Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. == Həyatı == Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. == Yaradıcılığı == Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.
İbn Haldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
Əhməd Haldun Tərzioğlu
Əhməd Haldun Tərzioğlu (7 yanvar 1960, Trabzon) — Türk yazıçısı, 2007-cı il Mustafa Necati Səbətçioğlu tarixi roman yarışması laureatı. Tarixi üslubunda yazdığı romanları Azərbaycan dilinə tərcümə olunmuşdur. == Həyatı və kitabları == Əhməd Haldun Tərzioğlu 1960-cı ildə Trabzonun Beşikdüzü vilayətinin Takazlı kəndində anadan olub. universiteti bitirdikdən sonra dövlət məmuru olaraq Türkiyənin bir çox yerlərində çalışıb və 2006-ci ildə öz istəyi ilə təqaüdə çıxaraq özünü tamamilə yazıçılığa yönəltdi. Yazıçının “Göy Tanrının övladları”, “Oğuz xan”, “Hüzün”, “Bizi tufan vurdu”, “Alp Ər Tunqa”, “Güllərin solduğu gün”, “Çiçi xan”, “Komando”, “Türk Kimmerlər/Kimmeriya”, “Nazir bəyi vurdular”, “Teoman xan/Böyük Hun dövlətinin qurucusu”, “Mete xan/Böyük Hun xaqanı”, “Kiok xan/Mete xanın oğlu”, “Hərəm ağası”, “Rəisim Çatlı/Bozqurdların qanunu”, “Çingiz xan/Göy Moğolların başbuğu”, “Tomris xan/Saxaların qadın xaqanı”, “Kür Şad”, “Almatun piri/Həsən Sabbah”, “Alp Urunqu”, “Ağsaçlılar məclisi/Dövlətin qoruyucuları”, “Səlcuq bəy/Bir dövlətə ad verən ata”, “Toğrul və Çağrı bəy/Dövlət yolunda”, “Alparslan/Zəfərlər əsri”, “Darağacında bir bozqurd”, “Provokator”, “Göytürklər”, “Moğol”, “ Sevda üzərinə məmləkət hekayələri” və tarixi araşdırma kitabı olan “Hunlarda çılğındı/Hun Türklərinin çılğın tarixi” adlı əsərləri yayımlanıb. Tanınmış filimlərin senarisini yazmış, Türk tarixinə maraq göstərən yazıçının kitabları 2004-cü ildən etibarən çap olunmağa başlamışdır. 2007-ci ildə Mustafa Necati Səbətçioğlu tarixi roman yarışmasında “Alp Ər Tunga” adlı tarixi romanı ilə qalib olan yazıçının eyni zamanda teatr, hekayə sahəsində də bir çox uğurlar əldə etmişdir. Hal hazırda Mərsin şəhərində yaşayıb yaradır.
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Talkan
Talkan (şirniyyat) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Balkan
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Hallux
Hallux rigidus – ayağın IMTF oynaq yarığının daralması ilə bağlı hərəkət məhdudluğu və ya hərəkətsizlik. X-ray – OA mənzərəsi yaranır. PA-dan fərqli olaraq iltihab əlamətləri daha zəifdir. valgus – ayağın I barmağının tışa doğru əyilməsi.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Aykun
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həmdə Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Hayku
Hayku (yap. 俳句) - yapon poeziyasındakı janrlardan biridir. Hayku 3 sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Balkan Kuboku
Balkan Kuboku — Balkan ölkələrindən Avropa kuboklarına qatılmayan klub komandaları arasında təşkil olunmuş turnir. == Tarixi == 1960-cı ildən başlayan bu turnir, Türkiyənin Fənərbaxça klubunun prezidenti Faruk İlqaz tərəfindən irəli sürülən təkliflə 1967-də Balkan İkinciləri Kuboku adı ilə təşkil olundu. 28 dəfə oynanılan bu turnir 1994-cü ildən etibarən keçirilmir.
Balkan Muharibəsi
Balkan müharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı muharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Muharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur. == Tarixi == 1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər.
Balkan Yarımadası
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan dağları
Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uzunluğu 600 km-dir. Balkan dağları Dəmirqapı boyunca Dunay çayının keçdiyi cənubi Karpat dağlarının təbii davamıdır. Bu dağlar "Balkan yarımadası" və "Balkanlar" coğrafi adlarının əsasını təşkil etmişdir. Bu dağ ölkəsinin ərazisi XX əsrin 70-ci illərinin sonlarından sovet və Bolqarıstan coğrafiyaşünasları tərəfindən etibarən tədqiq olunmağa başlanmışdır. Elmi işlər Stara Planina və Qafqazın ərazilərinin müqayisəli tədqiqatı proyektinin bir hissəsi idi və ona SSRİ EA Coğrafiya İnstitutunun direktoru İ. P. Gerasimov və Bolqarıstan EA Coğrafiya İnstitutunun direktoru J. S. Qlıbov rəhbərlik edirdi. Qədim dövrlərdə dağ silsiləsi Hem, Em (q.yun. Αἶμος, lat.
