TOPAL

s. lame; cripple; ~ kişi a lame man*; ~ oğlan a lame boy; ~ qız a lame girl; ~lar top.i. the lame

TOPABASMA
TOPALAMAQ
OBASTAN VİKİ
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Mehmet Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Topal Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Topal ördək
Topal ördək və ya gethagetdəki siyasətçi — xələfi artıq seçilmiş və ya seçilmək ərəfəsində olan vəzifəli şəxs. Gethagetdəki siyasətçi çox vaxt digər siyasətçilərlə müqayisədə daha az təsir bağışlayır, çünki onların səlahiyyət müddəti bitmək üzrədir. Ancaq onlar icra sərəncamları, əfv fərmanları və ya digər mübahisəli fərmanlar verməkdə daha sərbəst davrana bilirlər. Bu siyasətçilər müddət məhdudiyyətləri, planlaşdırılan təqaüdə çıxma və ya seçki itkiləri nəticəsində ortaya çıxır və siyasi sistemlər nəticələrin elan edilməsi ilə seçki qaliblərinin inauqurasiyası arasında gecikmə yaratdıqda xüsusilə nəzərə çarpır. "Topal ördək ovu" mövsümü: seçkidən sonra Bayden impiçmentlə üzləşə bilər?
Topal Kənan Paşa
Topal Kənan Paşa (v. 16 fevral 1659, Hələb) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi məlum deyil. Əslən rus olub, Misir bəylərbəyi Qara Əhməd Paşanın kölələrindəndir. Ardından paşanın silahdarı olaraq saraya alındı. IV Murad dönəmində saraya alınaraq müxtəlif vəzifələrdə xidmət etdi. Sultan İbrahim dönəminin sonlarında vəzirliyə yüksələrək padşah müsahibi oldu və Sultan İbrahimin azyaşlı qızlarından Atikə Sultanla nikahlandı. 1653-cü ildə Budin hakimi və 1656-cı ilin yanvarında Silistrə sancaqbəyi oldu. Həmin ilin mayında kaptan-ı dəryalığa təyin olunsa da, tədbirsiz hərəkətləri səbəbilə 13 iyul 1656-cı ildə vəzifədən alındı. Rütbəsi aşağı salındı və 1658-ci ilin iyulunda riqabdar oldu.
Topal Mehmed Paşa
Topal Mehmed Paşa (ö. 1659) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi və əsli barədə məlumat yoxdur. Bəylərdən olub, 1649-cu ildə Həmid sancaqbəyi tyəin edildi. Ancaq həmin ilin sonlarında Abxaz Həsən üsyanına qoşuldu. Bir il sonra itaət edərək 1651-ci ilin dekabrında Konya bəylərbəyi, sonra Sivas, Axısqa, Çıldır və vəzirliklə Temeşvar sancaqbəyliyinə gətirildi. 12 dekabr 1656-cı ildə kaptan-ı dərya olsa da, 1657-ci ilin dekabrında Saqqız adasının mühafizəsi ilə vəzifələndirildi. Ancaq bölgədəki özbaşınalığı və zülmkarlığı səbəbilə 1659-cu ildə Körpülü Mehmed Paşa tərəfindən edam edilərək cəzalandırıldı. Sicill-i Osmani IV, səh. 49.
Topal Osman Paşa
Topal Osman Paşa (1663 – 1733, Kərkük) — osmanlı hərbi xadimi. 1731—1732-ci illər arasında Osmanlı İmperiyasının Böyük Vəziri olmuşdur. Osman təxminən 1663-cü ildə Moreyada (Peloponnes, Yunanistan) anadan olub, lakin ailəsi əslən Anadolunun Konya şəhərindən idi. Erkən yaşlarında sultan yanında xidmətə başladı. Əvvəlcə kozbekçi korpusunda, daha sonra pandurlar korpusunda xidmət etdi. 24 yaşında bəylərbəyi oldu. Tezliklə Misir başçısına göndərildi, lakin gəmisi ispan kaperləri hücumuna məruz qaldı. Nəticədə Osman əsir altına düşdü və yaralandı, bu yara nəticəsində o, topal qaldı və müvafiq ləqəb qazandı. Əvvəlcə Maltaya aparıldı, lakin tezliklə əsirlikdən azad edildi və İstanbula qayıtdı. 1710—1713 rus-türk müharibəsində iştirak etdi, müharibədən sonra Rumeliyə göndərildi və armatollar komandanı oldu.
