TAĞMAN
TAHİRƏ
OBASTAN VİKİ
Tahir Cəbrayılov
Tahir Rza oğlu Cəbrayılov (15 fevral 1937, Birinci Nügədi, Quba rayonu – 28 sentyabr 1986, Birinci Nügədi, Quba rayonu) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1973). Tahir Rza oğlu Cəbrayılov 15 fevral 1937-ci ildə Quba rayonunun Birinci Nügədi kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1956-cı ildə Quba rayonundakı Jdanov adına sovxozda sağıcı kimi başlamış, 1969-cu ildən süd-əmtəə fermasında sağıcı işləmişdir. Həyatının son üç ilində isə süd-əmtəə fermasının briqadiri olmuşdur. Tahir Cəbrayılov sağıcı kimi işə başladığı ilk günlərdən fərqlənmiş, fəaliyyətinin ilk ilində hər inəkdən 1500 kiloqramdan artıq süd sağmışdır. Növbəti illərdə o, süd sağımını artıraraq səkkizinci beşilliyin (1966–1970) tapşırıqlarını üç il yeddi ayda yerinə yetirmişdir. 1972-ci ildə Şərqiyyə Vəliyeva ilə sosializm yarışına qoşularaq bəslədiyi 14 inəyin hər birindən 5105 kiloqram, 1973-cü ildə isə 5500 kiloqrama qədər süd əldə etmişdir. Tahir Cəbrayılov ümumittifaq sosializm yarışında qazandığı böyük müvəffəqiyyətlərə və 1972–1973-cü illərin qış dövründə heyvandarlıq məhsulları istehsalının və tədarükünün artırılmasında göstərdiyi əmək rəşadətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 sentyabr 1973-cü il tarixli Fərmanı ilə "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür. Bundan əlavə, iki "Lenin" ordeni, "Xalqlar dostluğu" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir. Tahir Cəbrayılov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Sov.İKP XXVI qurultayına, Azərbaycan Kommunist Partiyasının XXX və XXXI qurultaylarına nümayəndə seçilmişdir.
Tahir
Tahir — ad.
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Tahir Abasov
Tahir Abdullayev
Tahir Abdullayev (memar) — Azərbaycan SSR əməkdar mühəndisi (1964) və əməkdar memarı (1979). Tahir Abdullayev (riyaziyyatçı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri. Tahir Abdullayev (idmançı) — qarışıq döyüş sənətləri üzrə azərbaycanlı döyüşçü.
Tahir Alxazov
Tahir İsa oğlu Alxazov (28 dekabr 1952, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya üzrə fəlsəfə doktoru,dosent AMEA Polimer Materialları İnstitutunun baş mühəndisi. Alxazov Tahir İsa oğlu 28 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhərindəki 89 №-li orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitunun kimya-texnologiya fakultəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt şəhərində “Üzvi Sintez” zavodunda 1974-1981-ci illərdə əməliyyatçı, növbə rəisi, texnoloq, istehsalat rəisi vəzifələrində çalışmışdır. 1983-cü illərdə Sumqayıt ş. Şüşə zavodunda baş mühəndis, 1983-1986-cı illərdə Sumqayıt ş. “Üzvi Sintez” zavodunda divinil istehsalatının rəisi, 1986-1990-cı illərdə SSRİ Dövlət Standartlar Komitəsinin baş nümayəndəsi, 1990-1993-cı illərdə “Anhidrid” müəssisəsinin direktoru vəzifəsində işləmişdir. 1993-1995-cı illərdə Respublika Prezidentinin sərəncamı ilə “Azərikimya” Dövlət Şirkətinin prezidentinin müavini təyin edilmişdir. 1995-1998-ci illərdə “Üzvi Sintez” zavodunun direktoru, 1998-2001-ci illərdə Azərbaycan OET “Olefinlər” institutunda baş mühəndis vəzifəsində işləmişdir. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitunda böyük elmi işçi, 2015-ci ildən isə baş mühəndis vəzifəsində işləyir.
Tahir Atakişiyev
Tahir İsrafil oğlu Atakişiyev (21 avqust 1927 – 30 noyabr 2012) — skripkaçı, pedaqoq. Azərbaycan Respublikasının əməkdar artisti (2007). 1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirmiş və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirmişdir. 1952-ci ildən ömrünün sonunadək Azərbaycan dövlət konservatoriyasının "Simli alətlər" kafedrasında dərs demişdir. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru olmuşdur. Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazmışdır. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olunmuşdur. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir. Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var. Rauf Atakişiyevin qardaşıdır.
Tahir Baxşəliyev
Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. 26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub. 1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.
Tahir Bayramov
Tahir Bağırov
Tahir Bağırov (kino sənətçisi)
Tahir Budaqov
Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri. Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.
Tahir Cəfərli
Tahir Cəfərli (Cəfərli Tahir Barat oğlu; 24 mart 1970, Bakı) — Rusiya alimi və həkimi; Tibb elmləri namizədi. “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzin baş həkimi. "I dərəcəli Hippokrat ordeni" laureatı. Cəfərli Tahir Barat oğlu 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. Göz xəstəlikləri kafedrası yanında elmi dərnəkdə fəal iştirak edib, tələbə elmi konfranslarında daim çıxış edib, Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun həvəsləndirici diplom və fərmanları ilə təltif olunub. T.Cəfərli 1993-cü ildə Rusiya Dövlət Tibb Universitetinin (Moskva) müalicə fakültəsini əla qiymətlərlə bitirib. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturada “göz xəstəlikləri” ixtisası üzrə təhsil alıb. 1995-ci ildə həmin kafedrada da “göz xəstəlikləri” ixtisası üzrə aspiranturada oxuyub. T.Cəfərli 1993-1995-ci illərdə paralel olaraq Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib.
Tahir Cəfərov
Tahir Cəfərov (d. 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan fotoqrafı. 1948-ci ildə Bakıda anadan olub. Təsadüf nəticəsində tanış olduğu bir gənc dostu ona fotokamera hədiyyə etmiş və bununla da onda fotoqrafiya həvəs oyatmışdır. Fotomüxbir kimi ilk dəfə olaraq fotolarını "Azərbaycan pioneri"ində nəşr etdirmiş və ilk qonorarını almışdır. Daha sonra "Parıltı" və "Sağlamlıq" jurnallarında və "Bakinski raboçi" qəzetində öz foto işlərini nəşr etdirmişdir. Azərbaycanlı jurnalisti Nəsir İmanquliyevin "Bakı" – "Mənim Bakım" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Bundan sonra Azərbaycanfilm kinostudiyasında bir müddət çalışmışdır. Azərbaycan kinooperatoru Arif Nərimanbəyov fotoqrafiya fəaliyyətində ona mənəvi dəstək olmuşdur. Maestro Niyazinin xüsusi fotoqrafı kimi çalışmışdır.
Tahir Gözəl
Tahir Gözəl (1972, Maku, Qərbi Azərbaycan ostanı) — "Qarabağ" futbol klubunun prezidenti. Tahir Gözəl 1972-ci ildə Makuda anadan olmuşdur. İngiltərənin Şeffild Management, Fransanın Soup De Coup universitetlərini bitirmişdir. Ailəlidir, 2 oğlu var. 2004-cü ildən "Qarabağ" futbol klubunun vitse-prezidentidir.
Tahir Hüseynov
Tahir İsmayıl оğlu Hüseynоv (1 yanvar 1930, Qaçağan – 8 may 1993, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1990). Tahir İsmayıl-oğlu Hüseynov 1930-cu il yanvarın 1-də Borçalı mahalının Qaçağan kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Jurnalistika ixtisası üzrə bitirib. 1952-ci ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə radioda jurnalist kimi başlayan Tahir Hüseynov bədii yaradıcılıqda qələmini əvvəlcə poeziya sahəsində sınayır. 1954-cü ildə hekayə janrına üstünlük verərək dövrü mətbuatda ilk hekayəsi olan "Qonşular" işıq üzü görür. 1953-cü ildən başlayaraq T.Hüseynov müxtəlif qəzet və jurnalların redaksiyalarında jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdur. 1956–1963-cü illərdə Tiflisdə çıxan "Şərqin şəfəqi" qəzetində və müxtəlif rayon qəzetlərində çalışmışdır. Tahir Hüseynovun bir yazıçı kimi əsas yaradıcılığı hekayə və povestlərdən ibarətdir. 1964-cü ildə ilk kitabı olan "Səadətimi axtarıram" nəşr olunur.
