Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fokus Pokus (film, 1993)
Fokus Pokus (orijinalda ing. Hocus Pocus) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi. Film, Massaçusetsstatının Salem şəhərində bakir yeniyetmə oğlan (Omri Katz) tərəfindən Hellouin gecəsi təsadüfən həyata qaytarılmış üç qəddar cadugərdən (Bett Midler, Sara Cessika Parker, Keti Nacimi) bəhs edir. Film, Mik Qarris və Neyl Katbert tərəfindən yazılmış ssenari əsasında Kenni Orteqanın rejissorluğu ilə çəkilmişdir. Film ABŞ-da 16 iyul 1993-cü ildə Walt Disney Pictures tərəfindən çıxarılmışdır. Çıxarıldığı il film, tənqidçilər tərəfindən əsasən mənfi qarşılanmış, neqativ və ya qarışıq rəylər almış, həmçinin kassa uğuru əldə edə bilməmişdir. Eyni zamanda, ehtimal ki, filmin kinoteatr yayımı zamanı Disney təxminən $16.5 milyon ziyana uğramışdır. Lakin, Disney Channel və Freeform (keçmiş ABC Family) telekanallarında hər il oktyabr ayında təkrar göstərilməsi izləyicilərin filmi yenidən kəşf etmələrinə imkan yaratmış, beləcə ilbəil Hellouin ərəfəsində filmin ev nümyişi üçün satışları artmışdır. Film Hellouinlə əlaqəli kult filmi statusu qazanmışdır. Filmin sikveli olan Fokus Pokus 2 30 sentyabr 2022-ci ildə Disney+ striminq xidmətində debüt etmişdir.
Fokus
Fokus-qrup — son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biri Fokus (Həndəsə) — Fokus Pokus (film, 1993) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi.
Fokus-qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fokus (Həndəsə)
"Fokus" sözü latın dilində "ocaq", "od" deməkdir. Bu termini elmə Kepler daxil etmişdir(1604). O bu sözü ərəblərdən tərcümə etmişdir. Ərəblər parabolanın foksuna "alışma nöqtəsi", parabolanın özünə isə "alışdırıcı güzgü" deyirlər. Kepler bu termini ellipsin və hiperbolanın fokuslarına da aid etmişdir. Ellipsin foksu - Ellips müstəvinin, verilmiş iki nöqtəsindən məsafələri cəmi sabit olan nöqtələr çoxluğudur. Həmin iki nöqtə ellipsin fokusları adlanır. Parabolanın foksu - Parabola, müstəvinin verilmiş nöqtəsindən və verilmiş düz xəttindən eyni məsafədə olan nöqtələr çoxluğudur. Həmin nöqtə parabolanın foksu adlanır. Hiperbolanın foksu - Hiperbola müstəvinin verilmiş iki nöqtəsindən məsafələri fərqinin modulu sabit olan nöqtələr çoxluğudur.
Fokus Qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fikus
Fikus (dekorativ bitki)
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Lokus
Lokus — biologiyada xromosomda genin yerləşdiyi nahiyə. Lokusların hər hansı genom üçün sıra sayı genetik xəritə adlanır. == Təsnifat == Misal: "6p21.3". Anoloji olaraq uzun qola da təbiq olunur. Misal üçün "11q1.4-q2.1" göstərir ki, genin lokusu XI xromosomun uzun qolunda, yarımzolaq 4 ilə zolaq 1-in və yarımzolaq 1 ilə zolaq 2-nin arasındadır.
Fokis
Fokida və ya Fokis ( yun. Φωκίδα və ya Φωκίς) — Mərkəzi Yunanıstanda nom. Yupiterin peyki Avropa üzərindəki Fokida menderi onun şərəfinə adlandırılmışdır. Fokida İttifaqının mərkəzi idi. Eramızdan əvvəl 280-ci ildən sonra Fokida Etoliya İttifaqına qoşulmuşdur, lakin Fokida Liqası eramızdan əvvəl 146-cı ilə qədər mövcud olmağa davam etmişdir. Makedoniya və Axeya adlı yeni Roma əyalətlərinin yaranması ilə bütün Yunanıstan şəhər ittifaqları məhv edilmişdi, lakin bir müddət sonra romalıların razılığı ilə Fokida İttifaqı bərpa edilmişdi.
Foks
Foks (ad)
Böyük çöküş
Böyük Çöküş (ing. Big Crunch) — nəzəriyyəsi Big Bangdən (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək. Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Alimlər büzülən kainatın sonunda "Big Crunch" (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir: "Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəsiniz… Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu tapdıq: mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulasiyasının ortasında ola bilərik".
