Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Turqun Almas
Turqun Almas(30 oktyabr 1924, Qaşqar şəhəri — 11 sentyabr 2001) — Uyğur şairi, dramaturqu. == Həyatı == Turqun Almas 30 oktyabr 1924-cü ildə Qaşqar şəhərində doğulmuşdu. İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada "Alma" qəzetində işə girir. Sora da isə Urumçi şəhərindəki "Tarım" jurnalında əmək fəaliyyətini davam etdirir.1990-cı ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır. 1991-ci ilin fevralından sonra tanınmış uyğur alimi, yazıçı Turqun Almasın "Uyğurlar", "Hun tarixi", "Əski uyğur ədəbiyyatı" kitabları tənqid hədəfinə çevrilir, oradakı faktların təftişinə başlanılır.
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Tuyqun (Təbriz)
Tuyqun (fars. طويقون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 313 nəfər yaşayır (79 ailə).
Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi. == Botanik təsviri == Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir. == Yayılması == Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Lüdmila Tukan
Lüdmila Tukan (rum. Ludmila Tukan 21 iyun 1982, Çadır-Lunqa, Qaqauziya) — Qaqauz müğənnisi, bəstəkar mahnılarının ifaçısıdır. 2013 Türkviziya Mahnı Müsabiqəsinin iştirakçısı. == Bioqrafiyası == Lüdmila Tukan 21 iyun 1982-ci ildə Moldova Respublikası, Qaqauziyanın Çadır-Lunqa şəhərində anadan olmuşdur. Uşaqlığını və gəncliyini Qaqauziyanın Bağırçı kəndində keçirmişdir. Müğənni kimi karyerasına 1998-ci ildə başlayır. 2008-ci ildə "Qagauziyanın gümüş səsi" yarışmasında Lüdmila ilk qran-prini qazanır. Üç ilə yaxın, o, popular pop üslubunda doğma qaqauz dilində, eləcə də rus və moldavan dillərində mahnılardan ibarət olan "Sana, mamu" ("Sənə, ana") adlı ilk albomunun qurulması üzərində işləmişdir. Müğənni ilk diskini sevimli anasına həsr edir. 2011-ci il müğənni üçün karyerasında bir dönüş nöqtəsi olur.
Sibel Tüzün
Sibel Tüzün.(d. 29 sentyabr 1971) - Türkiyəli müğənni. Türkiyəni Yunanıstanın paytaxtı Afinada keçirimiş 51-ci Avroviziya mahnı müasbiqəsində Super star mahnısı ilə təmsil edərək yarışmada 11-ci yeri qazanmışdır.
Tukan (bürc)
Tukan (lat. Tucana) - göyün cənub yarımkürəsində bürc.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tüklü albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Tüklü böyürtkən
Tüklü böyürtkən (lat. Rubus tomentosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Avopada, Orta Balkan yarımadasında, Kiçik Asiyada və İranda geniş yayılmışdır. == Botaniki təsviri == Birillik, budaqları qövsvarı əyilmiş, tilli, üzəri yatıq keçətüklü, az halda tüksüz, müxtəlif formalı tikanlı koldur. Çiçək oxu düz yönəlmiş, çökək, az tikanlıdır. Çiçək qrupu sıx, uzunsov, çoxçiçəkli salxımdır. Kasayarpağı kül rəngli boz keçətüklü, aşağıya yönəlmişdir. Meyvəsi uzunsov şar formalı, bir qədər qurudur. İyun-avqust aylarında çiçəkləyir və meyvə verir. == Ekologiyası == Çay kənarlarında rütubətli yerlərdə bitir.
Tüklü gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü gəvən
Tüklü gəvən (lat. Astragalus piletocladus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Tüklü herniyar
Tüklü herniyar (lat. Herniaria hirsuta) — herniyar cinsinə aid bitki növü.
Tüklü külbaba
Tüklü külbaba - (lat. Leontodon hispidus) == Qısa morfoloji təsviri == Çoxillik, 14-40 sm hündürlükdə, gövdəsi, adətən tək, düz və ya qalxan, yarpaqsız, çılpaq, bəzən 1-2 xırda yarpaqlı bitkidir. Kökyanı yarpaqları çoxsaylı, bəzən azacıq tüklü, uzunsov və ya lansetvari, oyuqdişli və ya oyuqdilimli olaraq, arxaya burulmuş üçkünc hissələrə bölünmüşdür. Səbətləri çiçəkləyənə qədər əyilmiş vəziyyətdə olur. Sarğısı 10-15 (17) mm uzunda, uzunsovdur. Yarpaqcıqları tünd yaşıl, xaricdəkilər qısa lansetvari, daxildəkilər xətt - lansetvari, küt və ya iti uclu, hamısı pırpızlaşmış codtüklüdür. Dilcikləri sarı, sarğıdan1,5- 2 dəfə uzundur. Toxumcaları mixəyi, 5–8 mm uzunda, dar silindirvari, şırımlı, zəif qırışlıdır. Kəkili toxumcadan bir az uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından alp qurşağına kimi yayılmışdır.
Tüklü kərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü mamont
Tüklü mamont (lat. Mammuthus primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin mamont cinsinə aid heyvan növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir. Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir.
Tüklü maralça
Tüklü maralça (lat. Epicometis hirta Poda.) Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Sərtqanadlılar (Coleoptera) dəsətəsinin lövhəbığlar fəsiləsindən olub, qırmızımtıl ayaqları və qanadüstü oval formada olan qara rəngli böcəkdir. Bədəni və qanadüstü bozumtul pulcuqlarla örtülmüşdür. Bığcıqları gözlərlə yan-yana olub oxlov şəklindədir. Bədənin uzunluğu 9-12 mm-dir. Yaşlı fərdləri Naxçıvan MR-in meyvə bağlarında geniş yayılaraq meyvə ağaclarının tumurcuq və çiçəklərinə ciddi zərər verirlər. Xüsusilə ərik, şaftalı və heyvanın tumurcuq və çiçəklərinə 30-35 % zərər yetirir ki, bu da məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. == Həyat tərzi == Böcək imaqo mərhələsində torpaqda qışlayır. Yazın əvvəllərində (martın axırı, aprelin əvvəlləri) qış yerlərindən çıxan böcəklər, bəzək bitkilərinin təzəcə əmələ gəlmiş tumurcuqları və sonra təzəcə açılmış çiçəkləri ilə qidalanırlar. Abşeronda az hallarda yenicə açılmış yarpaqlarla da qidalanmaları müşahidə edilmişdir.
Tüklü onaqra
Tüklü palıd
Quercus pubescens (lat. Quercus pubescens) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Mənbə == Flora Europaea: Quercus pubescens == Təbii yayılması: == Yаbаni hаldа Cənubi Krımdа, Zаqаfqаziyаnın şimаl hissəsində, Cənubi Аvrоpаdа və Kiçik Аsiyаdа bitir. == Botaniki təsviri: == Hündürlüyi 8–10 m-dək, еnli çətirli аğаc və yа kоldur. Gövdəsinin və budаqlаrının qаbığı tünd bоzumtul rənglidir. Yаrpаq sаplаğı və yаrpаqlаrı tüklü, kənаrlаrı bütöv və yа sеyrək dişlidir. Düz qаlxаn gövdəsi silindrvаri fоrmаlıdır. Cаvаn zоğlаrı çоx tükcüklüdür. Yаrpаqlаrın uzunluğu 5-10 sm, fоrmа və ölçülərinə görə çоx dəyişkən, 4-8 cüt küt və yа ucu biz qаnаdlı, üstü tünd yаşıl, çılpаq, аlt tərəfi bоz-yаşıl tükcüklüdür. Mаy аyındа çiçəkləyir, qоzаlаrı nоyаbr аyındа yеtişir.
Tüklü qırğıotu
Tüklü qırğıotu (lat. Hieracium pilosella) — qırğıotu cinsinə aid bitki növü.