Topal Rəcəb Paşa
Topal Rəcəb Paşa (ö. 18 may 1632) — IV Murad dövründə ümumilikdə 3 ay 8 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Əslən bosniyalı olub, kiçik yaşlarında saraya alınaraq bostançı ocağında yetişdirilmişdir. Burada baş bostançılığa qədər yüksəlmiş, ancaq qut xəstəliyinə tutulduğuna görə, bir müddət sonra gənc yaşında təqaüdə çıxarılmışdır. Sonralar yenidən vəzifəyə gətirilərək rus işğalında olan Azov qalasının xilası üçün tərtiblənən səfərə sərdar təyin olundu. 1625-1626-cı illərdə kaptan-ı dərya olaraq fəaliyyət göstərmişdir. Səfəvilərə qarşı sərdar-ı əkrəm təyin olunan və səfər hazırlıqları üçün Tokata gedən Çərkəz Mehmed Əli Paşa burada vəfat etmiş, yerinə 8 fevral 1625 tarixində Hafiz Əhməd Paşa sədarətə gətirilmişdi. Bu əsnada kaptan-ı dərya olan Topal Rəcəb Paşa donanmayla birlikdə İstanbula gəldi. Ancaq çox keçmədən Krım xanı ilə noqaylar arasındakı münaqişəni həll etmək və Osmanlının Qara dəniz sahillərinə hücum edən kazakları geri çəkmək üçün yeni bir donanma ilə səfərə çıxdı. Qara dənizdə Topal Rəcəb Paşa idarəsindəki Osmanlı donanması 350 qayıqdan ibarət kazak donanması ilə mübarizəyə başladı və bu mübarizəni uğurla başa vurdu.
Topal Teymur (1983)
Televiziya tamaşasında Əmir Teymur və İldırım Bəyazid arasındakı münasibətlərin gərginləşməsi və müharibəyə səbəb olması göstərilir. Sonda bu iki hökmdar üz-üzə gəlir. Film Hüseyn Cavidin eyniadlı "Topal Teymur" pyesi əsasında ekranlaşdırılmışdır.
Topal Teymur (dram)
Topal Teymur — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1925-ci ildə Əmir Teymur kimi tanınan Orta Asiya türklərinin fatehi Teymur haqqında yazdığı beş pərdəli pyes, tarixi dram. Pyes ilk dəfə 1926-cı ildə Bakıda səhnəyə qoyulub. Pyes ilk dəfə elə həmin 1926-cı ildə Bakıda "Azərnəşr" nəşriyyatında çap edilib. Cavidin dünyagörüşünün qeyri-müəyyənliyi ilə bağlı ziddiyyətlərin təkrarlanması tamaşaya təsir edib. Bir sıra müəlliflər şairin öz yaradıcılığında feodal fatehlərini ideallaşdırdığını qeyd ediblər. Teymuru Cavid qəddar axsaq fateh kimi yox, türk dünyasının ən böyük sərkərdəsi, birləşdiricisi, elmin, sənətin, sənətin və ticarətin hamisi kimi göstərib. Hüseyn Cavid Əmir Teymur obrazı üzərində işləyərkən böyük çətinliklərlə üzləşdi. Qeyd edək ki, Sovet İttifaqı illərində Əmir Teymur qəddar fateh kimi təqdim edilirdi. Belə bir vaxtda Teymurun obrazını işıqlandırmaq çətin idi. Cavid əvvəldən hakimiyyətin təzyiqləri ilə üzləşmişdi.
