Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkə
Təkə (personaj) — Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi. Təkə (oyun) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Taeko Kavasumi
Taeko Kavasumi (d. 30 oktyabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Neoseiulus teke
Neoseiulus teke (lat. Neoseiulus teke) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Təkə (Urmiya)
Təkə (fars. تكه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (30 ailə).
Təkə (Xocavənd)
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. == Tarixi == === Tarixi abidələri === Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təkə (oyun)
Təkə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı ərəfəsində keçirilən saya gəzisi şənliyində boynuna noxta və zınqırov taxılmış, uzunsaqqal erkək bir keçi ətrafında "təkəm, təkəm oyun eylər" sözlərilə başlayan oxuma ilə icra olunan oyunlardan biridir. == Oyunun qaydaları == Bəzən oyunda heyvan əvəzinə "Təkəsaqqal Kosa" və yaxud keçi görkəmli, keçi maskalı bir oyunçu çıxış edir. Törəniş etibarilə qədim Azərbaycanda oynanılan əsatiri bir tamaşa, orada yaz fəslini təmsil etmiş "Keçi"–"təkə" surəti ilə bağlı olub qışın başlanması, onun şər qüvvələr tərəfindən öldürülməsi, yazın gəlişi isə, onun dirilməsi kimi qeyd edilmişdir. "Təkə oyunu" "Kos-kosa" mərasim tamaşası ilə yaxından səsləşir. Əslində onların adları da oxşar və bir-birinə bağlıdır. "Kosa" sözü bir çox türk dillərində və eləcə də yerli ləhcələrimizdə "keçi", "təkə" anlamında işlədilir. == Mənbə == Abdulla B., Babayev T. Novruz bayramı ensiklopediyası. Bakı, 2008, səh.183.
Təkə (personaj)
Təkə (Təkəmçi) - Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi.
Təkə yarımadası
Təkə yarımadası - Türkiyənin cənub-qərbində Antalya körfəzi ilə Fəthiyə körfəzi arasında Aralıq dənizinə doğru uzanan yarımadadır. Göllər bölgəsi ilə şimaldan sərhədlənir. Qədim dövrlərdə Likiya olaraq bilinirdi. Adı bölgəyə Anadolu Səlcuqlu dövləti dövründə bura köçürülən Təkə boyundan gəlir. == Tarixi == Yarımadanın tarixi eramızdan 3000 min il əvvələ çıxır. Ancaq, hal-hazırkı arxeoloji araşdırmalara görə E.ə. 2000-ci ilə çıxır. Dil mütəxəssislərinin apardığı araşdırmaya görə, bölgədə istifadə edilən yer adları Anadolunun müxtəlif bölgələrində olan Eramızdan 3 min il əvvəlki yer adları ilə bənzəşməkdədir. == Coğrafiyası == Təkə yarımadası Aralıq dənizinə doğru küt bir çıxıntı meydana gətirir. Şimal sərhəddi olaraq qəbul edilən xətt, Kestel və Burdur göllərinə axan çaylarla Dalaman çayının yuxarı axını ilə Göllər bölgəsi adlanan ərazidən keçir.
Teki Biçoku
Teki Biçoku (alb. Teki Isak Biçoku; 6 iyun 1926, Elbasan[d] – 21 noyabr 2009, Tirana) Alban geoloqu, professor; Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur. == Bioqrafiya == 1926-cı il iyunun 6-da anadan olub. 1932–1937-ci illərdə Elbasan şəhərində ibtidai məktəbdə oxuyub, sonra həmin şəhərin Şkolla Normale məktəbində (indiki Aleksandr Xhuvani Universiteti) təhsilini davam etdirib. Sonra Korça şəhərində (1942–1943) və Tiranda (1946–1947) texnikumda oxuyub. 1943–1944-cü illərdə Biçoku işğalçılara qarşı müharibədə iştirak etmiş, Albaniya azad edildikdən sonra 1944–1946-cı illərdə kuryer kimi xalq ordusunda xidmət etmişdir. Təhsilini İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda davam etdirib (1948–1953), 1953-cü il martın 20-də "mühəndis-geofizik" ixtisasını alaraq bitirmişdir. Fieri şəhərində seysmik ekspedisiyanın geofiziki işləyib, sonra 1955-ci ildə Tirana Geologiya Baş İdarəsinin geologiya şöbəsinin müdiri təyin edilib. 1957-ci ildə Dövlət Geologiya Komissiyasının vitse-prezidenti və baş geoloqu, daha sonra isə Mədən və Geologiya Nazirliyinin Geologiya Baş İdarəsinin rəisi olub. 1966-cı il aprelin 1-dən Teki Biçoku Sənaye və Mədən Nazirliyinin Geologiya Baş direktoru təyin edildi.
Axal-Təkə ekspedisiyası
Axal-Təkə ekspedisiyası — Çar Rusiyasının 1880–1881-ci illərdə Türkmənistanda yaşayan Təkə tayfasına qarşı keçirən cəza yürüşü. == Tarixçəsi == Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Rus əsgərləri onları təqib edərək ya güllələyir, ya da doğrayırdılar. Səhra insan cəsədi ilə dolu idi. General Skobelevin əmri ilə əsgərlər bir canlıya da rəhm etmirdilər. Beləliklə Göytəpədə 20 min nəfər türkmən rus əsgərləri tərəfindən qətlə yetirildi. Bu qətllər elə qəddarlıqla həyata keçirilmişdi ki, rus tarixçiləri uzun illər bu barədə danışmamağa çalışırdılar.
Kim Taek-Su
Kim Taek-Su (25 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Taek-Su Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kim Taek-Su Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Kim Taek-Su Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.
Xristof Yakob Trev
Xristof Yakob Trev (alm. Christoph Jacob Trew‎ və ya alm. Christoph Jakob Trew‎, 16 aprel 1695 — 18 iyul 1769) — alman botaniki, anatomu, həkim, tibb elmləri doktoru, arxiyatr. Karl Linney südləyənkimilər fəsiləsinə aid olan Trewia L. bitki cinsini Xristof Yakob Trevin şərəfinə adlandırmışdır. == Elmi əsərləri == Hortus nitidissimus. 1750—1786. Plantae selectae. 1750—1773. Plantae rariores. 1763.
TeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Düm Tek Tek
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
Evdə tək
Evdə tək (ing. Home Alone) — 1990-cı ildə çəkilmiş ABŞ istehsalı Milad filmi. Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peski, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir. Filmdə hadisələr ailəsi tərəfindən unudulub tək qalan və evini Harri və Marv (Peşi və Ştern) adlı 2 soyğunçudan müdafiə etməli olan 8 yaşlı Kevinin (Kalkin) ətrafında cərəyan edir. Film 1990-cı ilin fevral-may aylarında İllinoys ştatının müxtəlif yerlərində çəkilmişdir. İlk öncə filmi Warner Bros. şirkəti istehsal etməli olsa da, prodüser Hyuz şirkət tərəfindən ayrılan 10 milyon dollarlıq limiti keçdiyinə görə filmin istehsalını 20th Century Fox həyata keçirir. Film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə isə bütün ABŞ ərazisində nümayişə çıxmışdır. 476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək Dünyasa ən çox gəlir gətirən komediya filmi statusunu daşımışdır. Bundan əlavə müxtəlif nominasiyalarda 2 Qızıl Qlobus və 2 Oskar mükafatı əldə edən film daha sonra Evdə tək 2: Nyu-York sərgüzəştləri filmi ilə davam edən uzunmüddətli və uğurlu franşizanın əsasını qoymuşdur.
Mariya Tek
Mariya Tek (ing. Mary of Teck ; kraliça Mariya, ing. Queen Mary, tam adı — Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes — Viktoriya Mariya Avqusta Luiza Olqa Paulina Klodina Aqnessa; 26 may 1867 – 24 mart 1953) — kral V Georqun həyat yoldaşı, krallar VIII Eduard və VI Georqun anası. O həmçinin Hindistanın imperatriçası və İrlandiyanın kraliçası olub (1910-cu ildən). == Ümumi məlumat == Mariyanın atası, şahzadə Frans, alman knyaz ailəsinin nümayəndəsi idi. Anadan olandan " şahzadə Mey " İngiltərə ilə sıx bağlı olub. O Londonda dünyaya gəlib, onun anası Böyük Britaniya kralı III Georqun nəvəsi, Kembric hersoqu Adolf Frederikin qızı olub. 1891-ci ildə o kraliça Viktoriyanın böyük nəvəsi Albert Viktorla nişanlanır. Ancaq toya ay yarım qalmış 1892-ci ilin yanvarında Albert qripdən qəflətən vəfat edir. Yas mərasimlərində onun Albertin kiçik qardaşı Georqla yaxın münasibətləri yaranır və onlar növbəti il evlənirlər.
TEV-DEM
Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM, ərəb. حركة المجتمع الديمقراطي‎, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir. == Tarixi == Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi.
Tək (film)
Tək (The One) – 2001-ci ildə istehsal edilən baş rolda Cet Li və Karla Qucinoun oynadığı döyüş filmi.Filmin rejisoru və ssenaristləri Ceyms Vong və Glen Morqandır. Film kassalarda 72 milyon dollara qədər gəlir gətirmişdir. Linin ilk dəfə bu film də Ceyson Stethemlə birlikdə rol almışdır və daha sonra 2007-ci il də çəkilmiş Müharibə filmində birlikdə rol aldılar. == Məzmun == Qautanın tunelləri adı verilən bir texnologiya sayəsində insanlar paralel kainatlar gedə bilərlər. Günahları böyük olan məhbusları başqa kainata aparan MVA, yəni, Multi-Verse Authorities adlı yerdə polislər bir kainatdan digərinə gedə bilir və onlar kainatlarda həbsxanalar yaradır, ora məhbusları aparırlar. Yu Lav(Cet Li) adlı qatil ardıcıl qətillər törətməyə başlayır. Onun məqsədi digər Yu Lav adlı insanları öldürmək və dünyada yeganə Yu Lav adında insan olaraq qeyri adi bir gücə sahib olmaqdır. Güclü döyüşcü olduğundan polislər onu çətinliklə tutmuşdular. Artıq yeganə Yu Lav o idi. Onun məhkəməsinin olduğu vaxt bir qadın bomba partladır və bu vaxt Yu qaçır.
Tək dəqiqlikli
Tək dəqiqliklikli(single-precision,с одинарной точностью,tek duyarlıklı)-sürüşkən nöqtəli ədədin, adətən, proqramlaşdırma dili tərəfindən təklif olunan iki, yaxud daha çox variant içərisində ən kiçik dəqiqliyi olan tipi. Həqiqi dəqiqlik proqramlaşdırma dilindən və həmin dilin kompilyatorundan asılı olaraq dəyişir və sürüşkən nöqtəli ədədlərin emal olunub-olunmamasından asılı olur. Tək dəqiqlik FORTRAN dilində REAL kimi, C, C++, C#, Java və Haskell dillərində float kimi, Delphi (Pascal), Visual Basic, və MATLAB dillərində single kimi tanınır. Ancaq Python, Ruby, PHP və OCaml dillərində float, Octave dilinin 3.2-dən aşağı versiyalarında isə single ikiqat dəqiqlikli ədədləri göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.
Tək ipəksarıyan
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. == Həyat tərzi == Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.
Tək oyunçulu
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur. Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir.
Tək vena
Tək vena (lat. v. azygos) — onurğanın döş hissəsinin sağ tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Bu vena onurğanın sağ tərəfilə döş fəqərələrinin ön-bayır səthilə qida borusunun arxası ilə yuxarıya doğru gedərək bördüncü və beşinci döş fəqərəsinin bərabərliyində bir az sağa və önə doğru qayıdır və saş bronxu arxadan dolanaraq ürək kisəsinin xaricində yuxarı boş venaya açılır. Döş qəfəsi boşluğunda döş aortası ilə ümumi limfa axacağından saş tərəfdə yerləşir və qabırğa plevrası ilə örtülü olur. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Tək ədəd
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. == Cüt ədədlər == Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. == Tək ədədlər == Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Tək ədədlər
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. == Cüt ədədlər == Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. == Tək ədədlər == Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Şəbəkədə tək
Şəbəkədə Tək (pol. «S@motność w Sieci») — məşhur polyak yazıçısı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir. == Məzmunu == Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir. Romanın əsas qəhrəmanları qlobal internet şəbəkəsi, elektron poçt və ICQ vasitəsiylə tanış olurlar. Onlar söhbət edirlər, bir-birinə vurulurlar və narahatlıq yaşayırlar. Müəllif həm də onların hər ikisinin "şəbəkədən kənar" həyatını dost, ailə, iş, musiqi zövqlərini təsvir edir. Uzun müddət davam edən virtual münasibətdən sonra qəhrəmanlar Parisdə görüşürlər, bu görüşdən sonra isə onların münasibətlərində və hər birinin həyatında mühüm rol oynayan sınaqlar başlayır. Romanın əsas hissəsi qəhrəmanların internetdə yazışmalarından ibarətdir. Müəllif yalnız əsas qəhrəmanlardan birinə — oğlana Yakub adını vermişdir.