Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Hatt dili
Hatt dili — e.ə. II minillikdə Kiçik Asiyada hattlar tərəfindən danışılan aqqlütinativ qeyri-Hind-Avropa dili. İngilisdilli akademiayda bu dil Het dövlətinin Hind-Avropa dil ailəsinə mənsub olan het dilindən fərqləndirmək üçün "Hattic" adlandırılır.
Hatı Çırpan
Hatı Çırpan (1890, Ankara, Ankara vilayəti – 21 mart 1956, Ankara), həmçinin Satı Kadın kimi də tanınır — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 1935-ci il parlament seçkilərində seçilən ilk qadın üzvlərindən biri. == Həyatı == 1890-cı ildə Kahramankazan ilçəsində doğulmuşdur. Atasının adı Kara Mehmet Efendi, anasının isə Emine Hanım idi. 18 iyul — 23 avqust 1934-cü il tarixləri arasında reallaşdırılan İkinci Dil Qurultayından (türk. İkinci Türk Dil Kurultayı) əvvəl, 16 İyulda Prezident Mustafa Kamal Atatürk ekskursiya üçün Ankaradan 50 km uzaqda olan Kazan kəndinə (o dövrdə Ankara ilinin Kızılcahamam mahalının bir hissəsi idi) yollandı. Bu ekskursiya zamanı Atatürk Kazanın kənd muxtarı olan Satı Kadınla tanış oldu. O, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə dörd il döyüşən bir kəndli qadın idi. Onunla söhbət etdikdən sonra Atatürk Satı Kadınnın nailiyyətləri və intellektinə rəğbət bəslədiyini etiraf etdi. Afet İnanın sözlərinə görə, Atatürk onunla görüşdükdən sonra demişdir: "Bax bu parlament üzvü kimi uğur qazana biləcək qadındır". Satı Kadının uğurlu seçki kampaniyasını Atatürkün özü sponsorluq elədi və dəstəklədi.
Yasuhiro Hato
Yasuhiro Hato (d. 4 may 1976) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Medikan Hat
Medisin-Hat — Kanadanın Alberta vilayətində şəhər.
Medisin-Hat
Medisin-Hat — Kanadanın Alberta vilayətində şəhər.
Hate (musiqi qrupu)
Hate — 1990-cı ildə Varşavada gitaraçı və vokalist Adam The First Sinner, gitaraçı Qack və barabançı Mittloff tərəfindən yaradılmış Polşa metal musiqi qrupu. == Haqqında == 1990-1995-ci illərdə qrup 3 demo albomu buraxmışdır: "Aborrence" (1992), "Evil Art" (1994) və "Unwritten Law" (1995). 1996-cı ildə Hate "Novum Vox Mortiis" albom şirkəti ilə müqavilə imzalayaraq ilk iki studiya albomunu - "Daemon Qui Fecit Terram" (1996) və "Lord Is Avenger" (1997) albomlarını çıxartmışdır. Hate qrupu həmyerliləri Behemoth qrupu ilə birgə dünyanın ən məşhur blək/det metal qruplarından hesab edilir. 2013-ci il aprelin 6-da Hate qrupunun bas gitaraçısı Slawek "Mortifier" Arkhangelsky vəfat etmişdir.
Hatt-River Knyazlığı
Hatt-River Knyazlığı (ing. Principality of Hutt River) — 21 aprel 1970-ci ildə Leonard Corc Kasli adlı fermer tərəfindən Avstraliyada 75 km2 sahədə, yaradılan virtual dövlət. Qərbi Avstraliyada, Pert şəhərinin 517 km şimalında yerləşən bu dövlətin sahəsi Honq Konq qədərdir. Knyazlığın yaxınlığında Kalbarri Milli Parkı yerləşir. Paytaxtı və yeganə şəhəri Naindir. == Tarixi == Qərbi Avstraliya əyalət hökumətinin 1970-ci ildə çıxardığı qərara görə 4.000 hektar ərazisi olsa da, 40 hektarlık bir sahədə vergi vermədən əkinçiliklə məşğul ola biləcək Leonard Kasli adlı fermer endirim üçün əyalətə müraciət etdi. Rədd cavabı aldıqda kraliçaya sadiq qalmaq şərti ilə ölkədən ayrılmaq və yeni dövlət yaratmaq qanunu göstərərək tarlasının Avstraliyadan müstəqilliyini elan etdi və ailəsi tərəfindən ölkənin lideri seçildi. Ölkəsini Hatt-River Vilayəti Knyazlığı adlandırdı. Millətlər Birliyi tərəfindən toxunmazlıq əldə edən Kasli 1971-ci ildə özünü I Leonard adlandırdı. Həyat yoldaşı Şirli (ö.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Red Hat Linux
Red Hat Linux – Linux əməliyyat sisteminin Red Hat şirkətinə məxsus distributivi. İlk versiyası 1995-ci, son versiyası isə 2003-cü ildə buraxılıb. Red Hat Linux əsasında bir sıra başqa distrubutivlər, o cümlədən,Mandriva və ASPLinux yaradılıb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bate
Bate (mac. Baté) — Macarıstanın Şomod medyesində yerləşən kənd.
Bath
Bat (İngiltərə)
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
HALE
HALE, "High Altitude Long Endurance" sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Haiti
Haiti Respublikası (fr. République d'Haïti və Haiti kreol : Repiblik Ayiti) — Karib dənizində Haiti adasının qərbində yerləşən ada ölkəsidir. Ölkənin yeganə quru sərhədinə malik qonşusu Haitinin şərqində yerləşən Dominikan Respublikasıdır.[1] Haiti Respublikası qərbdə Kuba və Yamaykayla, şimalda isə Baham Adaları ilə su sərhədlərinə malikdir.[2] Vest-Hind regionunda 11.4 milyon əhali sayıyla birinci yerdə qərarlaşır. 27750 km2 ərazisiylə regionda ən böyük 3-cü ölkədir. Ölkənin paytaxtı Port-o-Prensdir və ölkənin şərq sahilində-Qonav körfəzində yerləşir.[3] 1492-ci ildə Xristofor Kolumbun bölgəyə gəlişindən öncə adada Taino xalqı yaşayırdı. X.Kolumbun gəlişiylə birlikdə bölgə 1697-ci ilə qədər ispan koloniyası olmuşdur. İndiki Haiti dövlətinin ərazisi olan bölgə İspaniya tərəfindən Fransaya verilir. Beləliklə adanın qərbi Santo Dominqo adlandırılır və fransız koloniyasına çevrilir. Kolonial rejimdən sonra 1804-ci ildə müstəqilliyini əldə edərək bölgədə ilk müstəqil dövlətlərdən biri olur. İlk müstəqil olduğu vaxtlardan günümüzə qədər ölkədə hər zaman siyasi qeyri-stabillik müşahidə edilmişdir.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Halk
Civanildo Viera de Souza ləqəbli Halk (25 iyul 1986[…], Kampina-Qrandi[d], Paraiba[…]) — Braziliyalı futbolçu.2012–2013 sezonundan etibarən 50 milyon € qarşılığında Zenit Sankt-Peterburqda oynayır. Givanildo Vieira de Souza, həmçinin Hulk (d. 25 iyul 1986, Campina Grande) — braziliyalı futbolçu, mərkəz hücumçusu. O, A Seriyasının "Atletico Mineiro" komandasında oynayır. O, 2009–2016-cı illər arasında Braziliya milli futbol komandasında çıxış edib; O, 48 oyun keçirib və 11 qol vurub. Adını komik personaj Hulkdan alan futbolçu sürəti və güclü kadrları, cizgi filmi personajının gücünə və televiziyada obrazı canlandıran aktyor Lou Ferriqnoya bənzədiyi üçün Hulk adını alıb. == Klub Karyerası == === İlk illəri === O, futbola Vilanovense komandasının infrastrukturunda başlayıb. 2001–2003-cü illər arasında bu komandada çıxış edən Hulk 2003-cü il mövsümündə San Paulo infrastrukturuna transfer oldu. 2004-cü ildə EC Vitória komandasının infrastrukturunda oynamağa başladı. 19 sentyabr 2003-cü ildə karyerasında ilk və sonuncu dəfə Braziliya Liqasında çıxış etdi.
