Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lorin
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. == Həyatı == Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Alin Florin Kioanka
Alin Florin Kioanka (1 aprel 1995) — Rumıniyalı xizək yürüşçüsü. Alin Florin Kioanka Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Alin Florin Kioanka birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Kioanka 3:22.22 saniyəlik nəticəsi ilə 80 atlet arasında 47-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Chloris
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır. Heroinin bir çox jarqon adları var: eriz (aries), harri (harry), tiqer, cenni (jenny), spayder, svit drims (sweet dreams), antifriz (antifreeze), bonita, heyzel (hazel), qara qartal, dinamit, predator.
Plotin
Plótin (yunanca Πλωτῖνος; 205 – 270[…], Minturno[d], Latsio) — antik idealist-filosof, neoplatonizmin yaradıcılarından biri. O həmdə neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər. Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3-dür. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Dorin
Dorin — "Ulduz müharibələri" kainatında uydurma planet. Dorin qalaktikanın ucqar nöqtələrində yerləşir və kel-dor növünün ana planetidir. Klon müharibələri zamanı ceday generalı Anakin Skayvolker və komandir Asoka Tano Dorin yaxınlığında separatçı qüvvələri məğlub etmişdir. Planetdən olan ən görkəmli şəxs ceday ustası Plo Kundur. == İstinadlar == == Xarici keçidlər == Dorin — Vukipediya saytında.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Lomin
Lomin — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.
Lorij
Lorij (fr. Loriges) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03148. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 311 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 141 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 77.0%, 1999-cu ildə 73.0%). Fəal 141 nəfərdən 128 nəfəri (65 kişi və 63 qadın), 13 nəfəri işsizdir (6 kişi və 7 qadın). Fəal olmayan 42 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lorio
Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (fr. Bernhard Victor Christoph-Carl von Bülow; Vicco von Bülow; 12 noyabr 1923[…] – 22 avqust 2011[…]) — alman komik aktyoru, eynizamanda rejisor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş “Lorio” ləqəbinin mənası “sarıköynək” deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur. == Bioqrafiyası == Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927 ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür. 1934 —1938 ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941 ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943 cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır.
Floran Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Florian Albert
Florian Albert (15 sentyabr 1941[…] – 31 oktyabr 2011, Budapeşt) — Macarıstan milli komandasının və "Ferentsvaroş" klubunun sabiq futbolçusu. "Qızıl top" mükafatının sahibi (1967). == Karyerası == === Klub === Florian Albert bütün karyerasını "Ferentsvaroş" klubunda keçirib. === Milli === Yığmada 75 matçda 31 dəfə fərqlənən mərhum futbolçu 1962 və 1966-cı il dünya çempionatlarında, eləcə də 1960-cı il Yay Olimpiya Oyunlarında iştirak edib. == Uğurları == 4 dəfə ölkə çempionluğu qazanıb. Olimpiadada bürünc medal qazanıb. "Qızıl top" mükafatının sahibi olub (1967). == Xatirəsi == 2007-ci ildə "Ferentsvaroş"un stadionuna Albertin adı verilib. == İstinadlar == == Mənbə == "Qızıl top"un sahibi öldü.
Florian Faber
Florian Vellbrok
Florian Vellbrok (19 avqust 1997) — Almaniyalı üzgüçü. Florian Vellbrok Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Florian Vellbrok birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:23.88 saniyəlik nəticəsi ilə 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Florid Buləkov
Florid Buləkov (başq. Флорид Миңлемулла (Миңнулла) улы Бүләков 23 fevral 1948, Bolşiye Şadı[d], Başqırd MSSR – 18 yanvar 2015, Ufa) — Başqırd dramaturqu. Başqırdıstan Respublikasının xalq yazıçısı, ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyası Dövlət Mükafatı laureatı və Başqırdıstan Respublikası Dövlət Salavat Yulaev adına mükafatı, Başqırdıstan Respublikasının Əməkdar İncəsənət Xadimi. == Bioqrafiyası == Ordudan qayıtdıqdan sonra 1969–1973-cü illərdə Mişkində "Erveya" xalq rəqs ansamblının təşkilatçısı və musiqi rəhbəri olmuşdur. Eyni zamanda Birsk Pedaqoji İnstitutunda qiyabi təhsil alır. 1973–1989-cu illərdə ədəbi işçi, şöbə müdiri, Mişkin regional "Drujba" qəzetinin müxbiri, daha sonra respublika Leninets və Sovet Başqırdıstanı qəzetlərində işləmişdir. İyirmidən çox pyesin və ilk Başqırd serialının müəllifidir. Onun "Sevgi Qeydiyyatı", "Unudulmuş Dua" dram nümunələri, "Nadinc qız" faciəsi, "Şaimuratov-General" dram-rekvizamı və "Nənələr ərə gedirdi" xalq komediyası çox populyardır. Layihənin müəllifi və ilk Başqırd rok operasının librettosu ("Sevgi ulduzu", bəstəkarı Salavat Nizametdinov). Tamaşaları Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Monqolustan, Türkmənistan (Yekaterinburq, Vladimir, İrkutsk, Xabarovsk, Kirov, Penza, Kazan, Nijni Novqorod, Mahaçqala, Çerkessk, Yakutsk, Ulan-Ude, Ufa, Alma-Ata, Astana, Brest, Bobruisk, Çerniqov, Tambov və s.) kimi ölkələrin teatr səhnələrində ifa edilmişdir.
Kloris Liçmen
Kloris Liçmen (ing. Cloris Leachman; 30 aprel 1926[…], De-moyn – 27 yanvar 2021[…]) — ABŞ-nin məşhur aktrisasıdır. 9 dəfə Emmi, həmçinin, Oskar, Qızıl Qlobus və BAFTA mükafatçısıdır.
Lev Oborin
Lev Nikolayeviç Oborin (rus. Лев Николаевич Оборин; 11 sentyabr 1907, Moskva – 5 yanvar 1974[…], Moskva) — SSRİ pianoçusu. == Həyatı == Lev Nikolayeviç Oborin 11 sentyabr 1907-ci il tarixində Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1926-cı ildə Moskva konservatoriyasını bitirmişdir. Orobin 1930-cu ildən burada fortepianodan fərs demiş, 1935-ci ildən professor olmuşdur. Oborin 5 yanvar 1974-cü il tarixində, 66 yaşında, SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Lev Oborin 1927-ci ildə Varşavada keçirilən pianoçuların F. Şopen adına birinci beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. O, 1943-cü ildə SSRİ Dövlət mükafatına, 1964-cü ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. Oborin 2 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Рабинович Д. А. Портреты пианистов.
Lörink Mesaroş
Lörink Mesaroş (mac. Lőrinc Mészáros; 24 fevral 1966, Sekeşfexervar) ― Macarıstan siyasətçi, iş adamı. 2011-ci ildən 2018-ci ilə qədər Felcut adlı kəndin başçısı olmuşdur. İxtisasca qaz çilingəri olan Mesaroşun 2019-cu ilə olan sərvəti 407,7 milyard forint (1,3 milyard dollar) təxmin edilir və "Forbes"a görə Macarıstanın ən zəngin adamıdır. Bir çox media orqanı onu "oliqarx" kimi qələmə verir. Onun qaz çilingərindən müflisliyə qədər dəyişən şəxsiyyəti müntəzəm olaraq sosial diskurslara səbəb olur, Mesaroş bir neçə ilə Macarıstanın ən varlı adamı oldu, bəzi analitiklər bunu Fides partiyasının yüksək vəzifəli üzvləri ilə sıx münasibətləri ilə əlaqələndirirlər. 2010-cu il hökumət dəyişikliyindən sonra sərvəti hər il iki qat artmağa başladı və onun 2010-cu ildən bir neçə seçkidə qalib gələn və hazırda baş nazir olan uşaqlıq dostu Viktor Orbanın böyüdüyü kəndin başçısı oldu. Buna görə də bir neçə media orqanı onu daim Viktor Orbanın şəxsi heyət üzvü adlandırır. Bu əlaqənin əhəmiyyəti 2017-ci ildə Mesaroş tərəfindən belə təsvir olunmuşdur: "Mənim var-dövlətim üç amilə əsaslanır: Tanrı, bəxt və Viktor Orban". == Erkən biznesi == Mesaroş karyerasına doxsanıncı illərin əvvəllərində qaz çilingəri kimi başlamışdır.