Tahir Həsənov
Tahir Həsənov (23 fevral 1970, Bakı – 2 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır. Subay idi. Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.
Tahir Kazımov
Kazımov Tahir Lələkişi oğlu — 90-cı və 2000-ci illərdə “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi tarixə düşmüş işlərdə istintaq qrupunun rəhbəri olub. Vaxtilə həbs olunmuş müxalifət nümayəndələrinin istintaqında aparıcı fiqur olub. Ədliyyə general-mayoru, Ali Məhkəmənin hakimi, III dərəcəli dövlət ədliyyə müşaviridir. Tahir Kazımov 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976-81-ci illərdə ADU-nin Hüquq fakultəsində təhsil alıb. 1981-1986 - Gəncə şəhər, Kəpəz rayon prokurorluğunda müstəntiq, Gəncə şəhər prokurorluğunda baş müstəntiq. 1986-1993 - Gəncə şəhər prokurorunun köməkçisi. 1993-1994 - Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini. 1994-1995 - Azərbaycan Respublikası prokurorluğunda aparıcı prokuror. 1995-1998 - Azərbaycan Respublikası prokurorluğunda idarə rəisinin müavini.
Tahir Kərimli
Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri. Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir. Evlidir, dörd övladı vardır. Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.
Tahir Kərimov
Tahir Abuzər oğlu Kərimov (1961, Sədərək, Noraşen rayonu) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2011–2016), Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011). Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1979-cu ildə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. 1981–1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 1991–1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının Prezidenti olub. 1995–2001-ci illərdə H. Z. Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb. 2001–2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləyib.
Tahir Mansurov
Tayır Aymuhamed oğlu Mansurov (qaz. Тайыр Аймұхамедұлы Мансұров; 1 yanvar 1948, Sərkənd, Yeddisu vilayəti[d]) — Avrasiya İqtisadi Komissiyasının Enerji və İnfrastruktur Şurasının üzvü (2014–2015), EurAsEC Baş katibi (2007–2014), Qazaxıstan Respublikasının Şimali Qazaxıstan Vilayətinin Bələdiyyə Başçısı (2003–2007), Qazaxıstanın Azərbaycandakı səfiri Rusiya (1994–2002), 12-ci çağırış Qazaxıstan Ali Sovetinin Millət vəkili (1990–1994), SSRİ Ali Sovetinin Respublika Şurasının üzvü (1991). 1 yanvar 1948-ci ildə Taldı-Kurqan vilayətinin Sərkənd şəhərində anadan olub. 1971-ci ildə V. İ. Lenin Qazaxıstan Politexnik İnstitutunu bitirib, inşaat mühəndisi dərəcəsi ilə, 1978-ci ildə — Sov. İKP Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbi (HPS). İqtisad elmləri doktoru, siyasi elmlər doktoru. Karyerasına 1964-cü ildə Kazaxtransstroy trestinin inşaat şöbəsində betonçu olaraq başlamışdır; 1965–1972-ci illər arasında Alma-Ata Şəhər İcraiyyə Komitəsinin UKS-də mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1972–1973-cü illərdə — Almaatsentrostroy Tikinti İdarəsinin baş mühəndisi. 1973–1979-cu illərdə — Alma-Ata şəhər komitəsinin, sonra LKSMK regional komitəsinin katibi. 1979–1986-cı illərdə — Alma-Ata Regional Partiya Komitəsinin təlimatçısı, rəhbər müavini, Tikinti şöbəsinin müdiri.
Tahir Mirkişili
Tahir Famil oğlu Mirkişili (7 iyun 1977, Həmzəli, Qubadlı rayonu) — azərbaycanlı iqtisadçı, siyasətçi, Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı. 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə seçilib. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, "AVRONEST" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədr müavini, eləcə də Türkiyə, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cibuti, İndoneziya, İspaniya, İsveçrə, Kanada, Litva parlamentləri və Azərbaycan Milli Məclisi arasında yaradılan dostluq qruplarının üzvüdür. Azərbaycan-Avstriya parlamentlər arası dostluq qrupunun sədridir. Tahir Mirkişili 07 iyun 1977-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı "Ümumrespublika İqtisadiyyat Olimpiadasında" 1-ci yeri tutmuşdur.
