təkhüceyrəlilik
təkid
OBASTAN VİKİ
Alp Təkin
Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi. == Həyatı == Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi. == Ailəsi == Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi. Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
Anuş Təkin
Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran türkmən hökmdar. == Həyatı == Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl, bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır. Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Tarixi Portalı :З.М. Буниятова Государство хорезмшахов-ануштегинидов 1097-1231 г.
Harun Təkin
Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Harun Təkin (futbolçu)
Harun Təkin (17 iyun 1989, Menəmən, İzmir ili) — qapıçı kimi çıxış edən Türkiyə millisinin futbolçusudur. Türkiyə 1-ci Liqası komandalarından olan "Kocaelispor"da çıxış edir. == Peşəkar karyerası == === Bursaspor === 2010-cu ildə Güngörənspor'dan Bursaspora transfer olunur. Bursasporla 3 illik rəsmi müqavilə imzalayıb. "Bursaspor"a transfer olunduğu üçün çox xoşbəxt olduğunu bildirən gənc qapıçı "Bursaspor kimi böyük bir topluma gəldiyim üçün çox xoşbəxtəm. Çempion komandada xidmət etmək və çempionlar liqasında oynamaq mənim üçün əla şans olacaq. Müəllim mənə tapşırıq verəndə mən hər zaman əlimdən gələni etməyə hazıram." 31 mart 2013-cü ildə Kasımpaşa ilə səfər matçının sonunda bir azarkeş "Bursaspor"un qapısının arxasından meydana daxil olaraq Haruna hücum edib. Harun fanatı yumruqla yerə yıxıb və yerə yumruq vurmağa davam edib. Mühafizəçilər araya girərək davanı dağıdıblar. TFF Harunu PFDK-ya yönləndirib.
Harun Təkin (musiqiçi)
Harun Təkin (28 iyun 1977, Ankara) məşhur Türkiyə müğənnisi. Mor və Ötəsi qrupun solistidir.
Məhəmməd xan Təkinski
Məhəmməd xan Təkinski (1880, Aşqabad qəzası[d], Rusiya imperiyası – 18 mart 1938) — Azərbaycanlı siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır. Məhəmməd xan Təkinski 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatmış, Kəngərlilər nəslinin nümayəndələrindən biri olan Ehsan xanın oğulluğu olmuşdur. Son illərə qədər onun doğum tarixi dəqiq məlum olmasa da, tədqiqatçı Ataxan Paşayevin Odessa vilayətinin dövlət arxivində apardığı araşdırmalar nəticəsində Təkinskinin İmperator Novorosiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olarkən hazırlanmış şəxsi işini aşkarlaması bu suallara aydınlıq gətirmişdir. Tədqiqatçı A. Paşayev "Məhəmməd xan Təkinski kimdir?" adlı məqaləsində yazır ki, Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M. Təkinskinin atasının adı qrafasında "Ehsan xan Təkinski", qəyyumu adlı qrafada "Cəfərqulu xan Naxçıvanski" göstərilmiş, milliyyəti "türkmən", dini etiqadı "müsəlman", təvəllüdü "1879-cu il" qeyd olunmuşdur. 1881-ci il yanvar ayının 12-si günü baş vermiş rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı bütün qohumları rus əsgərləri tərəfindən məhv ediləndə, onu bir saman tayasının yanında rus ordusunun polkovniki olan II Ehsan xan tapmış və oğulluğa götürmüşdür. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yazdığına görə sonralar Naxçıvana gələn II Ehsan xan bu uşağı da özü ilə bərabər gətirmişdir. Gələcəkdə Azərbaycan tarixində özünəməxsus rol oynayacaq Məhəmməd xan Təkinski Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan Naxçıvanskilərin əhatəsində böyümüşdür. Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən İmperator Novorosiysk Universitetinin hüquq fakültəsini bitirən Məhəmməd xan Təkinskininin 1918-ci ilə qədərki fəaliyyəti ilə bağlı məlumatlar demək olar ki, yox səviyyəsindədir. Bu universitetdə Naxçıvanın XX əsr tarixində rol oynamış digər görkəmli simalar – Azərbaycan Xalq Cumhuriyyətinin Batumdakı konsulluğunun katibi olmuş Əziz bəy Qədimbəyov, Əliqulu xan Kəlbəlixanov, Hidayət bəy Sultanov, Həmid bəy Şahtaxtılı da təhsil almışlar.
