Balkan

sif. balkanique, des Balkans

balka
Balkan dağları
OBASTAN VİKİ
Balkan
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan Kuboku
Balkan Kuboku — Balkan ölkələrindən Avropa kuboklarına qatılmayan klub komandaları arasında təşkil olunmuş turnir. == Tarixi == 1960-cı ildən başlayan bu turnir, Türkiyənin Fənərbaxça klubunun prezidenti Faruk İlqaz tərəfindən irəli sürülən təkliflə 1967-də Balkan İkinciləri Kuboku adı ilə təşkil olundu. 28 dəfə oynanılan bu turnir 1994-cü ildən etibarən keçirilmir.
Balkan Muharibəsi
Balkan Yarımadası
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan dağları
Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uzunluğu 600 km-dir. Balkan dağları Dəmirqapı boyunca Dunay çayının keçdiyi cənubi Karpat dağlarının təbii davamıdır. Bu dağlar "Balkan yarımadası" və "Balkanlar" coğrafi adlarının əsasını təşkil etmişdir. Bu dağ ölkəsinin ərazisi XX əsrin 70-ci illərinin sonlarından sovet və Bolqarıstan coğrafiyaşünasları tərəfindən etibarən tədqiq olunmağa başlanmışdır. Elmi işlər Stara Planina və Qafqazın ərazilərinin müqayisəli tədqiqatı proyektinin bir hissəsi idi və ona SSRİ EA Coğrafiya İnstitutunun direktoru İ. P. Gerasimov və Bolqarıstan EA Coğrafiya İnstitutunun direktoru J. S. Qlıbov rəhbərlik edirdi. Qədim dövrlərdə dağ silsiləsi Hem, Em (q.yun. Αἶμος, lat.
Balkan dilləri
Balkan dilləri— Balkan dilləri beş ayrı qrupa ayrılmaqdadır. 1. Slavyan dillərini danışanlar, 2. Latın mənşəli dilləri danışanlar, 3. Rumca danışanlar, 4.Albanca danışanlar, 5.Türkcə danışanlar. == Slavyan dillərini danışanlar == 1. Slavyan dillərini danışanlar :Bu dil qrupu da üç əsas hissəyə ayrılır. Ən başda Serbiyada serbcə, Bosniya Herseqovinada boşnaq dilində, Monteneqroda monteneqro dilində və Xorvatiyada xorvat dilində təxminən 20 milyon insan tərəfindən danışılan serb və xorvat aksentləri gəlir. İkinci qrupa makedon dili və bolqar dilində danışanlar və ümumi olaraq 9 milyona yaxınlaşan köhnə Yuqoslaviya və Bolqarıstanda yaşayan slavyanlar təşkil edir. Üçüncü Slavyan qrupuna isə slovenlər və sayları az olan çexlərlə, slovaklar meydana gətirir.
Balkan ittifaqı
Balkan İttifaqı — 1912-ci ildə Şərqi pravoslav krallıqlarına aid olan Yunanıstan, Bolqarıstan, Serbiya və Monteneqro dövlətlərinin həmin dövrdə Avropanın cənub-şərqinin çox hissəsinə nəzarət edən Osmanlı İmperiyasına qarşı yaratdığı dördtərəfli ittifaq idi. 1900-cü illərin əvvəllərindən etibarən Makedoniyada partizan hərəkatının başlanması, ardınca Osmanlı ərazisində baş vermiş "Gənc türklər" inqilabı və Bosniya böhranı Balkanlardakı siyasi vəziyyəti bir xeyli gərginləşdirmişdi. 1911-ci ildə başlamış olan İtaliya-Osmanlı müharibəsi Osmanlı İmperiyasını zəiflətmiş, Balkan dövlətlərini isə daha da ruhlandırmışdır. 13 mart 1912-ci ildə Serbiya və Bolqarıstan krallıqları Rusiya imperiyasının təsiri altında Avstriya-Macarıstan əleyhinə birgə fəaliyyət göstərmək məqsədilə ittifaq müqaviləsi imzaladı. Həmin müqavilə əslində Avstriya-Macarıstana qarşı imzalansa da, onun gizli maddələrindən birində bu ittifaqın Osmanlı İmperiyası əleyhinə fəaliyyət göstərəcəyi də qeyd olunurdu. Bunun ardınca, Serbiya ilə Monteneqro və Bolqarıstanla Yunanıstan arasında da eyni ikitərəfli ittifaq müqavilələri imzalandı. Bu ittifaq 1912-ci ilin oktyabrında başlamış Birinci Balkan müharibəsində qələbə qazandı və demək olar ki, Osmanlı İmperiyasının Avropada sahib olduğu əraziləri tamamilə işğal etdi. Bu qələbəyə baxmayaraq, ittifaq üzvləri arasındakı fikir ayrılıqları davam edirdi. Nəticədə, 16 iyun 1913-cü ildə Bolqarıstanın keçmiş müttəfiqləri üzərinə hücuma keçməsi ilə birlikdə İkinci Balkan müharibəsi başlandı. == Arxa plan == 1856-cı ildə başa çatmış Krım müharibəsindən sonra Rusiya fikirləşirdi ki, digər böyük dövlətlər onun Aralıq dənizinə çıxış əldə etməsinə qarşı çıxmaz.