Halo
Halo (mahnı)
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Çatı
Çatı – tükdən (qıldan — əsasən keçi qılından) hörülmüş və ya toxunmuş qalın kəndir. Çatıdan heyvanları bağlamaq, şələ, səhəng götürmək üçün istifadə edilərdi. Heyvandarlıqda istifadə etmək üçün üç-dörd, şələ və səhəng götürmək üçün beş-yeddi tağdan toxunur. Çatı toxunduqdan sonra hər iki ucuna yundan toxunmuş rəngli qotazlar tikilir. Çatı əsasən keçi tükündən (qəzilindən) hazırlanır. Çünki yuna nisbətdə keçi tükü daha dözümlü olur. Çatının uzunluğu iki metrə qədər olur.
AATP
Azərbaycan Ana Torpaq Partiyası — 1992-ci ildə yaradılan, 1995-ci ildə Müsavat Partiyasına birləşən siyasi partiya. == Haqqında == Azərbaycan Ana Torpaq Partiyasının təsisçisi Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin qardaşı Rövşən Qəmbərdir. Partiya təsisçiləri sırasında daha sonralar İxtiyar Şirinlə birgə Milli Konqres Partiyasını təsis etmiş Sircəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov, kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi də olmuşdur. Partiya 26 fevral 1992-ci ildə Xocalı Soyqırımına baş verməsinə cavab axtaran, ermənilərin törətdikləri cinayəti anlaya bilməyən "Quruçay" cəmiyyətinin fəallarının qurulmasəna təşəbüs etdiyi bir siyasi təşkilat kimi meydana gəlib. 1992-ci ilin mart ayında partiyanın quruluşu üçün təşəbbüs başladılmışdır. 15 avqust 1992-ci ildə partiya quruluş qurultayını gerçəkləşdirmişdir və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Partiya qeydiyyata alınan sayca 8-ci partiya olmuşdur. Partiya Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunun ən vacib problem sayaraq parlament sədri ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub. Partiyanın sədri Rövşən Qəmbər olmuşdur. Partiya 1995-ci ildə Müsavat Partiyasına birləşmişdir.
Elçin Hacı
Elçin Hacı — (Tam adıː Elçin Hacıbaba oğlu Hacıyev) Azərbaycan teatr və kino aktyoru, prodüser == Həyatı == Elçin Hacı 19 dekabr 1987-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 1994-2005-ci illərdə Sabunçu rayonu Maştağa qəsəbəsi Əliağa Vahid adına 293 nömrəli eksperimental tam orta məktəbdə oxumuşdur. 2005-2009-cu illərdə Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasına yiyələnmişdir. 2009-cu ildə "Satira" teatr studiyasında çalışıb.2009-2010-cu illərdə hərbi xidmətdə olub.2010-2018-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aparıcı aktyor kimi fəaliyyət göstərib.Müxtəlif illərdə və hal hazırda Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edir.2020 ci ildən Radio Anten 101 fmdə "Canlı kitab" verilişinin aparıcısı və "1 SƏHNƏ" prodüser mərkəzinin direktorudur. == Yaradıcılığı == 2006, 2008 və 2011-ci illərdə Respublika Bədii Qiraət müsabiqələrinin laureatı olub. 2011-ci ildə Xalq Teatrları festivalında baş rolu oynadığı "Vətən daşları" (rej:Anar Babalı) tamaşası 1-ci yerə layiq görülmüşdür. 2012-ci ildə "2+1" eksperimental tamaşalar festivalında əsas rolda oynadığı "Romeo və Cülyetta" (rej:Mirzə Ağa Mirzəyev) tamaşasında diploma layiq görülmüşdür. 2011-2012-ci illərdə Respublika Teatr festivallarında oynanılan tamaşalarda rol almışdır. 2011-2015-ci illərdə Azərbaycanın rayonlarına, Türkiyəyə, Gürcüstana qastrol səfərlərinə gedib. Bakı Beynəlxalq Teatr Konfranslarında, seminarlarda, ustad dərslərində iştirak edib.
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. == Həyatı == Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. == Əmək fəaliyyəti == Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.