Tahir Misirxanov
Tahir İman oğlu Misirxanov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin iştirakçısı. Tahir Misirxanov 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 saylı tam orta məktəbində başa vurub. Ailəlidir, 2 övladı var. Hal-hazırda Azərbaycan ordusunun giziri kimi ön xəttdə xidmət edir. Aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv etmişdir. Misirxanov 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı 11 erməni tankını məhv etmişdir. Tahir Misirxanv, Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Tahir Musalov
Tahir Əhmədoviç Musalov (rus. Тагир Ахмедович Мусалов; 9 fevral 1994) - Azərbaycan əsilli Rusiyalı futbolçu. Mahaçqala FK-un heyətində çıxış edən hücumçudur. Musalov Dağıstanın Xustada kəndində anadan olub. Əslən azərbaycanlıdır. Bir qardaşı var. Qardaşı Məhəmməd Musalovda onun kimi futbolçudur.
Tahir Məlik
Tahir Məlik (əsl adı Habilov Tahir Əbduməlikoviç) — tanınmış özbək yazıçısı. Özbək ədəbi fantastikasının yaradıcılarından biri, maarif xadimi. "Dostluq" ordeni və "Özbəkistan xalq yazıçısı" fəxri adının sahibi. 1946-cı ilin 27 dekabrında Daşkənd şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Daşkənd Dövlət Universiteti (indiki Özbəkistan Milli Universiteti)nin jurnalistika fakültəsində təhsil almışdır. 1966-cı ildən etibarən Özbəkistan radiosunda, qəzet və jurnallarda, Özbəkistan yazıçılar ittifaqında, nəşriyyatlarda fəaliyyət göstərmişdir. İlk hekayəsi 1960-cı ildə Gulxan jurnalında çap olunmuşdur. Tahir Məlik ona yaxın radiopyes, film ssenariləri müəllifidir. Bədii tərcümə sahəsində də xidmət göstərmişdir. Tohir Malik 1966-cı ildən etibarən mətbuat sahəsində işləmişdir.
Məmməd Tahir
Elşad Tahirov
Elşad Tahirov — Azərbaycan futbolçusu == Həyatı == Elşad Tahirov 22 yanvar 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1989–1990, 2001–2002, 2005–2007-ci illərdə Xəzər FK (Lənkəran), 1990–1992-ci illərdə Neftçi PFK (Bakı), 1992–1995-ci illərdə Saxalin FK (Saxalin), 1995–1999-cu illərdə Viləş FK (Masallı), 1999–2001-ci illərdə Xəzər Universiteti FK (Bakı), 2004–2005-ci illərdə "Şəmkir" FK (Şəmkir), 2007–2008-ci illərdə isə Masallı FK (Masallı) kimi klublarda peşakar futbolla məşğul olmuşdur. Peşəkar məşqçilik karyerasına 2008-ci ildə Xəzər FK (Lənkəran) klubunda qapıçı-məşqçisi olaraq başlamışdır. 2010–2011-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandanın, 2011–2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013–2014-cü illərdə 15 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013–2014-cü illərdə yenidən Xəzər FK-nın (Lənkəran) məşqçisi olmuşdur. 2014-cü ildən etibarən 16 yaşadək oğlanlardan ibarət milli komandanın qapıçı məşqçi funksiyasını yerinə yetirir. 2009-cu ilin iyun ayında "C" kateqoriyalı məşqçi lisenziyasına yiyələnmiş, noyabr ayından etibarən isə "B" kateqoriyalı məşqçi lisenziyanın sahibidir.
