Şərikan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd.[1]
Şərikan | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 680 m |
Şərikan qəsəbəsi Mincivan-Qafan dəmiryolu stansiyası əsasında yaranmışdır. Keçmiş adı Kazarma olmuşdur. Yaşayış məntəqəsi vaxtilə mövcud olmuş Şərikan kəndindən köçüb gəlmiş ailələrin Bakı-Yerevan dəmiryolunun 32-ci km.-liyində salındığına görə Otuzikinci də adlanmışdır. Yaşayış məntəqəsi sonralar qədim Şərikan kəndinin adı ilə adlanmışdır. Güman etmək olar ki, oykonim "Karıklı yer" mənasındadır.[2]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |