Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üstüpü
Üstüpü (əvvəlki adı: Ustupu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnəb kənd inzibati ərazi dairəsi tərkibindəki Ustupu kəndi Üstüpü kəndi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Dağ ətəyindədir. Yerli əhali kəndin adını Üstüpü kimi tələffüz edir. Yaşayış məntəqəsi kimi hələ səfəvilər dövründən (XVI əsr) məlumdur. Yerli əhalinin məlumatına görə kəndin üst tərəfində pir olduğuna görə kənd Üstüpir adlandırılmış sonralar oykonim bir qədər dəyişilmişdir. Azərbaycan dilinin qərb qrupu dialektində ustupulu/ustuflu/ustublu "səliqəli, abad" mənalarında işlənir.Güman etmək olar ki, kəndin adı elə bu məna ilə bağlıdır. 2003- cü ildən kəndin adı Üstüpü kimi rəsmiləşdirilmişdir. Rayon mərkəzindən 36 km şimal-qərbdədir. Çənnəb və Məzrə kəndləri ilə qonşudur.
Orchis ustulata
Neotinea ustulata (lat. Neotinea ustulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neotinea cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab(iii, v) + 2ab (v). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu yumurtavari və ya yumru olur. Gövdəsi 10—25 (50) sm hündürlükdədir. Yarpaqları uzunsov-lansetvari, küt, əsasında daralmış, 8 sm uzunluğunda, 2 sm-dək enində, sivriləşmiş şəkildə olur; çiçək qrupu sıx, uzunsov-silindrik sünbüldə yerləşir. Çiçəkləri bal iylidir. Başcıq 3—4 (5) mm uzunluqda, küt, tünd-qara rənglidir.
Neotinea ustulata
Neotinea ustulata (lat. Neotinea ustulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neotinea cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab(iii, v) + 2ab (v). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu yumurtavari və ya yumru olur. Gövdəsi 10—25 (50) sm hündürlükdədir. Yarpaqları uzunsov-lansetvari, küt, əsasında daralmış, 8 sm uzunluğunda, 2 sm-dək enində, sivriləşmiş şəkildə olur; çiçək qrupu sıx, uzunsov-silindrik sünbüldə yerləşir. Çiçəkləri bal iylidir. Başcıq 3—4 (5) mm uzunluqda, küt, tünd-qara rənglidir.
Üstüpü hamamı
Üstüpü hamamı — Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən ən möhtəşəm hamamlardan biri. Hamam Üstüpü kəndinin cənub tərəfində yerləşən Hacalı məhəlləsində, Düylünçayın sol sahilində inşa olunmuşdur. Hamam tikintisində yerli dağ və çay daşından, həmçinin bişmiş kərpicdən istifadə olunmuşdur. Zəmanəmizə dağılmış vəziyyətdə gəlib çatmışdır. Hamamın girişi qərbdəndir. İndiyədək onun soyunma otağı, yuyunma salonu və tulanbarxanası qalmaqdadır. İnşa olunarkən binanın üç günbəzi olmuşdur. Zaman keçdikcə soyunma otağının günbəzi dağılmışdır. Ancaq şimal günbəz salamat qalmışdır. Hamam şərqdən qərbə doğru yenən yamacda inşa edildiyindən şərq tərəfdə binanın damı yer səviyyəsindədir.
Üstüpü körpüsü
Üstüpü körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Üstüpü kəndinin 18 km-də, Düylünçayın üzərində memarlıq abidəsidir. Uzunluğu 10 paqonometrdir. XIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq xüsusiyyətlərini və möhkəmliyini qoruyub saxlamışdır. Hörgüsündə adi yerli daşdan istifadə edilmişdir. Üstüpü körpüsü 1996-cı ildə yenidən qurulmuşdur. Körpünün yenidən qurulması nəticəsində Məzrə və Üstüpü kəndləri magistral yola çıxış əldə etmişdir.
Üstüpü piri
Üstüpü piri — Ordubad rayonunun Üstüpü kəndindən şərqdə, hündür təpənin üzərində ziyarətgah. Bu müqəddəs yer Ordubad rayonunun Üstüpü kəndinin şərq tərəfində, yüksək ərazidə yerləşir. Coğrafi cəhətdən yaşayış məskəninin səviyyəsindən yüksəklikdə yerləşir. Piri bəzən "İsfəndiyar" da adlandırırlar. Qərbdən şərqə uzanan binadan (ölçüsü: uzunu 8,7 m, eni 3,5 m, hündürlüyü 2,7 m) ibarət olan pirdə ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü 50 sm ucalığında hörülüb, qara mərmərlə üzlük çəkilib. Ancaq qəbirin üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün onun mənsubiyyəti haqqında tutarlı elmi fikir söyləmək mümkün deyil. Kənd əhalisindən bəzi adamların fikrincə bu birdə İsfəndiyar adlı müqəddəs şəxsiyyət dəfn olunmuşdur. Yerli əhalinin söylədiyinə görə bu qəbirdə uyuyan mərhumla, kənddən cənub tərəfdə yerləşən Düylün kəndindəki pirdə dəfn olunan şəxs bacı qardaşdırlar. Deyilənə görə buruda dəfn olunan mərhum dəvə ilə bu əraziyə gəlmiş, burada yaşamış, vəfat etdikdən sonra burada da dəfn olunmuşdur.
Tanya Stupar-Trifunoviç
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977, Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır. 1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir. Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir.