Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lorin
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. == Həyatı == Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Alin Florin Kioanka
Alin Florin Kioanka (1 aprel 1995) — Rumıniyalı xizək yürüşçüsü. Alin Florin Kioanka Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Alin Florin Kioanka birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Kioanka 3:22.22 saniyəlik nəticəsi ilə 80 atlet arasında 47-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Chloris
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır.
Plotin
Plótin (yunanca Πλωτῖνος; 205 – 270[…], Minturno[d], Latsio) — antik idealist-filosof, neoplatonizmin yaradıcılarından biri. O həmdə neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər. == Bioqrafiyası == Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3-dür. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Dorin
Dorin — "Ulduz müharibələri" kainatında uydurma planet. Dorin qalaktikanın ucqar nöqtələrində yerləşir və kel-dor növünün ana planetidir. Klon müharibələri zamanı ceday generalı Anakin Skayvolker və komandir Asoka Tano Dorin yaxınlığında separatçı qüvvələri məğlub etmişdir. Planetdən olan ən görkəmli şəxs ceday ustası Plo Kundur. == İstinadlar == == Xarici keçidlər == Dorin — Vukipediya saytında.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Lomin
Lomin — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.
Lorij
Lorij (fr. Loriges) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03148. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 311 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 141 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 77.0%, 1999-cu ildə 73.0%). Fəal 141 nəfərdən 128 nəfəri (65 kişi və 63 qadın), 13 nəfəri işsizdir (6 kişi və 7 qadın). Fəal olmayan 42 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lorio
Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (fr. Bernhard Victor Christoph-Carl von Bülow; Vicco von Bülow; 12 noyabr 1923[…] – 22 avqust 2011[…]) — alman komik aktyoru, eynizamanda rejisor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş “Lorio” ləqəbinin mənası “sarıköynək” deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur. == Bioqrafiyası == Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927 ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür. 1934 —1938 ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941 ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943 cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır.
Aleksandr Bloxin
Aleksandr Bloxin (rus. Алекса́ндр Блохи́н; doğ. 12 yanvar 1951, İvanovo, RSFSR, SSRİ) — Rusiya dövlət xadimi, diplomat. Fövqəladə və Səlahiyyətli səfir (1996). == Həyatı == Aleksandr Bloxin 1951-ci il yanvarın 12-də İvanovo şəhərində anadan olub. O, əmək fəaliyyətinə "İvtorfmaş" zavodunda adi işçi kimi başlayıb. 1974-cü ildə V.İ. Lenin adına İvanovo Energetika İnstitutunu bitirib. 1974-1977-ci illər arasında Kirov şəhərində yerləşən "Fizpribor" zavodunda baş mühəndis, rəis müavini, sex rəisi və zavodun baş energetikinin müavini işləyib. 1977-1978-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə Monqolustanda ezamiyyətdə olub. 1978-1980-ci illərdə İvanovo tikiş birliyinin baş mexaniki olub.
Aleksey Bloxin
Aleksey Anatolyeviç Bloxin (rus. Блохин, Алексей Анатольевич; 13 mart 1957) — Rusiyanın əməkdar artisti. == Həyatı == 13 mart 1957-ci ildə anadan olub. 1978-ci ildə GİTİS-də təhsil alıb və Rusiya Akademik Gənclər Teatrında çalışır.
Alüminium xlorid
Alüminium xlorid – alüminium duzu və xlorid turşusu. Kimyəvi formulu — AlCl3. == Xassəsi == Adi temperaturada 183°C-də uçur (təzyiq altında 192,6 °C-də əriyir). Suda yaxşı həll olur (25 °C temperaturda 100 qr H2O-da 44,38 qr); nəm havada hidroliz nəticəsində tüstülənməyə başlayır və HCl ayrılır. Sulu məhluldan sarımtıl-ağ rəngdə kristalohidrat — AlCl3• 6H2O formasında məhlulda asılı şəkildə üzən kristal ayrılır. Bir sıra üzvi birləşmələrdə yaxşı həll olur (məsələn, 25 °C temperaturda 100 qr etanolda 100 qr, asetonda, dixloretanda, etilenqlikolda, nitrobenzolda, karbondördxloriddə və s.). == Alınması == Alüminium xloridin sənayedə alınmasının ən əhəmiyyətli üsulu — Cl2 və CO qarışığının şaxta sobalarında susuzlaşdırılmış kaolin və ya boksitə təsirinə əsaslanır: AI2O3 + 3CO + 3Cl2 ↔ 2AICI3+3CO2 • 6H2O3 900 °C temperaturda bor üçxlorid və alüminium fosfid qarışığından bor fosfid və alüminium xlorid alınır: BCI3 + AIP → BP + AICI3 Alüminium xloridin digər alınma üsulları da mövcuddur: AI + FeCI3 → AICI3 + Fe AI (OH)3 + 3HCI → AICI3 + 3H2O CuCI2 + AI → 2AICI3 + 2Cu AI + 6HCI → AICI3 + 3H2 == Tətbiqi == Susuz alüminium xlorid bir sıra qeyri üzvi (məsələn, NH3, H2S, SO2) və üzvi (məsələn, turşuların xloranhidridləri, efirlər və s.) maddələrlə birləşmə məhsullarını əmələ gətirir. Bu da AlCl3 neft emalında və üzvi sintezlərdə (məsələn Fridel – Krafts reaksiyasında) katalizator kimi texniki tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini gəstərir. Heksahidrat və onun məhlulları qrunt sularının təmizlənməsi, ağac emalı və digər sahələrdə istifadə olunur. == Toksikliyi == Alüminium xlorid orqanizmə daxil olduqda çox toksikdir, həm də korroziya aktivliyinə malikdir.
Aruba florini
Aruba florini (Niderlandca: Arubaanse florijn; ISO 4217 : AWG) - 1986-cı ildən bəri Arubada istifadə edilən rəsmi pul vahididir. 1 Aruba florini təqribən 100 sentə bərabərdir. Aruba florini Aruba Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Aruba florini = 0.558659 ABŞ dolları.
Barium xlorid
Barium xlorid (BaCl2) ― duzlar sinfinə aid qeyri-üzvi birləşmə. Barium xlorid rəngsiz, romb şəklində olan kristaldır. == Alınması == Bariumun xlor ilə reaksiyası zamanı: B a + C l 2 ⟶ B a C l 2 {\displaystyle {\mathsf {Ba+\ Cl_{2}\longrightarrow \ BaCl_{2}}}} Barium oksidin xlorid turşusu ilə reaksiyası zamanı: B a O + 2 H C l ⟶ B a C l 2 + H 2 O {\displaystyle {\mathsf {BaO+2HCl\longrightarrow \ BaCl_{2}+\ H_{2}O}}} Barium hidroksidin xlorid turşusu ilə reaksiya zamanı: B a ( O H ) 2 + 2 H C l ⟶ B a C l 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ba(OH)_{2}+2HCl\longrightarrow \ BaCl_{2}+2H_{2}O}}} Barium sulfidin kalsium xlorid ilə reaksiya zamanı: B a S + C a C l 2 ⟶ B a C l 2 + C a S {\displaystyle {\mathsf {BaS+\ CaCl_{2}\longrightarrow \ BaCl_{2}+\ CaS}}} Barium karbonatin xlorid turşusu ilə reaksiya zamanı: B a C O 3 + 2 H C l ⟶ B a C l 2 + H 2 O + C O 2 ↑ {\displaystyle {\mathsf {BaCO_{3}+2HCl\longrightarrow \ BaCl_{2}+\ H_{2}O+\ CO_{2}\uparrow }}} == Kimyəvi xassələri == Barium xlorid suda yaxşı, spirtdə az miqdarda, dietil efirində tamami ilə həll olunmur. Barium xlorid duzlarla dəyişmə reaksiyalarına yalnız həll olunmayan bir maddə, qaz halında və ya bir qədər az dissosiasiya olun birləşmə alınanda daxil olur: B a C l 2 + M g S O 4 ⟶ B a S O 4 ↓ + M g C l 2 {\displaystyle {\mathsf {BaCl_{2}+\ MgSO_{4}\longrightarrow \ BaSO_{4}\downarrow +\ MgCl_{2}}}} B a C l 2 + K 2 C r O 4 ⟶ B a C r O 4 ↓ + 2 K C l {\displaystyle {\mathsf {BaCl_{2}+\ K_{2}CrO_{4}\longrightarrow \ BaCrO_{4}\downarrow +2\ KCl}}} Müəyyən turşular ilə reaksiyaya daxil olur: B a C l 2 + H 2 S O 4 ⟶ B a S O 4 ↓ + 2 H C l {\displaystyle {\mathsf {BaCl_{2}+\ H_{2}SO_{4}\longrightarrow \ BaSO_{4}\downarrow +2\ HCl}}} == Tətbiqi == Barium xlorid kənd təsərrüfatında bitki zərərvericilərinin məhv edilməsi üçün istifadə olunur. Analitik kimyada məhlullarda sulfat turşusu və ya sulfatları aşkar etmək üçün (ağ çöküntü əmələ gəlir) tətbiq olunur. Keramik məhsuları hazırlamaq üçün istifadə olunan kütlənin tərkibinə daxil olur. Kimya sənayesində bariy duzları və bariy əsaslı reaktivlərin istehsalı üçün istifadə olunur. == Toksikliyi == Barium xlorid – toksik maddədir. Dəri və gözlərə düşdükdə, kimyəvi yanığlara səbəb ola bilər, yanğın və partlayışa davamlıdır. Buxarıyla nəfəs aldıqda öskürək, boğazda ağrı baş verir.
Bazz Oldrin
Bazz Oldrin (ing. Buzz Aldrin; 20 yanvar 1930[…], Qlen-Ridc[d], Nyu Cersi) — Amerikalı aviasiya mühəndisi, keçmiş astronavt və pilot. Oldrin 1966-cı ildə Gemini-12 missiyasının pilotu və 1969-cu il Apollon 11 missiyasında Ay modulu pilotu olaraq üç kosmik yol etdi. O, missiya komandiri Nil Armstronq ilə birlikdə ayın səthinə enən ilk insan olmuşdur.
Chloris cynodon
Barmaqvari çayır (lat. Cynodon dactylon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü.
Chloris maritima
Barmaqvari çayır (lat. Cynodon dactylon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü.
Chloris paytensis
Barmaqvari çayır (lat. Cynodon dactylon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü.
Chloris repens
Hind elevzinəsi (lat. Eleusine indica) — elevzinə cinsinə aid bitki növü.
Florian Albert
Florian Albert (15 sentyabr 1941[…] – 31 oktyabr 2011, Budapeşt) — Macarıstan milli komandasının və "Ferentsvaroş" klubunun sabiq futbolçusu. "Qızıl top" mükafatının sahibi (1967). == Karyerası == === Klub === Florian Albert bütün karyerasını "Ferentsvaroş" klubunda keçirib. === Milli === Yığmada 75 matçda 31 dəfə fərqlənən mərhum futbolçu 1962 və 1966-cı il dünya çempionatlarında, eləcə də 1960-cı il Yay Olimpiya Oyunlarında iştirak edib. == Uğurları == 4 dəfə ölkə çempionluğu qazanıb. Olimpiadada bürünc medal qazanıb. "Qızıl top" mükafatının sahibi olub (1967). == Xatirəsi == 2007-ci ildə "Ferentsvaroş"un stadionuna Albertin adı verilib. == Mənbə == "Qızıl top"un sahibi öldü.
Florian Faber
Florian Vellbrok
Florian Vellbrok (19 avqust 1997) — Almaniyalı üzgüçü. Florian Vellbrok Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Florian Vellbrok birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:23.88 saniyəlik nəticəsi ilə 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.