Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəriman
Fəriman — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Fəriman şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 32,610 nəfər və 8,203 ailədən ibarət idi.
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Surikat
Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş yayılmışdır. Əvvəllər Madaqaskarda da rast gəlinib. == Yayılması == Manqustlar fəsiləsinə aid olan surikatlar əsasən ağacların bitmədiyi daha açıq və boş torpaqlarda yaşayırlar. Onları savannalarda və açıq düzənliklərdə tapmaq olar. == Təsviri == Surikatlar kiçik manqustlara aid olduğundan onların çəkisi 700-750 qramdır. Surikatın başı ilə birlikdə bədəninin uzunluğu 25-35 sm, quyruğunun uzunluğu isə 17,5-25 sm olur. Surikatların diş formulu belədir: I 3 3 C 1 1 P 3 3 M 2 2 , {\displaystyle I{3 \over 3}C{1 \over 1}P{3 \over 3}M{2 \over 2}\,\,,} (burada I {\displaystyle I} - kəsici dişlər, C {\displaystyle C} - köpək dişləri, P {\displaystyle P} - kökaltı dişləri M {\displaystyle M} - azı dişləri) onların sayı 36-dır. Tüklərinin rəngi adətən narıncı-qəhvəyi rəngdə olur. Bütün surikatlarda xarakterik olaraq qara zolaq vardır.
Şərikan
Şərikan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd. Şərikan qəsəbəsi Mincivan-Qafan dəmiryolu stansiyası əsasında yaranmışdır. Keçmiş adı Kazarma olmuşdur. Yaşayış məntəqəsi vaxtilə mövcud olmuş Şərikan kəndindən köçüb gəlmiş ailələrin Bakı-Yerevan dəmiryolunun 32-ci km.-liyində salındığına görə Otuzikinci də adlanmışdır. Yaşayış məntəqəsi sonralar qədim Şərikan kəndinin adı ilə adlanmışdır. Güman etmək olar ki, oykonim "Karıklı yer" mənasındadır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Erika
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Aerikan İmperiyası
Aerika imperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət. Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika imperiyası"ndan götürülüb. 2000-ci ildə "The New York Times" qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir. İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir. Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir. == Tarixi == Aerika imperiyasının əsası 8 may 1987-ci ildə kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi. İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və imperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı.
Bərikab (Xudabəndə)
Bərikab (fars. باريك اب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (40 ailə).
Feriköy Məzarlığı
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq. == Haqqında == Məzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar. == Məzarlıqdakı azərbaycanlıların xatirəsi == 2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb. == Məzarlıqda dəfn olunan məşhurlar == Şəmsəddin Sami - alban əsilli türk yazıçı və tədqiqatçı Əli Sami Yen - türk futbolçu Keriman Xalis Ece Tamer - Türkiyənin ilk "Dünya Gözəli" Turqut Özatay - türk aktyor Ahmet Mete Işıkara - türk alim === Məzarlıqda dəfn olunan azərbaycanlılar === Əhməd bəy Ağaoğlu - dövlət xadimi Difai təşkilatının qurucusu Xəlil bəy Xasməmmədli - Azərbaycanın ilk ədliyyə naziri. Xosrov bəy Sultanov - Azərbaycanın ilk müdafiə naziri. Qulam Mirzə Şərifzadə - 1919-1920-ci illərdə Azərbaycan Dövlət teatrının direktoru. Sürəyya Ağaoğlu - Türkiyənin ilk qadın millət vəkili.
Feriköy qəbiristanlığı

Fəriman şəhristanı
Fəriman şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəriman şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 86,428 nəfər və 20,925 ailədən ibarət idi.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi. Təsis qurultayının keçirilməsi üzrə təşəbbüs qrupu yenidən hakimiyyət orqanlarına qurultay keçirilməsi üçün 4, 5, 11, 12, 18, 19, 25 və 26 noyabr və ya dekabr ayının birinci həftəsonunda yer verilməsi ilə bağlı müraciət etmişdir.
Sübhi Bərəkat
Sübhi Bərəkat (1889, Antioxiya – 1939, Antakya, Hatay ili) — Fransanın mandatı dövründə ilk Suriya prezidenti (1922–1925). == Ədəbiyyat == Şükrü Balcı. Suriye eski devlet ve meclis reisi Suphi Berekât'ın iştediği şehadet. 1949.
İnqilabçı Hərəkat
İnqilabçı Hərəkat (türk. Devrimci Hareket) və ya tam adı ilə İmperializmə və Oliqarxiyaya Qarşı İnqilabi Hərəkat (türk. Emperyalizme ve Oligarşiye Karşı Devrimci Hareket) — İnqilab yolu ənənəsinin davamı olaraq nəşr olunan aylıq siyasi jurnaldır. Bu günə kimi 49 sayı işıq üzü görüb, ilk nömrəsi 1 fevral 1997-ci ildə çap olunub. 2004-cü ildə jurnalın yazarlarından olan Öndər Babatın öldürülməsi 2007-ci ildə THKP-C/Dev-Yol əməliyyatı zamanı jurnalla əlaqəsi olan bir çox adamın məhkəməsi, 2010-cu ildə isə baş redaktorunun məhkəməsi ilə gündəmə gəlmişdir. == İstinadlar == == Xarici keçidlər == Derginin sitesi Arxivləşdirilib 2016-01-20 at the Wayback Machine Twitter Arxivləşdirilib 2016-04-18 at the Wayback Machine Facebook Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine Dergi Sahibine "Anonim Örgüt Propagandası"ndan Ağır Ceza Devrimci Hareket Dergisi:Yazarımız Mehmet Yeşiltepe Bir Komployla Karşı Karşıya Yeşiltepe neden içeride?
Aerika İmperiyası
Aerika imperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət. Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika imperiyası"ndan götürülüb. 2000-ci ildə "The New York Times" qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir. İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir. Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir. == Tarixi == Aerika imperiyasının əsası 8 may 1987-ci ildə kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi. İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və imperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı.
Aythya ferina
Qırmızıbaş qaraördək (lat. Aythya ferina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Ferhat Göçer
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Feriki sani
Feriki sani (Osmanlı dili: فریق ثانی) və ya qısaca (Osmanlı dili: فریق), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və Feriki əvvəl rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general-leytenant ilə general-mayor hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Feriki sani rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Feriki əvvəl
Feriki əvvəl (Osmanlı dili: فریق اول), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən müşir və feriki sani rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Fəriba Vəfi
Fəriba Vəfi (az-əbcəd. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir.
Milliyyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. == Tarixi == === 1969–1980 === MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Milliyətçi Hərəkat Partiyası

Çevik Hərəkat Dəstəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
Çevik Hərəkat Qüvvələri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
Erika Lorents
Erika Lorents (d. 18 fevral 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Erika Lorents, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Erika Lorents, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.