Balkan dilləri
Balkan dilləri— Balkan dilləri beş ayrı qrupa ayrılmaqdadır. 1. Slavyan dillərini danışanlar, 2.Latın mənşəli dilləri danışanlar, 3.Rumca danışanlar, 4.Albanca danışanlar, 5.Türkcə danışanlar. == Slavyan dillərini danışanlar == 1. Slavyan dillərini danışanlar :Bu dil qrupu da üç əsas hissəyə ayrılır. Ən başda Serbiyada serbcə, Bosniya Herseqovinada boşnaq dilində, Monteneqroda monteneqro dilində və Xorvatiyada xorvat dilində təxminən 20 milyon insan tərəfindən danışılan serb və xorvat aksentləri gəlir. İkinci qrupa makedon dili və bolqar dilində danışanlar və ümumi olaraq 9 milyona yaxınlaşan köhnə Yuqoslaviya və Bolqarıstanda yaşayan slavyanlar təşkil edir. Üçüncü Slavyan qrupuna isə slovenlər və sayları az olan çexlərlə, slovaklar meydana gətirir. Bunların əksəriyyəti balkan yarımadasının şimalında yaşayırlar. === Latın mənşəli dilləri danışanlar === 2.
Balkan ittifaqı
Balkan İttifaqı — 1912-ci ildə Şərqi pravoslav krallıqlarına aid olan Yunanıstan, Bolqarıstan, Serbiya və Monteneqro dövlətlərinin həmin dövrdə Avropanın cənub-şərqinin çox hissəsinə nəzarət edən Osmanlı İmperiyasına qarşı yaratdığı dördtərəfli ittifaq idi. 1900-cü illərin əvvəllərindən etibarən Makedoniyada partizan hərəkatının başlanması, ardınca Osmanlı ərazisində baş vermiş "Gənc türklər" inqilabı və Bosniya böhranı Balkanlardakı siyasi vəziyyəti bir xeyli gərginləşdirmişdi. 1911-ci ildə başlamış olan İtaliya-Osmanlı müharibəsi Osmanlı İmperiyasını zəiflətmiş, Balkan dövlətlərini isə daha da ruhlandırmışdır. 13 mart 1912-ci ildə Serbiya və Bolqarıstan krallıqları Rusiya imperiyasının təsiri altında Avstriya-Macarıstan əleyhinə birgə fəaliyyət göstərmək məqsədilə ittifaq müqaviləsi imzaladı. Həmin müqavilə əslində Avstriya-Macarıstana qarşı imzalansa da, onun gizli maddələrindən birində bu ittifaqın Osmanlı İmperiyası əleyhinə fəaliyyət göstərəcəyi də qeyd olunurdu. Bunun ardınca, Serbiya ilə Monteneqro və Bolqarıstanla Yunanıstan arasında da eyni ikitərəfli ittifaq müqavilələri imzalandı. Bu ittifaq 1912-ci ilin oktyabrında başlamış Birinci Balkan müharibəsində qələbə qazandı və demək olar ki, Osmanlı İmperiyasının Avropada sahib olduğu əraziləri tamamilə işğal etdi. Bu qələbəyə baxmayaraq, ittifaq üzvləri arasındakı fikir ayrılıqları davam edirdi. Nəticədə, 16 iyun 1913-cü ildə Bolqarıstanın keçmiş müttəfiqləri üzərinə hücuma keçməsi ilə birlikdə İkinci Balkan müharibəsi başlandı. == Arxa plan == 1856-cı ildə başa çatmış Krım müharibəsindən sonra Rusiya fikirləşirdi ki, digər böyük dövlətlər onun Aralıq dənizinə çıxış əldə etməsinə qarşı çıxmaz.
Balkan küknarı
Balkan küknarı (lat. Picea omorika) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir.
Balkon (tablo)
Balkon (fr. Le Balcon) — Eduard Mane tərəfindən 1868–1869-cu illərdə çəkilmiş rəsm əsəri.
Burhan Qalyun
Burhan Qalyun (ərəb. برهان غليون‎, 11 fevral 1945, Homs) — Suriya-Fransa sosioloqu, politoloq və ictimai xadimi. 2011-ci ilin avqustundan Suriya Milli Şurasının sədri. == Əsərləri == Burhan Ghalioun, Manifeste pour la démocratie, Beyrouth, Dar Ibn Ruch, 1978 Burhan Ghalioun, Le malaise arabe, l’etat contre la nation, Paris, La Découverte, " Cahiers Libres ", 1991, ISBN 978–2707120489 Burhan Ghalioun, Islam et politique, Paris, La Découverte, 1997, ISBN 978–2707127143 Burhan GHALIOUN, Nevine ABDEL MOEIM MOSSAAD, Henry LAURENS, Eric ROULEAU, Nicolas SARKIS, Nawaf SALAM (dir.), Le Moyen Orient à l'épreuve de l’Irak, Paris, Actes Sud, 2005, ISBN 978-2-7427-5249-2. == Xarici keçidlər == Burhan Qalyunun bloqu Burhan Qalyunun Twitterdə akkauntu.