Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaqublu
Yaqublu — Azərbaycan soyadı. Bu soyadı olan tanınmış şəxslər Nəsiman Yaqublu — azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru. Eltun Yaqublu — Azərbaycanlı futbolçu Kəndlər Azərbaycan Yaqublu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Yaqublu (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Gürcüstan Yaqublu (Başkeçid) — Gürcüstanın Başkeçid rayonunda kənd. Ermənistan Yaqublu (Pəmbək) — Qərbi Azərbaycanın Pəmbək mahalında kənd. Yaqublu (Zəngəzur) — Qərbi Azərbaycanın Zəngəzur mahalında kənd. Yaqublu (Abaran) — Qərbi Azərbaycanın Abaran mahalında kənd.
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Baba Yaqublu
Baba Yaqublu (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı. 1825-ci ildə yaranmışdır. XX əsrin əvvəllərində kənd dağılmışdır.
Buğumlu balqabaq
Ətirli balqabaq (lat. Cucurbita moschata; Muskat qabağı) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Haqqında == Muskat qabağı – (Cucurbita moschata Dush. Poir.) qabağın birillik növlərindəndir. Gövdəsi qabırğalı, yarpaq ayası iri, böyrək formalı, dilimli, damarlarının arasında ağ ləklər vardır. Çiçəkləri iri, çiçək kasası tünd yaşıl rəngli, tozcuq borusu silindir formalıdır. Meyvəsi uzunsov, ətli hissəsi sıx, toxumları orta irilikdədi.
Buğumlu qaraşәngi
Buğumlu qaraşәngi (lat. Scrophularia nodosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 50-100 sm, gövdəsi düz, sivri dörd tinli olan çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kök yumrusu şəklində qalınlaşmışdır. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qanadsız qısa saplaqlıdır, uzunsov-yumurtaşəkilli və ya uzanmış-uzunsov formadan, yumurtaşəkilli-neştərvari formaya qədər dəyişmiş, sivridir, qaidə hissəsində qısa pazşəkilli, dəyirmi və ya az ürəkşəkillidir, kənarları mişarvaridir, qaidəsində daha dərin və çox vaxt ikiqat mişarlıdir; aşağı yarpaqları küt, yuxarı yarpaqları sivridir. Çiçək qrupu uzunsov və ya uzanmış uzunsov olub, qısa saplaqda yerləşmiş boş az çiçəkli yarımçətirlərdən ibarətdir; çiçək qrupunun saplağı qısa vəziciklidir. Tac 5-7 mm uzunluqdadır, qonur-qırmızı rənglidir, yaşılımtıl borucuğu vardır; üst dodaq alt dodaqdan uzundur. Qutucuğun uzunluğu 5-8 mm olub, şarşəkilli-yumurtaşəkillidir, sivridir, kasacıqdan 3-4 dəfə uzundur. May-iyul (avqust) aylarında çiçəkləyir, iyun-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, Lənk.
Eltun Yaqublu
Eltun Sofik oğlu Yaqublu (19 avqust 1992, Bakı) — Səbail klubunun kapitanı və müdafiəçisi .
Fiqurlu konkisürmə
Fiqurlu konkisürmə — musiqinin müşayiəti ilə ediləcək rəqsin, ya da nümayişin mövzusuna uyğun kostyumlarla reallaşdırılan idman növü. Yarışma məcburi hərəkətlər və sərbəst fiqurların bir kombinasiyasından meydana gəlir. Qış Olimpiya idman növlərinə daxildir. Avropa çempionatı, Dünya çempionatı, Dörd Qitə çempionatı və İSU Grand Prix yarışmaları kimi yarışlar təşkil edilir. Olimpiadalar səviyyəsində yarışmalar təşkil edilən Buz Rəqsi, Cütlər, Təklər növlərdən başqa xeyli çox dəyişik şəkildə icra edilə bilər (dördlü ya da 10-12 şəxsiyyət qruplar halında). == Fiqurlu konki sürmə == Bu idman növündən adətən qışda istifadə edirlər. Bu idman növü həm də hobbi ola bilər .Fiqurlu konki sürərkən cüt və tək durmaq olar. Ən əsası isə doğru konki seçimidir. Ən məşhur və yaxşı konki firması JACKSON firmasıdır. Bir çox insanlar konki alarkən ölçü seçimi onlara çətin gəlir.Bu idman növü sizi şəxsi dünyanızdakı kimi hiss etdirir.Hər bir hərəkət çətin gəlsədə ozünüzə inansanız nəticəni gördükdə çox sevinəcəksiniz.Mən özüm də fiqurlu konki sürürəm.Artıq bir ildir ki,ilk addımlarımı atıram.Və sizə deyə biəcəyim odur ki,əgər siz də fiquristka olmağı arzulayırsınızsa heç vaxt "alınmayacaq","bacarmaram" deməyin.Çoxlu məşqlər nəticəsində sizdə hər hərəkət alınacaq.