Topal Teymur (pyes)
Topal Teymur — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1925-ci ildə Əmir Teymur kimi tanınan Orta Asiya türklərinin fatehi Teymur haqqında yazdığı beş pərdəli pyes, tarixi dram. Pyes ilk dəfə 1926-cı ildə Bakıda səhnəyə qoyulub. Pyes ilk dəfə elə həmin 1926-cı ildə Bakıda "Azərnəşr" nəşriyyatında çap edilib. Cavidin dünyagörüşünün qeyri-müəyyənliyi ilə bağlı ziddiyyətlərin təkrarlanması tamaşaya təsir edib. Bir sıra müəlliflər şairin öz yaradıcılığında feodal fatehlərini ideallaşdırdığını qeyd ediblər. Teymuru Cavid qəddar axsaq fateh kimi yox, türk dünyasının ən böyük sərkərdəsi, birləşdiricisi, elmin, sənətin, sənətin və ticarətin hamisi kimi göstərib. Hüseyn Cavid Əmir Teymur obrazı üzərində işləyərkən böyük çətinliklərlə üzləşdi. Qeyd edək ki, Sovet İttifaqı illərində Əmir Teymur qəddar fateh kimi təqdim edilirdi. Belə bir vaxtda Teymurun obrazını işıqlandırmaq çətin idi. Cavid əvvəldən hakimiyyətin təzyiqləri ilə üzləşmişdi.
Topal Yusif Paşa
Topal Yusif Paşa (ö. oktyabr 1716) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Sultan Əhməd və Sultan Mustafa dönəminin mühüm dövlət xadimi olan Böyük Cəfər Paşanın qardaşıdır. Əndərunda təlim-tərbiyə alaraq 1696-cı ildə Raqqa sancaqbəyliyi ilə saraydan ayrıldı. 1698-ci ildə vəzir rütbəsi aldı və Sultan Mehmedin qızlarından Fatma Sultanla nigahlandı. 1699-cu ildə Diyarbəkir, 1700-cü ildə Mosul, 1702-ci ildə yenidən Diyarbəkir, 1703-cü ildə Bağdad və Anadolu, 1704-cü ilin mayında Ərzurum, 1712-ci ildə yenidən Anadolu, 1713-cü ildə Hələb bəylərbəyi təyin edildi. Ardından Dəməşq bəylərbəyliyinə gətirildi və 1716-cı ilin oktyabrında orada vəfat etdi. Vəfatının ardından yerinə qardaşı Cəfər Paşanın oğlu Gənc Əhməd Paşa gətirildi. Fatma Sultanla olan nigahından Safiyə xanım Sultan (ö. 1710) adlı bir qızı dünyaya gəldi.
Topal Teymur (film, 1983)
Televiziya tamaşasında Əmir Teymur və İldırım Bəyazid arasındakı münasibətlərin gərginləşməsi və müharibəyə səbəb olması göstərilir. Sonda bu iki hökmdar üz-üzə gəlir. Film Hüseyn Cavidin eyniadlı "Topal Teymur" pyesi əsasında ekranlaşdırılmışdır.
Topal Əhməd Gəray (kalqay)
Topal Əhməd Gəray (krımtat. Topal Ahmed Geray)(v. mart 1519) — Krım xanı I Məngli Gərayın oğlu, Krım kalqayı. == Həyatı == Doğum tarixi bilinmir. Krım xanı I Məngli Gərayın ikinci oğlu olaraq ehtimal ki, Bağçasarayda dünyaya gəldi. Haqqındakı ilk məlumat qardaşı Burnat Gərayla birlikdə atasının əmrindəki birliklərlə səfərə qatılmasıyla bağlıdır. 1512-ci ildə rus torpaqlarına tərtiblənən bu səfər əsnasında Odoyev və Belyov bölgələri yağmalandı. Rus boyarlarının bölgəyə gəlişiylə geri çəkilən Topal Əhməd Gəray ertəsi il Ryazan bölgəsinə tərtiblənən hücumlara qatıldı. Atasının vəfatının ardından 17 aprel 1515-ci ildə böyük qardaşı I Mehmed Gəray taxta çıxdı və yaşca ən böyük xanzadə olan Əhməd Gəray kalqay elan edildi. Ancaq doğuşdan və ya qatıldığı səfərlərdə aldığı yaralardan fiziki qüsurlu olan Əhməd Gəray topallayırdı.