Məhəməd xan Təkinski
Məhəmməd xan Təkinski (1880, Aşqabad qəzası[d], Rusiya imperiyası – 18 mart 1938) — Azərbaycanlı siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır. Məhəmməd xan Təkinski 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatmış, Kəngərlilər nəslinin nümayəndələrindən biri olan Ehsan xanın oğulluğu olmuşdur. Son illərə qədər onun doğum tarixi dəqiq məlum olmasa da, tədqiqatçı Ataxan Paşayevin Odessa vilayətinin dövlət arxivində apardığı araşdırmalar nəticəsində Təkinskinin İmperator Novorosiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olarkən hazırlanmış şəxsi işini aşkarlaması bu suallara aydınlıq gətirmişdir. Tədqiqatçı A. Paşayev "Məhəmməd xan Təkinski kimdir?" adlı məqaləsində yazır ki, Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M. Təkinskinin atasının adı qrafasında "Ehsan xan Təkinski", qəyyumu adlı qrafada "Cəfərqulu xan Naxçıvanski" göstərilmiş, milliyyəti "türkmən", dini etiqadı "müsəlman", təvəllüdü "1879-cu il" qeyd olunmuşdur. 1881-ci il yanvar ayının 12-si günü baş vermiş rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı bütün qohumları rus əsgərləri tərəfindən məhv ediləndə, onu bir saman tayasının yanında rus ordusunun polkovniki olan II Ehsan xan tapmış və oğulluğa götürmüşdür. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yazdığına görə sonralar Naxçıvana gələn II Ehsan xan bu uşağı da özü ilə bərabər gətirmişdir. Gələcəkdə Azərbaycan tarixində özünəməxsus rol oynayacaq Məhəmməd xan Təkinski Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan Naxçıvanskilərin əhatəsində böyümüşdür. Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən İmperator Novorosiysk Universitetinin hüquq fakültəsini bitirən Məhəmməd xan Təkinskininin 1918-ci ilə qədərki fəaliyyəti ilə bağlı məlumatlar demək olar ki, yox səviyyəsindədir. Bu universitetdə Naxçıvanın XX əsr tarixində rol oynamış digər görkəmli simalar – Azərbaycan Xalq Cumhuriyyətinin Batumdakı konsulluğunun katibi olmuş Əziz bəy Qədimbəyov, Əliqulu xan Kəlbəlixanov, Hidayət bəy Sultanov, Həmid bəy Şahtaxtılı da təhsil almışlar.
Rüstəm Paşa külliyəsi (Təkirdağ)
Rüstəm Paşa külliyəsi — Təkirdağda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, kitabxana, qoşa hamam, bazar meydanı və karvansaradan ibarətdir. Bunlardan yalnız məscid, mədrəsə, imarət və karvansara Memar Sinan tərəfindən inşa olunmuş, külliyəyə daxil olan digər əsərlər isə müxtəlif dövrlərdə inşa olunmuşdur. Bu əsərlərdən yalnız məscidin inşa tarixini ön hissəsindəki kitabəsindən bilmək mümkündür. Bunlardan birində Rüstəm Paşa və 1553 tarixi qeyd olunmuşdur. İkinci kitabədə isə Sultan Əbdülməcidin adı və 1841 tarixi qeyd edilib. Buna görə də məscidin XIX əsrədək zərər gördüyü və həmin il yenidən bərpa olunduğu başa düşülür. Məscid və bazar meydanından başqa digər əsərlər tam olaraq günümüzə gəlib çatmamışdır. Məscid kvadrat planlı və tək gümbəzlidir. Daxilindəki bəzəmələr olduqca zəngindir.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Süleyman Təkin xan
Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1097-ci ildə əmisi oğlu I Məsud xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
Süleyman Təkinər
Süleyman Məmmədəli oğlu Təkinər (1916, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 2006, Almaniya Federativ Respublikası) — Azərbaycan legionunun hərbçisi, tarixçi, publisist və Azərbaycan mühacirət ədəbiyyatının tədqiqatçılarından biri. Süleyman Məmmədəli oğlu Məmmədov 1916-cı ildə Bakı qəzasının Mərdəkan qəsəbəsində anadan olub. Atası Məmmədəli Qəhrəman oğlu 1937-ci ildə repressiya qurbanı olub, 1942-ci ildə həbs düşərgəsində dünyasını dəyişib. Müsavat Partiyasının üzvü olub. Süleyman Təkinər 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib və Gəncə Pedaqoji İnstitutunda fəaliyyətə başlayıb. 1942-ci ildə sovet-alman müharibəsində orduya çağırılıb, 1943-cü ildə əsir düşüb, beləliklə də vətəndən didərgin həyat keçirməyə məruz qalıb. Başına çox böyük əzab-əziyyət gəlmiş, hər cür ağır təqdiredici məşəqqətlərə dözüb. Müharibə qurtaranda Avstriyada olmuş, oradan İtaliyaya, Qahirəyə, ən nəhayət, Türkiyə hökumətinin əsirlikdə olan bütün azərbaycanlılara hərtərəfli köməyi nəticəsində 1949-cu il yanvarın 8-də o da Türkiyəyə gələ bilib. Burada Türkiyə vətəndaşlığına qəbul edilib. Təkinər təxəllüsünü də buradan götürmüşdür (mənası Əmin adam deməkdir).
Səbuk Təkin
Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı. 942-ci ildə Qəznə şəhərində anadan olmuşdu . 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl Üməra və Vəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu. 977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edib onu vergi verməyə məcbur etdi.
Səbuk Təkin Salur
Səbuk Təkin Salur (26 oktyabr 1923 - 8 noyabr 1991) — jurnalist və tarixi roman yazıçısı, bir sıra radio və televiziya proqramlarının müəllifi. Səbuk Təkin Salur İran İslam İnqilabından sonra Kanadaya köçmüş və orada vəfat etmişdir. O, Əbdüssəməd mirzə Salurun nəticəsi idi.
Türkər Təkin
Türkər Təkin (11 mart 1940 – 17 mart 2008, İzmir) — Teatr rejissoru və aktyoru, kino və serial aktyoru. 11 mart 1940-cı ildə Türkiyə Turqutda anadan olub. 1963-cü ildə Ankara Dövlət Konservatoriyası Teatr Bölümündən məzun olan Təkin, 1965-ci ildən 1978-ci ilə qədər Şəhər Teatrlarında çalışdı. 1978-ci ildə İzmir Dövlət Teatrı heyətinə keçərək buradan əməkli oldu. Bundan başqa, Türkər Təkin, kino və serial filmlərdə də rol alıb. Sənətkar, bir şiş səbəbindən müalicə aldığı xəstəxanada həyatını itirdi.
Təkin
Təkin — ad, soyad. Təkin Alp — Təkin Arıburun — Təkin Bingöl — Təkin Dərəli — Bülent Tekin — Kürd yazıçı. Gürsel Tekin — Türk siyasətçi. Harun Təkin Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Təkin qüvvəsi (film, 1979)
Təkin qüvvəsi (ing. A Force of One) — 1979-cu ildə çəkilmiş ABŞ filmidir.. O sakitliyi eşidir. O qaranlıqda görür. O qətllərin qarşısına ala biləcək yeganə şəxsdir. (ing. «He hears the silence. He see's the darkness. He's the only one who can stop the killing») Kaliforniya ştatının bir şəhərində norkotik alış-verişi ilə məşğul olan bir qrup polis tərəfindən zərərsizləşdirilə bilmir. Onların köməyinə karate üzrə çempion Matt Logan gəlir.
Təkirdağ
Təkirdağ — Türkiyənin Təkirdağ ilinin inzibati mərkəzi.