Maqnezium xlorid
Maqnezium xlorid (MgCl2) – qeyri-üzvi birləşmədi, xlorid turşusunun maqnezium duzu. == Fiziki xassələri == Magnezium xlorid – susuz duzdur, hiqroskopik heksoqonal Rəngsiz kristallar şəklində kristallaşır. Acı dadı var. == Alınması == Susuz maqnezium xloridi maqneziumun birbaşa xlorlanması nəticəsində almaq olar: M g + C l 2 → M g C l 2 {\displaystyle {\mathsf {Mg+Cl_{2}\rightarrow MgCl_{2}}}} Magnezium xloridi əsası oksidlərin xlorid turşusu ilə reaksiyası zamanı almaq olar: 2 M g O + 2 C l 2 → 2 M g C l 2 + O 2 {\displaystyle {\mathsf {2MgO+2Cl_{2}\rightarrow 2MgCl_{2}+O_{2}}}} M g O + C + C l 2 → M g C l 2 + C O {\displaystyle {\mathsf {MgO+C+Cl_{2}\rightarrow MgCl_{2}+CO}}} == Kimyəvi xassələri == Magnezium xlorid suda yaxşı həll olunur, piridində, spirtlərdə, asetonda zəif həll olunur. Magnezium xlorid qələvilər və ammonyak məhlulu ilə reaksiya girir: M g C l 2 + 2 N a O H → M g ( O H ) 2 ↓ + 2 N a C l {\displaystyle {\mathsf {MgCl_{2}+2NaOH\rightarrow Mg(OH)_{2}\downarrow +\,2NaCl}}} Magnezium xloridə natrium karbonat əlavə edildikdə, əsası maqnezium karbonatın çöküntüsü əmələ gəlir: 5 M g C l 2 + 5 N a 2 C O 3 + 2 H 2 O → M g ( O H ) 2 ⋅ 3 M g C O 3 ↓ + M g ( H C O 3 ) 2 + 10 N a C l {\displaystyle {\mathsf {5MgCl_{2}+5Na_{2}CO_{3}+2H_{2}O\rightarrow Mg(OH)_{2}\cdot 3MgCO_{3}\downarrow +\,Mg(HCO_{3})_{2}+\,10NaCl}}} M g C l 2 + 2 N a H C O 3 → M g C O 3 ↓ + 2 N a C l + H 2 O + C O 2 ↑ {\displaystyle {\mathsf {MgCl_{2}+2NaHCO_{3}\rightarrow MgCO_{3}\downarrow +\,2NaCl+\,H_{2}O+CO_{2}\uparrow }}} 2 M g C l 2 + L i A l H 4 → M g H 2 + L i C l + A l C l 3 {\displaystyle {\mathsf {2MgCl_{2}+LiAlH_{4}\rightarrow MgH_{2}+\,LiCl+\,AlCl_{3}}}} M g C l 2 ⋅ 6 H 2 O → 120 ∘ C M g C l 2 ⋅ 4 H 2 O + 2 H 2 O {\displaystyle {\mathsf {MgCl_{2}\cdot 6H_{2}O\xrightarrow {120^{\circ }C} MgCl_{2}\cdot 4H_{2}O+2H_{2}O}}} M g C l 2 ⋅ 4 H 2 O → 150 ∘ C M g C l 2 ⋅ 2 H 2 O + 2 H 2 O {\displaystyle {\mathsf {MgCl_{2}\cdot 4H_{2}O\xrightarrow {150^{\circ }C} MgCl_{2}\cdot 2H_{2}O+2H_{2}O}}} M g C l 2 ⋅ 2 H 2 O → 240 ∘ C M g C l 2 ⋅ H 2 O + H 2 O {\displaystyle {\mathsf {MgCl_{2}\cdot 2H_{2}O\xrightarrow {240^{\circ }C} MgCl_{2}\cdot H_{2}O+H_{2}O}}} M g C l 2 ⋅ H 2 O → > 300 ∘ C M g O H C l + H C l {\displaystyle {\mathsf {MgCl_{2}\cdot H_{2}O\xrightarrow {>300^{\circ }C} MgOHCl+HCl}}} 2 M g O H C l → > 400 ∘ C M g 2 O C l 2 + H 2 O {\displaystyle {\mathsf {2MgOHCl\xrightarrow {>400^{\circ }C} Mg_{2}OCl_{2}+H_{2}O}}} == Tətbiqi == Maqnezium xlorid əsasən maqnezium istehsalında istifadə olunur. Həm çinin buz və qarın əriməsi üçün tətbiq olunur. Qarla təmasda olduqda onu tez bir zamanda əridir. Magnezium xlorid qida sənayesində çox istifadə olunur. E 511 qida qatqısı kimi qeyd olunur. == İstinadlar == Рабинович В.А., Хавин З.Я. Краткий химический справочник.
Nan Holdin
Nan Qoldin - fotoqraf. Nan Qoldinin fotosərgilərindəki adamların sayı adətən Misirdəki mumiyalara, Rafaelin əsərlərinə baxmağa gələnlərin sayından çox olurdu. Səbəb isə sadə və "məişətvari" idi: Nanın fotolarının motivi həyatın dibi - narkotika, qeyri-ənənəvi cinsi həyat, orgiyalar, içki məclisləri idi… Nan Qoldin 1953-cü ildə Vaşinqtonda anadan olub. Uşaqlıqda Nanla bacısını müayinə edən psixiatr həmişə bacıların intihara meylli olmasından şübhələnirdi. O, yanılmırdı. Nanın bacısı 18 yaşında intihar etdi. Nanı isə intihardan fotokamera xilas etdi. Nanın gəncliyi yetmişinci illərə təsadüf edirdi - bu, rok-n-rol, narkotika və seksin dövranı idi. Və belə zəngin gənclik həyatı Nana cəsarətli mövzular verirdi. Bir dəfə o, etiraf etdi ki, seksual motivli uğurlu fotosessiyalardan birinin səbəbi sırf səhər oyananda dünən gecə nə baş verdiyini xatırlamaq arzusu olub.
Natrium florid
Natrium florid (NaF) — NaF formullu qeyri-üzvi birləşmədir. İçməli suyun, diş pastasının istehsalında, metallurgiyada, pestisidlərdə və siçan zəhərində istifadə olunur. Suda asanlıqla həll olan rəngsiz və ya ağ rəngli bir qatı maddədir. Dərman istehsalında geniş tətbiq olunan florid mənbəyidir və diş boşluğunun qarşısını almaq üçün istifadə olunur. 2017-ci ildə, ABŞ-də bir milyondan çox resepti olan, ən çox verilən 247-ci dərman idi. Natrium florid diş boşluğun qarşısını almaq üçün tablet şəklində satılır. Diş sağlamlığını qorumaq üçün florid duzları tez-tez bələdiyyə içməli suyuna (bəzi ölkələrdə bəzi qida məhsullarına) əlavə olunur. Ftor, diş emalında təbii olaraq meydana gələn, dişin əsas hissəsi olan flüorapatiti meydana gətirərək dişlərin gücünü artırır. Natrium florid suyun flüoridləşdirilməsi üçün istifadə olunsa da və digər su-floridasiya birləşmələrinin ölçüldüyü standart olsa da, heksaflorosilikat turşusu (H2SiF6) və onun duzu natrium heksaflorosilikat (Na2SiF6) ABŞ-də daha çox istifadə olunan qatqılardır. Postmenopozal osteoporozun müalicəsi üçün florid əlavəsi geniş tədqiq edilmişdir.
Natrium xlorid
NaCl və ya Natrium-xlorid – Xlorid turşusunun (HCl) turşu qalığının natriumlu duzudur. NaCl dəniz suyunda boldur və ona şor dad verir. Təbiətdə qalit (qaya duzu) şəklində yaranır. NaCl saf halda rəngsiz, kristallik maddədir. Amma xarici təsirlərə məruz qaldığı zaman mavi, bənövşəyi, çəhrayı, sarı və ya boz rənglərə çala bilir.
Oldrin Bazz
Bazz Oldrin (ing. Buzz Aldrin; 20 yanvar 1930[…], Qlen-Ridc[d], Nyu Cersi) — Amerikalı aviasiya mühəndisi, keçmiş astronavt və pilot. Oldrin 1966-cı ildə Gemini-12 missiyasının pilotu və 1969-cu il Apollon 11 missiyasında Ay modulu pilotu olaraq üç kosmik yol etdi. O, missiya komandiri Nil Armstronq ilə birlikdə ayın səthinə enən ilk insan olmuşdur.