Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fürer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.
Fujer-Vitre (rayon)
Fujer-Vitre (fr. Fougères-Vitré) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İl və Vilen. Suprefektura — Fujer-Vitre. Rayon əhalisi 2012-cı ildə 176 038 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 82 nəf / km². Rayon sahəsi — 2152 km².
Le-Füjere
Le-Füjere (fr. Le Fugeret, oks. Lo Fugeiret) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04090. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 224 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş arasında) 99 nəfər iqtisadi cəhətdən, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 70,7%, 1999-cu ildə bu 67,6%). Fəal olan 99 nəfərdən 96 nəfər (54 kişi və 42 qadın), 3 nəfər işsiz (2 kişi və 1 qadın) idi.
Bajer
Bajer (fr. Bagert) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09033. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 58 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 16 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 53,3%, 1999-cu ildə 58.1%). Aktiv olan 16 nəfərdən 14 nəfər (8 kişi və 6 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında 1 nəfər tələbə və ya tələbə, 3 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Duker
Duker (lat. Cephalophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur.Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur.Faker League of Legends Dünya Çempionatını 3 dəfə qazanan iki oyunçudan biridir (2013, 2015, 2016). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır. Faker indiyə kimi turnirlərdən 1,254,240.23 ABŞ dolları qazanmışdır və bu, onu ən çox gəlir əldə edən 64-cü e-idmançı edir. Dünya çempionatlarında qalib gəldiyi üçün oyunda ona aid 3 kostyum var: SKT T1 Zed (2013), SKT T1 Rayz (2015), SKT T1 Sindra (2016).
Fişer
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Flüger
Flüger — küləyin istiqamətini təyin etmək üçün işlədilən avadanlıq. Flügerlər bir sıra hallarda binaların hündür hissələrində memarlıq ornamenti olaraq istifadə olunur.
Fumən
Fumən — İranln Gilan ostanında yerləşən şəhər, Fumən şəhristanının mərkəzi. == Əhali == Əhalisi 27,763, nəfər 7,728 ailədir.
Führer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.
Çubər
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Adam Faver
Adam Fawer (1970[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı roman yazıçısı. İlk romanı "Ehtimalsızlıq" on səkkiz dilə tərcümə edilmiş və "ən yaxşı roman" müsabiqəsində “2006 International Thriller Writers” mükafatını qazanmışdır. 2008-ci ilin aprel ayında da ikinci romanı olan "Empati" yayımlanmışdır. "Empati" 2008-ci ildə almanca, yaponca ve türkcə yayımlanmışdır. Türkiyədəki yayımcısının israrları nəticəsində tamamladığı üçüncü romanı "Oz", 2016-cı ildə yalnız türkcə olaraq yayımlanmış, ancaq mənfi tənqidlərə məruz qalmışdır. Faver Pensilvaniya Universitetində diplom və magistr dərəcələrini tamamlamışdır. Stanford Graduate School of Business də MBAsini etmişdır. Karyerası zamanı Faver; Sony Music, J.P. Morqan və son olaraq da About.com kimi müxtəlif şirkətlər üçün işləmişdir.
Albrext Dürer
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…] – 6 aprel 1528[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir. Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır. == Həyatı == === Ailəsi. İlk illəri. Təhsili (1471–1490) === Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur.
Alnıqara duker
Alnıqara duker (lat. Cephalophus nigrifrons) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Anni Fişer
Anni Fişer (mac. Fischer Annie; 5 iyul 1914, Budapeşt — 10 aprel 1995, Budapeşt) — yəhudi əsilli macar pianoçusu. Təsirli ifası, "danışan", canlı səsləri, nəfis özünəməxsusluğu ilə daha da məşhurlaşmışdır. == Həyatı == Anni Fişer 5 iyul 1914-cü ildə anadan olmuşdur. 1922-ci ildə, 8 yaşında ikən Budapeştdə Bethovenin 1 saylı konsertini ifa etmişdir. Ferens List Musiqi Akademiyasında tanınmış pianoçular Arnold Sekey və Ernst fon Donanyinin sinfində təhsil almışdır. 1933-cü ildə Ferens List adına 1-ci Beynəlxalq Müsabiqənin qalibi olmuşdur. 1940-cı ildə Macarıstan Berlin-Roma-Tokio oxu ölkələrinin ittifaqına qoşularkən həyat yoldaşı ilə birlikdə İsveçə qaçmış və 1946-cı ildə yenidən Budapeştə qayıtmışdır. Ferens List Musiqi Akademiyasında dərs demiş, 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1926-cı ildə etibarən konsertlər vermişdir.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. == Həyatı == 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Ariya Fişer
Ariya Fişer (2 mart 1999) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ariya Fişer, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Auxer lələklivəsi
Auxer lələklivəsi - (lat. Smyrniopsis aucheri Schischk) — Kərəvüzkimilər (Apiaceae Lindl. ) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sraı, ikicinsli və erkəkciklidir.