Təkirdağlı Bəkri Mustafa Paşa
Təkirdağlı Bəkri Mustafa Paşa (ö. yanvar 1690) — II Süleyman dövründə ümumilikdə 1 il 5 ay 23 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704(haz. Abdülkadir Özcan), Ankara 2000, s. 1, 8, 9-11; Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 109, 121, 167, 168 vd., 191, 219, 233, 245, 288-341, 343-344, 346, 357, 428, 576, 587; Silâhdar Mehmed Ağa, Zeyl-i Fezleke (haz. Nazire Karaçay Türkal, doktora tezi, 2012), MÜ Türkiyat Araştırmaları Enstitüsü, tür.yer.; Hadîkatü’l-vüzerâ, s. 114-116; D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 170-187, 420; Şeyhî, Vekāyiu’l-fuzalâ, IV, 48; Râşid Mehmed Efendi – Çelebizâde Âsım Efendi, Târîh-i Râşid ve Zeyli (haz.
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Təkiyə (Bicar)
Təkiyə (fars. تكيه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var.
Təkirdağspor
Təkirdağspor — Türkiyənin Təkirdağ ilçesinə bağlı futbol klubu. Regional Həvəskarlar Liqası'nda çıxış edir. 1967-ci ildə qurulmuşdur.
Təkirdağ döyüşü
Təkirdağ döyüşü — 3 avqust 1511-ci ildə Osmanlı taxt-tacı uğrunda mübarizə. Təkirdağ döyüşü II Bəyazid və oğlu Səlimin qoşunları arasında baş verdi. Bu müharibə Osmanlı tarixində dönüş nöqtəsi hesab olunur və Yavuz Sultan Səlimin taxta çıxmasına zəmin hazırlayır. II Bəyazidin qocalması və taxt-taca kimin keçəcəyi ilə bağlı qeyri-müəyyənlik onun oğulları arasında taxt uğrunda mübarizənin başlamasına səbəb oldu. Səlim böyük oğul olmasına baxmayaraq atasının Əhmədə üstünlük verəcəyindən narahat idi. Bu narahatlıq Səlimi üsyana sövq etdi.Yeniçərilər Səlimə sadiq idilər və ona sultan olması üçün təzyiq edirdilər. Səlim yeniçərilərin dəstəyini qazanaraq taxt-tacı ələ keçirmək şansını artırdı bununla bərabər Rumeli Sipahilər, II Bəyəzidin hökmranlığından məmnun deyildilər. Səlim Rumeli süvarilərinin narazılığından istifadə edərək onları da öz tərəfinə çəkə bildi. Səfəvi dövlətinin yüksəlişi Osmanlı İmperiyası üçün təhlükə yaratmağa başlamışdı. Səlim Səfəvilərə qarşı daha güclü siyasət yeridəcəyini vəd edərək, bu təhlükəyə qarşı dura bilən lider obrazını canlandırırdı.
Təkirdağ ili
Təkirdağ ili— Türkiyənin bir vilayətidir. Mərkəzi Təkirdağda olan ilin əhalisi 2021-ci ilə görə 1.107.491 nəfərdir. Mərmərə bölgəsinin Frakiya tərəfində yerləşir; Şərqdən İstanbul, cənubdan Mərmərə dənizi və Çanaqqala, qərbdən Ədirnə, şimaldan Kırklareli və şimal-şərqdən Qara dənizlə əhatə olunub. İlçələrin ümumi sayı 11-dir. Təkirdağ, ilin qərbində yerləşən və ən yüksək zirvəsi 945 m hündürlükdə Qanos dağı (İşıklar dağı) olan Təkir dağları istisna olmaqla, ümumiyyətlə düzdür. Şimalda ilin ən əhəmiyyətli çayı olan Ergene çayı axır. Ergene çayı yaratdığı allüvial düzənliklərin məhsuldarlığı ilə əyalət əhalisinin böyük hissəsini ətraf yaşayış məntəqələrində cəmləşdirmişdir. Təkirdağın bitki örtüyü Mərmərə dənizi sahillərində makvis, dağlıq ərazilərdə meşə, digər yerlərdə isə çöldür. Təkirdağın iqlimi Aralıq dənizi iqlimi ilə kontinental iqlimin qarışığıdır. Mərmərə dənizinin təsiri ilə sahil rütubətli bölgədir.

Значение слова в других словарях