Balkan küknarı
Balkan küknarı (lat. Picea omorika) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir.
Balkan müharibələri
Balkan müharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı müharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Müharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur. == Tarixi == 1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər.
Balkan sazişi
Balkan sazişi — 1934-cü ilin 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Rumıniya, Yuqoslaviya arasında imzalanıb. 1933`dən sonra Almaniya da Nasist partiyası nın hakimiyyətə gəlməsi, İtaliya nın Ağ dəniz də və Balkanlar da ərazilərini genişləndirmək istəməsi və Avropa dövlətlərinin silahlanma yarışına girməsi sülh üçün təhlükə yaradırdı. Türkiyə təhlükəsizliyini qorumaq məqsədilə 1933-cü ildə bu 3 ölkə ilə ayrı ayrılıqda saziş bağlamışdı. Lakin 1934-cü ilin 9 fevralı İtaliya və Almaniya təhlükəsi qarşında qalan bu 4 Balkan dövləti Afina da saziş bağlayır. Bu sazişə görə Balkan ölkələri bir-birilərinin ərazi bütövlüyünə hörmət edəcəkdilər. İkinci dünya müharibəsi ndən sonra şərtlərin dəyişməsindən sonra bu saziş əhəmiyyətini itirir.
Balkan türkləri
Balkan türkləri (türk. Balkanlar'daki Türkler) — İstanbul şəhəri (10 milyondan çox etnik Türkün yaşadığı) ilə Şərqi Frakiyaya sahib olan Türkiyənin özü xaricində Balkan yarımadasının müasir ölkələrindəki bütün ənənəvi türkdilli müsəlman qruplarının ümumiləşdirilmiş adı. Türkiyədən kənarda olan Balkan Türklərinin ümumi sayı 1,5 milyona yaxındır. Bunlar 1878–1912-ci illərdəki müharibələrdən sonra yeni müstəqil dövlətlərin tərkibinə keçmiş keçmiş Osmanlı İmperatorluğunun bölgələrindəki Türk və Türk əhalisinin qalıqlarıdır. Beləliklə, Balkan Türkləri diaspor deyil (məsələn, Almaniyadakı türklər kimi), əksinə, kompakt yaşayış yerlərində köklü mədəni, etnik təsisatlarına və tarixi yaddaşlarına sahib öz yuvaları olan bir Türk irrides qrupudur. Əksəriyyəti xristian dövlətlərin sərhədləri daxilində yaşayan bir əsrdən artıq bir müddətdə Balkan Türklərinin zehniyyəti, dili, mədəniyyəti və ənənələri ciddi dəyişikliklərə məruz qaldı. Ən ahəngdar olan bütün Balkan Türklərinin yarısından çoxunu təşkil edən Bolqarıstandakı olduqca böyük (0,7 milyon) Türk icmasıdır. Yunanistanın kiçik, lakin olduqca kompakt Türk topluluğu (0,1 milyon) olduqca sabit və yaxşı təşkil olunmuşdur. Kosovo, Şimali Makedoniya və Rumıniya türkləri daha çox dağılmışdır, baxmayaraq ki, bəzi yerlərdə kompakt türk icmaları qalır. == Tarixi == Balkan türklərinin etnogenezi gözə çarpan müxtəliflik ilə seçilir.
Balkan vaşaqı
Balkan vaşaqı (lat. Lynx lynx balcanicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinin adi vaşaq növünə aid heyvan yarımnövü. Yoxa çıxma təhlükəsi ilə əlaqədar Qırmızı kitaba daxil edilmişdir. Onlara Şərqi Albaniya və Qərbi Makedoniya ərazilərində müşahidə etmək mümkündür. Üstəlik Kosovo və Monteneqro ərazilərində kiçik bir arela sahibdirlər. Balkan vaşaqları Makedoniyanın milli rəmzi hesab edilir. Vaşaq Makedon dinarının üzərində təsvir edilmişdir. Belə ehtimal edilir ki, Makedoniya ərazisində 35–40 baş Balkan vaşaqı vardır. Onlar əsasən Mavrovo Milli Parkı ərazisində cəmləşmişdir. Balkanların ən iri pişikləri hesab edilir.
Balkan dövlətləri
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan mətbəxi
Balkan mətbəxi — Balkan regionuna xas olan mətbəx. Balkan mətbəxi həm Avropa mətbəxinin, həm də Qərbi Asiya mətbəxinin xüsusiyyətlərini daşıyır. Balkan mətbəxi Balkan yarımadasında yerləşən ölkələrin mətbəxlərni əhatə edir və Albaniya, Bolqarıstan, Türkiyə, Rumıniya, Yunanıstan, eləcə də, keçmiş Yuqoslaviya kimi ölkələrin mətbəxlərini özündə birləşdirir. Sloveniyanı və Xorvatiyanın daxili şimal bölgələrini də Balkan mətbəxinə aid edirlər. Qaraçıların mətbəxi də Balkan mətbəxinə aid yeməklər ehtiva edir. İkinci Dünya müharibəsindən sonra baş verən miqrasiya nəticəsində Vyana Balkan mətbəxinin yayıldığı şəhərlərdən birinə çevrilmişdir. Almaniyada Balkan mətbəxindən təamlar servis edən restoranlar yerləşir: Yuqoslav müharibələrinə qədər bu restoranlar yuqoslav restoranları kimi tanınırdı. 1960-cı illərdə Qərbi Almaniyada Balkan qrilləri yayılmış, Almaniyada çevapçiçilər populyarlaşmışdır. Lakin 1980-ci illərdən onların sonra populyarlığı azalmışdır. == Tarixi == Balkan yarımadası tez-tez xarici ölkələrin hakimiyyəti altında olmuşdur.
Balkan ölkələri
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan sindromu (roman)
İkinci Balkan müharibəsi
İkinci Balkan müharibəsi (Rumınca: Al doilea război balcanic, Serbcə: Други балкански рат, Drugi balkanski rat, Yunanca: Δεύτερος Βαλκανικός Πόλεμος, Devteros Valkanikós Pólemos, Bolqarca: Междусъюзническата война, Mezhdusayuznicheskata voyna) I Balkan müharibəsinə qatılan dövlətlərin, Yunanıstan, Bolqarıstan, Monteneqro, Albaniya, Serbiya, Osmanlı imperatorluğu və sonradan qatılan Rumıniyanın arasında baş verən müharibədir. Bu müharibə nəticəsində, Osmanlı İmperiyası əvvəl itirdiyi Ədirnə və Kırklarelini azad etmişdir. London konfransının hökmləri qismən dəyişmişdir. Balkanlarda hökmranlığa çalışan Avstriya-Macarıstan və Almaniya tərəfindən təhrik edilən Bolqarıstan 1913-cü ildə Serbiya və Yunanıstana qarşı qoşun çıxartdı. Çernoqoriya və Rumıniya Serbiyanın və Yunanıstanın köməyinə gəldilər. Osmanlı imperiyası da Bolqarıstana qarşı çıxdı. 1913-cü il 30 iyunda başlanan İkinci Balkan müharibəsi həmin il 19 avqustadək davam etdi. Bolqarıstan ağır məğlubiyyətə uğradıldı. Yaranmış fürsətdən "Gənc türklər" istifadə edərək Ədirnəni və ətrafdakı yerləri Türkiyəyə qaytardılar. Osmanlı dövləti Avropa torpaqlarının bir hissəsini itirmiş oldu.
