HAŞLAMAK
HATA
OBASTAN VİKİ
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Medikan Hat
Medisin-Hat — Kanadanın Alberta vilayətində şəhər.
Medisin-Hat
Medisin-Hat — Kanadanın Alberta vilayətində şəhər.
Red Hat Linux
Red Hat Linux – Linux əməliyyat sisteminin Red Hat şirkətinə məxsus distributivi. İlk versiyası 1995-ci, son versiyası isə 2003-cü ildə buraxılıb. Red Hat Linux əsasında bir sıra başqa distrubutivlər, o cümlədən,Mandriva və ASPLinux yaradılıb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. == Həyatı == Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. == Tarixi == Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Hatay Dövləti
Hatay dövləti (Ərəbcə : لواء الإسكندرونة Lva 'Alaskandarune — İskəndərin Tugayı) hal-hazırda Türkiyə Respublikasına bağlı Hatay bölgəsində 7 sentyabr 1938 ilə 23 iyul 1939 tarixləri arasında qurulan dövlətdir. 23 iyul 1939 günü Türkiyə Respublikasına daxil olmuşdur. == Hatayın tarixi == Hatay tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş və strateji mövqeyinə görə həmişə maraq bölgəsi olmuşdur. Hetlərdən farslara, Romalılardan Bizanslılara qədər bir çox sivilizasiyalar bölgədə hökm sürmüşdür. 16-cı əsrdə Osmanlı İmperatorluğunun hakimiyyəti altına keçən Hatay 1918-ci ildə Mudros barışıq müqaviləsi ilə fransızlar tərəfindən işğal edildi. Türk xalqı Fransanın işğalı altında olan Hatayda müstəqillik mübarizəsini davam etdirdi. Bu mübarizəyə Hatay Türkçü Cəmiyyəti və Tayfur Sökmen kimi liderlər öncülük etmişlər. 1937-ci ildə Millətlər Cəmiyyətinin qərarı ilə Hatay xüsusi status aldı və Hatay Dövləti yaradıldı. 2 sentyabr 1938-ci ildə Hatay Millət Məclisinin qəbul etdiyi qərarla müstəqillik elan edildi. Dövlətin ilk prezidenti Tayfur Sökmen, baş naziri isə Əbdürrəhman Mələk olub.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Hatay ili
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Hate (musiqi qrupu)
Hate — 1990-cı ildə Varşavada gitaraçı və vokalist Adam The First Sinner, gitaraçı Qack və barabançı Mittloff tərəfindən yaradılmış Polşa metal musiqi qrupu. == Haqqında == 1990-1995-ci illərdə qrup 3 demo albomu buraxmışdır: "Aborrence" (1992), "Evil Art" (1994) və "Unwritten Law" (1995). 1996-cı ildə Hate "Novum Vox Mortiis" albom şirkəti ilə müqavilə imzalayaraq ilk iki studiya albomunu - "Daemon Qui Fecit Terram" (1996) və "Lord Is Avenger" (1997) albomlarını çıxartmışdır. Hate qrupu həmyerliləri Behemoth qrupu ilə birgə dünyanın ən məşhur blək/det metal qruplarından hesab edilir. 2013-ci il aprelin 6-da Hate qrupunun bas gitaraçısı Slawek "Mortifier" Arkhangelsky vəfat etmişdir.
Hatebeak
Hatebeak — Dünyada vokalisti quş olan — yeganə death metal janrında ifa edən "Hatebeak" qrupudur ki, vokalisti "Valdo" ayamalı tutuquşudu. Bu günə qədər qrup 3 albom satışa buraxıb, proyekt yalnız studiyada mövcud olduğundan konsertlər vermirlər. "Hatebeak"in ikinci albomları Caninus Deathgrind kollektivi ilə yazılır, hansında ki, 2 pitbul ilə solo ifa edilib.
