Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Rahat (şəhər)
Rahat, (İsrailcə: רַהַט, Ərəbcə: راهط‎) İsrailin cənubunda yerləşən bir şəhərdir. Şəhər, İsrailin Cənub bölgəsində yerləşir. 10 mart 2014-cü il statistikasına əsasən şəhərin əhalisi 60,400-dür. Şəhər 1972-ci ildə qurulmuşdur. Şəhərə 1994-cü ildən Respublika tabeli şəhər statusu verilmişdir.
Rahat bayraqlar
Rahat bayraqlar — dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmilərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Rahat Əliyev
Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni. Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur. 1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir. Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb. Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. 2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir.
Bağçada rahat yer (film, 1978)
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Qranat
Qranat qrupu - Ümumi formulu A3B2 [SiO4]3 olan minerallar; burada A = Mg2+, Fe2+, Mn2+, Ca2+, Y3+, nisbətən az Na+, K+; B=Al3+, Fe3+, Cr3+, Mn3+, nisbətən az V3+, Ti3+, Ti4+, Zr4+, TR3+. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kubik sinqoniya Qessonit – qırmızı rəngli dəmirli qrossulyar; melanit – demək olar ki, tam qara rəngli titanlı andradit; demantoid – rəngi yaşılımtıl-sarıdan zümrüdü — yaşıladək olan andradit və b. Rəng – müxtəlifdir: ağdan qarayadək (göy rəng istisna olmaqla); pirop – qırmızı; almandin – qırmızı, qonuru-qırmızı, qara; spessartin – sarı, narıncı-sarı, tünd-qırmızı; qrossulyar – rəngsiz, açıq-yaşıl; andradit – qonur, yaşıl, qara; uvarovit – zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı açıq rəngli; Parıltı – yağlı, şuşə, bəzən almaz; Şəffaflıq – yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,50–4,30: piropun – 3,57, qrossulyarın – 3,60, uvarovitin – 3,83, andraditin – 3,87, spessartinin – 4,19, almandinin – 4,30; Sərtlik – 6,5–7,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, qabıqvari; Bölünmə – bəzən {110} üzrə; Başqa xassələr – dəmirli növlərinin maqnitlik xassəsi vardır; Morfologiya – kristallar: rombododekaedrik və tetraqon-trioktaedrik; İkiləşmə: nadir hallarda {210} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar. Əsasən uqranditlərlə təmsil olunmuş qranatların ən mühüm yığınları turş maqmatik süxurlarla karbonat süxurlarının (əhəngdaşı və dolomitlərin) endo- və ekzokontakt zonasında kontakt — metasomatik yolla əmələ gəlir. Maqmatik mənşəli qranatlar əsasən piralspitlərə aiddir: pirop ultraəsası süxurlar üçün xarakterikdir; almandin və spessartin isə qranitlərin və qranit peqmatitlərinin tipik minerallarıdır. Metamorfik mənşəli qranatlara ekloqitlərdə, kristallik şistlərdə rast gəlinir. Andradit bəzən hidrotermal damarlarda tapılır. Almandin çökmə süxurların tipik qırıntı mineralıdır. Pirop və almandin dayanıqlı kimyəvi birləşmələr olub, içərisində yerləşdikləri süxurların parçalanması zamanı səpintilərə keçirlər.
Tiamat
Tamat- dünya okeanı-xaos. Şumer-babil mifologiyasına görə duzlu sularından hər şey o cümlədən tanrılar yaranmışdır. Şumer-akkad mifologiyasına - "Enuma eliş"ə görə Tiamat öz sularını Absu ilə qovuşduraraq dünyaya başlanğıc vermişdir. O, əsasən dörd ayaqlı və qamadları olan bir əzayib (div) kimi təsvir edilmişdir. Onun törətmiş olduğu tanrılar ona qarşı mübarizəyə qalxirlar. Marduk onu öldürərək cəsədini ikiyə parçalayaraq onlardan yeri və göyü yaradır. Bəzi mənbələr onu dəniz ilanı və ya əjdaha rəsmləri ilə təsvir edir.