Auxer süsəni
Auxer süsəni (lat. Iris aucheri) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Ümumi məlumat == Auxer süsəni(Iris aucheri) çoxillik ot bitkisidir. Boyu 10-20 sm olur. Kökümsov gövdəsi yumurtavaridir. 1,5-2,5 sm böyüklüyündədir. Çiçəkləri tək olub, zirvədə yerləşir. 4-5-ci aylarda çiçək açır. == Yayılması == Əsasən Samur-Şabran düzənliyində, Qobustanda, Qubanın quru yerlərində, Kür-Araz düzənliyindən başlamış orta dağ qurşağına kimi kolluqlarda, meşələrdə açıq sahələrdə çox az miqdarda bitir.
Ayla Fişer
Ayla Lenq Fişer (ing. Isla Lang Fisher; 3 fevral 1976, Maskat) — Avstraliyalı aktrisa və yazıçı. Omanda şotland ailədə anadan olmuş və altı yaşında Avstraliyaya köçərək televiziya reklamlarında yer almışdır. Avstraliya istehsalı "Home and Away" opera tamaşasında 1994–1997-ci illər aralığında Şannon Rid rolunu canlandıraraq tanınmışdır. Bu roluna görə iki dəfə Logie mükafatına namizəd göstərilmişdir. Hollivuda keçərək Skubi-Du (2002) filmi ilə uğur qazanmışdır. Burada həmçinin Toy qəzaları (2005), Hot Rod (2007), Böyük Qetsbi (2013), Alış-veriş etirafları (2009) və Yalan illuziyası (2013) filmlərində rol almışdır. == Həyatı == Fişer Omanın Maskat şəhərində Espet Reid və Brayn Fişerin ailəsində anadan olmuşdur. 6 yaşı olarkən ailəsi ilə birlikdə Avstraliyaya köçmüşdür. == Filmoqrafiya == == Kitabları == Fisher, Isla; Reid, Elspeth.
Bobbi Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). == Həyatı == Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Bufer dövlət
Bufer dövlət — müharibə edən (hərbi və ya geosiyasi mənada) dövlətlər arasında yerləşən, onları bir-birindən ayıran və bir-birinə düşmən olan orduların təmasının olmamasını təmin edən ölkələr. Tez-tez "kordon sanitarları" yaratmaq üçün müxalif qüvvələr tərəfindən istifadə olunur. Tez-tez "sanitariya kordonlarını"yaratmaq üçün qarşıdurma qüvvələri tərəfindən istifadə olunur. Zbiqnev Bjezinski özünün “Böyük şahmat taxtası” kitabında əməkdaşlıq etməyə çalışan, bununla da hər iki qonşusunu zəiflədən dördüncü tərəfin xeyrinə dövləti təsvir etmək üçün "bufer dövlət" terminindən istifadə etmişdir.Bəzi ekspertlərin fikrincə, hazırda "GUAM" təşkilatına üzv olan keçmiş SSRİ dövlətləri Rusiya Federasiyasını, Avropa və Asiyanın qonşu "köhnə" dövlətlərini ayıran bufer ölkələrdir.Güclü dövlətlər baxımından bufer dövlətlərin iki funksiyası var: İki güclü ölkənin birbaşa qonşu olmasının qarşısını alaraq, kiçik sürtünmələrin və ya sərhəd münaqişələrinin tez bir zamanda hərtərəfli müharibəyə çevrilməsinin qarşısını almaq. İki ölkədən biri digərinə müharibə elan etdikdə, hücuma məruz qalan tərəfin qarşı tərəfin hücumunu öz ərazisinə çatmamış, bufer dövlətin ərazisində qarşılamaq. Birinci Dünya Müharibəsindən əvvəl bir-biri ilə rəqabətdə olan Almaniya və Fransa arasında Belçika, Lüksemburq, Hollandiya və İsveçrə bufer dövlətlər siyahısına salınmış, hər iki tərəfin bu ölkələr üzərindən bir müharibəyə başlayacağı təqdirdə bu ölkələrin müstəqilliyini və neytrallığını qorumaq üçün xüsusi səylər göstərilmişdir. bu ölkələr vasitəsilə hücum.
Bufer zolaqları
BUFER ZOLAQLARI – meylli və dik yamaclarda səthi su axınlarının birləşərək böyük axın əmələ gətirməsinin qarşısını almaq məqsədilə yamacın eni istiqamətində ot bitkiləri və ya kollardan ibarət zolaqlar. Bufer zolaqları düzəldilərkən onların eni yamacın meylliyindən, uzunluğundan və eroziya prosesinin intensivliyindən asılı olaraq təyin edilir. Yamac çox dik olduqda bufer zolaqlarının eni 2,5-10 m və daha çox, zolaqlar arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər 10-15 m-dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) bufer zolaqları yaratmaq olar.
Bufer zonası
Bufer zonası (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq, milli park və s.) ətrafında müəyyən sahədə (Bufer zonası) təsərrüfat fəaliyyəti məhdudlaşdırılır. Bufer zonası saxlamaqda məqsəd əsas qorunan ərazinin mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini saxlamaqdır.