Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bahriyə Uçok
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 503 nəfərdir (2009). Cücük Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. == Məskunlaşma və sayları == === Əfqanıstanda === 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. === Tacikistanda === 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Tulou
Tulou (çin. 土樓 - torpaq binası) – dairəvi, dördbucaq, düzbucaq və ya onların qarışığı formada olan Hakka etnik qrupun memarlığına aid olan ənənəvi bina növü. Baxmıyaraq ki, tulouların çoxu doğrudan da torpaqdan tikilmişdi, bu söz fərqli tikinti materialları növlərinin istifadəsi ilə qurulan binalar üçün istifadə edilir. Onlardan bəziləri qranitdən və ya yanmış kərpiçdən tikilib. Bu günə qədər qalmış ən böyük tuloular sadəcə torpaqdan yox, torpaqnan qum və sahetu adlanan əhəng daşların qarışığından tikilirdi. Buna görə Pan An tulou ifadəsini abadlı və ya kommunal bina (çin. 聚居建筑) ifadəsi ilə əvəzləməyə təklif edib. Halbuki, Çin yazıçıların çoxu onları hələ də tulou adlandırır. Fərqli növlərə aid olan, basılmış torpaqda tikilən evləri demək olar ki, Çinin bütün yerlərində tapmaq olar. Buna görə, ənənəvi Çin memarlığının araşdırmaçısı, Huan Hanmin tulou ifadəsi üçün Fucanda istifadə olunan tərifin daha uyğun olmasını yazır: tulou basılmış torpağın istifadəsi ilə qurulmuş, daşıyan divarla tikilən və bir icma (qrup və ya ailə) tərəfindən yaşayış üçün istifadə olunan böyük binadır.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı. Digər Tupak (Əbyəlil) — Rusiyada kənd.
Tupik
Kütdimdik (lat. Fratercula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin təmizçilər fəsiləsinə aid heyvan cinsi.
Tuson
Tuson (ing.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Tütək
Tütək – ağacdan hazırlanmış nəfəsli musiqi aləti. == Tarixçə == İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər. Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xüsusilə taxıl və qamışın özəyini əl ilə dartıb çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti düzəldirlər. Onu üfürdükdə nazik cır səs alınır, hətta bəzən onların üzərində kiçik dəliklər açılıb müxtəlif havalar çalınır. Kim bilir, bəlkə də nəfəslə çalınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrübəsinin müəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tütək düzəltmişlər. Sadə tütəklərin düzəldilməsi o qədər də çətin deyildir. İçərisi novlu olan quru qarğını kəsib ucunda dil, üzərində isə səslənməni nizama salan dəlik açırlar. Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək duzəldir və ürəyinin kədərini onunla dağıdır.
Tüvik
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. == Təsviri == Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib. == Həyat tərzi == Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır.
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4. Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir. Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. == Tarixi == Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi.
Tudor
Tudor — İsveçrənin Cenevrə şəhərində yerləşən İsveçrə saat şirkətidir. == Tarixi == 1926-cı ildə Rolex-in qurucusu Hans Wilsdorf tərəfindən yaradılmış brend Rolex-in törəmə şirkəti olaraq qalır; hər iki şirkət Hans Wilsdorf Fonduna məxsusdur.
Tecon
Tecon (kor. 대전, [tɛ̝.dʑʌn]) Cənubi Koreyanın mərkəzində, Chungcheongnam-do əyalətinin inzibati mərkəzi olan birbaşa tabeliyində olan şəhərdir. Şəhərin rəsmi adı Daejeon Metropolitan Citydir (kor. 대전광역시, Daejeon-gwangyeoxi). 1,564 min əhalisi olan Koreyanın beşinci ən böyük şəhəri. Cənubi Koreyanın elmi və texnoloji paytaxtı hesab olunur. == Coğrafiya == Şəhərin coğrafi koordinatları: 36° 10' ~ 36° 29' Ş. w. 127° 14' ~ 127° 33' düym. d. Daejeon Cənubi Koreyanın orta hissəsində, Seuldan 167 kilometr, Busandan 294 kilometr və Qvanqjudan 169 kilometr məsafədə yerləşir.
Tudon
Tudon (fr. Toudon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,56 km², əhalisi — 262 nəfərdir (2006) artım tendensiyası ilə: 317 nəfər (2012), əhalinin sıxlığı 17,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 301 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 317 nəfər.
Guco
Guco (郡上市, Gujō-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 41.927 nəfərdir, hər km² ərazidə 41 nəfər yaşayır. Şəhərin sahəsi 1.030,79 km²-dir. == Tarix == Müasir Guco şəhəri 1 mart 2004-cü ildə Haçiman, Şirotori və Yamato şəhərlərinin, Meyo, Minami, Takasu və Vara kəndlərinin (hamısı keçmiş Guco rayonun tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaranmışdır. == Su yolları == Guco şəhəri öz təmiz su yolları ilə məşhurdur. Şəhərdəki ilk su yolları XVII əsrdə qurulmuşdur. Kanallar, fəvvarələr və su yolları hələ də düyünün, tərəvəzlərin, paltarların yuyulmasında istifadə olunur. Şəhər əhalisi su yollarını təmiz, suyu saf saxlamağa çalışır. Çəkilən bu zəhmətə görə Guco suyundan içmək yerli iftixar hesab olunur. Guco şəhəri 3 çayın qovuşduğu vadidə yerləşir: Yoşida, Naqara və Kodara çayları.
Ttok
Ttok (kor. 떡) – Koreya mətbəxində müxtəlif taxıl unu və qlütenli, yaxud qlütensiz düyüdən hazırlanan düyü keksi. Ümumiyyətlə bu keksin hazırlanmasında düyü əsas tərkib hissəsi kimi istifadə olunur, lakin bununla yanaşı kartof nişastası və digər dənli bitkilər də istifadə olunur, həmçinin ləzzət qatmaq üçün müxtəlif növ maddələr də əlavə edilir. Ttok düyünün əsas yemək kimi yeyildiyi Cənub-şərqi Asiya və Şərqi Asiyada daha çox yayılmışdır. Koreyada insanlar bayram və toy mərasimləri kimi şənliklərdə və ya festivallarda çoxlu düyü keksi hazırlayırlar. == Mənşəyi və tarixi == Əkinçilik başladığı zaman insanlar taxılı dəyirmandə üyüdürdülər və onu buxarda bişirirdilər. Yəni başqa sözlə desək, düyüdən əvvəl düyü keksi əsas yemək kimi yeyilirdi. Koreyada Üç Krallıqdan öncəki dönəmdə saxsı qab olan şiru kəşf edildi və qazanın ixtirasından əvvəl düyü keksinin bu saxsı qablarda buxarda hazırlanaraq əsas yemək kimi yeyildiyi ehtimal olunur. Ancaq Üç Krallığın dövründə qazanın düzəldilməsi ilə düyü keksi öz yerini düyüyə təhvil verdi, lakin əcdadlar üçün edilən ayinlər zamanı düyü keksi yeyilməyə davam edilirdi. Əkinçilik dönəmindən əvvəl ritual olaraq mal-qaradan istifadə edilir və ətindən yeyilirdisə, əkinçilik dönəmində işçi qüvvəsi kimi istifadə olunan heyvanların əvəzinə düyü keksləri yeyilirdi.
Tüdo
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 457 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Türk
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Ucom
Ucom — Ermənistanın mobil şəbəkə operatoru və internet provayderi. == Tarixi == Orange Armenia-nı satın aldıqdan sonra mobil telefon bazarında böyüdü.
Ucoz
uCoz — 29 oktyabr 2005-ci ildə yaradılmış, Web 2.0 prinsip əsasında və SaaS platformada fəaliyyət göstərən sistemdir. Ona saytın pulsuz idarəetmə sistemi və qeyri-məhdud disk məkanı olan hostinq daxildir.. İndiyə kimi sistemdə bir milliondan artiq sayt yaradılıb. uCoz.ru rusiyanın 14 ən popular saytlardan biridirAlexa Internet. == Sistem == Sistem çıxış kodunun bağlılığına sahib olmaqla, server skriptlərinin və verilənlər bazasının yüklənməsi imkanlarının yoxluğu ilə digərlərdən seçilir. Lakin bu, PHP, Perl və ASP-dən istifadənin qeyri-mümkünlüyü və saytın uCoz-dan digər platformaya keçidin çətinliyi ilə əlaqədar bir sıra əlverişsiz şərait ortaya qoyur. uCoz sistemi bir neçə dilə tərcümə olunub, özü "olduğu kimi" şəklində pulsuz rejimdə təqdim olunur və istənilən istifadəçinin onun imkanlarını öyrənib test keçirməsınə şərait yaradır. Bundan istənilən şəxs yararlanmaq arzusunda olarsa, vaxt qeyri-məhduddur. Lakin bu rejimdə yaradılan saytlarda sistemə aid olan reklam və müəllif hüquqları haqqinda məlumat yerləşəcək. Bunları sistemin lisenziyasını almaqdan sonra aradan qaldırmaq olar.
Ukok
Ukok – Rusiya Federasiyasında yerləşən yayla == Coğrafiyası == Ukok yaylası Altay Respublikasının ən cənubunda, Qazaxıstan, Çin, Rusiya və Monqolustanın sərhəd qovşağında yerləşir. Ukok yaylası 2200–2500 metr mütləq yüksəkliklərə malik dağlıq düzən, dağlıq və yüksək dağlıq səviyyəli səthin reliktidir. Yaylanın üzərində 500-600 metr sıra dağlar yüksəlir. Dağ silsiləsinin maksimum mütləq yüksəkliyi (əvvəllər Nairamdal adlandırılan Kuyten-Uul şəhəri) 4374 metrə çatır Kuyten-Uul dağı, Beluxadan sonra, Altay dağlarının ikinci ən yüksək zirvəsidir.
Artur Tüdor
Artur Tüdor (20 sentyabr 1486, Uinçester – 2 aprel 1502[…]) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin ilk övladıdır. İngiltərə taxtının varisi olsa da, atasından öncə vəfat etmişdir. == Uşaqlıq illəri == Artur Tüdor İngiltərənin Tüdor sülaləsindən olan ilk kralı VII Henrinin ilk övladı olaraq 20 sentyabr 1486 tarixində Londonda dünyaya gəldi. Anası Yorklu Elizabetin və atası VII Henrinin 7 övladı olsa da, sonradan bunların üçü uşaq yaşda vəfat etmiş, geriyə Artur Tüdor, Marqarita Tüdor, VIII Henri və Mariya Tüdor qalmışdır. Erkən dünyaya gəldiyi üçün ömrü boyu xəstəliklərlə məşğul olmuşdur. Vəftiz mərasimində "Knight of Bath" (Bath cəngavəri) titulu almışdır. 3 yaşında ikən Uels şahzadəsi, 5 yaşında ikən "Knight of the Garter" (Garter cəngavəri) titullarını aldı. == Evliliyi == Kral II Ferdinand və Kraliça İzabellanın qızı olan Araqonlu Ketrinlə uşaq yaşlarında nişanlanmışdı. Bu nikahla əslində iki dövlət arasındakı münasibətlər düzəldilməli idi. Ancaq Ketrinin ailəsi bu nikahı istəmirdi.
Cücük bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.