Emil Tahirov
Tahirov Emil Vahid oğlu — aktyor. == Həyatı == Emil Tahirov 1997-ci ildə Bakı şəhərinin 68 N-li texniki-peşə məktəbini bitirib. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor kimi çalışıb. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda iştirak edib. Onun yaratdığı: Umbert (E.de Filippo "Filumena Marturano"), Həkim (Q.Qorin "Kin IV"), Dcud (B.Sleyd "Çestvovaniye"), Viktor (A.Qalin "Konkurs"), Topal (S.Vurğun "Fərhad və Şirin") kimi obrazlar aktyorun yaradıcılıq palitrasının nümunələrindəndir. KVN teatrında da çalışan aktyor məşhur telefon şirkətlərinin birinin reklam çarxında da çəkilib. Çox təəssüf ki, istedadlı aktyorun həyatı faciə olmuşdur. Emil təklik və dərdə dözməyərək həddən artıq alkoqol qəbul edirmiş və bu da onda serroz xəstəliyi yaratmışdır. Həyatda problemlər yaşayan aktyor işindən ayrılmış və tənhalığa çəkilmişdir. Ömrünün son vaxtlarında hamı tərəfindən unudulmuş, itkin düşmüşdür.
Feyziyev Sadiq Tahir oğlu
Firdovsi Tahirov
II Abdullah ibn Tahir
II Abdullah ibn Tahir Xorasani ya da Tahir bin 'Abdullah (?-862) — Tahirilər sülaləsindən, 845-ci ildən 862-ci ilədək Xorasanın valisi. Atası Abdullah, Oğuzları tutmaq üçün onu şimal çöllərinə göndərdi. Atası öldükdən sonra o vali oldu. 862-ci ildə öldü və ölməzdən öncə vəsiyyəti isə oğlu Məhəmmədi vali olaraq onu bacarıqlı olacağını söylədi və bu xəlifə tərəfindən təsdiqləndi. == Mənbə == Bosvort, C. E. "The Tahirids and Saffarids." The Cambridge History of Iran Volume 4: From the Arab Invasion to the Saljuqs. R. N. Frye. London, UK: Cambridge University Press, 1975.
Kərim Tahirov
Kərim Məhəmməd oğlu Tahirov (12 noyabr 1951, Ağcabədi rayonu) — Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor. == Həyatı == Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-ci ildə təyinatla M. F. Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979–1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983–1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987–1988-ci illərdə rəisi, 1988–1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993–2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000–2005-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır. 2009-cu ildə "M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır.
Kərim Tahirzadə Behzad
Kərim Tahirzadə Behzad (1888-1963) - Təbrizdə Məşrutə hərəkatının fəal iştirakçılarından biri, mühəndis və memar. O, İctimaiyyun-Amiyyun (İran Sosial-Demokrat Partiyası) təşkilatının üzvü idi. İstanbul və Berlində memarlıq sahəsində təhsil almışdır. Elmi ədəbiyyatda cənubi Azərbaycanın “Molla Nəsrəddin”-i adlandırılan “Azərbaycan” (1907) satirik jurnalında, eyni zamanda “Əncümən”, “Həşərtül ərz” və digər satirik mətbuatda məhsuldar şəkildə çalışmış azərbaycanlı rəssam Hüseyn Behzad Tahirzadə və onun qardaşı Kərim Behzad haqqında hər hansı bir məlumat, yazılmış elmi və ya publisistik məqalə, demək olar ki yoxdur. == Əsərləri == Kərim Tahirzadə Behzad, Azərbaycan dər Ninzəte Azərbaycan, Tehran (tarixsiz). == Mənbə == "Kərim Tahirzadə Behzad". Dövrün memarlığı. 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2012. Eta, Əli.
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq. Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Mirzə Həsən Tahirzadə
Tahirzadə Mirzə Həsən Mirzə Nəsir bəy oğlu — Qafqaz müsəlmanlarının IV Şeyxülislamı; Sankt-Peterburq Universitetinin müəllimi, İslam hüququ üzrə mütəxəsis. Mirzə Həsən Tahirzadə 1837-ci ilin 30 may tarixində Şuşa qəzasının Cavanşir sahəsinin Kəngərli obasında (müasir Tərtər rayonunun Kəngərli kəndi) anadan olmuşdu. İbtidai təhsilini atası Mirzə Nasir bəy Tahirzadədən almışdır. Sonra Təbriz şəhərində "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdi. Doğma yurduna dönəndən sonra 8 aprel 1859-cu ildə Qapanlı obasında molla kimi dini fəaliyyətə başlamışdı. 21 iyun 1893-cü ildı Tiflisdə vəfat etmişdir. Onu Qafqaz müsəlmanlarının şeyxülislamı vəzifəsində Əbdüssəlam Axundzadə əvəz etmişdir. 6 avqust 1873-cü ildə imtahandan keçərək Zaqafqaziya Şiə Ruhani idarəsinin qərarı, Yelizavetpol Ruhani məclisinin sərəncamı ilə axund titulu almışdı. Elə həmin il 21 avqustda imperatorun əmri ilə Qafqaz eskadronunun leybqvardiyasının 4-cü vzvoduna axund təyin edilmişdi. 1878-ci ilədək qvardiyada ruhani kimi xidmət etmişdi.
