Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Oyunun ustası
Oyunun ustası (ing. Master of the Game) — Sidni Şeldonun 1982-ci ildə yazdığı romandır. Əsər bir çox dünya dillərinə tərcümə olunmuş və bir neçə dəfə nəşr edilmişdir. 1984-cü ildə bu əsərin əsasında CBS studiyası tərəfindən mini-serial çəkilmişdir. Əsər Triller janrında yazılmışdır.
Oyunun sonu
Oyunun sonu və ya Yüksək səviyyə (ing. Boss Level - "Son səviyyə") — rejissor Co Karnahanın öz ssenarisi əsasında çəkmiş olduğu elmi fantastik döyüş filmidir. Filmdə baş rolları Frenk Qrillo, Naomi Uotts və Mel Gibson canlandırmışdırlar. Entertainment Studios Motion Pictures şirkəti filmi əvvəlcə 16 avqust 2019-cu ildə nümayiş etdirməyi planlaşdırmış olsa da, sonradan filmin bu tarixdə nümayiş etdirilməsi təxirə salınmışdır. Daha sonra isə filmin yayım hüquqları Hulu tərəfindən satın alınmış və film 5 mart 2021-ci ildə ABŞ-da nümayiş olunmuşdur. Filmin Rusiyada nümayişi isə 11 mart 2021-ci ildə baş tutmuşdur. == Süjet xətti == Keçmişdə xüsusi təyinatlı olmuş Roy Palver üçün hər gün eyni cür başlayır: yuxudan oyanan kimi əli xəncərli biri ona hücum çəkir, ardınca helikopterdə olan pulyemotçu evində salamat bir yer qoymur. Hələ bu harasıdır?! Hədəflərini Adolf Hitlerin şəxsi tapançası ilə öldürən muzdlu qadın, düşmənlərinin başını kəsən çinli qılıncoynadan, adamları diri-diri partladan bəstəboy psixopat və başqaları ilə mübarizə aparır. Roy Palver hər gün təkrar olunan bu “zaman ilməsinə” necə düşdüyünü özü də başa düşmür.
Bubon taunu
Bubon taunu — taunun insanlarda ən çox təsadüf edilən forması. Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Gəncineyi-fünun
"Gəncineyi-fünun" — Cənubi Azərbaycanda nəşr olunmuş jurnallardan biri. == Tarixi == H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Məhəmmədəli Tərbiyət tərəfindən çap olunmuşdur. 1902-ci ildə Təbrizdə nəşr olunan "Gəncineyi-fünun" tək Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda ilk elmi-ədəbi jurnal hesab olunur. Məhəmmədəli Tərbiyət 1921-1925-ci illərdə Cənubi Azərbaycanın maarif naziri vəzifəsini daşıdığı zaman, ölkəyə maarif və mədəniyyətin qorunmasına böyük qayğı göstərir. Həmin illərdə Təbrizdə "Gəncineyi-fünun" jurnalının nəşrini bərpa edir. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi. Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi: Elm və texnika ilə bağlı yeniliklər. İncəsənətdən, tarix və ədəbiyyatdan bəhs edən "İncəsənət bələdçisi". Bu rubrikanı Məhəmmədəli Tərbiyət hazırlayırdı. "Qədim mədəniyyətlər, sivilizasiyalar".
Neoseiulus tunus
Neoseiulus tunus (lat. Neoseiulus tunus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Sibel Tüzün
Sibel Tüzün.(d. 29 sentyabr 1971) - Türkiyəli müğənni. Türkiyəni Yunanıstanın paytaxtı Afinada keçirimiş 51-ci Avroviziya mahnı müasbiqəsində Super star mahnısı ilə təmsil edərək yarışmada 11-ci yeri qazanmışdır.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Yuyçzülyü Tulun
Yuyçzülyü Tulun (v. 492) - Jujan dilindəki adı ilə "Daimi xaqan" 485-cü ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. Hakimiyyəti dövründə daim Şimal Vey sərhədlərinə axınlar olsa çox güclü döyüşlər olmurdu. Nazirlərindən biri olan Şiloxeu ona sülh təklif etsə də o naziri vətənə xəyanətlə günahlandıraraq edam etdirdi. Xaqanın hakimiyyəti bir çoxları tərəfindən zülm kimi görünürdü. 12 ailədən ibarət Fufuluo qəbiləsi ona üsyan edərək şimala qaçdı və Qaoçe Ulu Bəyliyini qurdu. Dövlətin ard-arda məğlubiyyətlərinə dözməyən jujanlar saray çevrilişi edərək Tulunu devirdilər və taxta onun əmisi Naqayı gətirdilər.
İngilis taunu
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin tütün cinsinə aid bitki növü. Nicotiana florida Salisb. Tabacum nicotianum Bercht.
Yaşar Tüzün
Yaşar Tüzün (18 yanvar 1966, Biləcik) — iş adamı və siyasətçi; Biləcik Bələdiyyəsinin sədri (1999—2002), Türkiyə Böyük Millət Məclisinin 22, 23, 25, 26, 27 və 28-ci çağırış deputatı. Yaşar Tüzün 1966-cı ildə Biləcik ilində anadan olub. Ticarət Peşə Liseyini bitirib. Biləcik Gənc İş adamları Dərnəyinin sədri, Biləcik İdman Klubunun sədri, TESK Biləcik İdarə Heyətinin sədr müavini olub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub, Cümhuriyyət Xalq Partiyasında (CHP) isə davam edib. CHP Biləcik ilçə və il sədri olub. 1994-cü ildə Biləcik Bələdiyyəsinin Məclis üzvü, 1999-cu ildə Biləcik Bələdiyyəsinin sədri seçilib. 2002, 2007, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Biləcik ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2017-2018-ci illərdə parlamentin sədr müavini olub. Daxili işlər Komissiyasının üzvüdür.
Sərvəti-fünun
Sərvət-i Fünun (osman. ثروت فنون; fr. Servetifunoun ) —Osmanlı imperiyasında, sonra isə Türkiyədə nəşr olunan avanqard jurnal. Xəlid Ziya Uşaqlıgil və "Ədəbiyyat-i cədidə" hərəkatının digər yazarları bu jurnalı öz oxucularını Avropa, xüsusilə Fransa, mədəni və intellektual hərəkatlar haqqında məlumatlandırmaq üçün nəşr etmişdir. 1891-ci ildən 1944-cü ilə qədər fəaliyyətdə olan bu qəzet ilk ili "Sərvət" qəzetinin əlavəsi idi, lakin 1892-ci ildən müstəqil nəşrə çevrilmişdir. Onun ofisləri Konstantinopolun mərkəzi hissəsi olan Stambulda idi. İndiki dövrdə bölgə Fateh rayonu kimi tanınır. Evangeliya Balta və Ayşə Kavak bildirirlər ki, keçmiş Osmanlı imperiyası dövründə ölkənin "intellektual həyatında mühüm rolu" olan "ən nüfuzlu ədəbi jurnal" idi. Jurnalın digər adları "Oyanış", "Rəsimli oyanış" və "Tərvət-i fünun" idi. 1890-cı ildə sonradan Toxgöz soyadını götürmüş 20 yaşlı Əhməd Ehsan Osmanlı yunanı Dimitrios Nikolaidisin sahibi olduğu və idarə etdiyi Osmanlı türkcəsində nəşr olunan "Sərvət" qəzeti üçün məqalələri türkcəyə çevirmişdir.
Turun sonu
Turun sonu (ing. The End of the Tour) — 2015-ci ildə ekranlara çıxan ABŞ dram filmi. "Rolling Stone" jurnalından Devid Lipski beş gün ərzində məşhur yazıçı Devid Foster Vollesdən müsahibə alır. İkisi birlikdə vaxt keçirdikcə aralarında dostluq inkişaf edir. Ceyson Siqel Cessi Ayzenberq a24films.com/films/the-end-of-the-tour/ — Turun sonunun rəsmi saytı The End of the Tour — Internet Movie Database saytında.
Tütünün Becərilməsi (1967)
Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Ölünün malikanəsi (roman)
Ölünün malikanəsi və ya Dead Man's Folly — Aqata Kristi tərəfindən ilk dəfə 1956-cı ilin oktyabrında nəşr edilmiş detektiv fantastika əsəridir. Puaro yay şənliyinin bir hissəsi olaraq Cinayət Ovunu səhnələşdirən Ariadne Oliver tərəfindən Devondakı Nasse Evinə çağırılır . Nasse House-da xanım Oliver izah edir ki, onun Qətl Ovuna dair planlarının kiçik aspektləri evdəki insanların istəkləri ilə olduqca hiyləgər şəkildə dəyişdirilib, ta ki, əsl qətl onu təəccübləndirməyəcək. Varlı ser George Stubbs Nasse House-un sahibidir. Onun daha kiçik həyat yoldaşı gözəl Hatti Ledi Stubbsdır. O, yalnız gözəl paltarlara və zərgərlik əşyalarına maraq göstərir, ərinin katibi Miss Brewisdən başqa hamıya sadə görünür. O, Hattinin zahiri görkəmini görən, lakin işəgötürən Ser Corca qarşı hissləri üzündən özü ilə ziddiyyət təşkil edir. Hatti və Corcu əsrlər boyu mülkə sahib olan ailənin sonuncusu Emi Folliat təqdim etdi. Dul qalmış xanım Folliat müharibə zamanı iki oğlunu itirdi. Müharibədən sonrakı dövrdə ölüm rüsumları çox yüksək olduğu üçün o, ata-baba yurdunu və onu toxunulmaz saxlamaq üçün torpaqlarını satmalı oldu.
Minyonlar: Qrunun yüksəlişi
Minyonlar: Qrüvitasiya (ing. Minions: The Rise of Gru) — 2022-ci il ABŞ istehsalı animasiya filmi. ilk film hadisələrindən dərhal sonra, bu dəfə 1970-ci illərin əvvəllərində 12 yaşlı Qru şəhərətrafı qəsəbələrdə böyüyür. Vicious 6 kimi tanınan super cani qrupun fanboyu Gru onlara qoşulacaq qədər pis olmaq planını həyata keçirir. Vicious 6 öz liderini, əfsanəvi döyüşçü Wild Knuckles'ı qovduqda, Gru onların ən yeni üzvü olmaq üçün müsahibələr verir. Hər şey yaxşı getmir və Qru Kevin, Stüart, Bob, Otto və digər Minionların köməyi ilə onlardan qiymətli daş oğurladıqdan və qəfildən özünü pis hiss edəndən sonra daha da pisləşir. şərin zirvəsinin ölümcül düşməni. Qaçışda Qru və Minyonlar bələdçilik üçün qeyri-mümkün bir mənbə olan Wild Knuckles-ə müraciət edəcək və hətta pis adamların da dostlarından bir az köməyə ehtiyacı olduğunu kəşf edəcəklər. Pierre Coffin Kevin, Stuart, Bob, Otto və qalanları Minions Steve Carell Gru rolunda Taraji P. Henson The Vicious 6-nın lideri Belle Bottom rolunda. Michelle Yeoh Master Chow rolunda Jean-Claude Van Damme The Vicious 6-nın caynaqlı üzvü Jean Clawed rolunda.
Sammo Hunun filmoqrafiyası
Sammo Hunun filmoqrafiyası.
Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.