Mərkəzi Balkan Milli Parkı
Mərkəzi Balkan Milli Parkı (bolq. Национален парк Централен Балкан) — Bolqarıstanın mərkəzində, Balkan dağları ərazisində mövcud olan qoruq zonası. Qoruq ərazisinin hündürlüyü 550 metrdən (Karlova şəhəri) 2376 metrə (Botev dağı) qədər dəyişir. Bu zirvə həmdə Balkan dağlarının ən hündür nöqtəsidir. Əsası 31 oktyabr 1991-ci ildə qoyulmuşdur. Sahəsinə görə ölkənin üçüncü böyük qoruğdur: 716,69 км² , uzunluğu — 85 км (qərbdən şərqə), orta eni 10 км. Qoruq beş vilayətin ərazisində yerləşir:Loveçski, Qabrovski, Sofia, Plovdivskiy və Starozaqorski. Park ərazisinə doqquz qoruq daxildir: Batin,Sariçina, Kozya-Stena, Steneto, Severen-Cendem, Peeşti-Skali, Sokolna, Cendema və Stara-Reka Mərkəzi Balkan — Avropanın ən böyük və dəyərli milli parklardan biridir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi parkı II kateqoriya ilə qiymətləndirib. Milli park və 8 qoruq BMT-nin xüsusi qorunan ərazilər siyahısına daxildir.
Balkan vilayəti
Balkan (türkməncə: Balkan welaýaty) — Türkmənistan Respublikasında I dərəcəli inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Balkanabad şəhəridir.
Balkan şamı
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Balkan yarımadası gölləri
Balkan yarımadası gölləri — Balkanlardakı göllər qismən tektonik və qismən də əhəng daşı aşınmasına bağlı olaraq yaranmışdır. Şimaldakı İşkodra gölü Balkanların ən böyük gölü olmaqla birlikdə Oxrid gölü də Balkanların ən dərin gölüdür. Prespa gölü isə Makedoniya Yunanıstan və Albaniya sərhədləri daxilindədir. Digər bir tərəfdən Balkanların şimal və şimal şərqində Kiçik Alp gölləri də mövcuddur. === Flora və faunası === Oxrid gölü dünyanın ən geniş bioloji müxtəlifliyə sahib göllərindən biri hesab olunur. Göldə vaxtilə böyük bir bataqlıq ərazisi var idi, lakin torpaqların şəhər və kənd təsərrüfatı torpaqlarına çevrilməsi səbəbindən çox hissəsi itirilib. Hazırda qalan bataqlıq Oxrid şəhəri yaxınlığındakı Studenchishte bataqlığıdır. Bataqlıq ərazi müxtəlif bitki və heyvan növləri üçün mühüm yaşayış yeridir. Göl mikroorqanizmlərdən tutmuş iri heyvanlara qədər dünyanın çox sayda endemik heyvan növlərinə ev sahibliyi edir. Beləki planariyalılar, süngərlər, molyuskalar, xərçəngkimilər və süngərlər arasında böyük endemizm müşahidə olunur.
Balkan yarımadasının iqlimi
Balkan yarımadası iqlimi— Balkan yarımadası tarixən dünyada insanın yaşaması üçün ideal iqlim şərtlərinə sahib olan coğrafi məkanlardan biri olmuşdur. Yarımadanın iqlim xüsusiyyətlərinə diqqət yetirəndə ; cənubdan şimala və dəniz sahilindən daxili hissələrə doğru dəyişdiyi görünməkdədir. Cənubda Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Burada qışlar mülayim və yağışlı keçərkən, yaylar isti və quraqdır. Afinada qar nadir hallarda görünür. Şimalda və daxili hissələrə doğru getdikcə iqlim sərtləşir. Dağlıq bölgələrdə sentyabr və oktyabr aylarında yağan qar iyun ayında hələ də yerdə qalır. Yunanıstanda çox vaxt yay fəsli isti, qış fəsli isə mülayim və sərin keçən Aralıq dənizi iqliminin təsiri altındadır. Sahildə və adalarda iqlim daha yumşaq olmasına baxmayaraq, dağlıq ərazilərdə və daxili hissələrdə iqlim daha sərt keçir. Yağışın miqdarı ümumilikdə aşağıdır.
