Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Qulucan (Ərtik)
Qulucan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. Urartu yazısında Kuliaini formasında göstərilib.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim VI–VII əsrlərə aid Çin mənbələrində göstərilən tayfalarında olan quliqan etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q-c (qan~can) səs dəyişməsi qanunauyğun haldır. q-c səsdəyişməsi Azərbaycan toponimində də (Adərbadqan > Adirbadqan > Adərbayqan > Azərbaycan) özünü göstərmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31. V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Spandaryan qoyulmuşdur. Burada ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1878-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur.
Ərtik (şəhər)
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Ərtik rayonu
Ərtik rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel mahalı ərazisində inzibati–ərazi vahidi. Rayon mərkəzi Ərtik şəhəridir. Ərtik rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 632 kv km-dir. Rayon mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Ərtik şəhəri yaxınlığında e.ə. XIV-XI əsrlərə aid katakombalar aşkar edilib. Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi (h. 4095 m) Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür.
Fərik Poladbəyov
Fərik Egit Poladbəyov (kürd. Fêrîkê Egît Polatbêkov)) və ya Fyodor Matveyeviç Lıtkin (rus. Федор Матвеевич Лыткин; 1897, 14 avqust 1897 və ya 2 (14) avqust 1897, İrkutsk vilayəti – 16 noyabr 1918) — kürd əsilli SSRİ siyasətçisi, şairi, jurnalisti, bolşevik inqilabçısı. O, Sibirdə sovet hakimiyyətinin qurulmasında iştirak etmişdir. == Həyatı == Fərik Poladbəyov 1897-ci ildə Rusiya imperiyasında, İrkutsk vilayətində anadan olmuşdur. Onun atası, yezidi əsilli Egit indiki Türkiyəyə bağlı Qars vilayətinin Diqor rayonunun Xarabadiqor (indiki Uzunqaya) kəndindəndir, lakin sonradan Sibirə sürgün edilmişdir. Poladbəyovun anası rus əsilli Anna Kartaşeva olmuşdur. O, 1907-ci ildə ailəsi ilə birlikdə atasının doğulduğu Qars vilayətinə, Diqora qayıtmış və həyatını orada davam etdirmişdir. Onun Baso adlı bir qardaşı, Nure və Marusya adlı iki bacısı var idi. Rusdilli sənədlərdə onun adı Fyodor Lıtkin kimi hallanır.
Hertia
Hertia (lat. Hertia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Othonnopsis Jaub.
Hərtiz
Hərtiz, Hərtis — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Hərtis kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi öz adını ərazidəki Hərtis dağının adından almışdır.
Lervik
Lervik (ing. Lerwick — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Sərtlik
Sərtlik — tətbiq edilmiş qüvvənin təsiri altında cismin öz forma və ölçülərinin dəyişilməsinə müqavimət göstərmə qabiliyyəti. Tamamlayıcı anlayış əyilgənlik və ya elastiklikdir: cisim nə qədər elastikdirsə, o qədər az sərtliyə malik olur. Cismin sərtliyi ( k {\displaystyle k} ) elastik bir cismin deformasiyaya qarşı göstərdiyi müqavimətin ölçüsüdür. Bir sərbəstlik dərəcəsinə (SD) malik elastik cisim üçün (məsələn, çubuğun uzanması və ya sıxılması) sərtlik aşağıdakı kimi müəyyən edilir: k = F δ {\displaystyle k={\frac {F}{\delta }}} burada F {\displaystyle F} cismə tətbiq olunan qüvvə δ {\displaystyle \delta } isə qüvvənin eyni sərbəstlik dərəcəsi boyunca yaratdığı yerdəyişmədir (məsələn, uzanan yayın uzunluğunun dəyişməsi) Beynəlxalq Vahidlər Sistemində sərtlik, adətən, metrdə nyutonla ( N / m {\displaystyle {\displaystyle N/m}} ) ölçülür. İmperial vahidlərində sərtlik, adətən, bir düymdə funtla ölçülür. Ümumiyyətlə, elastik cisimdə sonsuz kiçik elementin (nöqtə kimi baxılır) əyilmələri (və ya hərəkətləri) çoxsaylı SD (bir nöqtədə maksimum altı SD) boyunca baş verə bilər. Məsələn, üfüqi dayaq üzərindəki bir nöqtə, deformasiya edilməmiş oxa nəzərən həm şaquli yerdəyişməyə, həm də fırlanmaya məruz qala bilər. M {\displaystyle {\displaystyle M}} sərbəstlik dərəcəsi olduqda nöqtədəki sərtliyi təsvir etmək üçün M × M {\displaystyle {\displaystyle M\times M}} matrisindən istifadə edilməlidir. Matrisdəki diaqonal şərtlər eyni sərbəstlik dərəcəsi boyunca birbaşa əlaqəli sərtliklərdir (və ya sadəcə sərtliklər), diaqonaldan kənar şərtlər isə iki fərqli sərbəstlik dərəcəsi (eyni və ya fərqli nöqtələrdə) arasındakı birləşmə sərtlikləridir. iki fərqli nöqtədə eyni sərbəstlik dərəcəsi.
