Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ÇRU
Çin Renmin Universiteti (ing. Renmin University of China (RUC); sadələşdirilmiş Çin dilində: 中国 人民 大学; ənənəvi Çin: 中国 人民 大学; pinyin: Zhōngguó Renmin Dàxué), həmçinin Çin Xalq Universiteti kimi də tanınır. — Çinin paytaxtı Pekin şəhərinin Haidian rayonunda yerləşən əsas tədqiqat universitetidir. Onun kampus qonşuları Pekin Universiteti və Tsinxua Universitetidir. == Tarixi == Universitetin sələfi Shan Bei İctimai məktəbi olmuşdur (陕北 公 学), İkinci Çin-Yapon müharibəsi zamanı 1937-ci ildə yaradılmışdır. Sonradan Şimali Çin Birləşmiş Universiteti və Şimali Çin Universiteti adlandırıldı. Çin Renmin Universiteti rəsmən 1950-ci ildə yaradılmışdır, Çin Xalq Respublikasının ilk Xalq Universiteti olmuşdur. Wu Yuzhang, Cheng Fangwu, Guo Yingqiu, Yuan Baohua, Huang Da və Li Wenhai uğurla rektor vəzifəsini yerinə yetirmişdilər. Hal-hazırda universitetin rektoru gorkəmli iqtisadçı və elm xadimi Ji Baochengdır. Hal-hazırda Renmin Universiteti 23 məktəb, 13 elmi-tədqiqat institutu və Graduate School-dan ibarətdir, bakalavr üçün 60 ixtisas, ikinci bakalavr dərəcəsi üçün 8 ixtisas, magistr dərəcəsi üçün 92 ixtisas və doktorluq namizədləri üçün 140 ixtisas tələbələrə təklif olunur.
Aru adaları
Aru adaları (ind. Kepulauan Aru) — Yeni Qvineya adasının cənubunda yerləşən Arafur dənizi sahillərindən 150 km aralıda yerləşən arxipelaq. == Coğrafiya == АArxipelaq ümumilikdə 95 alçaq adadan ibarətdir. 8563 km² ərazini əhatə edir. Vokam (Workai), 152 km²; Koba (Koba), 386 km²; Kobroor (Kobroor), 1723 km²; Kola (Kola), 270 km²; Maykor (Maikoor), 398 km²; Pinembulai adası (Penambulai), 125 km²; Tanabesar (Tanahbesar), 1604 km²; Tranqan (Trangan), 2149 km² Siyasi baxımından adalar Malukku vilayətinə daxildir. == Əhalisi == Adalarda 2011-ci il siyahıyaalınmasına görə 84,138 nəfər yaşayırdı Əsas liman şəhəri Dobo arxipelaqın qərbində yerləşir. == Ədəbiyyat == S. O’Connor, M. Spriggs and P. Veth, redaktorTerra Australis 22 - The Archaeology of the Aru Islands, Eastern Indonesia. ANU E Press. 2007. ISBN 978-1-921313-04-2.
Bru-Verne
Bru-Verne (fr. Broût-Vernet, oks. Brot e Vernet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1175 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 699 nəfər (15-64 yaş arasında) arasında 510 nəfər iqtisadi fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəal 510 nəfərdən 468 nəfər (256 kişi və 212 qadın) işləyir, 42 nəfər işsizdir (18 kişi və 24 qadın).
Drü Berrimor
Drü Blayt Berrimor (ing. Drew Blyth Barrymore; 26 fevral 1975, Kalver-Siti, Kaliforniya, ABŞ) – Amerikan (Hollivud) aktrisası, model, rejissor, prodüser və yazıçısıdır. O aktyor Con Barrimorun nəvəsidir. İlk vaxtlarda reklamlara çəkildi. == Həyatı == Drü Berrimor aktyor ailəsində anadan olub.Ailədə ənənəvi bir kino aktyorluğu vardı.200 ildir ailədən bir çox kino oyunçusu çıxmışdı.Karierinə 11 aylıqkən bir it yeməyi reklamına seçilərək başladı. == Karyerası == İlk filmi 1980-ci ildə "Dəyişilən dövlətlər" (Altered States) idi. 1981-ci ildə E.T.da oynadı və bütün dünya səviyyəsində məşhur oldu.1984'te çəkilən Irreconcilable Differences filmindəki roluyla Qızıl Kürəyə də namizəd olan Berrymore gənc yaşda qazandığı şöhrəti qaldıra bilmədi. 9 yaşında siqaret və spirt istifadəsinə başladı. 10 yaşında marijuanaya başladı. 12ində isə artıq kokain asılısı idi.