Birinci Balkan müharibəsi
Birinci Balkan müharibəsi - 7 oktyabr 1912-30 may 1913-cü ildə Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığından ibarət Balkan İttifaqının Osmanlı dövlətinə qarşı başladığı müharibə. Bu müharibə ilə Balkan dövlətləri, Osmanlı dövlətinin Balkan yarımadasındakı torpaqlarının böyük bir hissəsini ələ keçirmişdir. Bu müharibə nəticəsində Osmanlı dövləti Ədirnə və Qırxlareliyə qədər olan Midye-Enez xəttinin qərbindəki bütün torpaqlarını Balkan dövlətlərinə buraxmağa məcbur qalmışdır. == Müharibənin başlanması == 8 oktyabr 1912-ci ildə Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyadan ibarət "Balkan ittifaqı" Osmanlı imperiyasına müharibə elan etdi. Beləliklə, tarixdə Birinci Balkan müharibəsi (8 oktyabr 1912-ci il - 30 may 1913-cü il) adlandırılan müharibə başlandı. Müharibənin baaşlamasının səbəbi Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyanın öz ərazilərini genişləndirməyə can atmaları olmuşdur. == Müharibənin gedişatı == Müharibənin birinci mərhələsi (oktyabr-dekabr 1912-ci il) Balkan ittifaqı qoşunlarının hücumları ilə səciyyələnirdi. Müharibəyə hazır olmayan Osmanlı qoşunları elə ilk günlərdən Frakiyanı tərk edərək Çatalcaya doğru geri çəkilmək məcburiyyətində qaldı. Serblər Kimovoda, yunanlar isə Salonikdə türkləri məğlub etdilər. Müvəqqəti barışıq zamanı Osmanlı, Serbiya və Bolqarıstan hərbi əməliyyatları dayandırsalar da, Yunanıstan və Çernoqoriya müharibəni davam etdirirdilər.
Nova deca (Balkanika mahnısı)
Nova deca (serb. Нова деца, azərb. Yeni uşaqlar‎) — Serbiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sanya İliç və Balkanika qrupu "Nova deca" mahnısı ilə Serbiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Sanya İliç, Tanya İliç və Danitsa Kristayiç tərəfindən bəstələnmişdir.
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Balkanadolu
Balkanadolu — Eosen dövrünün sonuna qədər təxminən 10 milyon il ərzində mövcud olmuş ada qitəsi və yaxud adalar qrupu. Bu ərazidə tapılan məməli qalıqları Asiya və Qərbi Avropadakı məməli faunasından fərqlənir. Cənub-Şərqi Avropada üzə çıxarılmış tapıntılar Qərbi Avropa deyil, Asiya formalarına daha yaxındır. Balkanadoludakı bu Asiya ilə əlaqəli fauna, Eosen-Oliqosen nəslinin kəsilməsi hadisəsindən, Antarktikada buzlaşma başladıqdan sonra dəniz səviyyəsinin aşağı düşməsindən 10 milyon il əvvələ qədər Qərbi Avropanın faunasından fərqli olaraq qaldı. Bu dövrdə endemik qərbi Avropa faunası yox oldu və əsasən Asiya formaları ilə əvəz olundu. Asiya mənşəli formalardan bəziləri Qərbi Avropaya Balkandolu vasitəsilə köç etdi. Balkanlardakı baxiteriidlərin və kritetid gəmiricilərin qalıqları göstərir ki, Asiyadan olan zəbtedici məməlilər Eosen dövrünün ortalarında və ya sonlarında, Lütesi və Priabon mərhələləri arasında Balkandolunun cənub-şərqi Avropa elementini kolonizasiya etməyə başlamışdılar Balkanadolu daxilində cənub-şərqi Avropanın faunası da Anadoludan fərqlənirdi.
