Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Arelat
Arelat (lat. Regnum Arelatense; fr. Royaume d’Arles) – 9–14 əsrlərdə Cənub-Şərqi Fransada krallıq, Aşağı Burqundiya krallığının ikinci adı. Mərkəzi Arelat şəhəri idi. 879-cu ildə Frank dövlətinin parçalanması nəticəsində yaranmışdır. 933-cü ildə Arelat Yuxarı Burqundiya krallığı ilə birləşərək sonralar həm Arelat, həm də Burqundiya krallığı adlanırdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Dresaj
At təlimi, At tərbiyəsi (fr. dresaj tələffüzü: ˈdrɛsɑʒ/, tərbiyə, təlim etmək mənasınıdadır) atçılıq idmanının bir növü. Atı idarə etmək bacarığının ən ali forması, ali atsürmə məktəbi. Yarışlar zamanı at və süvari tərəfindən atsürmə, elementləri: yorğa, ispan yürüşü, pasaj, düzgün duruş, yerində sayma nümayiş etdirilir. Çapar bu zaman müxtəlif templərdə atın məşq hazırlığını, onun atletikliyini, hərəkətləri icra etmək, qamətin düzgün saxlanılması bacarığını nümayiş etdirməlidir. Bu yarışma iki: həvəskar və peşəkar formada keçirilir. At təlimi ya dresaj olimpia idman növüdür. == Arena == İki cür: kiçik və standart meydança mövcuddur. Hər bir meydança arena çərçivəsində hərəkətlərin harada icra olunacağını bildirmək üçün hərflərlə işarələnmişdir. Kişik arena 20m en və 40 m uyunluğa malikdir.
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Tatsat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Triest
Triest (it. Trieste; sloven. Trst) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir. Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır. Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir.
Türksat
Türksat (operator)
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.
Crest
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi. == Tarixi == Şirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur.
Orest
Orest (q.yun. Ὀρέστης, "dağlı"; lat. Orestes) — Troya müharibəsində vuruşan Mikena kralı Aqamemnon və Klitemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur. Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur. Homer hekayəsində Orest Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün tanrıça Artemisə dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfiqeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşıdır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Trdat
Trdat (parf 𐭕𐭉𐭓𐭉𐭃𐭕, Tīridāt; qra. Տրդատ, Trdat) — İran mənşəli söz. Mənası – "tanrı Tir tərəfindən verilmiş". I Tiridat (Parfiya çarı) (e.ə. 211). II Tiridat, hakimiyyəti təq. e.ə. 30–26. III Tiridat, hakimiyyəti təq. e.ə.
Trema
Trema (lat. Trema) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Oreşak zirvəsi
Oreşak zirvəsi (bolq. връх Орешак, ‘Vrah Oreshak’ \'vr&h o-re-'shak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından şərqdə, Patleyna buzlağından cənub-qərbdə, Embree buzlağından şimal-qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə şimali Bolqarıstanda yerləşən Oreşak şəhərinin adını daşıyır. Oreşak zirvəsi 78°02′24″ c. e. 85°44′06″ q. u.
Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Türksat 1A
Türksat 1A — Türkiyənin Türksat və Fransanın Aérospatiale şirkəti tərəfindən nəzarət edilən telekommunikasiya peyki. Türkiyənin ilk kosmik kosmik proqramı olan Türksat 1A, Arianespace tərəfindən, Ariane-44LP H10+ daşıyıcı raketi vasitəsilə, Fransız peyki Eutelsat 2F5 ilə birlikdə, 24 yanvar 1994-cü ildə saat 21:37-də Fransa Qvianasının Korou şəhərindəki Qviana Kosmos Mərkəzindən ELA-2 platformasından kosmosa göndərilmişdir. Qurğunun başlanğıcının son mərhələsindən 12 dəqiqə 12 saniyə sonra sonra okeana düşərək itdiyi məlum oldu. Eyni ildə Türksat Türksat 1B-ni uğurla kosmosa göndərdikdən sonra, Türksat 1A-nın vəzifəsi 1996-cı ildə orbitə yerləşdirilən Türksat 1C ilə əvəzləndi.
Türksat 1B
Türksat 1B Türkiyənin ilk uğurlu kosmosa çıxardılmış peyki olub 1994–2006-cı illər arasında aktiv fəaliyyət göstərmişdir. Türksat tərəfindən istifadə edilən süni bir əlaqə qurğusudur. 10 avqust 1994-cü il tarixində kosmosa çıxarılmışdır və 1994-cü ildə də istifadəyə verilmişdir. İstehsalı Alcaletl Alenia Space İndustries tərəfindən həyata keçirilmişdir.16 Ku trsanporder;6 geniş zolaq 72 MHs və 10 dar zolaq 36 MHslik əlaqə xüsusiyyətlərinə malikdir. Türkiyə , Avropa, Orta Asiyanı əhatə edən perk 12 illik vazifəsindən sonra 2006-cı ildə 31,3° Şərq uzunluğunda tapşırığını sona çatdırmışdır.
Türksat 1C
Türksat 1C — Türkiyənin Türksat və Fransanın Aérospatiale şirkəti tərəfindən nəzarət edilən telekommunikasiya peyki. Arianespace tərəfindən, Ariane-44LP H10-3 daşıyıcı raketi vasitəsilə, Ərəbistan peyki Arabsat 2A ilə birlikdə, 9 iyul 1996-cı ildə Fransa Qvianasının Korou şəhərindəki Qviana Kosmos Mərkəzindən ELA-2 platformasından kosmosa göndərilmişdir.
Türksat 2A
Türksat 2A — (Eurasiasat 1), 42 dərəcə şərq uzunluğu dairəsində fəaliyyət göstərmiş peyk. Türkiyə Cümhuriyyətinə məxsusdur. Türksat 3A ilə eyni uzunluq dairəsindədir. 10 yanvar 2001-ci il tarixində kosmosa göndərilmiş, 1 fevral 2001-ci ildən 42 dərəcə şərq uzunluğu dairəsində fəaliyyətə başlamışdır. Yerli xarici televiziya kanalları ilə digər peyk xidmətlərini göstərmişdir. Türksat tərəfindən idarə olunub. Türksat 2A fəaliyyətini 27 sentyabr 2016-cı il tarixində başa vurub.
Türksat 3A
Türksat 3A — Türkiyənin 13 iyul 2008-ci il tarixində kosmosa göndərdiyi yeni nəsil telekommunikasiya peykidir. Peyk Thales Alenia Space şirkəti tərəfindən istehsal olunmuşdur. 42 dərəcəlik şərq orbitində fəaliyyət göstərir.
Teresa Ribera
Teresa Ribera Rodriges (19 may 1969, Madrid) — ispan hüquqşünası, universitet professoru və siyasətçi, Pedro Sançesin hökumətində Ekoloji Keçid və Demoqrafik Çağırış naziri (2020) və baş nazirin üçüncü müavini (2021). O, 2018-ci ildən, Mariano Raxoya qarşı uğurlu etimadsızlıq səsverməsi təşəbbüsünün ardınca baş nazir Pedro Sançesin hakimiyyətə gəlməsindən sonra İspaniyanın Ekoloji Keçid Naziri vəzifəsində çalışıb, 2020-ci ildə baş nazirin dördüncü müavini, 2021-ci ildə isə üçüncü müavini vəzifəsinə təyin edilib. Ribera 2008–2011-ci illər arasında baş nazir Xose Luis Rodriges Sapateronun hökumətində İqlim Dəyişiklikləri üzrə Dövlət Katibi vəzifəsində çalışıb və 2014–2018-ci illər arasında Parisdə yerləşən Davamlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub. Ribera Madrid Komplutense Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib, daha sonra Konstitusiya Araşdırmaları Mərkəzində konstitusiya hüququ və siyasi elmlər üzrə daha bir dərəcəyə yiyələnib. O, Madrid Muxtar Universitetinin İctimai hüquq və hüquq fəlsəfəsi kafedrasının dosenti olmuşdur və 2012-ci ildən Dövlət Mülki İnzibatçılarının Ali Qurumunda məmurdur. Ribera dövlət idarəçiliyində İspaniyanın İnkişaf Nazirliyində koordinasiya müdiri və Ətraf Mühit Mühafizəsi üçün Köməkçi Katibinin Kabinetində texniki müşavir kimi müxtəlif texniki vəzifələrdə çalışıb. O, 2004–2008-ci illərdə İqlim Dəyişikliyi İdarəsinin baş direktoru olub və 2008–2011-ci illərdə prezident Sapateronun hökuməti dövründə İqlim Dəyişikliyi üzrə dövlət katibi (Kənd Təsərrüfatı və Balıqçılıq, Qida və Ətraf Mühit Nazirliyində) vəzifəsini icra edib. Ribera Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin Qlobal Liderlik Şurası (UNSDSN), Dünya İqtisadi Forumunun qlobal iqlim dəyişikliyi üzrə məsləhət şurası və BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UNFCCC) "Dəyişiklik üçün Momentum" tədbir proqramı da daxil olmaqla bir neçə məsləhət şurasının üzvüdür. Ribera 2013-cü ilin sentyabrında Parisdə yerləşən Dayanıqlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutu (IDDRI) ilə əməkdaşlığa başlamış və 2014-cü ilin iyununda onun rəhbərliyini öz üzərinə götürmüşdür. Təşkilat davamlı inkişaf, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, ərzaq təhlükəsizliyi və urbanizasiya prosesinin idarə edilməsi ilə bağlı strateji məsələlərin təhlili ilə məşğuldur.