Trabant
Trabant — Almaniya Demokratik Respublikasıda istehsal edilmiş avtomobil markası. Müharibədən çıxmış ADR-in hökuməti maya dəyəri ucuz olan bir avtomobil hazırlamaq niyyətinə düşür. Mühəndislər işə girişir və avtomobillə motosikletin qarışığı olan bir mikroavtomobil meydana çıxır. 4 nəfər sərnişin tutumu olan ilk "Trabant P50" 1959-da satışa çıxarılır. Qabaq intiqallı, müstəqil asqılı, mühərriki eninə yerləşdirilmiş bu avtomobil o dövr üçün texnoloji yenilik hesab olunurdu. 1964-cü ildə satışa çıxarılan "P601" isə tarixə "Trabi" kimi düşdü. Avtomobildə hər şey qənaətə hesablanıb. Müharibədən sonra qara metal qıtlığı yaşayan ölkədə avtomobilin karkası duroplast deyilən materialdan hazırlanır. Duroplast pambıq, İpək və hətta (bəzi vaxtlarda) kağız lifləri ilə möhkəmləndirilmiş təkrar emal məhsullarından alınan sərt rezindir. Bu material qəza zamanı sərnişinləri qorumur.
Trakay
Trakay (lit. Trakai, pol. Troki, Qarayca Troch (oxunuşu "Trox"), 1940-cı ilədək "Troki") — şəhər, Litvada rayon mərkəzi. Trakay adının mənşəyi sual altına alınmır. Bu meşənin aşağı yarusu mənasına gələn "trakas" sözünün cəmidir. Litva salnamələrində yazılıb ki, 1321-ci ildə Böyük knyaz Gediminas köhnə Trakayda, indiki Trakaydan təqribən dörd mil məsafədə, bir qəsr tikib və Kernavedən öz paytaxtını ora köçürüb. (Lakin bu torpaqların ilk sakinləri on min il bundan əvvəl burada görünüb). Gediminasın ölümündən sonra Trakay şəhəri onun oğlu Kyastutis, Böyük Trakay knyazı və Jyamayçyunun da paytaxtı olub. Zaman keçdikcə qəsr öz tarixi əhəmiyyətini itirib. XV əsrin əvvəlindən yerin adı yalnız orada yerləşmiş monastır ilə bağlanır.
Traktat
Traktat (yun. traktus - mühakimə) — antik dövrdən başlayaraq müəyyən mövzuda yazılan elmi əsərlər. Ənənəvi olaraq ədəbiyyat nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır. Eyni sözdən yaranmış "traktovka" termini də rus dili vasitəsilə Azərbaycan dilinə keçmişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək mənasında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bunlar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və zərif ifadə formasıdır.
Trayan
Mark Ulpi Trayan (18 sentyabr 53[…] – avqust 117, Selinus, Roma imperiyası[…]) — Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur. Təcavüzkar xarici siyasət yeritmişdir. Dakların torpağını (Dakiya əyaləti adı ilə), Nabatiyyə padşahlığını (Ərəbistan vilayəti adı ilə) Romaya birləşdirdi. Trayan Parfiya padşahlığının paytaxtı Ktesifonu (Mədəini) ələ keçirmiş, Ermənisitan və Mesopotamiyanı bütünlüklə işğal etmişdi. Trayan dövründə Romada böyük tikinti işləri görülmüşdü. Trayan İspaniyada, romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə daha çox ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.
Tratta
Tratta (it. tratta) və ya köçürmə veksel — veksel sahibinə müəyyən məbləğdə pul ödəmək üçün vekseldə göstərilən ödəyiciyə (investisiyaya) veksel verənin qeyd-şərtsiz təklifini (sərəncamını) özündə əks etdirən veksel. Əksər hallarda vekselin ödəyicisi veksel sahibinə borcludur, veksel isə veksel sahibinə borcludur və veksel ödəyicinin borcunun razılaşdırılmış məbləğinin köçürmə forması veksel yeni kreditora — vekselin sahibi kimi çıxış edir. Köçürmə vekselinin verilməsi və sonradan ödəyicinin onu ödəməyə razılığı (aksept) dedikdə, ödəyicinin veksel məbləğinə görə veksel verənə və veksel sahibinin veksel sahibinə olan borcunun ödənilməsi başa düşülür, lakin öhdəliyin yaranması deməkdir. ödəyicinin üzərinə vekseli cari veksel sahibinin xeyrinə ödəmək. Bundan əlavə, qanun layihəsi üzrə öhdəlikdə borcun yarandığı müqavilələrlə əlaqəli ola biləcək hər hansı şərt yoxdur. Təhvil vermə proseduru ilə müqayisədə veksel vasitəsilə kreditorun dəyişdirilməsi arasındakı əsas fərq budur. Xeyrinə veksel buraxılan köçürmə vekselinin ilk sahibinə remittor deyilir. Çekmənin özü göndərici kimi göstərilə bilər. Göndərən şəxsin göstərilməsi Cenevrə Vahid Veksel Qanununa uyğun olaraq vekselin məcburi detalıdır.
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Trdat
Trdat (parf 𐭕𐭉𐭓𐭉𐭃𐭕, Tīridāt; qra. Տրդատ, Trdat) — İran mənşəli söz. Mənası – "tanrı Tir tərəfindən verilmiş". I Tiridat (Parfiya çarı) (e.ə. 211). II Tiridat, hakimiyyəti təq. e.ə. 30–26. III Tiridat, hakimiyyəti təq. e.ə.
Desi Trayan
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
FK Trakai
Riteryay FK (Litva dilində-Futbolo klubas "Riteriai") — Litvanın futbol klubu. Trakay şəhərində yerləşir. 2005-ci ildə yaranan komanda. LFF stadionunda keçirir. Litvanin çempionatı: Çempion (0) - 2 Gümüş medal (2) - 2015, 2016 3 Bürünc medal (3) - 2017, 2018, 2019 Litvanin Kuboku: 1 Qızıl medal (0) - 2 Finalçı (1) - 2015/16.
Graham Fuller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. GRAHAM FULLER KİMDİR?
Heather Graham
Heather Graham (d. 29 yanvar 1970, Miluoki, Viskonsin, ABŞ), ABŞ aktrisası. 1989-ci ildə kinodakı ilk aktyorluq təcrübəsini yaşadığı Drugstore Cowboy ilə müsbət tənqidlər aldı. 2007-ci ildə baş rolunu Victor Rasuk ilə paylaşdığı Adrift in Manhattan adlı filmdə canlandırdığı diş həkimi "Rose Phipps" adlı personajla hər kəs tərəfindən bəyənildi. 2009-cu ildə çəkildiyi The Hangover filmində isə Detroit Film Critics Society tərəfindən verilmiş bir çox mükafatın da sahibi olmuşdur.
Neftçi-Ararat
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.
Paul Qraham
Pol Qrem (ing. Paul Graham; 13 noyabr 1964) — İngilis əsilli Amerikalı kompüter alimi, esseist, sahibkar, vençur kapitalisti və yazıçı. O, daha çox Lisp proqramlaşdırma dili üzərindəki fəaliyyəti, keçmiş Viaveb startapı (sonradan Yahoo! Mağazası adlandırıldı), nüfuzlu startap akseleratoru və toxum kapitalı firması Y Combinator-un həmtəsisçisi, yazıları və Hacker News ilə tanınır. 2008-ci ildə Cessika Livinqston ilə evləndi. İki uşaqları var və İngiltərədə yaşayırlar.
Trakay FK
Riteryay FK (Litva dilində-Futbolo klubas "Riteriai") — Litvanın futbol klubu. Trakay şəhərində yerləşir. 2005-ci ildə yaranan komanda. LFF stadionunda keçirir. Litvanin çempionatı: Çempion (0) - 2 Gümüş medal (2) - 2015, 2016 3 Bürünc medal (3) - 2017, 2018, 2019 Litvanin Kuboku: 1 Qızıl medal (0) - 2 Finalçı (1) - 2015/16.
Trakay qalası
Trakay və ya Trok qalası (lit. Trakų salos pilis) — Litvada yerləşən və günümüzədək qorunub saxlanmış ən qədim qalalardan biridir. Litva şahzadələrinin qədim iqamətgahı olan Trakay şəhərində yerləşir. 1962-ci ildən bəri qalada tarix muzeyi və bir sıra suvenir dükanları fəaliyyət göstərir. Əfsanəyə görə, Litvanın böyük şəhzadələrindən biri olan Gediminas uğurlu ovdan sonra Kernave şəhərindən çox da uzaqda olmayan gözəl mənzərəli yer aşkarlayır. Qərara gəlir ki, burada qala inşa etdirsin və ölkənin paytaxtını həmin əraziyə köçürsün. XIV əsrin II yarısında artıq daş qalanın tikintisi başa çatdırılmışdı. 1337-1382-ci illərdə ölkənin köhnə paytaxt qalasını Qediminasın oğlu şahzadə Keystut idarə edirdi. Təxminən 1350-ci ildə bu qalada şahzadə Vitovt dünyaya gəlib. 1375-ci ildə Keystut paytaxtı yeni inşa olunmuş qalanın ərazisinə köçürür.