Nihat Teymur oğlu Kərimli (8 iyul 1996, Ərəbocağı, Ağdaş, Azərbaycan — 8 oktyabr 2020, Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Nihat Kərimli | |
---|---|
Nihat Teymur oğlu Kərimli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbocağı, Ağdaş, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Ağdam, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ağdaş |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdam döyüşləri |
Təltifləri | 2020, 2020 |
Nihat Kərimli 1996-cı il iyulun 8-də Ağdaş rayonunda anadan olub.[2][3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nihat Kərimli Ağdam və Tərtər döyüşlərində savaşıb. Oktyabrın 8-də Ağdam istiəamətində şəhid olub. Ağdaşda dəfn edilib.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihat Kərimli "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]