HRT 3
HRT 3, bütöv adı Hrvatska radio televizija 3 (xorv. Хорватское радио телевидение 3), həmçinin Treti program (xorv. Третья программа) adı ilə məşhurdur — 13 sentyabr 2012-ci il tarixindən etibarən yayımlanan Xorvatiya Radio və Televiziyasının üçüncü teleproqramı. Proqramdaa əsasən bədii filmlər, teleseriallar, mədəni və təhsil verilişləri var.
Haşimoto uru
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. == Əlamətlər == Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. == Müalicə == Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Hou Yifan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
Hyu Cekman
Hyu Maykl Cekman (ing. Hugh Michael Jackman; 12 oktyabr 1968 Sidney) — Avstraliyalı televiziya, kino aktyoru və prodüseri. Cekman böyük filmlərdə oynadığı rolları ilə bütün dünyada məşhurlaşdı. O, oynadığı macəra, superqəhrəman və romantik filmlərdə müxtəlif səpgili rolları canlandırıb. Aktyor ən çox "İks-adamlar" film silsiləsində rol aldığı Volverin obrazı ilə tanınır. == Həyatı == Hyu Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni” və "Emmi” kimi nüfuzlu mükafatlara sahibdir. 25 dekabrda dünya kinoteatrlarında nümayiş olunacaq "Səfillər” ekran əsərində baş rollardan birini canlandıran Hyu Cekman obrazı ilə iki nominasiyada "Qızıl Qlobus” mükafatına namizəddir. O, Jan Valjan roluna görə artıq ilk – Amerika kinoaktyorlar gildiyasının mükafatını qazanıb. Chris Jackman dərin dindar adamdır və uşaqlarına dini təhsil verib.
Hyu Hefner
Hyu Hefner (ing. Hugh Hefner; 9 aprel 1926, Çikaqo — 27 sentyabr 2017, Los-Anceles) — amerikalı naşir, "Playboy" jurnalının yaradıcısı və keçmiş şef-redaktoru. == Həyatı == Hyu Hefner 1926-cı il aprelin 9-da Çikaqo şəhərində anadan olub. Atası alman və ingilis, anası isə isveç əsillidir. Hərbi xidmətdən sonra o, Urbana-Şampeyn İllinoys Universitetinin psixologiya fakültəsinə daxil olub. Daha sonra "Esquire" jurnalının reklam şöbəsində işləməyə başlayıb. Pornoqrafiya jurnalı təsis etmək ideyası da məhz bu zaman yaranıb. Hefner ilk dəfə "Playboy" jurnalını öz mətbəxində hazırlayıb. 1953-cü ildən etibarən nəşr olunmağa başlayan jurnalın birinci nəşrində Merilin Monronun çılpaq şəkilləri əks edilmiş və jurnal Hefnerin şəxsi pulu hesabına 50 000 tirajla buraxılmışdı. Az sonra o dünyanın ən çox satılan kişi jurnalına çevrilib.
