Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
TrES-2b
TrES-2b (TrES-2 və ya Kepler −1b) Günəş sistemindən 750 işıq ili uzaqlıqda yerləşən GSC 03549–02811 adlı ulduzun ətrafında dövr edən planetdir . Planet üzərinə düşən işıq şüalarının 1%-dən daha azını əks etdirir, və bu xüsusiyyətinə əsasən planet 2011-ci ildə ən qaranlıq ekzoplanet kimi müəyyən edilib. Planetin kütləsi və radiusu onun Yupiterə bənzər tərkibə malik qaz nəhəngi olduğunu göstərir, lakin Yupiterdən fərqli olaraq, digər ulduzlar ətrafında aşkar edilmiş bir çox planetə bənzəyir, TrES-2b öz ulduzuna çox yaxın yerləşir və isti Yupiterlər kimi tanınan planetlər sinfinə aiddir. Bu sistem Kepler kosmik gəmisinin baxış sahəsində idi . Bu planet digər layihələr tərəfindən hələ də öyrənilməyə davam edir və parametrlər davamlı olaraq təkmilləşdirilir. 2008-ci ildə aparılan bir araşdırma, TrES-2 sisteminin ikili ulduz sistemi olduğu qənaətinə gəldi. == Kəşf == TrES-2b 21 avqust 2006-cı ildə Trans-Atlantik Ekzoplanet Tədqiqatı (Trans-Atlantic Exoplanet Survey, TrES) tərəfindən kəşf edilmişdir. Kəşf WM Keck Rəsədxanası tərəfindən 8 sentyabr 2006-cı ildə TrES-2b-nin yerləşdiyi ulduzun radial sürətinin ölçülməsi ilə təsdiqləndi. == Fırlanma bucağı == 2008-ci ilin avqustunda ana ulduz və planetin orbiti arasındakı əlaqənin daha ətraflı təfərrüatları paylaşıldı. Orbitin ulduz ekvatorundan − 9± 12° əyilmiş olduğu müəyyən edildi.
Treş-metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. == Ümumi məlumat == Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Treş metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. == Ümumi məlumat == Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Varen-syur-Teş
Varen-sür-Teş (fr. Varennes-sur-Tèche) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03299. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 139 nəfər (15-64 yaş arasında) arasında 109 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,4%, 1999-cu ildə 58,6%). Fəal olan 109 nəfərdən 99 nəfəri (56 kişi və 43 qadın), 10 nəfəri işsizdir (5 kişi və 5 qadın). 30 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Varen-sür-Teş
Varen-sür-Teş (fr. Varennes-sur-Tèche) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03299. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 139 nəfər (15-64 yaş arasında) arasında 109 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,4%, 1999-cu ildə 58,6%). Fəal olan 109 nəfərdən 99 nəfəri (56 kişi və 43 qadın), 10 nəfəri işsizdir (5 kişi və 5 qadın). 30 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. == Film haqqında == "Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
BƏƏS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Efes
Efes (yun. Eφεσος, lat. Ephesus) — Anadolunun qərb sahillərində İzmir ilinin Səlcuq ilçəsinin 3 km uzaqlığında yerləşən tarixi yunan şəhəri. Efes Qədim Yunanıstan dövründə İoniyanın 12 şəhərindən biri olmuşdur. Şəhərin neolit dövründə salındığı ehtimal olunur.
Fleş
Fleş və ya Fləş
Fləş
Fleş və ya Fləş
IGES
IGES<ay-ces> (en. Initial Graphics Exchange Specification) – kompüter qrafikası faylının, Amerika Milli Standartlar İnstitutu (ANSI) tərəfindən bəyənilmiş standart formatı; xüsusən, avtomatlaşdırılmış layihələndirmə (CAD) proqramları ilə yaradılmış modellərin təsvir edilməsi üçün münasibdir. IGES, CAD məsələlərinə uyğun olaraq, rəsmlərin təsvir olunması və onlara annotasiya verilməsi, diaqramların işlənib hazırlanması üsullarını təklif edir. Bura əsas həndəsi formaların (primitivlərin) geniş çeşidləri, eləcə də strukturların annotasiya və təyin olunması vasitələri daxildir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == IGES 5.3 (ANSI-1996) Arxivləşdirilib 2012-08-21 at the Wayback Machine in PDF from US Product Data Association (USPRO) IGES 5.x Preservation Society Arxivləşdirilib 2017-05-24 at the Wayback Machine has sample IGES files for testing translators "A General Description of IGES". National Institute of Standards and Technology. 2015-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
Nees
