DÜÇAR

sif. [ fars. ] Mübtəla, tutulmuş.
Naçaram, mən naçaram; Yaman dərdə düçaram. (Bayatı).

□ Düçar etmək – üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq.
[Hacı Qara:] Amma bu zəmanədək [qanınızı] tökən olmayıb, indi sizi əcəl çəkəçəkə mənə düçar edibdir! M.F.Axundzadə.
Fəda olum sənə, Seyyid sənin qulamındır; Bu qədr zillətə etmə onu düçar, ey dust! S.Ə.Şirvani.
[Xırdaxanım:] …Dərbədər olsun məni bu evə düçar eyləyən! N.Vəzirov.

Düçar olmaq1) mübtəla olmaq, tutulmaq, başına gəlmək.
Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev.
[Molla Seyfulla] böyük müsibətə düçar olmuş adam kimi, hərdənbir dərindən ah çəkib, “əstəğfürullah” deyir. T.Ş.Simurq.
Yaşardı gözlərim, oldum o gündən eşqə düçar. H.Cavid;

2) rast gəlmək, rastlaşmaq, üz-üzə gəlmək, təsadüf etmək.
Su kənarında qəflətən naçar; Bir quzu bir gün oldu qurda düçar. A.Səhhət.
[5-ci məhbus:] Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox vaxt dərviş dərvişə düçar olmaq kimidir. Ü.Hacıbəyov;

3) məruz qalmaq, uğramaq, üz vermək. Nə möhnətdir, bu möhnət bilmirəm, Heyran düçar olmuş. Heyran xanım.
Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq.

Синонимы

  • DÜÇAR düçar bax mübtəla 1
  • DÜÇAR mübtəla — tutulma — düşkün
DÜBƏRD
DÜDƏK

Значение слова в других словарях

боре́й водоочисти́тельный магнитофо́нный осла́бнуть па́лки пантало́шки яи́чко витиева́то громозди́ться зауша́тельский изумля́ть они́ спо́рность ста́чечный албан antonymy attentional brinkman crosswind nous verrons test piece Twelve Tables uniclinal биоцикл надсмотр