Fərman Yaqublu
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Nəsiman Yaqublu
Yaqublu Nəsiman Qara oğlu (1962, Zəngilan rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb.
Tofiq Yaqublu
Tofiq Rəşid oğlu Yaqublu (6 fevral 1961, İncəoğlu, Bolnisi rayonu) — azərbaycanlı siyasətçi, Müsavat Partiyasının və Milli Şuranın üzvü, Müsavat Partiyasının sabiq sədr müavini (2010–2018). Tofiq Yaqublu 1961-ci il fevralın 6-da Gürcüstan SSR-in Bolnisi rayonunun İncəoğlu qəsəbəsində anadan olub. Azərbaycan Kooperasiya İnstitutunu bitirib. Tofiq Yaqublu 1992–1993-cü illərdə Binəqədi rayonunun icra başçısının müavini vəzifəsində çalışıb.[mənbə göstərin] 1992-ci ildən "Müsavat" Partiyasının üzvüdür. Partiyanın Binəqədi rayon şöbəsinin sədri, "Müsavat" Məclisinin üzvü, "Müsavat" Partiyası sədrinin müavini olub. "Yeni Müsavat" qəzetinin yazarı olub. Tofiq Yaqublu 1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.[mənbə göstərin] 2013-cü il İsmayıllı hadisələrində icra başçısının istefası tələbi ilə etirazlar olmuş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Tofiq Yaqublu hadisədən bi gün sonra yanvarın 24-də İsmayıllı rayonuna səfərə gəlmiş, şəhərdə polis tərəfindən saxlanılaraq məcburi qaydada Bakıya geri qaytarılmışdır. Yanvarın 26-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında İsmayıllı hadisələrinə ReAl sədri İlqar Məmmədov və Tofiq Yaqublunun səbəb olduğu bildirilmişdir. Yanvarın 29-da Tofiq Yaqublu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılaraq, onun İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra sərbəst buraxılmışdır.
Yaqublu (Abaran)
Yaqublu (Təzə Kələş.) — İrəvan quberniyasının Eçmiadzin qəzasında, kənd. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Təzə Kələş olmuşdur. Kənddə 1897-ci ildə 120 nəfər, 1908-ci ildə 200 nəfər, 1914 - cü ildə 213 nəfər, 1916-cı ildə 208 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya edilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Yaqublu (Başkeçid)
Yaqublu — Gürcüstan Respublikasının Aşağı Kartli quberniyasının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Yaqublu (Dmanisi)
Yaqublu — Gürcüstan Respublikasının Aşağı Kartli quberniyasının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Yaqublu (Gədəbəy)
Yaqublu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Yaqublu kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XVIII əsrdə Tovuz rayonunun Qazıqulu kəndindən gəlmiş Yaqub ağa adlı şəxs saldığı üçün belə adlandırılmışdır. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 238 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yaqublu (Oğuz)
Yaqublu — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasında "Yaqublu" toponiminə hazırda Oğuz və Gədəbəy rayonlarında rast gəlirik, lakin tarixi mənbələr göstərir ki, vaxtı ilə İrəvan quberniyasının Zəngəzur və Eçmədzin qəzalarında, Tiflis quberniyasının Dmanisi rayonunda, digər regionlarda da həmin adda kəndlər olmuşdur. Haqqında bəhs edilən Yaqublu kəndi isə ölkəmizin Oğuz (keçmiş Vartaşen) rayonunun cənubunda Oğuz – Mingəçevir – Yevlax – Gəncə şose yolunun kənarında; Oğuz rayonunun mərkəzindən təxminən 20 km. məsafədə Alazan- Əyriçay çökəkliyində yerləşir. Folklor nümunələrində də təsadüf etdiyimiz bu toponimlə yazılı mənbələrdə "Yakublu" formasında, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV–XV əsrlərdə yaşamış məşhur tarixçi Mahmud Xınaluqinin "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri" adlı əlyazmasında rastlaşırıq. Toponimin etimologiyası barədə müxtəlif maraqlı və ziddiyyətli fikirlər vardır. Bəzi tədqiqat əsərlərində "Yaqublu" toponiminin tərkibindəki "Yaqub" sözü yəhudi adı olan Yakovun (İakovun) ərəb forması hesab edilir. Mənası "ardınca, dabanbasdı, izi ilə gələn" kimi izah olunur. Bəzən isə Yaqublu toponimi Yakov adlı udi adı ilə də əlaqələndirilir. Bunların heç bir əsası yoxdur, fərziyyədir və ancaq iddia sayıla bilər.
Yaqublu (Pəmbək)
Yaqublu (Quqark) — Pəmbək mahalının Quqark rayonunda kənd. Yaqublu İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd və rayon mərkəzi. Pəmbək çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaqublu etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1. IV.1945-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud, 25. V.1983-cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur.
