Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Asiat Naniyeva
Asiat Naniyeva (18 yanvar 1940, Sir[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Cənubi Osetiya uşaq yazıçısı, publisist və tərcüməçi. Osetiya Yazıçılar Birliyinin və Cənubi Osetiya Yazıçılar Birliyinin üzvü. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. Nafi Cusoyti adına ədəbi mükafat laureatı (Cənubi Osetiya). == Bioqrafiyası == O, 1940-cı ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sir kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirir, sonra Leninqorski rayonunun Zakkor kəndində orta məktəbdə oxuyur. Məktəbin ədəbi dərnəyinin fəaliyyətində iştirak etmişdir. Məktəbli ikən ilk jurnalist yazılarını "Molodoy Stalinets" qəzetində dərc etdirir. Orta təhsilini 1958-ci ildə bitirmişdir. Cəbhəçi atasının ölümündən sonra o, anasına ev işlərində kömək edir.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır. 1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi.
Georgiya Şihan
Mark Şihan
Mark Şihan (29 oktyabr 1976, Dublin – 14 aprel 2023) — müğənni, bəstəkar, musiqiçi, gitaraçı, mahnı müəllifi. 1996–2001-ci illərdə Mytown qrupunun üzvü olub. 2001-ci ildə The Script alternativ rok qrupunun həmtəsisçisi olub və gitara ifa edib. == Həyatı == 1976-cı il oktyabr ayının 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində anadan olub. Kiçik yaşlarından gitara dərslərinə gedən Mark 1996-cı ildə dostu Danny O'Donoghue ilə "MyTown" pop qrupunu yaradır. O bu qrupda gitarist vəzifəsini yerinə yetirirdi, ancaq onun vokalist bacarığı da var idi. 2001-ci ildə "MyTown" qrupu dağılır. Bu qrupun 4 üzv var idi. O və Danny O'Donoghue 2001-ci ilin payızında The Script pop-rok qrupunu yaradırlar (The Script hazırda yalnız rok qrupudur). "The Script" qrupuna 1 üzv daha dəvət edilir (Glen Power).
Nihat Anılmış
Nihat Anılmış (türk. Nihat Anılmış) (1876, Plovdiv – 31 may 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Osmanlı ordusunda zabit və Türk ordusunun general idi. == Həyatı == 1894-cü il may ayının 28-də, təhsil aldığı hərbi akademiyanı 1896-cı ilin 17 avqustunda leytenant rütbəsi ilə bitirmişdir. 17 yanvar 1900-cü ildə Döyüş Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1913-cü ildə Balkan müharibəsində döyüş zamanı yaralanaraq bolqarla əsir düşmüş və və həmin ilin sonunda azad edilmişdir. === Siyasi fəaliyyəti === 1943–1950-ci illərdə Ankaranın millət vəkili kimi fəaliyyət göstərmişdi.
Nihat Bekdik
Nihat Asım Bekdik (17 mart 1902, Konstantinopol – 21 iyun 1972, İstanbul) — müdafiəçi mövqeyində oynamış Türkiyə futbolçusu. == Klub karyerası == Qalatasaray liseyinin şagirdi olan Nihat Bekdik karyerası boyu (1916–1936) Qalatasarayda çıxış etmişdir. Klubun heyətində 6 dəfə İstanbul Futbol Liqasını qazanmışdır, komandanın kapitanı olmuşdur. Formasında təsvir olunmuş şir şəklinə və göstərdiyi oyuna görə azərkeşlər ona "aslan" ləqəbini vermişdilər. Sonradan bu ləqəb bütöv "Qalatasaray" klubuna şamil olunmağa başlandı. == Milli yığma karyerası == 26 oktyabr 1923-cü ildə Nihat Bekdik, Rumıniya ilə yoldaşlıq oyununda Türkiyə millisinin heyətində debüt etdi. 1924 və 1928-ci illərdə Olimpiya oyunlarının iki futbol turnirində iştirak etmişdir. 14 oktyabr 1927-ci ildə Nihat Bekdik Bolqarıstan komandası ilə yoldaşlıq oyununun 85-ci dəqiqəsində fərqlənərək millinin heyətində ilk və yeganə qolunu vurdu. == Digər idman növlərində == Nihat Bekdik üçqat atlama və yüksək atlama yarışlarında da müvəffəqiyyət qazanmışdır. 1923-cü ildə üçqat (11,92 m) və yüksək atlamalarda (1.58 m) Türkiyə rekordlarını vurdu.
Nihat Hatipoğlu
Nihat Hatipoğlu (11 may 1955, Diyarbəkir) — Türk alim, ilahiyyatçı) — Qaziantep İslam Elm və Texnologiya Universitetinin Rektoru. Hazırda ATV telekanalında həftəlik proqramları davam etməkdədir. == Həyatı == Diyarbəkirdə, 11 may, 1955-ci ildə dünyaya gələn Nihat Hatipoğlu, Siirt və Malatyada ibtidai məktəb oxumuşdur. 1975-ci ildə Uşak İmam Xətib Liseyini və Uşak Liseyini bitirib. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirdi. Eyni fakültədə Hədis Baş Elm sahəsində Qurani Kərimin Anlaşılmasında Hədislərin Rolu adlı çalışması doktor, 2000-ci ildə dosent, 2012-ci ildə isə professor olmuşdur. Hazırda Diclə Universiteti ilahiyyat Fakültəsinin Hədis Baş Elm sahəsində müəllim vəzifəsində işləyir. 1985-1987-ci illər arasında Misirdə Ərəbcə təhsil alıb. Sonradan isə Türkiyədə Quran Kurslarından birində müdir kimi çalışmışdır. Hazırda Diyanət İşləri Nazirliyində Din İşləri Ali Qurum mütəxəssisi vəzifəsində işləyir.
Nihat Kahveçi
Nihat Kahveçi 2002-ci ilin yanvarından İspaniya klublarının şərəfini qoruyub. O, 4,5 il "Real-Sosyedad"da, 3 il isə "Vilyareal"da çıxış edib. Ümumilikdə "La Liga"da 195 oyuna çıxan forvard 75 qol vurub. 2009-cu ilin iyununda 7,5 ildən sonra "Beşiktaş"a qayıdıb. "Beşiktaş" onu sonuncu klubu "Vilyareal"dan 5,5 milyon avroya alıb. Kahveçi ilə müqavilə 3 illikdir. Anlaşmaya əsasən, futbolçu hər il 3 milyon avro alacaq. Qeyd edək ki, 2000-ci ildən Türkiyə millisinə çağırılan Nihat 62 oyunda 17 qol vurub.
Nihat Kərimli
Nihat Teymur oğlu Kərimli (8 iyul 1996, Ərəbocağı, Ağdaş, Azərbaycan — 8 oktyabr 2020, Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihat Kərimli 1996-cı il iyulun 8-də Ağdaş rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nihat Kərimli Ağdam və Tərtər döyüşlərində savaşıb. Oktyabrın 8-də Ağdam istiəamətində şəhid olub. Ağdaşda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihat Kərimli "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihat Nikerel
Nihat Nikerel (5 fevral 1950, Çorum – 26 sentyabr 2009, İstanbul) — Türkiyə aktyoru, "Qurdlar Vadisi" serialının məşhur obrazlarından olan Seyfo dayını canlandıran tanınmış aktyor. Nihat Nikerel 1972–1976-cı illərdə uzun bir dünya səyahətindən sonar vətənə dönüb və 1985-ci ildə yazdığı ssenari ilə sənət aləminə yol alıb. Müxtəlif film və seriallarda rol alan sənətçi bir kitab da yazıb. 59 yaşlı Nihat Nikerel evində tək olduğu zaman ürək tutmasından vəfat edib. Onun cəsədi evə gələn oğlu tərəfindən aşkarlanıb. "Seyfo dayı"nın sentyabrın 26-da saat 18 radələrində vəfat etdiyi bəlli olub.
Nihat Rzaxanov
Nihat Rzaxanov (18 aprel 2001; Biləcəri, Azərbaycan — 6 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihat Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Biləcəri qəsəbəsində anadan olub. 2007-ci ildə 301 N-li məktəbdə daxil olaraq orta təhsil alır. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzulidə, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 7 noyabr 2020-ci ildə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Nihat Seyidov
Nihat Mehman oğlu Seyidov (12 iyun 1998; Culfa rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihat Seyidov 1998-ci il iyunun 12-də Culfa rayonunun Teyvaz kəndində anadan olub. 2004–2006-cı illərdə Naxçıvan şəhərində 14 nömrəli tam orta məktəbdə, 2006–2012-ci illərdə Naxçıvan şəhərində 17 nömrəli tam orta məktəbdə, 2012–2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Nihat Seyidov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Nihat Seyidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihat Seyidov oktyabrın 15-də Madagizin azad edilməsi zamanı şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Nihat Verdiyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. == Yayılması == Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. == Terminologiya == Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Nihat Məmmədli
Nihat Məmmədli (25 iyul 2002, Babı, Füzuli rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Nihat Məmmədli 2017-ci ildə Yunanıstanın Afina şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2019-cu ildə Nihat Məmmədli iyunda Faentsa şəhərində (İtaliya) yeniyetmələr arasında Avropa Çempionatının, iyulda isə Sofiya şəhərində (Bolqarıstan) yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Nihat Məmmədli həm də iyunda baş tutan Avropa Gənclər Olimpiya Festivalının da bürünc medalına sahib oldu. 2021-ci ildə Nihat Məmmədli Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatının və Ufa şəhərində (Rusiya) gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. 2022-ci ildə isə Nihat Məmmədli Plovdiv şəhərində (Polşa) U23 Avropa Çempionatının qızıl, Roma şəhərində (İtaliya) U20 Avropa Çempionatının və Sofiya şəhərində (Bolqarıstan) U20 Dünya Çempionatının bürünc, Pontevedra şəhərində (İspaniya) U23 Dünya Çempionatının gümüş medallarına sahib oldu. Nihat Məmmədli həm də iyunda İtaliyanın Roma şəhərində baş tutan Matteo Pellicone beynəlxalq turnirinin də bürünc medalına sahib oldu. 2023-cü ildə Nihat Məmmədli Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu. Apreldə isə Nihat Məmmədli Avropa Çempionatlarında debüt elədi. Xorvatiyanın Zaqreb şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Edmond Nazaryana 4:8 hesabı ilə məğlub olan Nihat Məmmədli, təsəlliverici görüşdə Macarıstan nümayəndəsi Eri Torbaya 8:0, bürünc medal uğrunda görüşdə isə Ermənistan nümayəndəsi Gevorg Garibyana 10:5 hesabları ilə qalib gəldi və Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nihat Verdiyev (əsgər)
Arif Nihat Asya
Arif Nihat Asya (7 fevral 1904, Çatalca ilçəsi, İstanbul ili – 5 yanvar 1975, Ankara) — Şair Yazar Müəllim Siyasətçi Cumhuriyyət dönəmi Türk şeirlərinin vacib təmsilçilərindəndir. Sadə bir üslubla milli dəyərləri və dini həyəcanlardan bəhs edən şeirlər yazıb. "Bayrak, Bir Bayrak Rüzgar Bekliyor, Fetih Davulları, Selimler, Kubbeler, Süleymaniye" ən tanınmış şeirləridir. "Bayrak" şeirinə görə Türk ədəbiyyatında "Bayrak şairi" olaraq da xatırlanır. Bir zamanalar TBMM'də millətvəkili olaraq işləmişdir. == Həyatı == 1904-cü ildə Çatalca'nın "İnceğiz" kəndində doğulub. Əsl adı Mehmet Arifdir. Tokatlı Zivər Əfəndi ilə Tırnovalı Zəhra Xanım'ın tək uşağı idi. Hələ uşağikən atası vəba xəstəliyindən vəfat edib. Anasın evlənib Filistin'e getməsinə görə üç yaşından etibarən qohumlarının yanında böyüdüldü.
II Bəşir Şihab
Bəşir əs-Sani əş-Şihabi (ərəb. بشير الثاني الشهابي‎; 2 yanvar 1767, Qəzir[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1850[…], Konstantinopol) — 1788–1840-cı illərdə Cəbəli-Lübnan əmiri.
I Bəşir Şihab
I Bəşir Şihab (ərəb. بشير_الأول_الشهابي‎) — XVIII əsrin əvvəllərində Cəbəl-Lübnanı idarə etmiş Livan hakimi. O, Şihab ailəsinin ikinci hakimi və ümumiyyətlə sülalənin banisi hesab edilir.
Şəhid Quluzadə Nihat
Qala Rəsul Siyat (Bükan)
Qala Rəsul Siyat (fars. قلعه رسول سيت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 478 nəfər yaşayır (104 ailə).
Sirat körpüsü (film, 2007)
== Məzmun == Filmdə bir yerdə böyüyən kimsəsizlərdən bəhs olunur. Kimsəsiz gənclərin müstəqil həyata atılmasıyla fəlakətlər baş verir. Uşaq evində bir yerdə böyüyən altı uşaqdan biri Cəbi (Səmimi Fərhad) adam vurmaqdan neçə il həbs yatıb həbsxanadan çıxır. Lakin o "tavan"dadır (qumar borcu). Cəbinin həbsxanadan çıxdığı ilk gün altı dost böyüyüb boya-başa çatdıqları uşaq evini ziyarət edirlər. Lakin görəndə ki, biznesmen Əfrasiyab (Ayşad Məmmədov) uşaq evini artıq sökdürüb və yerində başqa bir bina tikdirəcək, onlar qərara gəlirlər ki, həm qisas, həm də Cəbinin borcunu qaytarmaq üçün Əfrasiyabın evini aparsınlar. Ev oğurlanır və cəhənnəmə gedən yolun bütün qapıları uşaqların üzünə açılır. Çünki Əfrasiyabın evindən oğurladıqları seyfin içindən pul əvəzinə 10 kq. narkotik maddə çıxır. Bununla da gənclərin ayağı altındakı Sirat körpüsü yırğalanmağa başlayır.