Hatebreed
Hatebreed — ABŞ hardkor pank musiqi qrupu. == Haqqında == Qrup 1994-cü ildə yaradılsa da, amma qrup işlərinə 1995-ci ildə başlamışlar. İlk EP albomları Under the Knife (1996)-cı ildə çıxarıldı. Bu albom hamının marağına səbəb oldu. Slayer, Slipknot ilə festivallara qatılan qrup hardkor janrı dinləməyən insanların sevimlisinə çevrildilər. Bu yolda böyük uğurlara sahib olan Hatebreed 2002-ci ildə çıxan Perseverance və 2003-cü ildə The Rise of Brutality adlı albomlarını çıxartdılar. Hardkor janr üzrə ən tanınmış bir qrupa çevrildilər. == Qrup üzvləri == === İndiki üzvləri === Ceymi Casta (Jamey Jasta) — vokal Mett Byorn (Matt Byrne) — zərb alətləri Frenk Novinek (Frank Novinec) — gitara Kris Bitti (Chris Beattie) — bas Ueyn Lozinak (Wayne Lozinak) — gitara === Keçmiş üzvləri === Şon Martin — gitara Lu "Boulder" Riçards — gitara Riqq Ross — zərb alətləri Deyv Russo — zərb alətləri Larry Dwyer, Jr.
Hateruma
Hateruma adası (yap. 波照間島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildi. Yaponiyanın ən cənubda yerləşən yaşayışı olan adasıdır. == Coğrafiyası == Adanın sahəsi — 12,77 km², hündürlüyü — 60 m. Adada 540 nəfər yaşayır (2011). İşiqaki adası ilə bərə ilə əlaqələnir. Adada hava limanı mövcuddur. Taketomi dairəsinin mərkəzi olan Taketomi qəsəbəsi adada yerləşir. == Şəkillər == == Mənbə == "Hateruma adası" (yapon).
Hathor
Hator - Qədim Misir mifologiyasına görə göy, məhəbbət və şadlıq tanrısı. Qədimdən Hathor günəşi doğmuş göylər və ya səma inəyi sayılır. Sonralar o, qədim misirlilərə səma inəyinin südünü çatdıran bir zat və ya ilahi məxluq kimi tərənnüm edilmişdir. Adətən inək buynuzlu (sonradan tac kimi təqdim edilən) gözəl cazibədar qadın obrazında təsvir edilmişdir. Hathor kultunun mərkəzi Dendera şəhəri olmuşdur və buradan da "Denderanın sahib(əs)i" epiteti yaranmışdır. İlk əvvəl regional əhəmiyyət kəsb etsə də sonradan bu kult bütün Misiri əhatə etmişdir. Sonrakı dövrlərdə məhəbbəti və gözəlliyi tərənnüm edən onun obrazı yunan mifologiyasındakı Afrodita və Babilistanın İştarı ilə eyniləşdirilir. == Ra Hathor bağlılığı == Rəvayətlərin birinə görə Hathor Ranı gecələr bətnində daşıyaraq hər səhər onu yenidən doğur. Yeni dövrə aid bir epitetdə Ra "anasının öküzü" yəni "Hathor vasitəsilə özünü əkmiş və ya yaratmış" adlandırılır. Bu epitetə əsasən Hathor ilahi hökumdar evinin qadın, zənən elementi , hökumdarın (Horun) yenidən doğulmasının təminatçısı kimi qiymətləndirilmişdir.
Hatice Aslan
Xədicə Aslan (20 fevral 1962, Sivas) — Türkiyə aktrisası. == Həyatı == Hatice Aslan 20 fevral 1962-ci ildə Sivasda doğulmuşdur. Uşaqlığı Sivasdakı Qazı Burhanəddin məhəlləsində keçmişdir. 9 uşağın altıncısıdır. Sivas liseyində oxuyub. Atası Xəlifə Aslan dövlət dəmir yollarında işləyirdi, əslən Malatyanın Kuluncak qəzasına bağlı Darılı (Çörmü) kəndindəndir. Anası Rəhmə Aslan isə Sivasın Hambal kəndindəndir. 1979–1983-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Konservatoriyasından məzun olduğu il Dövlət teatrına daxil olub. 1986-cı ildə İzmir dövlət teatrına köçürülüb.
Hatif İsfahani
Seyid Əhməd Hatif İsfahani (fars. سید احمد هاتف اصفهانی‎) — XVIII əsr İran şairi. Əslən Ordubaddan olmuşdur. == Həyatı == Əslən Azərbaycanın Ordubad şəhərindən olan Hatifin ailəsi Səfəvilər dövründə İsfahana köçmüş, özü isə XVIII əsrin birinci yarısında həmin şəhərdə anadan olmuşdur. İsfahanlı Nəsir Təbibdən ənənəvi elmləri, Mir Seyid Əli Müştaq İsfahanidən isə ədəbi sənətləri öyrənmişdir. O, dövrün digər mühüm ədəbiyyat adamları, o cümlədən Səbahi və Azər Bəydili ilə də ünsiyyətdə olmuşdur. İsfahandan başqa bir müddət Kaşanda da yaşamış və son illərini Qumda keçirmişdir. O, farsdilli poeziyada ifrat "hind üslubu" (Səbki-Hindi) hesab etdiyi hərəkatı inkar edən və erkən farsdilli poeziyanın üslub prinsiplərinə daha yaxın olan poetik idomi qəbul edən "bazqəşti ədəbi" adlı "ədəbi qayıdış" hərəkatının nümayəndəsi idi.
Hatila vadisi Milli Parkı
Hatila vadisi Milli Parkı (türk. Hatila Vadisi Millî Parkı) ― Türkiyənin şimal-şərqindəki Artvin ilində yerləşən milli park. Park Kaçkar dağlarının şərq ucundakı dik tərəfli çay vadisini əhatə edir. Bölgə Qara dənizə yaxındır. Aralıq dənizi iqliminin hakim olduğu ərazinin isti yayı və sərin qışı var və il ərzində bol yağıntı alır. Vadi müxtəlif bitki və heyvan icmalarını yaşayış yerləri ilə təmin edir. == Park == Hatila çayı Çorox çayının qoludur və dərəsi üzərində çoxsaylı şəlalələri olan dar, dik yamaclı, V şəkilli vadi yaratmışdır. Ərazidəki süxurlar əsasən vulkanik mənşəlidir və fərqli mənzərə yaratmış qeyri-adi geomorfoloji quruluşa və geologiyaya malikdir. Park təxminən 16 900 hektarlıq ərazimi əhatə edir. Vadinin aşağı hissələri quru və isti olsa da, yuxarı hissələri sərin və rütubətlidir və qışda qar örtüyü ilə örtülür.
Hatiya adası
Bhola adası (benq. Hatia) — Banqladeşin Bhola adasından sonra ölkənin ikinci ən böyük adası. Meqhna çayının deltasında yerləşir. Sahəsi 371 km² təşkil edir. == Coğrafiyası == Qanq çayının mənsəbindən şərqdə, Sandvip adasından isə qərbdə yerləşir. Ada ərazisinin böyük hissəsini bataqlıqlaşmış sahələr tutur ki, bununda böyük hissəsini manqrov meşələri tutur. Ada ərtafı ərazilər dayazlıqlardan ibarətdir. Mussonlar zamanı isə ada bütünlüklə suyun altında qalır. == Tarixi == 1508-ci ildə adanı Alvares de Dominqo Hindistan sahilləri ilə üzərkən aşkar etmişdir. Ancaq adada yaşayış olmasını görsə də oranı işğal etməmişdir.
Hatnua
Hatnua (ivr. ‏הַתְּנוּעָה‏‎) — İsraildə liberal siyasi partiya.İsrailin keçmiş Xarici İşlər Naziri Tzipi Livni tərəfindən qurulub, İsrail-Fələstin sülh prosesində darıxan seçicilərə alternativ fikir təqdim edir. Partiya Kadima partiyasından olan müxaliflər tərəfindən qurulmuşdur, partiyanın mütərəqqi qanadına rəhbərlik edən Livni 2012-ci ilin mart ayına qədər partiyanın daha mühafizəkar tərəfdarı olan rəqibi Şaul Mofaz üçün lider seçkisini itirənə qədər rəhbərlik etmişdir.
Hatnuah
Hatnua (ivr. ‏הַתְּנוּעָה‏‎) — İsraildə liberal siyasi partiya.İsrailin keçmiş Xarici İşlər Naziri Tzipi Livni tərəfindən qurulub, İsrail-Fələstin sülh prosesində darıxan seçicilərə alternativ fikir təqdim edir. Partiya Kadima partiyasından olan müxaliflər tərəfindən qurulmuşdur, partiyanın mütərəqqi qanadına rəhbərlik edən Livni 2012-ci ilin mart ayına qədər partiyanın daha mühafizəkar tərəfdarı olan rəqibi Şaul Mofaz üçün lider seçkisini itirənə qədər rəhbərlik etmişdir.
Hatoma
Hatoma adası (yap. 鳩間島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi — 0,96 km², maksimal hündürlüyü 34 m. İriomote adasından Hatoma boğazı ilə ayrılır. Adada Hatoma kəndi yerləşir.
Hatoyama ailəsi
Hatoyama ailəsi — Yaponiyanın siyasi ailələrindən biridir. Yaponiyada "Yapon Kennedi ailəsi" olaraq da adlandırılır. Ailənin iki üzvü İchiro Hatoyama 1954–1956 və Yukio Hatoyama 2009–2010 Yaponiyanın Baş Nazirləri olmuşdular.
Hatra
Hatra (ərəb. الحضر‎ al-Ḥaḍr) — İraqın Ninəvə mühafazası və Cəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır. Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin Ellinizm və Qədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi. 7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.
Heydər Hatəmi
Heydər Hatəmi (3 mart 1945, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — İran azərbaycanlısı olan rəssam. O, öz rəsm əsərlərini miniatür və təzhib kimi klassik şərq üslublarında müasir elementlərlə birgə işləyir. == Təhsili == İbtidai və orta təhsilini anadan olduğu Hadişəhrdə almışdır. Orta məktəbi bitirdikdən sonra Təbriz İncəsənət Akademiyasında təhsil almışdır. Sonrakı təhsilini isə Tehran İncəsənət Universitetində almışdır. == Həyatı == 1945-ci ildə Araz çayı yaxınlığında və sərhəd regionunda yerləşən Hadişəhrdə anadan olmuşdur. 1983-cü ildə Türkiyəyə köçmüşdür. Müasir dövrdə ən məşhur İran rəssamlarından və xaricdə fəaliyyət göstərən ən məşhur azərbaycanlılardandır. 1997-ci ildə isə ABŞ-yə köçmüşdür. 1997-ci ildən Qətər kraliyyət ailəsinin saray rəssamıdır.
Hüseyn Hatəmi
Hüseyn Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk alim, yazıçı və hüquq professoru. == Həyatı == 1898-də İranın Salmas şəhərindəda doğulan Əli Əsgər Xatəmi ilə 1910-cu ildə İstanbulda doğulan əslən azərbaycanlı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəldi. Əkiz qardaşı Həsən Xosrov Xatəmi daxili xəstəlikləri professorudur. Tam adı Hüseyn Pərviz olduğu halda ikinci adının İslam peyğəmbərinin məktubunu cıran Sasani hökmdarından gəldiyini öyrəndikdən sonra bu adı məhkəmə qərarı ilə sildirmişdir. == Təhsili == Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1960-cı ildə İstanbul Universiteti Hüquq fakültəsindən məzun olmuşdur. 1961-ci ildə İstanbul Universiteti Hüquq fakültəsinin Mədəni hüquq kafedrasına təyin olunmuşdur. == Fəaliyyəti == 1973-cü ildə vəkil Kezban Hatəmi evlənmişdir.
I Hattuşili
I Hattusili — (Hattušili) Bu, qədim Krallığın Hitit dövlətinin uğurlu krallarından biridir. Təxminən 1650-1620-ci illərdə hökm sürdüyü düşünülür. Xattusa şəhəri I Hattuşili tərəfindən xetlərin paytaxtına çevrildi. Xet şəhərlərinə şimalındakı Suriya şəhərlərindən katiblər gətirərək Xetlərdə arxivlərin yaradılması ənənəsi I Hattuşili ilə başlayır.

Значение слова в других словарях