Məhəmməd Tahir Vəhid Qəzvini
İmadəddin Mirzə Məhəmməd Tahir Qəzvini — Hüseyn xan Qəzvininin oğlu, "Vəhid" təxəllüsü ilə Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçilərindən və Xuldi Bərin tarixi" kitabını müəllifinin, Məhəmməd Yusifin qardaşıdır. O, 1015-ci ildə (Hicri) Qəzvin şəhərində dünyaya gəlmişdir. Mirzə Tahir, II Şah Abbas Səfəvi sarayının rəsmi tarixçisi idi və sonra Şah Süleyman Səfəvinin vəziri oldu. Onun məşhur əsərlərindən II Şah Abbas tarixidir, digər əsərləri, azərbaycanca və farsca, poeziya və nəsrdir. Mirzə Məhəmməd Tahir, Saib Təbrizi ilə yaxın yoldaş idi. 1120-ci ildə (Hicri) vəfat edib. 2009 ildə Paşa Kərimov və Arif Rəməzanov azərbaycanca şeirlərinin bir hissəsini toplayıblar və Bakı şəhərində Nurlan Nəşrlər tərəfindən "Vəhid Qəzvini divanı" adıyla çap olunub. Məhəmməd Tahir Vahid Şah Süleymanın dövründə (1666-1694) dövlətin baş vəziri vəzifəsini icra edirdi. O, "Abbasnamə" adlı əsərin müəllifidir. Bu tarixçi 1699-cu ildə vəfat etmişdir.
Natiq Tahirli
Nazlı Tahirova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı Tahirova-Nəcəfova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı xanım Tahirova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nofəl Tahirzadə
Nofəl Şərif oğlu Tahirzadə — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, memar, rəssam və dissident. Nofəl Şərif oğlu Tahirzadə 5 sentyabr 1955-də Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Beşinci babası Məhəmmədtahir ağa Nəzirməhəmməd oğlundan (XIX yüzilin başlanğıcı) üzübəri bütün babaları xalqı savadlandırmaqla, yurddaşlarını Allah yoluna çağırmaqla məşğul olub – mollalıq və müəllimlik edib. Ata babası Molla Yusif Baba oğlu (1899-1962) müdrik el ağsaqqalıydı, ana babası Molla Çərkəz əfəndiyəsə (1882-1970) təkcə Qəbələ mahalında yox, ətraf bölgələrdə də sonsuz ehtiram vardı. Atası – “Xalq maarifi əlaçısı” Şərif Tahirli (1929) 42 il millət balalarına savad verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 11 kitabın müəllifi olan Şərif müəllimi respublikada daha çox satirik şair kimi tanıyırlar. Anası Ruqiyyə xanım (1929-1992) yüksək təhsil almasa da övladlarının oxumasıyçün əlindən gələni etmiş geniş dünyagörüşlü və hədsiz qayğıkeş qadındı. Nofəl Şərif müəllimin 4 övladından ikincisiydi. Ona 7 yaşınacan hamı «Afər» deyib, ancaq birinci sinifdə jurnal yazılanda üzə çıxıb ki, gerçək adı Nofəlmiş. Babası Yusif doğum şəhadətnaməsini alanda «Afər» yerinə «Nofəl» yazdırıbmış.