Topal İzzət Mehmed Paşa
Topal İzzət Mehmed Paşa (1794, Malatya – 7 (19) mart 1855, Konstantinopol) — II Mahmud və Sultan Əbdülməcidin səltənətlərində 2 dəfə - ümumlikdə 11 ay 29 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. BA, Tahvil Defterlerinden Atik Vüzerâ Defteri, nr. 39; Esad Efendi, Üss-i Zafer, İstanbul 1241, s. 160-166; Ahmed Rifat, Verdü’l-hadâik, İstanbul 1283, s. 27-30; Cevdet, Târih, XII, 156, 161-170; Mehmed Memduh [Paşa], Esvât-ı Sudûr, İstanbul 1328, s. 8-9; Lutfî, Târih, I, 154, 304-305; Sicill-i Osmânî, III, 460-461; Uzunçarşılı, Kapukulu Ocakları, I, 550, 552-553, 600; Mufassal Osmanlı Tarihi, İstanbul 1962-63; “İzzet Mehmed Paşa”, TA, XX, 486-487.
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür. Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik. == Yerləşməsi == Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar.
Murad Topalyan
Murad Topalyan (erm. Մուրադ Թոփալյան); ing. Mourad Topalian; 1943) — "Moose" (Maral) ləqəbli erməni terrorçu, "Amerika Ermənləri Milli Komitəsi"nin (ing. Armenian National Committee of America) keçmiş sədri. Murad Topalyan 1943-cü ildə dünyaya gəlib. Amerikadakı erməni diasporasının tanınmış liderlərindən biri olub, Amerika Erməni Komitəsinin sədri olarkən bir neçə dəfə "Ağ evdə" olub və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirib. Bundan başqa dəfələrlə ABŞ Konqresində konqresmenlərlə görüşüb. "U.S. News & World Report" jurnalının verdiyi məlumata görə AEMK Daşnaksütyun partiyası ilə sıx əlagələrə malikdir. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçüb və "Kayxodi" kollecinin vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. Həmin il ona qarşı "ABŞ Murad Topalyana qarşı" (USA vs.
Qara topalaq
Qara topalaq (lat. Cyperus niger) — topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Qızılı topalaq
Stefani Topalyan
Stefani Nonoşita Topalyan (erm. Ստեֆանի Թոփալյան; 5 avqust 1987, Los-Anceles, Kaliforniya) və ya qısaca tanınan adı ilə Stefani (ステファニー, Sutefanī) – erməniəsilli Yaponiya müğənnisi. SME Records Japan ilə əməkdaşlıq edir. Yaponiyada iki albom buraxıb: 2008-ci ildə "Stephanie" və 2009-cu ildə "Colors of My Voice". 2007-ci ildə Yaponiya Musiqi Mükafatına layiq görülüb. Yaponiya filmlərində bir çox mahnısı səsləndirilib. Bəzi Yaponiya filmlərində ("Qürur", "Tokio qəbiləsi") rol alıb. 2015-ci ildə erməni superqrup layihəsi olan "Genealogy"-ə qoşulub və Ermənistanı 2015 Avroviziya Mahnı Müsabiqəsində "Face the Shadow" mahnısı ilə təmsil edib. Kaliforniya ştatının Los-Anceles şəhərində yapon ananın və Amerika ermənisi atanın qızı kimi doğulub. Yaponiyada yaşasa da, erməni köklərinə əhəmiyyət verir.
Uzun topalaq
Uzun topalaq (lat. Cyperus longus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Chlorocyperus longus (L.) Palla Eucyperus longus (L.) Rikli Pycreus longus (L.) Hayek Cyperus longus subsp. badius (Desf.) Bonnier & Layens Cyperus longus subsp.
Veselin Topalov
Veselin Topalov (bolq. Веселин Топалов, 15 mart 1975, Ruse) — bolqar şahmatçı, qrosmeyster, FİDE-nin versiyasına görə şahmat üzrə 2005-ci il Dünya Çempionu, 2005-ci Şahmat Oskarının sahibi. 1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Harri Kasparov, Anatoli Karpov, Bobbi Fişer, Maqnus Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır. 1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı. 2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu. 2007-ci ildə 19-cu kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Qata Kamski qazandı və Topalovla matç keçirdilər.
Yeməli topalaq
Yeməli topalaq (lat. Cyperus esculentus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Cyperus aureus subsp.
Topalaqkimilər
Topalaqkimilər (lat. Cyperaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Papirus topalağı
Papirus topalağı (lat. Cyperus papyrus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. 5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus topalağı tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus topalağı dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir. Papirus topalağının gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur.

Значение слова в других словарях