Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taz estuarisi
Taz estuarisi — Kara dənizində, Qdansk yarımadası ilə Tazov yarımadası arasında yerləşən körfəz. Körfəzin uzunluğu 330 km, eni 45 km təşkil edir. Taz və Pur çaylarının yatağını təşkil edir. Qabarmanın hündürlüyü 0,7 metrdir. Tazov estuarisinin bir hissəsi şirinsuludur. Dərinliyi elədə böyük deyildir. Maksimal dərinlik 9 metrdir. Dibi lil və qumludur. Sol sahili sıldırımlı, sağ sahili isə hamardır. Adalarının üzəri mamırla örtülür.
Taz çayı
Taz (nen. Тасу’ява) — Rusiyanın Qərbi Sibir ərazisindən axan çayı. Yamalo-Nenets Muxtar Dairəsinin ərazisi boyunca axır. Çayın uzunluğu 1401 km, hövzəsinin sahəsi 150.000 km², ağızdan 357 km yuxarıda orta illik axın sürəti 930 m³/s-dir. Taz çayı Tazovski qəsəbəsi ərazisindən başlayaraq Ob estuarisinə qədər uzanan ərazidə, təxminən 250 kilometr (160 mil) uzunluğunda olan Taz estuarisini əmələ gətirir. Onun əsas qolları arasında Bolşaya Şirta və sağdan Xudosey çayları, soldan Tolka və Çaselka çayları vardır. Öz başlanğıcını Sibir Uvalıdan götürü. Mənbənin hündürlüyü dəniz səviyyəsindən 139 m yuxarıdır. Qərbi Sibir düzənliyinin şimal-şərq hissəsi boyunca bataqlıqlar arasında axır. Vadisi genişdir, yatağı meandrlaşmışdır, çoxsaylı qollara bölünür.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Yuxarı Taz Dövlət Təbiət Qoruğu
Yuxarı Taz Dövlət Təbiət Qoruğu - 24 dekabr 1986-cı ildə təşkil olunmuşdur. Ümumi sahəsi 631,308 ha-dır. Qoruq Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyi tərəfdindən idarə edilir. Qoruq Qərbi Sibir düzənliyində, Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Krasnoselkupski rayonunda yerləşir. Uzunluğu şimaldan cənuba 150 km, qərbdən şərqə 70 km-dir. Ərazi iki meşə bölgəsinə bölünür: Pokolskoye və Tazovskoye. Qoruq Yuxarı Taz yüksəklikləri daxilində yerləşir. Təpələrin hündürlükləri 50 m-ə çatır. Ərazisi kiçik çayların dərin vadiləri ilə parçalanmışdır. Dibi quru olan yarğanlar inkişaf edir.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
SeAZ
SEAZ (ru: ОАО «Сирпуховский автомобильный завод» -abr: Serpukhov Avtomobilny Zavod - az: Serpuxov Avtomobil Zavodu), Sovet Rus avtomobil istehsalçısı, 2010-cu ilə qədər OKA avtomobillərinin istehsalında ixtisaslaşmışdı. 2011-ci ildən etibarən avtomobil istehsalı dayandırıldı, yalnız OKA avtomobil markası üçün hissələr istehsal etmişdir. Serpuxov şəhərində (Moskva vilayəti, Rusiya) yerləşir. 1939-cu ildə Serpukhov Motosiklet Zavodu (“SMZ”) olaraq yaradılmışdır.
TRIZ
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir. TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.
Taiz
Taiz (ərəb. تعز‎) — Yəməndə şəhər.
Taraz
Taraz şəhəri (qaz. Тараз; до 1997 — Cambıl, 1993-ci ilədək — Cambul, 1938-ci ilədək — Mirzoyan, 1936-cı ilədək — Avliyé-Ata) — Qazaxıstan ərazisində yerləşir. Mahmud Qaşqarlının Divani-lüğət-it-türk adlı əsərində Taraz şəhərinin Talas və Tıraz variantları mövcuddur. Сайт Акимата Жамбылской области Электронная карта города Тараза Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Объявления города Тараз Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine Город Тараз. Информационный портал Областная газета "Новый регион" Тараз на WikiMapia — аннотированные спутниковые снимки Путешествие по Казахстану: Тараз Гумилев Л. Н. Древние тюрки.
Toar
Toar (fr. Thoard, oks. Toard) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04217. 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 415 nəfər (15-64 yaş) arasında 292 nəfər iqtisadi fəal, 123 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 71.3%). 292 fəal şəxsdən 257 nəfəri (131 nəfər və 126 qadın), 35 nəfəri işsizdir (14 kişi və 21 qadın).
Toau
Toau (fr. Toau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan şimalda yerləşir. Atollun sahəsi 12 km²-dir. Daxilində laqun vardır. Toau ilk dəfə 1774-cü ildə ingilis səyyah Ceyms Kuk tərəfindən kəşf edilmişdir. İnzibati baxımından Fakarava kommunasına daxildir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Tsab
Tsab — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
Əzaz
Əzaz (ərəb. أعزاز‎ — Ə'zaz) — Suriyanın Hələb mühafəzəsində şəhər. Eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 4.945 ailədə 16.678 nəfəri kişi və 14.945 nəfəri qadın olmaqla 31.623 nəfərdir. Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
KrAZ
KrAZ (uk: Кременчуцький автомобільний завод; Rom: Kremençutski avtomobilni zavod; Az: "Kremençuk Avtomobil Zavodu") (АвтоКрАЗ AvtoKrAZ) Ukraynada yerləşən yük maşını istehsalçısıdır. Müəssisə 31 avqust 1945-ci ildə SSRİ dövründə yaradılmış və xüsusilə ağır yükdaşıyan yolsuzluq avtomobilləri və xüsusi avtomobillər istehsalı sahəsində ixtisaslaşmışdır.
