Respublikası ərazisində istismar olunan ən böyük travertin yataqlarından biri Naxçıvan MR-də müxtəlif tərkibli, tikinti-quraşdırma işlərində böyük pay sahibi olan antibakterial keyfiyyətə malik travertin və mərmər daş məhsulları hazırda əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki daş ocaqlarında çıxarılır. Daş yatağında Almaniya və Türkiyə istehsalı olan texnikadan istifadə etməklə dağdan bloklar şəklində qaya parçaları qoparılır. Kəsilmiş daş parçaları yük avtomobillərinə yüklənərək Şahtaxtı dəmiryol stansiyasındakı vaqonlara daşınır, oradan da Naxçıvan şəhərindəki və Babək rayonunun Araz kəndindəki "Gəmiqaya Daş Məhsulları Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilir. Burada həmin bloklar kəsilərək plitələr çıxarılır, üzlük daşlar hazırlanır, müxtəlif təyinatlı məhsullar halına gətirilir. Həmin məhsullar isə cilalandıqdan sonra tikinti obyektlərinə göndərilir. Böyük və kiçik ölçülü travertin plitələrdən istər binaların fasadlarının üzlənməsində, istərsə də həyətyanı sahələrin bəzədilməsində, evlərin daxilində istifadə edilir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumatda göstərilir ki, müəssisədə illik travertin istehsalının həcmi təxminən 180-200 min kvadratmetr təşkil edir. Bundan əlavə olaraq ildə təxminən 25-30 min kvadratmetr dekarativ(mozaik) daş məhsulları da istehsal edilir. Onu da qeyd edək ki, müəssisənin istehsal etdiyi travertin daş məhsulları rəqabətədavamlı və ixracyönümlü məhsullardan biri hesab olunur. Hazırda müxtəlif çeşidli travertin daş məhsulları sifarişə uyğun olaraq, Bakı şəhərinə və Gürcüstan Respublikasına ixrac edilir.
Əsrik travertin təzahürü
Traversia
Traversia (lat. Traversia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Traversia baccharoides Hook.f.
Travesti
Travesti operada, tamaşada və ya baletdə, ümumiyyətlə səhnədə əks cinsdən olan bir ifaçı tərəfindən personajın təsvirinə istinad edən teatr terminidir. Sosial səbəblərdən teatrın bir çox erkən formalarında qadın rollarını oğlanlar və ya kişilər ifa edirdilər və aktrisalar səhnələrdə qəbul olunduqdan sonra da travesti rolları bir neçə kontekstdə istifadə olunmağa davam edirdi. Bu söz fransızca "maskalanmış" mənasını verir. Mənbələrdən asılı olaraq termin travesty, travesti, və ya en travesti kimi verilə bilər. Baxmayaraq ki, 19-cu əsrin ortalarına aid fransız mənbələri bu termindən istifadə etmişlər ingilis dilində olan Oksford Xarici Terminlərin Əsas Lüğəti sonuncu terminin mənşəyini “psevdo- fransız ” kimi izah edir. Məs. Bibliothèque musicale du Théâtre de l'opéra (1876), La revue des deux mondes (1868) və 21-ci əsrə qədər bu təcrübəni davam etdiriblər. 17-ci əsrin sonlarına qədər İngiltərədə və 18-ci əsrin sonlarına qədər Papa dövlətində - Avropanın başqa yerlərində olmadığı halda - qadınları şərti olaraq kişi aktyorlar (adətən yeniyetmələr) səhnədə dreq olaraq təsvir edirdilər,lakin bu o zaman əxlaqsız hesab olunurdu. 1660-cı ildə monarxiyanın bərpası ilə qadınlar ingilis səhnəsində görünməyə başladılar amma hələ də bəzi qadın rollarını oğlanlar və gənc kişilər oynamağa davam edirdilər. Londonun Şekspirin Qlobus teatrı, orijinal Qlobus Teatrının müasir tərkibində qadın rollarında kişilərin seçilməsi təcrübəsi davam edir.
Archeria traversii
Archeria traversii (lat. Archeria traversii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin archeria cinsinə aid bitki növü.
Hebe traversii
Traversia baccharoides
Traversia (lat. Traversia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Traversia baccharoides Hook.f.