Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küpçal
Küpçal — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Küpçal oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qudyal çayının sahilindədir. Kəndin adı türk dillərindəki qapçal (keçilməz yer, sıldırım dik qaya) sözündən yaranmış, yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyi təyin edir. Kənd Qudyal çayının əmələ gətirdiyi uçurumun, sıldırımın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 499 nəfər əhali yaşayır. == Yol == 2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı.DigərTupak (Əbyəlil) — Rusiyada kənd.
Küpçal bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tupa
Firəngotu (lat. Lobelia) — zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Erinus firəngotu, Adi firəngotu (Lobelia erinus L.) Şişman firəngotu (Lobelia inflata L.) Yandırıcı firəngotu (Lobelia urens) == İstinadlar == Firəngotu:The Plant List saytında takson barədə məlumat.
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Tujal (Sərdəşt)
Tujal (fars. توژل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (46 ailə).
Tupac Shakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Tupak (Əbyəlil)
Tupak kəndi (başq. Тупаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taştimer kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tupak kənd ərazisin milli tərkibi: başqırdlar — 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 26 km., kənd sovetliyindən (Mixaylovka): 3 km., == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Tupak Amaru
Tupak Amaru və ya Túpac Amaru (Keçua: Thupaq Amaru) — 1545-1572-ci illərdə hakimiyyətdə olmuş son İnk hökmdarı və Sapa İnka.
Tupak Sakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Tupak Shakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Tural Abbaslı
Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı, Azərbaycan SSR) — Azərbaycan siyasətçisi; jurnalist; Müsavat Partiyasının üzvü və funskionerlərindən biri (2000–2016); Ağ Partiyasının sədri (2016-cı ildən).Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib. 2016-cı ildə Ağ Partiyasını təsis edən Abbaslı, müxtəlif dövrlərdə verdiyi açıqlamalarda sədri olduğu partiyanın Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Abbaslı mətbuata verdiyi bir digər müsahibəsində siyasətçinin populist mövqe tutmalı olduğunu qeyd etmişdir. Həmçinin Abbaslı Navalnını "qərbin projesi" adlandırıb. O, Rusya–Ukrayna müharibəsinə də fikir bildirərək, "Putinin yerinə olsam, mən də belə edərdim" deyə qeyd edib.Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürsə də Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə prosedur nöqsanlarına yol verdiyi üçün namizədliyi qeydə alınmayıb. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuş, lakin Məlahət İbrahimqızına məğlub olmuşdur. == Həyatı == Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. Atasını erkən yaşlarında itirən Abbaslı, Müsavat Partiyasının Divan üzvü olmuş anası Başxanım Abbasovanın himayəsində böyüyüb.
Tural Abbasov
Tural Abbasov (25 aprel 1990) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Tural Abbasov 1990-cı il aprelin 25-də anadan olub. == Karyerası == Tural Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirnində 26.30 saniyə nəticə göstərdi və 78-ci pillənin sahibi olub.
Tural Abbaszadə
Abbaszadə Tural İlqar oğlu (rus. Турал Ильгар оглы Аббасзаде; 26 oktyabr 1992, Bakı) — Azərbaycan futbolçusu, "Kəpəz"də keçmiş qapıçı. == Həyatı == Tural Abbaszadə 1992-ci ildə anadan olmuşdur. Futbola uşaqlığından həvəsi olmuş, "Milan"ın qapıçısı Didanın oyunundan çox xoşu gəlmişdir. Bu səbəbdən də futbolçu olmağı qərara alıb. İlk məşqçisi Arif Orucov olub. Futbola 10 yaşında "Olimpiya" komandasında başlamışdır. 14 yaşında "Azəri"yə keçmişdir. Oradan isə İslam Kərimovun çalışdırdığı "Neftçi"yə üz tutmuşdur. "Neftçi"də 3 il qalmışdır.
Tural Abdullayev
Tural Abdullayev (baş çavuş) (26.02.1990) — baş çavuş, Vətən müharibəsi şəhidi. Tural Abdullayev (kiçik gizir) (09.02.1993) — gizir, Vətən müharibəsi şəhidi.
Tural Allahverdiyev
Tural Hikmət oğlu Allahverdiyev (29 iyul 2000, Nijni Novqorod) — Azərbaycanlı idmançı və milli atletdir == Həyatı == Tural Allahverdiyev 2000-ci ilin 29 iyul tarixində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycan ailəsində anadan olub. 8 il Rusiya Federasiyasında yaşayandan sonra Tural ailəsi birgə Vətəninə Azərbaycana qayıdır və elə 8 yaşından Yunan-Roma Güləşinin sirrlərini öyrənmə başlayır. Sonra müəyyən səbəblərdən Tural güləşi atır, bir necə idman növlərini sınayan Tural ən sonda "Yasamal" İdman Klubunda Cüdo idman növü ilə məşğul olur. Həmçinin Tural Sambo, Grappling, Pəhləvan Güləşi, Zorxana Kəmər Güləşi və Mas-wrestling İdman növləri üzrə də Azərbaycan Milli Komandasının üzvüdür.
Tural Aslanov
Tural Elşən oğlu Aslanov (5 iyun 1992; Yardımlı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çay Üzü kəndində anadan olub. N. Cəbiyev adına tam orta məktəbdə orta təhsil almışdır. Sumqayıt Dövlət Universitetinin coğrafiya fakültəsində ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Tural Aslanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 3 aylıq zabitlik kursundan sonra "N" saylı hərbi hissədə "leytenant" olaraq tərxis olunana qədər xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Tural Aslanov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Tural Axundov
Tural Möhsüm oğlu Axundov (1 avqust 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == === Çempionat === Tural Axundov öz peşəkar futbolçu karyerasına 2009-cu ildə Muğan klubunda start vermişdir. İki mövsüm bu klubda çıxış etdikdən sonra Axundov 2011-ci ildə Rəvan klubuna transfer olmuşdur. Uzun müddət bu klubda kapitan sarğısını daşımışdır. 2013-cü ilin yay ayında Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Simurq klubu ilə bir illik müqavilə imzalamışdır. 2014-cü ilin noyabrında Zaqatala klubunun rəhbərliyi 2017-ci ilin iyun ayının sonuna qədər futbolçuyla müqaviləni uzatmışdır. Lakin Tural klub ilə iki mövsüm və 63 oyun keçirdikdən sonra klubu tərk etmişdir.2015-ci ilin iyununda keçmiş futbolçuların seleksiya yığımları zamanı Gəncə təmsilçisi olan Kəpəz klubunun heyətinə cəlb edilir. O, klub ilə debütünü 9 avqust 2015-ci ildə çempionatın ilk turunda Neftçi Bakı klubuna qarşı oyunda etmişdir. O, çıxdığı ilk görşüdəcə klubun kapitanı olmağı bacarmışdır.
Tural Bakuvi
Tural Bakuvi (12 yanvar 1984, Bakı) — Azərbaycanlı bəstəkar və söz yazarı. Bir çox sevilən mahnı və instrumental kompozisiyaların müəllifi. == Həyatı == Tural Bakuvi 1984-cü ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə 1 saylı musiqi məktəbini, 2004-cü ildə isə ali təhsilini başa vurmuşdur. 2012-ci ildə YAP-ın Xəzər Rayon Təşkilatı tərəfindən ilin bəstəkarı adına layiq görülmüşdür.Hələ uşaq yaşlarından musiqi və şerlə məşğul olan Tural Bakuvi 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu işə daha peşəkar şəkildə yanaşmış və bu günə qədər bir çox sevilən mahnı və instrumental musiqilər müəllifi olmuşdur. Azərbaycan musiqisi tarixində ilk dəfə xarici ölkə başçısının seçki kampaniyasının musiqisini bəstələmişdir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdaoğanın 2018-ci ildə aparılan seçki kampaniyasi videosunun (Biz Birlikte Güçlüyüz) musiqisi Tural Bakuviyə aiddir. Bir çox xalq artistləri və əməkdar incəsənət xadimləri, o cümlədən Flora Kərimova, Alim Qasımov, Gülyaz Məmmədova, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Rafiq Seyidzadə kimi sənətçilərlə işləyən Bakuvi, eyni zamanda Almaz Ələsgərova, Nadir Qafarzadə, Sədaqət Ulduz, Zaur Əmiraslanov, Günay İbrahimli, Rəmal Rəsul, Qismət Qrupu, Yaşar Yusub, Elvin Mirzəzadə, Rövşən Civişov, Xəyyam Zeynalov, Şəhriyar İmanov, Anar Yusub və sair bu kimi onlarla ifaçı və musiqiçlərlə də iş birliyi etməkdədir. Müxtəlif verilişlərin ("Dəyişirəm"/ATV/, "Əslində mən"/ANS/ və s), teleserialların, bədii və sənədli filmlərin ("Canavar qoxusu" bədii filmi, "Sonun Başlanğıcı", "Bağlı qapı", "Səadət" və s. teleserialların, "Seyyid Yəhya Bakuvi (Xəlvətdə qalmış müdrik)" və s.
Tural Bayramlı
Tural Bayramlı (əsgər) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Vətən müharibəsi şəhidi. Tural Bayramlı (futbolçu) — Azərbaycanlı futbolçu.
Tural Cuvarov
Tural Zahid oğlu Cuvarov (1 may 1996; Şəmkir rayonu, Azərbaycan — 26 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Cuvarov 1996-cı il mayın 1-də Şəmkir rayonunun Ələsgərli kəndində anadan olub. 2003-2014-cü illərdə Ələsgərli kənd orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Tural Cuvarov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tural Cuvarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Cuvarov oktyabrın 26-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cuvarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cuvarov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cuvarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Cəlilov
Tural Cəlilov (futbolçu)
Tural Dadaşov
Tural Sabir oğlu Dadaşov (24 avqust 1993, Bakı – 8 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Tural Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olub. Tural Dadaşov 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kommersiya" fakültəsini bitirib. == Hərbi xidməti == Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olmuşdur. Aprelin 8-i isə Tural Dadaşov Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində son mənzilə yola salındı. == Təltifləri == Tural Dadaşov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Tural Dadaşov həm də ölümündən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının təsis etdiyi "Vətən övladı" qızıl ordeni ilə də təltif edilmişdir.
Tural Dəmirçiyev
Tural Rəfail oğlu Dəmirçiyev (1 oktyabr 1992, Bakı – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Quru Qoşunlarının könüllü əsgəri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olub. 1999–2010-cu illərdə Bakı şəhəri Sabunçu rayon Rixard Zorqe adına 90 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra isə 2010–2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "menecment" ixtisası üzrə ali bakalavr təhsili almışdır. 2017-ci ildən 2020-ci ilin sentyabrınadək Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində mühafizəçi kimi çalışıb. == Hərbi xidməti == 2014-cü ilin iyul ayından 2015-ci ilin iyul ayınadək Azərbaycan Quru Qoşunları 1-ci Ordu Korpusunun Tərtər rayonunda yerləşən hərbi hissəsində "əsgər" rütbəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci il sentyabrın 21-də hərbi toplanış çərçivəsində Azərbaycan Quru Qoşunlarının əsgəri kimi hərbi xidmətə göndərilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Tural Dəmirçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsində savaşıb. Tural Dəmirçiyev oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı qəlpə yarasından şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tural Dəmirçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tural Eyyubov
Tural Yadulla oğlu Eyyubov (2 iyul 1992, Mollakənd, Kürdəmir rayonu – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində Yadulla və Gülnarə Eyyubovların ailəsində anadan olub. 1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başladılar. 1998–2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005–2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb.2009–2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi-riyaziyyat" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Tural Eyyubov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014–2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və "leytenant" hərbi rütbəsi alıb. Azərbaycan Ordusunun leytenantı olan Tural Eyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Eyyubov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub.