Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tacir
Tacir yaxud tüccar — ticarətlə məşğul olan şəxs.
Tacir Allahverdiyev
Tacir Cəfərov
Tacir Eminov
Tacir Həsənov
Tacir Muradlı
Tacir salatı
Tacir sarayı
Tacir sarayı (türk. Tüccar sarayı) — Türkiyənin Ani şəhərində yerləşən tarixi abidə. Mənbələrdə eyni zamanda Sultan sarayı və Qala olaraq da qeyd edilən saray Aninin Şimal Qərb tərəfində yerləşir. Ehtimal ki, XII əsrin sonu—XIII əsrin əvvəllərində inşa edilib və hansısa varlı bir tacirə, şahzadəyə və yaxud Ani yepiskouna məxsus olub. Bir çox tədqiqatşılar sarayın tacir Tiqran Honentsə məxsus ola biləcəyi iddiasının üstündə dayanırlar. Çünki, onun məzarı sarayın qarşısındakı vadinin uçurumundakı qayada yonulmuşdur. Başqa bir fərziyyəyə görə isə bina saray deyil və sırf şəhərin müdafiə xarakterli tikililərindən biriridir. Günümüzə binanın təyinatını və kimə məxsus olmasını dəqiqləşdirə biləcəyimiz bir kitabə çatmadığından bu abidəylə bağlı olan bütün fikirlər sadəcə fərziyyə olaraq qalır. Binanın şəhər tərəfə olan divarı ikiqatlıdır. Binanın girişi düzbucaqlı bir otaqdan başlayır, daha sonra ətrafı digər kiçik otaqlarla dövrəli olan böyük bir qonaq otağı gəlir.
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu (24 may 1965, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan müğənnisi. Tacir Şahmalıoğlu 24 may 1965-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ailədə 4 bacı 4 qardaş olublar. 6 yaşında səsi, istedadı atası tərəfindən kəşf edilib. 6 yaşından 12 yaşına qədər pionerlər evində musiqi təhsili almışdır. Uşaq yaşlarından Murad Rzayevin yaradıcısı olduğu "Qarabağ bülbülləri" ansamblındakı çıxışları ilə tanınmışdır. Onillik orta təhsilini Ağdamda aldıqdan sonra Tacir 1983-cü ildə Üzeyir Hacıbəyov adına kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə yollanır. 1984–86-cı illərdə Latviyanın Riqa şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilinə yenidən davam etmişdir.
Tacir Əhmədov
Aşina Tuçi
Tuçi xaqan — Aşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı. == Həyatı == Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi. 692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu. 700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.
Tuçi xaqan
Tuçi xaqan — Aşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı. Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi. 692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu. 700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.
Bakı Tacir Bankı
Bakı Tacir Bankı — Azərbaycanda açılmış ilk yerli səhmdar kommersiya bankı == Tarixi == 1914-cü il aprelin 15-də açılmışdır. == Rəhbərlik == Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə Hacı Zeynalabdin Tağıyev idi. == Yeri == Bank Hacı Zeynalabdin Tağıyevin sarayında yerləşirdi.
Tacir Kudrinin binası
Tacir Kudrinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina XIX əsrdə inşa edilmişdir. Bina Şmidt küçəsi 10 ünvanında yerləşir. Bina bir çox mənbələrdə Kudrinlərin binası olaraq keçərlidir. Bəzi mənbələrdə isə Remilərlə əlaqələndirilir. XIX əsrdə inşa edilmişdir. Taqanroq şəhəri Şmidt keçəsi, ev 10 ünvanında yerləşir. Bina Dyupon de Laryunun layihəsi əsasında inşa edilmişdir. Binanın sahibi II gildiya taciri Yakob Kudrin idi. Onun həyat yoldaşı Dominika Avsentevna idi.
Tacir Pançenkonun binası
Tacir Pançenkonun binası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 1910-cu ildə inşa edilmişdir. Bina Eklektika stilinə sahibdir. İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir. Adres: 347250, Rostov vilsyəti, Konstantinovsk ş, Kartaşova küçəsi, 35 ХIХ əsrin sonları XX əsrin əvvəlləri Rosrov vilayəti Konstatinov rayonu, Konstatinov şəhəri ərazisində çoxlu sayda eklektika stilində bina inşa edilmişdir. Bu stil əsasən borokko və rokoko elementləri ilə işlənmələrə sahiddir. Üstəlik burada renessans və modern stillərinə belə rast gəlmək mümkün idi. Eklektika stilində inşa edilən binalardan biridə Kartaşova küçəsi, ev 35 ünvanında yerləşən iki mərtəbədən ibarət olan iki mərtəbəli binadır. Bina kərpiçdən inşa edilmişdir. Tikili 1910-cu ildə I gildiya taciri, kağız fabrikinin sahibi, Rostov-na-Donu şəhərinin fəxri sakinin nəvəsi İvan Stepanoviç Pançenkonun vəsaiti hesabına inşa edilmişdir.
Tacir Plotnikov binası
Tacir Plotnikov binası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 1912-ci ildə inşa edilmişdir. Bina eklektika stilinə sahibdir. Tikilidə mağazalar yerləşir. İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir. Adres: 347250, Rostov vilayəti, Konstantinovsk ş, Lenin küçəsi, 22. ХIХ əsrin sonları XX əsrin əvvəlləri Rosrov vilayəti Konstatinov rayonu, Konstatinov şəhəri ərazisində çoxlu sayda eklektika stilində bina inşa edilmişdir. Bu stil əsasən borokko və rokoko elementləri ilə işlənmələrə sahiddir. Üstəlik burada renessans və modern stillərinə belə rast gəlmək mümkün idi. Bina iki küçənin qovuşduğu ərazidə yerləşir: 25 Oktyabr və Lenin.
Səyahət edən tacir (alqoritm)
Səyahət edən tacir (ing. ing. travelling salesman problem (TSP)) - informatikada həlli çətin olan məsələlərdən biridir. Səyahət edən tacir belə bir sual soruşur: "Mənə şəhərlərin siyahısı və şəhərlər arasında məsafə verilibdir. Görəsən, bütün şəhərlərə səyahət edib və evə qayıtmaq üçün ən qısa yol hansıdır? Amma bir şərtlə ki, bir şəhəri iki dəfə ziyarət etməyim." Ilk baxışdan çox sadə görünən bu sual, əslində informatikada NP çətin məsələdir. Bu məsələ ilk dəfə 1930 ildə formalaşdırılıb və ən çox öyrənilmiş optimallaşdırma məsələlərindən biridir. Bir çox optimallaşdırma metodu üçün benchmark (etalon) kimi istifadə olunur. Baxmayaraq ki, səyahət edən tacir hesablama baxımdan çətin məsələdir, on minlərlə şəhər üçün bu məsələni dəqiq və heuristik həlləri var. Hətta milyonlarla şəhər üçün bu məsələni 1% səhvlə həll etmək mümkündür.
Kuçar
Kuçar (fars. کوچار‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 384 nəfər yaşayır (124 ailə).
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Nucin
Nucin-İranın Fars ostanının Fəraşbənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,356 nəfər və 772 ailədən ibarət idi.
Puzır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Teuçi
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir. Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. Tecimenin bir neçə üslubu var.
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən və ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanır. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Tudor
Tudor — İsveçrənin Cenevrə şəhərində yerləşən İsveçrə saat şirkətidir. 1926-cı ildə Rolex-in qurucusu Hans Wilsdorf tərəfindən yaradılmış brend Rolex-in törəmə şirkəti olaraq qalır; hər iki şirkət Hans Wilsdorf Fonduna məxsusdur.
Tahir
Tahir — ad.
İncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur.