Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Bərbət
Bərbət — mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər sırasına aid edilən bərbətin gövdəsi böyük, qolu isə uzundur. == Söz açımı == Bərbət orta əsrlərdə ünlü müğənni, bəstəkar, bərbət musiqi alətinin yaradıcısı və gözəl ifaçısı olmuşdur. Tanınmış musiqi araşdırmacısı T. Vızqo 1990-cı ildə Düşənbə şəhərində Barbədə həsr olunmuş beynəlxalq simpoziumdakı məruzəsində belə fikir söyləyib: "Alət ərəblərdən köçmədir. Ona görə ərəbcə "əl-üd" adlanıb, fars adı isə bərbətdir (yə'ni, ördək döşü). "Bərbət" sözünün bər "sinə", bət "ördək" sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, "ləpələnmə", "dalğalanma" mənasını verməsi qeyd olunur. == Tarixçə == Bu alətin ərəblərdən gəldiyi inancı yayğındır. Ancaq XIII əsrdə yaşamış Şərq alimi Mahmud Amuli bərbəti yunan filosofu Pifaqorun (e. ə.
Herbert
Herbert — ad. Herbert Huver — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933). Herbert Hart — Herbert Xamison — Herbert Çepmen — Herbert Saymon — amerikan iqtisadçısı. Herbert Pitman — Titanik gəmisinin üçüncü ofiseri. Herbert Braun — amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). Herbert Kreyk — şotland futbolçu Herbert fon Karayan — avstriyalı dirijor. Herbert Çerberi — ingilis filosof, Deizm-in yaradıcısı.
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Hümbət
Hümmət — Kişi adı.
Hərəkət
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Şərbət
Şərbət – içki Şərbətlərin hazırlanmasında şəkər, ətirli-ədviyyəli bitkilər, meyvə-giləmeyvə, qaynadılıb soyudulmuş və ya buzdan istifadə edilir.Bəzi şərbətlərə boymadərən, bədmüşk və qızılgüldən çəkilmiş gülab əlavə edilir. Azərbaycanın müxtəlif rayonlarında qəndab, xoşab, səhləb, iskəncəbi, ovşala (oşara), xoşab, kimi sərinləşdirici içkilərdən də istifadə edilir. Əgər şərbət süfrəyə ağzı enli su qrafinlərdə və bardaqlarda verilirsə, onda şərbətə buz tikələri salmaq olar, butulka və ağzı dar qrafinlərdə verildikdə isə şərbəti əvvəlcədən soyuducuda saxlayıb soyudurlar. Şərbətlərin dadını yaxşılaşdırmaq üçün onlara limon turşusu və ya limon şirəsi əlavə edilir. Şərbətlərin tərkibində 60 %dən az olmayaraq şəkər olur. Meyvə-giləmeyvə şərbətləri təbii və süni olur. Şərbətləri hazırlamaq üçün meyvə-giləmeyvə ekstraktlarından da istifadə edilir. Şərbətlərdən albalı şərbəti, qızılgül şərbəti, ərik şərbəti, innab şərbəti, yubiley şərbəti, gül-nar şərbəti, limon şərbəti, meyvə şərbəti, nar şərbəti, nanəli şərbət, heyva şərbəti, reyhan şərbəti, sumaq şərbəti, turşəng şərbəti, çuğundur şərbəti, şəkər şərbəti və s.-ni göstərmək olar.
Debet
Hebei
Hebei (Hibei), (çin. 河北省), Çinin şərq hissəsində vilayətdir. Hebei vilayətinin şimalında Daxili Monqolustan Muxtar Rayonu, cənubunda Shandonq və Henan vilayətləri, şərqində Bohai dənizi, qərbində isə Şansi vilayəti yerləşmişdir. İdarə mərkəzi Şiciacuanq şəhəridir. Ərazisi 187700 km²-dir. == Din == 2007 və 2009-cu illərdə aparılan statistikaya görə Hebei vilayətinin əhalisinin çoxu Çinin qədim dinlərinə, 5.52% öz ulu babalarına sitayiş edir. Əhalinin 3.05% Xristian , 0.82% isə Müsəlmandır. == Əhali == 2015-ci ilin siyahıya almasına əsasən əhalisi 73,326,101 olan Hebei vilayəti Çinin altıncı böyük əhaliyə malik vilayətidir. Hebei vilayətinin əhalisi az sayda Huey xalqı (Müsəlman Çinli), Mancurlar, Monqollar və əhalinin böyük hissəsini təşkil edən Xan xalqıdır. == Tarix == Şimali Çin ovalığı əsrlər ərzində ən qədim insan məskəni olmuşdur.
Hecet
Həbəş
Həbəş (Meşkinşəhr)
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Rebut
Yenidənyazma və ya rebut (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası. Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır. Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır. Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.
Erjebet Valkay
Erjebet Valkay (6 mart 1979) — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Erjebet Valkay, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Erjebet Valkay, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Erjebet Şaar
Erjebet Şaar (mac. Schaár Erzsébet; 27 iyul 1908[…] – 29 avqust 1975[…], Budapeşt) — Macarıstan heykəltaraşı, Mihai Munkaçı mükafatı laureatı (1962), Macarıstan Xalq Respublikasının əməkdar heykəltaraşı (1972). == Həyatı == Usta Jiqmond Kişfaludi-Ştrobl onun müəllimi olmuşdur. 1932-ci ildə o, ən yaxşı gənc rəssam nominasiyasında "Siney" mükafatına layiq görüləndə, ilk peşəkar sərgisini təşkil etdi və mütəxəssislərin diqqətini çəkdi. 1935-ci ildə heykəltaraş Tibor Vilt ilə evləndi. Qadın fiqurları, cütlükləri və ölən əsgərləri təsvir edən bir sıra heykəllərin müəllifidir. Heykəllər təbii görünsün deyə asan kəsilən yüngül polistirol materialından istifadə edirdi. 1970-ci ildə Budapeştin Müçarnok salonunda sərgi keçirdi və iki il sonra Antverpen və Cenevrədə sərgisi təşkil olundu. 1977-ci ildə Şaarın ölümündən sonra Duysburq şəhərindəki Lembruk muzeyində sərgi keçirildi. Şaarın düzəltdiyi məşhur heykəllər Budapeşt, Keçkemet, Mişkolts, Peç, Tihani və digər şəhərlərdə yerləşirlər.
Herbert Braun
Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[…], London[…] – 19 dekabr 2004[…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). == Həyatı == Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur. Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir.
Herbert Hart
Herbert Lionel Adolf Hart(18 İyul 1907 – 19 Dekabr 1992) Britaniyalı hüquqşünas-filosof, siyasi və hüquqi fəlsəfənin görkəmli xadimi.O, Oksford Universitetinin hüquq professoru olmuşdur.Onun ən məşhur işi "Hüquq anlayışı" 1961-ci ildə yazılmışdır(1961:3-cü nəşr,2012) .Hart əsərində hüququ fəlsəfi cəhətdən yeniləyərək "hüququn təbiəti" və ya "hüququn anlayışı" kimi ifadə etdi.O, Hans Kelzenlə yanaşı XX əsrin ən qabaqcıl filosolarından biri hesab olunur. == Həyatı == H.Hart 1907-ci ildə Yorkşirdə yerləşən Herroqeyt şəhərində Rouz Semson Hart və Saymon Hartın ailəsində dünyaya gəlmişdir.Atası Alman və Polyak əsilli yəhudi bir dərzi idi.Polyak əsilli olan anasının valideynləri isə varlı parça tacirləri idi.Hartın Albert adlı böyük qardaşı, Sibil adlı kiçik bacısı var idi.O, Çelenthem Kollecində,Bredford Qrammatika Məktəbində və Oksford Nyu Kollecdə təhsil almışdır. Hart 1932-ci ildən 1940-cı ilə qədər vəkil kimi Lordlar məhkəməsində uğurlu praktika keçmişdir.
Herbert Huver
Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ — 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933). == Həyatı == Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır. 1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir. Sonralar ixtisası üzrə Avstraliyada və Çində işləmişdir. 1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur. 1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi.
Herbert Kitçener
Horatio Herbert Kitçener(d. 24 iyun 1850 - ö. 5 iyun 1916) Böyük Britaniyalı hərbi və siyasi xadim. Sudanda Məhəmməd Əhməd əl-Mehdinin başlatdığı üsyanı yatırtmış, Cənubi Afrika Müharibəsində baş komandir, Birinci Dünya Müharibəsinin əvvəllərində isə hərbi naziri vəzifəsində çalışmışdır. == Həyatı == Kitçener, Listovel yaxınlığında, Ballilonqfordda doğulmuşdur. Vulviçdə Kral Hərbi Akademiyasını bitirmişdir. 1874-cü ildən Mərkəzi Asiyada istehkam zabiti vəzifəsində çalışmışdır. 1886-cı ildə Sudanda İngilis - Qırmızı dəniz ərazisinə gətirilmişdir. Daha sonra Misirə göndərililərək Qahirə komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1892-ci idə Misir ordularının baş komandiri olmuşdur.
Herbert Knaup
Herbert Knaup (23 mart 1956[…]) — alman aktyor.
Herbert Kreyk
Herbert Kreyk (ing. Herbert Craik; d. 1880, Qrinok, Şotlandiya – ö. məlum deyil) — şotland futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Herbert Kreyk 1880-ci ildə Şotlandiyanın Qrinok şəhərində anadan olmuşdur. == Karyerası == 1903-cü ildə "Liverpul" komandasında 1 oyunda meydana çıxmışdır.
Herbert Kvellen
Herbert Kvellen (alm. Herbert Quelle‎; d.
Herbert Lom
Herbert Lom (çex. Herbert Lom) - beyənxalq səviyyədə tanınmış çex əsilli kino və teatr aktyoru. == Həyatı == 1917-ci ilin 11 sentyabr tarixində o zaman ki, Avstriya-Macarıstan imperiyasının sərhədləri daxilində yerləşən və hal-hazırda Çexiyanın paytaxtı olan Praqa şəhərində anadan olmuşdur. Teatr səhnəsinə ilk dəfə yaşadığı Praqa şəhərində çıxımışdır. 1937-ci ildə Zena Pod Krizmen adlı film ilə kinematoqrafiya sahəsinə qədəm qoymuşdur. 1938-ci ildə İngiltərəyə köçmüşdür. 2004-cü ilə qədər aktiv formada davam etdirdiyi kino və teatr fəaliyyəti ərzində 112 müxtəlif filmdə rol almışdır. Herbert Lom rol aldığı filmlərdə əsasən epizotik rollarda çıxış etmiş və adətən mənfi obrazları canlandırmışdır.
Herbert Luis
Herbert Luis (alm. Herbert Louis‎; 12 mart 1900, Berlin – 11 iyul 1985, Münxen) — Almaniyadan dəvət edilmiş və Türkiyədə müasir coğrafiya elminin qurucularından biri olmuşdur. == Həyatı == Herbert Lius 12 mart 1900-cü ildə Almaniyanın paytaxtı Berlində anadan olub. Berlin Universitetinin Fən Ədəbiyyat Fakültəsində coğrafiya, geologiya və fizika fakültəsində təhsil almışdır. Məzun olduqdan sonra, 1935-ci il 12 avqustda Berlin Universitetində coğrafiya professoru vəzifəsinə təyin olunmuşdur.1925-ci ildə doktorluq müdafiə etmişdir. 1930-cu ildə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən Ankaraya dəvət edilmiş və yeni qurulan Dil və Tarix Coğrafiya Fakültəsində coğrafiya professoru təyin edilmişdir. Herbert Louis Türkiyədə 8 il pedaqoji və araşdırma fəaliyyəti aparmışdır. 1943-cü ildə Almaniyanın Köln Universitetində Coğrafiya kafedrasında Ədliyyə professoru təyin edilmiş və 1965–1966-cı illərdə qonaq professor kimi Türkiyədə həmin fakültəyə dəvət edilmişdir. Türkiyədəki fəaliyyəti dövründə onun dərs dediyi tələbələr təkcə orta təhsil müəssisələrində müəllim kimi işləməmiş, həm də, universitetlərdə elm sahəsində, müxtəlif hökumət işlərində çalışmışlar. 1968-ci ildə Almaniyanın Münhen Universitetinin coğrafiya şöbəsi Ord.