Əliqismət Yaqublu
Ağüzlü (Xudabəndə)
Ağüzlü (fars. اغوزلو‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 627 nəfər yaşayır (139 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Vəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 29 km cənubdadır.
Yaqublu kəndi kurqanları
Yaqublu kəndi kurqanları — Oğuz rayonunun Yaqublu kəndi yaxınlığındakı kurqanlar. Ərazidə qeydə alınan 9 kurqandan 4-nün yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağılıb, ya da digər məqsədlər üçün istifadə edilib. Hazırda diametri 60 metr olan kurqanda tədqiqat işləri aparılır. Arxeoloji materiallar bu abidənin Tunc dövrünün sonu, erkən Dəmir dövrünün əvvəllərinə aid olduğunu, həmin dövrlərdə bu regionun güclü iqtisadiyyata malik olduğunu, daxili və xarici ticarətin, sənətkarlığın, xüsusilə metal işləmə, dulusçuluq və digər sənət sahələrinin yüksək səviyyədə inkişaf etdiyini deməyə əsas verir.
İnsan fiqurlu şahmat
"İnsan fiqurlu şahmat" şahmatın bir növüdür və burda fiqruları insanlar əvəz edir. İnsan fiqurlu şahmat adətən açıq havada və ya böyük şahmat lövhəsi üzərində oynanılır. İntibah dövrünün sərgilərində tez-tez oynanılırdı. İnsan fiqurlu şahmat səhnə döyüşü təlimi keçmiş aktyorlar tərəfindən xoreoqrafiya səhnələri göstərilir. Həqiqətən fiqurun götürülüb götürülmədiyini fiqur vuranları təmsil edən xoreoqrafiya döyüşçüləri müəyyən edir. Alternativ olaraq fiqurlar "Yaradıcı Anarxizm Cəmiyyəti" tərəfindən istifadə edilən qaydaları izləyərək boks edə bilərlər Kostyumlu insan fiqurlu şahmat 1923-cü ildən Venesiya yaxınlığında, İtaliyanın Marostika şəhərində hər iki ildən bir sentyabrın 2-ci həftəsində səhnələşdirilir. Oyun 1454-cü ildə iki aşiq gənc cənab arasında qadının kimin olmasına qərar vermək üçün oynanılan əfsanəvi oyun anılır. 2004-cü ildə "Metrocon" şirkəti ilk animasiyalı insan fiqurlu şahmat yaratdı və keçirtdi. Bu ilkin ssenari idi və döyüş xoreoqrafiyasından istifadə edilirdi. O vaxtdan etibarən, Bostondan tutmuş Manifest animasiyalarina qədər öz miqyasina görə fərqlənən digər animasiyalar ilə bağlı konvensiyalar şahmat fiqurlarında insanların animasiya və ya videooyun qəhrəmanlarını canlandırdığı insan şahmatını əks etdirdilər.
Məhəmməd Xurşid Daquqlu
Məhəmməd Xurşid Daquqlu — folklorşünas, ədəbiyyatşünas, publisist Məhəmməd Xurşid Daquqlu 1932-ci ildə Kərkükə bağlı Daquq qəsəbəsində anadan olmuşdur. Hələ 1 ayı tamam olmamış anasını itirmiş, bacısının himayəsində böyümüşdür. 1947-ci ildən başlayaraq bir il Ərbil şəhərində, üç il Duxoq və Bakubə şəhərlərində təhsil alır 1952-ci ildə diplomunu aldıqdan sonra Havicə qəsəbəsində 8 il müəllim kimi çalışır. Həmçinin, bu illərdə Ziraat Meslek Lisesinə aid yataqxananın müdiri vəzifəsini icra etmişdir. M.Xurşidin təyinatı 1966-cı ildə Daquq şəhərinə verilir. Buradakı 9 illik müəllimlik fəaliyyətinin son 3 ilini İmam Zeynalabidin kəndində tamamlayır. 1970-ci ildən Kərkükdə bir neçə məktəbdə müəllimliklə məşğul olur. 1983-cü ildən təqaüdə ayrılır. 1960-cı ildə ailə qurur. Bu evlilikdən 7 övladı dünyaya gəlir.
Qumlu (Qürvə)
Qumlu (fars. قاملو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 713 nəfər yaşayır (171 ailə). Əhalisini kürdlər təşkil edir.
Qumlu (ada)
Qumlu adası — Laptevlər dənizində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 74 km aralıda yerləşir. Materiklə arasındakı məsafə isə 62 km-dir. Ada atolla bənzər formaya malikdir. Şimaldan cənubda diğru əyilir. Uzunluğu 12 km təşkil edir. Daxili hissədində laqun yerləşir. Adada yaşayış əlaməti yoxdur. İlin böyük qismi buzla öttülü olur. Burada fırtınalar müşahidə edilir.
Qumlu (Çaroymaq)
Qumlu (fars. ‎‎‎‎‎قملو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.