Xristian Qotfrid Daniyel Nes fon Ezenbek (alm. Christian Gottfried Daniel Nees von Esenbeck‎; 14 fevral 1776 — 16 mart 1858) — alman botaniki, həkimi, zooloqu və filosofu. Onun şərəfinə adlandırılmış taksonlar Esenbeckia H.B.K. Rutaceae fəsiləsinə aid bitki cinsi Neesiella Schiff. Hepaticae dəstəsinə aid Nees-Institut für Biodiversität der Pflanzen Universität Bonn institutu Xristian Nes fon Ezenbekin şərəfinə adlandırılmışdır. == Əsərləri == De Cinnamomo disputatio (1843) Agrostologia brasiliensis (1829) Genera et species Asterearum (1833) Systema Laurinarum (1836) Florae Africae australioris illustration monographicae Gramineae (1841) Die Algen des süßen Wassers, nach ihren Entwickelungsstufen dargestellt (1814) Das System der Pilze und Schwämme (1816) Naturgeschichte der europäischen Lebermoose mit Erinnerungen aus dem Riesengebirge (1833-38, 4 Bände) Bryologia germanica (Christian Friedrich Hornschuch]] und Jacob Sturm ilə birlikdə, 1823–31, 2 Bände mit 43 Tafeln) Synopsis hepaticarum (Carl Moritz Gottsche və Johann Lindenberg ilə birlikdə, 1844–1847) Hymenopterorum Ichneumonibus affinium monographiae (1834, 2 Bände) System der spekulativen Philosophie, Band 1 Die Naturphilosophie (1841) Die allgemeine Formenlehre der Natur (1852) Vorlesungen zur Entwickelungsgeschichte des magnetischen Schlafs und Traums (1820) == Ədəbiyyat == Johanna Bohley: Christian Gottfried Daniel Nees von Esenbeck. Ein Lebensbild. Wissenschaftliche Verlagsgesellschaft, Stuttgart 2003, ISBN 3-8047-2075-7. Dietrich von Engelhardt (Hrsg.): Christian Gottfried Nees von Esenbeck. Politik und Naturwissenschaft in der ersten Hälfte des 19. Jahrhunderts.
Pyes
Pyes (fr. Pièce — hissə, parça, əsər) — səhnədə göstərilmək üçün yazılmış dram əsəri. Strukturuna görə pyes obrazların dialoq və monoloqlarından və müəllifin qeydləri olan remarkalardan ibarət əsərdir. Pyes anlayışının özü formal xarakter daşıyır və hər hansı bir stil və ya emosionallıq kəsb etmir. Bu səbəbdən pyes müəllifi əsərin janrını başlıqda qeyd edir: klassik olaraq, dram, komediya və faciə. Bəzən isə "üç hissəli dialoq", "pyes-parabola" və s. qeydlər mövcud olur. == Pyesin növləri == Komediya Komediyalar yumor üçün nəzərdə tutulmuş tamaşalardır. Komediyalarda hazırcavab, qeyri-adi personajlar, qəribə halların sayı çox olur. Bəzi komediyalar cəmiyyətin bütün qrupları üçün deyil, müəyyən yaş qrupları üçün nəzərdə.
TASS
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Təbəs
Təbəs-İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Təbəs şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,681 nəfər və 7,962 ailədən ibarət idi.
Ərəş
Yaşayış məntəqələri Ərəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Stres
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Atəş
Atəş — soyad, təxəllüs. Əhməd Atəş — Kürd şərqşünası. Toxtamış Atəş — professor, publisist Mirzəağa Atəş — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Ülkər Atəş — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist.
Ales (rayon)
Ales (fr. Alès) — Fransanın Langedok-Russilyon regionun rayonlarından biri. Departamenti — Qar. Suprefektura — Ales. Rayonun əhalisi 2006-cı ildə 143 284 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 108 nəfər / km² təşkil edir. Rayonun sahəsi — 1322 km².
Annapolis QÇES
Annapolis QÇES (ing. Annapolis Royal Generating Station) — 1985 ci ildə Kanadanın, Yeni Şotlandiya əyalətində, Fandi körfəzində bənd üsulu ilə tikilmiş, 20 MVt-lıq qabarma-çəkilmə elektrik stansiya. Qabarma və çəkilmə hündürlüyü 18 metrdir. İllik İstehsalı 50 000 KVt/s.
Avqust Ames
Mersedes Qrabovski (ing. Mercedes Grabowski; 23 avqust 1994, Antiqoniş[d], Yeni Şotlandiya – 5 dekabr 2017, Kamarilo[d], Kaliforniya) — kanadalı pornoaktrisa. == Həyatı == Mersedes Qrabovski 23 avqust 1994-cü ildə Yeni Şotlandiyanın Antiqoniş şəhərində dünyaya gəldi və Ontarionun Petavava ərazisində böyüdü. 2013-cü ilin noyabr ayında pornoqrafiya film sənayesinə başladı. 2016-cı ildə Kevin Muri ilə evləndi. 5 dekabr 2017-ci ildə Kaliforniya ştatının Kamarillo şəhərindəki evində özünü asaraq intihar edib.