TPAO
Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) (Türkiyə Neft Şirkəti) 1954-cü ildə milli şirkət olaraq Türkiyədə karbohidrogen kəşfiyyatı, qazma, hasilat, neft və qazın emalı və marketinq fəaliyyətlərində iştirak etmək məqsədi ilə yaradılmışdır. Milli iqtisadiyyatın mühüm aktoru olan TPAO Türkiyə neft sənayesində bir çox “ilklər”ə imza atmışdır Yarım əsrdən çox tarixə malik olan şirkət, Türkiyəyə Petkim, Tüpraş və POAŞ da daxil olmaqla 17 böyük şirkətin yaranmasına səbəb olmuşdur. 1983-cü ilə qədər inteqrasiya olunmuş neft şirkəti kimi kəşfiyyatdan tutmuş hasilata, neft emalına, marketinq və nəqliyyata qədər neft sənayesinin bütün fəaliyyət sahələri ilə məşğul olmuşdur. Bu gün TPAO sırf upstream (kəşfiyyat, qazma, quyuların tamamlanması və hasilat) sektorunda iştirak edən milli neft şirkətidir.
Tranz
Tranz — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı. İlk dəfə 29 iyun 2018-ci ildə albomla bir buraxılıb. Həmin ilin 12 sentyabr tarixində sinql şəklində musiqi videosu ilə yanaşı yenidən yayımlanıb. Albom üçün buraxılan axırıncı sinqldır. Deymon Albarn 2014-cü ildə verdiyi müsahibəsində bildirib ki, heroin çəkmək onun yaradıcılıq bacarıqlarına olduqca müsbət təsir göstərib. O, deyir ki, "Afrikanı səyahət etmək onu bir musiqiçi kimi xeyli dəyişib". == Haqqında == "Tranz" albomun ən diqqətçəkən mahnılarından biridir. Musiqi videosu Britaniya mərkəzli prodakşn şirkətləri olan Blinky və Eddy tərəfindən istehsal olunmuşdur. Bu dəfə Gorillaz dünyasına "The Powerpuff Girls" cizgi serialından tanıdığımız yaşıl avara bandit Eys (Ace) qoşulub. Eys bu albomda səslənən hər bir mahnı üçün bas-gitara ifa edib.
Firas Tlas
Firas Mustafa Tlas (azərb. فراس مصطفى طلاس‎; 20 avqust 1960, Dəməşq) — Suriya biznes maqnatı, siyasətçi, keçmiş bəəsçi. O, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd ilə yaxın münasibətlərdə olan, lakin Suriyada vətəndaş müharibəsi zamanı üsyançıların tərəfinə keçən əhəmiyyətli bir sünni müsəlman ailənin üzvüdür. == İlk illəri == Firas Tlas 20 avqust 1960-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdur. O, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri olmuş Mustafa Tlasın ikinci böyük oğludur. Tlasın ailəsi yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.
Kameron Diaz
Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. == Həyatı == Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi. Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər.
Karla Diaz
Karla Diaz (isp. Carla Díaz; 19 iyul 1998, Madrid) — ispaniyalı aktrisa və rəqqasə. == Bioqrafiya == Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.
KrAZ-255B
KrAZ-255B (rus.
Lena Qlaz
Lena Qlaz (ivr. ‏אילנה דוד‏‎; 23 may 1961, Bakı) — əvvəllər SSRİ-ni, 1979-cu ildən bu yana isə İsraili təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1982). == Həyatı == 1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. 1980-ci ildə qadınlar arasında İsrail çempionatının qalibi olub. 1987-ci ildə Jeleznovodskda keçirilmiş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmiş və yekunda çilili Covanna Arbuniç Kastro ilə 10–11-ci yerləri bölüşdürmüşdür. Lena Qlaz qadınlardan ibarət şahmat üzrə İsrail yığmasının heyətində 1980, 1982, 1988 və 2014-cü illərdə Şahmat Olimpiadasının iştirakçısı olub. Lena Qlaz Yerusəlim Yəhudi Universitetini və Yerusəlim Musiqi və Rəqs Akademiyasını bitirib. O, hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi işləyir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Lena Glaz.
Malik Tiav
Malik Tiav (8 avqust 2001, Düsseldorf) — Alman-Finlandiyalı peşəkar futbolçu,. Hal hazırda İtaliyanın "Milan" klubunda mərkəz müdafiəçisi kimi çıxış edir. == Karyerası == Uşaqlıqda Tiav, Almaniyanın Düsseldorf şəhərinin "TV Kalkum-Wittlaer" klubunda oynayıb. Daha sonra "Fortuna Düsseldorf", "Bayer 04 Leverkusen" və "Borussia Münhenqladbax" klublarının uşaq komandalarında oynayıb. 2015-ci ildə "Şalke 04" klubunun gənclər akademiyasına qoşulur. O, 7 mart 2020-ci ildə Bundesliqada "Hoffenhaym" klubuyla 1–1 hesablı heç-heçə ilə bitmiş oyunda "Şalke"nin heyətində peşəkar debüt etdi. === Milan === 29 avqust 2022-ci ildə Tiav, A Seriyası klubu "Milan" ilə 30 iyun 2027-ci ilə qədər müqavilə bağladı.