Fobus Levene
Fobus Aaron Teodor Levene (ing. ; 25 fevral 1869 və ya 1869 – 6 sentyabr 1940 və ya 1940, Nyu-York, Nyu-York ştatı) — amerikalı biokimyaçı, nuklein turşularının strukturunu və funksiyasını öyrənmişdir. O, DNT və RNT-ni xarakterizə etmiş və DNT-nin adenin, quanin, timin, sitozin amin əsaslarından, dezoksiriboza monosaxaridindən və fosfat qrupundan ibarət olduğunu tapmışdır. Sonradan Rusiya İmperiyasının tərkibinə daxil olan Litvanın Çaqaro şəhərində Litvak (Litva Yəhudi) ailəsində dünyaya gəlmişdir. Fişel Rostropoviç Levene Sankt -Peterburqda böyümüşdür. Orada İmperator Hərbi Tibb Akademiyasında (1891-ci ildə doktorluq dərəcəsi alıb) tibb təhsili alır və biokimyaya böyük marağı yaranır. 1893-cü ildə antisemitik talanlar səbəbiylə ailəsi ilə birlikdə ABŞ-yə köçür və Nyu-Yorkda tibblə məşğul olur. Levene Kolumbiya Universitetinə yazılır və boş vaxtlarında şəkərlərin kimyəvi quruluşu ilə bağlı məqalələr dərc edərək biokimyəvi tədqiqatlar aparır. 1896-cı ildə New York Dövlət Xəstəxanalarının Patoloji İnstitutunda dosent vəzifəsinə təyin edilir, ancaq vərəmdən sağalmaq üçün öz işlərinə fasilə verməli olur. Bu vaxt ərzində zülallar üzrə mütəxəssis olan Albrext Kossel və Emil Fişer də daxil olmaqla bir neçə kimyaçı ilə işləyir.
Qovuqşəkilli fukus
Qovuqşəkilli fukus (lat. Fucus vesiculosus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinin fucus cinsinə aid xromist növü.
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. == Həyatı == Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Foks eksperimenti
Foks körfəzi
Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadası və Sauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazı və Hudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir. Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. == Araşdırılması == Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Meqan Foks
Meqan Deniz Foks (ing. Megan Denise Fox; 16 may 1986, Oak-Ric, Tennessi, ABŞ) — ABŞ aktrisası və manekeni. Ən məşhur çəkildiyi filmləri - "Transformerlər" (2007), "Transformerlər: Məğlubların qisası" (2009) və "Cenniferin bədəni" (2009). Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi. 1999-cu ildə ABŞ-nin Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub.
Metyu Foks
Metyu Foks (ing. Mathew Fox; 14 iyul 1966) amerikalı kinoaktyordur. O, 14 iyul 1966-cı ildə ABŞ-nin Pensilvaniya ştatında anadan olmuşdur. Əsasən, Lost teleserialında ifa etdiyi baş roldan sonra populyarlıq qazanmışdır.
Qay Foks
Qay Foks və ya Quido Foks (təq. 13 aprel 1570, York, İngiltərə krallığı – 31 yanvar (10 fevral) 1606, Vestminster, İngiltərə krallığı) — O, Katolik bir əsgər idi. 5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisədə əməliyyat icraçılarından biri olmuşdur. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır. Hal-hazırda bu, siyasi deyil, əyləncə xarakterli mərasim kimi qeyd olunmaqdadır.
Samanta Foks
Samanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.
Terri Foks
Terri Foks (ing. Terry Fox; 28 iyul 1958, Vinnipeq – 28 iyun 1981, Nyu-Uestminster[d], Britaniya Kolumbiyası) — kanadalı atlet və xərçəngin müalicəsində könüllü surətdə iştirak etmiş aktivist. Terri Foks 1958-ci ildə Kanadanın Manitoba əyalətində yerləşən Vinnipeq şəhərində anadan olmuşdur. Bir ayağı protez olmasına baxmayaraq, 1980-ci ildə başladığı məşhur Ümid marafonu adlı qaçış təşkil etmişdir. Kanadanı bütünlüklə əhatə edən bu marafon sayəsində Terri insanlardan pul yığaraq, xərçəng xəstəliyinin tədqiqatına xərcləməyi düşünmüşdü. Bu yürüyüşdən 9 ay sonra Terri vəfat edir. 1981-ci ildən isə hər il onun adına qaçış turniri təşkil edilir.
Foks (soyad)
Foks — soyad. Aidra Foks Qay Foks — əsgər. Meqan Foks — ABŞ aktrisası. Terri Foks — kanadalı atlet və xərçəngin müalicəsində könüllü surətdə iştirak etmiş aktivist. Metyu Foks — amerikalı kinoaktyordur. Elyar Foks — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Samanta Foks Samanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.
Aidra Foks
Aidra Foks (ing. Aidra Fox; 25 sentyabr 1995[…], Miluoki, Viskonsin, ABŞ) — ABŞ pornoaktrisası və erotik fotomodeli. == Bioqrafiya == Aidra Foks 25 sentyabr 1995-ci il tarixində ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərində polyak, alman və çex mənşəli ailədə doğulmuşdur. Üç böyük bacısı, bir kiçik bacısı vardır. Pornoqrafiya sektoruna 2013-cü ilin oktyabrında 18 yaşında olarkən başladı. Evil Angel, Digital Sin, Hard X, New Sensations, Elegant Angel, Pure Taboo, Girlfriends Films, Jules Jordan Video və Tushy kimi şirkətlərin istehsallarında rol almışdır. Həmçinin Brazzers, Twistys, Digital Desire, Reality Kings və Naughty America kimi müxtəlif veb-saytlarda da fəaliyyət göstərmişdir. Karyerası ərzində Lisa Ann, Manuel Ferrara, Dana DeArmond, Brandi Love, Dani Daniels, Mick Blue və Seth Gamble kimi sektorun məşhur simaları ilə birgə çəkilişlərdə iştirak etmişdir. 2014-cü ilin avqust ayında "Twistys Treat", həmin ilin oktyabrında isə "Penthouse" jurnalı tərəfindən "Pet of the Month" seçilmişdir. İlk anal seks səhnəsi 2014-cü ildə "Anal POV Style" filmində olmuşdur.