Nihat Məmmədli (25 iyul 2002, Babı, Füzuli rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
Nihat Məmmədli | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Nihat Zahid oğlu Məmmədli |
Vətəndaşlığı | |
Doğum tarixi | 25 iyul 2002 (21 yaş) |
Doğum yeri | |
İdman növü | Güləş |
Nihat Zahid oğlu Məmmədli 2002-ci il iyulun 25-də Füzuli rayonunun Babı qəsəbəsində anadan olub.[1]
Nihat Məmmədli 2017-ci ildə Yunanıstanın Afina şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[2] 2019-cu ildə Nihat Məmmədli iyunda Faentsa şəhərində (İtaliya) yeniyetmələr arasında Avropa Çempionatının[3], iyulda isə Sofiya şəhərində (Bolqarıstan) yeniyetmələr arasında Dünya Çempionatının[4] qalibi oldu. Nihat Məmmədli həm də iyunda baş tutan Avropa Gənclər Olimpiya Festivalının da bürünc medalına sahib oldu.[5]
2021-ci ildə Nihat Məmmədli Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatının[6] və Ufa şəhərində (Rusiya) gənclər arasında Dünya Çempionatının[7] bürünc medallarına sahib oldu. 2022-ci ildə isə Nihat Məmmədli Plovdiv şəhərində (Polşa) U23 Avropa Çempionatının[8] qızıl, Roma şəhərində (İtaliya) U20 Avropa Çempionatının[9] və Sofiya şəhərində (Bolqarıstan) U20 Dünya Çempionatının[10] bürünc, Pontevedra şəhərində (İspaniya) U23 Dünya Çempionatının[11] gümüş medallarına sahib oldu. Nihat Məmmədli həm də iyunda İtaliyanın Roma şəhərində baş tutan Matteo Pellicone beynəlxalq turnirinin də bürünc medalına sahib oldu.[12]
2023-cü ildə Nihat Məmmədli Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[13] Apreldə isə Nihat Məmmədli Avropa Çempionatlarında debüt elədi. Xorvatiyanın Zaqreb şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Edmond Nazaryana 4:8 hesabı ilə məğlub olan Nihat Məmmədli, təsəlliverici görüşdə Macarıstan nümayəndəsi Eri Torbaya 8:0, bürünc medal uğrunda görüşdə isə Ermənistan nümayəndəsi Gevorg Garibyana 10:5 hesabları ilə qalib gəldi və Avropa Çempionatını bürünc medalla başa vurdu.[14]
Yeniyetmələrin Dünya Çempionatı | Yunanıstan | |||
Yeniyetmələrin Avropa Çempionatı | İtaliya | |||
Avropa Gənclər Olimpiya Festivalı | Azərbaycan | |||
Yeniyetmələrin Dünya Çempionatı | Bolqarıstan | |||
Gənclərin Avropa Çempionatı | Almaniya | |||
Gənclərin Dünya Çempionatı | Rusiya | |||
U23 Avropa Çempionatı | Polşa | |||
Matteo Pellicone Turniri | İtaliya | |||
U20 Avropa Çempionatı | İtaliya | |||
U20 Dünya Çempionatı | Bolqarıstan | |||
U23 Dünya Çempionatı | İspaniya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Xorvatiya |