Balkantourist
"Balkantourist" Bolqarıstanda və xaricdə bütün növ səyahətlərlə əlaqəli turizm şirkəti, turoperatoru və turizm agentidir. 1948-ci ildə Bolqarıstanın Dəmir Yolları, Avtomobil Yolları və Su Yolları Nazirliyinin ayrıca bölməsi kimi yaradılmışdır ( Bolqar ). Bolqarıstanda turoperator xidmətlərinin göstərilməsi və turizmin inkişafı sahəsində fəaliyyət göstərən yeganə keçmiş dövlət şirkətidir. Hal-hazırda BT-DS (Balkan Tourist Development Servis) şirkətinə məxsus özəl şirkətdir. "Balkantourist" ticarət nişanı beynəlxalq turizm bazarında yaxşı tanınır. Şirkət bir çox beynəlxalq və milli mükafatların laureatıdır. Beynəlxalq peşəkar turizm təşkilatlarının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Inturist, Amerika Səyahət Agentlikləri Assosiasiyası (ASTA), JATA, ETOA, həmçinin Bolqarıstanın sənaye təşkilatları - BATA, BHRA ( Bolqarıstan Otel və Restoran Assosiasiyası) üzvüdür.
Balkanlaşma
Balkanlaşma — çoxmillətli bir dövlətin daha kiçik etnik homogen varlıqlara bölünməsi. Bu termin eyni zamanda çoxmillətli dövlətlər arasındakı etnik qarşıdurmaya da aiddir. Birinci Dünya Müharibəsinin sonunda, xüsusilə Balkanlarda Osmanlı İmperatorluğunun dağılmasından sonra meydana gələn etnik və siyasi parçalanmanı təsvir etmək üçün hazırlanmışdır. (Balkanlaşma termini bu gün bəzi çoxmillətli dövlətlərin parçalanmasını və onların diktaturaya, etnik təmizləməyə və vətəndaş müharibəsinə çevrilməsini izah etmək üçün istifadə olunur.). == Digər ölkərdə balkanlaşma == Kanada sabit bir ölkədir, lakin separatçı hərəkatlara malikdir, bunlardan ən güclüsü Kanadanın Fransız-Kanada əhalisinin əksəriyyətini əhatə edən Kvebekdə bir dövlət qurmağa çalışan Kvebek suverenliyi hərəkatıdır. Sualı həll etmək üçün iki referendum keçirildi: biri 1980-ci ildə, biri 1995-ci ildə. Hər ikisi separatçılar tərəfindən, ikincisi isə kiçik bir fərqlə itirildi. 2007-ci ilin yanvar ayında Şotlandiya müstəqilliyinə artan dəstək Birləşmiş Krallığın Maliyyə Kansleri və daha sonra Baş nazir Qordon Braunun "İngiltərənin Balkanlaşması" haqqında danışmasına səbəb oldu. İngiltərədə müstəqillik hərəkatları İngiltərə, Uels, Kornaval və Şimali İngiltərə (özləri İngiltərənin bir hissəsi) və Şimali İrlandiyada da mövcuddur. === Afrikada === Zambiya, Zimbabve, Malavi, Uqanda və Tanzaniya Böyük Güclərin postkolonial dövrünün sonuna yaxın müstəqillik əldə etdilər.
Geranium balkanum
İrikökümsov ətirşah (lat. Geranium macrorrhizum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Robertium macrorrhizum (L.) Picard === Heterotipik sinonimləri === Geranium balkanum N.Taylor Geranium lugubre Salisb. Geranium macrorrhizum var. parnassicum Stoj.
Mətin Balkanlıoğlu
Mətin Balkanlıoğlu (türk. Metin Balkanlıoğlu; 1958 – 2018, İstanbul) — Türkiyə islam din xadimi. Abdülmetin Balkanlıoğlu 1958-ci ildə Sunqurlu rayonunun Aşağıfındıqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Çorum İmam Hatip məktəbini, 1986-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977-ci ildə Şilədə imam olaraq işə başlamışdır. İsmayılağa camaatının rəhbərlərindən biri idi. Balkanlıoğlu evli olmuşdur, 2 övladı var idi. Milliyətçi fikirlərə sahib idi və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirdi. O, tez-tez gülənçilərə, kürdlərə, ərbakançılara və Türkiyə müxalifətinə qarşı çıxışlar edirdi. O, qəzəblə kürd yaraqlılarına qarşı həddindən artıq güc tətbiq etməyə çağırdığı mübahisəli çıxışından qısa müddət sonra infarkt keçirmişdir.

Значение слова в других словарях