Çəltik
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Çərmik
Çərmik (türk. Çermik ) — Türkiyənin Diyarbəkir ilində şəhər və rayon. İnsanlar qədim zamanlardan bu yerlərdə yaşayıblar. Sonradan şəhər müxtəlif dövlətlərin bir hissəsi idi. Qədim Avarn şəhərinin burada yerləşdiyi güman edilir. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olmuşdur.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Erotik film
Erotik film - kinematoqrafiyanın janrlarından biridir. Pornoqrafik filmlərdən fərqli olaraq bu filmlərdə personajların bədənlərinin çox hissəsi göstərilmir. Bu janrda çəkilən film seanslarına pornoqrafik filmlərdə olduğu kimi 18 yaş üzəri olan şəxslər buraxılır. Ən çox ABŞ və Avropa ölkələrində bu janrda film çəkilir. O cümlədən bəzi Azərbaycan filmlərində də erotik səhnələrə rast gəlmək olar.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Filips Kertis
Filips Kertis (30 yanvar 1737 – 26 sentyabr 1794, İvri-sür-Sen) — Mariya Tüssoya mum modelləşdirmə sənətini öyrətmiş İsveçrə həkimi və balmumu modelçisi.Madam Mariya Tüsso onun qardaşı qızı olubdur.Atası ölən Mariya Tüsso və anasını öz əmisi himayəsinə alıb. == Həyatı == Marie Grosholtz, gələcək Marie Tussaud, anası ev işçisi olduğu Curtius'un Berndəki evində yaşayırdı. Mari onu 'əmi' adlandırdı və bir çox cəhətdən ata fiquru idi. Mumi modelləşdirmə bacarığından istifadə edən Curtius, həkim olaraq anatomiyanı və bəzən ziyarətçilərin əyləncəsini göstərmək üçün istifadə etdi. Sonradan portretlər çəkməyə başladı. Curtius, Prince de Conti tərəfindən heyran olan gözəl anatomik mum modelləri yaratdı. 1765-ci ildə Curtius, tibbi karyerasından imtina etməyə və Parça'ya köçməyə razı oldu, burada bir sənət sənəti olaraq mum modelləşdirmə təcrübəsi ala bildi, kabinet kabinetini (mum sərgisi) qurmağa başladı.Həmin ildə Jean Bécu'nun mum işini etdi, sonradan Marie Jean du Barry, Louis XV'nin mistressi olacaq. Bu qəlibin bir tökmə, hazırda ekranda olan ən köhnə əsəridir. Onun Parisdəki evinə günün bir çox istedadlı adamı baş çəkdi. Marie və anası Curtius'a qoşulmaq üçün Parisə köçdü.
Fərmin Əliyev
Fərşid Rostami
Fərşid Rüstəmi
Gərdik (Urmiya)
Gərdik (fars. گرديك‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 838 nəfər yaşayır (136 ailə).
Gərtək (Sərdəşt)
Gərtək (fars. گرتك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (7 ailə).
Kerçik çayı
Bıstraya — Kerçik — Rusiya Federasiyasının ərazisindən axan çay. Don çayının qolu olan Aksay çayının sağ qolunu təşkil edir. Üstəlik həcminə görə onun ikinci qoludur. Çayın uzunluğu 64 km, hömzəsinin sahəsi isə 652 km² təşkil edir. Kerçik tipik çöl çayıdır. Çay özü ilə bərabər çoxlu sayda çöküntü materalı gətirir. Bu çöküntülər Aksay çayının lilləşməsinə səbəb olur Kerçik → Aksay → Don. == Adı == Mokrı Kerçik çayı adı Suxoy Kerçik adından fərqləndirmək məqsədi ilə deyilir. Çayın adı digər obyeklərə qoyulmuşdur: Kerçik stansiyası, Kerçik qəsəbəsi, Kerçik kəndi, Kerçik-Savrov xutoru və Mokrı Kerçik qəsəbəsi. == Axarı == Çay başlanğıcını Dones vilauətinin Kerçik stansiyasının cənubundan götürür.