Nəriman Tahirov
Tahirov Nəriman Cəfər oğlu (Cəfəroviç) (1928 – 1992) — azərbaycanlı alim Nəriman Tahirov 1928-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye Institutunun (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və Qaz quyularının istismarı ixtisası üzrə Neft — mədən fakültəsini bitirmişdir. 1957-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1973-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almışdır. Nəriman Tahirov 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. 1992-ci ildə Bakıda ürək çatışmazlığından[mənbə göstərin] vəfat etmişdir. Bakıda dəfn olunmuşdur. N. Tahirov institutu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında, Azərbaycan Elmi tədqiqat Neftçıxarma İnstitutunda (AzETNÇİ) və Dərin Neft-Qaz Yataqları Problemi İnstitutunda işləmişdir. O, Azərbaycan Neft Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz yataqlarının işlənilməsi və istismarı kafedrasında professor vəzifəsində çalışmışdır. N. Tahirov neft və qaz yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində araşdırmalar aparmışdır. Onun elmi tədqiqat istiqamətlərinə layın fiziki-kimyası, neft-qaz veriminin artırılmasının yeni üsulları, neft hasilatının intensivləşdirilməsi sahəsində tədqiqatlar, dərində yerləşən layların neft-qaz verimi mexanizminin öyrənilməsi, səthi-molekulyar və kapilyar hadisələr sahəsində tədqiqatlar, lay sularının selektiv təcridi üçün hidrotəciredici material qismində istifadə edilən yüksək səmərəli və münasib qiymətli reagentlərin tapılması, həmçinin neft və qaz quyularının quyudibi zonalarının fiziki-kimyəvi üsullarla öyrənilməsi mexanizmi daxildir.
Nərmin Tahirzadə
Nərmin Tahirzadə (1921, Konstantinopol – 17 yanvar 2012) — Əməkdar elm xadimi. Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - o zamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul Universitetində təhsil alırdı. Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyib. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib. 1939-cu ildə orta məktəbi bitirən Nərmin Tahirzadə Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya daxil olub. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib. 1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilib.
Qazızadə Mehmed Tahir Əfəndi
Qazızadə Mehmed Tahir Əfəndi (1747, Tokat – 1838, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. 1747-ci ildə Tokatda dünyaya gəlmişdir. Atası Qazı Ömər Əfəndidir. İlk təhsilini atasından aldıqdan sonra İstanbula gəlmiş, burada dövrün önəmli alimlərindən dərslər almışdır. 1782-ci ildə müdərrislik dərəcəsi alaraq bir çox mədrəsələrdə fəaliyyət göstərdi. Ardından Anadolu və Rumelinin bir çox əyalətində qazı olaraq xidmət göstərdi. Rumeli başqazısı Osmanpaşazadə İzzət bəyin xidmətində qaldı və bu müddət ərzində Yenişəhər qazısı kimi fəaliyyət göstərdi. Bir müddət dövlət vəzifəsindən uzaq qalsa da, çox keçmədən Məkkə qazısı, 1818-ci ildə isə İstanbul qazısı olaraq təyin edildi. 1824-cü ildə Anadolu başqazılığı, 26 noyabr 1825-ci ildə isə şeyxülislamlığa yüksəldi. Bu vəzifəyə yüksəlməyində Sultan Mahmudun yeniçəri ocağını ləğv etmə planlarının mühüm rolu vardı.
Ramiz Tahirov (general)
Ramiz Firudin oğlu Tahirov (16 aprel 1966, Orconikidze) — Azərbaycan Respublikası Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələrinin Keçmiş Komandanı, ehtiyata buraxılmış general-leytenant. Tahirov Ramiz Firudin oğlu 16 aprel 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirib. 1988–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A. M. Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib. 1992–2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2002–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 24. iyun 2015 tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 19.04.2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Rasim Tahirbekov
Rasim Zahirbəyoviç Tahirbəyov (d. 4 may 1984, Mahaçqala) — Rusiya futbolçusu, müdafiəçi. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. "Anji" komandasının kapitanıdır.
Rasim Tahirbəyov
Rasim Zahirbəyoviç Tahirbəyov (d. 4 may 1984, Mahaçqala) — Rusiya futbolçusu, müdafiəçi. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. "Anji" komandasının kapitanıdır.
Rəşid Tahirov
Sahil Tahirli
Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin] 1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib. 2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb. 2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. Ailəlidir, üç övladı var. Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.
Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır. 1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.

Значение слова в других словарях