Hyu Loftinq
Hyu Loftinq(ing. Hugh John Lofting, 14 yanvar 1886[…], Meydenhed[d], Berkşir[d] – 26 sentyabr 1947[…], Topanqa, Kaliforniya) — İngilis uşaq yazıçısı, doktor Aybolitin prototipi olan Doktor Dulittl haqqında əsərlər silsiləsinin müəllifi. == Həyatı == Hyu Con Loftinq 14 yanvar 1886-cı ildə Böyük Britaniyada, Meydenxeddə (Berkşir qraflığı) anadan olmuşdur. ABŞ-də Massaçusets texnoloji institutunu, 1907-ci ildə London Politexnik institutunu bitirmişdir. Mühəndis kimi Kanadada, Cənubi Afrikada, Kubada işləmişdir. 1912-ci ildən Nyu-Yorkda yaşamağa başlayır. Onun yazıçılıq karyerası da burada başlayır. H.C.Loftinq Birinci Dünya müharibəsində iştirak edir, yaralanır və ordudan tərxis olunur. 1919-cu ildə ailəsi ilə birgə Nyu-Yorka qayıdır və yazıçılıq fəaliyyətini bərpa edir. Müntəzəm olaraq doktor Dulittlin macəraları haqqında kitablarını nəşr etdirir.
Hyu Qallaxer
Hyu Kilpatrik Qallaxer (ing. Hugh Kilpatrick "Hughie" Gallacher, 2 fevral 1903, Bellshill, Şotlandiya — 11 iyun 1957, Geytshed, İngiltərə) — Şotlandiya futbolçusu, Britaniya futbolu tarixində ən yaxşı hücumçulardan biri. "Nyukasl" və "Çelsi" komandalarının mərkəz hücumçusu. İstənilən mövqedən qapıya zərbə endirməyi bacaran Qallaxer hücumların təşkilatçısı kimi məşhur idi. İngilis futbolunun bütün tarixi ərzində ən güclü şotland futbolçularından biri hesab olunur. Vurduğu topların sayına görə (386 qol) futbol liqasının rekordçusudur.
Hyu Qlass
Hyu Qlass (ing. Hugh Glass; təq. 1783, Filadelfiya, Pensilvaniya – 1833, Yellouston çayı) — irland əsilli ABŞ kürk qaçaqmalçısı, sərhəd sakini, kürk taciri, ovçusu və səyyahı. Hyu Qlassın 1783-cü ildə Pensilvaniya ştatının ərazisində şotland və irland əsilli bir ailədə dünyaya gəldiyi təxmin edilir. Qlass Missuri çayı, Montana, Şimali Dakota, Cənubi Dakota və Nebraska ştatlarının ərazilərində, Plat çayının hövzəsində köçəri həyat yaşamış, ovçuluqla məşğul olmuşdur. Hyu Qlass daha çox kürk ticarəti zamanı dostları tərəfindən aldaldılması, ölümə tərk edilməsinə baxmayaraq özündə güc tapıb həyata tutunması və qrizli ayısı tərəfindən hücuma məruz qalması ilə məşhurlaşmışdır. Glass 1833-cü ildə Yellowstone çayında 2 yoldaşı ilə bərabər Arikaralar tərəfindən qətlə yetirilmişdir. Vəhşi ayının hücumundan sonra sağ qalmaq üçün 200 mil (320 km) məsafə qət etmişdir. Qlassın başına gəlmiş hadisələrlə bağlı bir neçə film çəkilmişdir. Bu hadisələrin doğruluq payı hər zaman müzakirə mövzusu olmuşdur.
Hyu Qrant
Hyu Qrant (ing. Hugh Grant; 9 sentyabr 1960[…]) — britaniyalı aktyor. Qrant, kino karyerası boyu ömürlük müvəfəqiyyətli karyerasına görə Fəxri Sezar mükafatı, Stenli Kubrik mükafatı və Piter Sellers adına mükafata layiq görülüb. Qrantın rol aldığı filmlər 2 milyarddan artıq gəlir əldə edib. == Karyerası == Qrant, kinoya ilk dəfə diqqətə Moris filmiylə gəlib. Filmdə canlandırdığı obraz ilə Venesiya Film Festivalında mükafata layiq görülüb. Dünyaca məşhurlaşması isə 4 Toy, 1 Dəfn filminin ardından oldu. Filmdəki roluna görə Qızıl Qlobus, BAFTA mükafatlarına layiq görüldü, həmçinin David di Donatello mükafatına namizəd göstərildi. Sonrakı il Hissiyyat və həssaslıq (1995) filmində rol aldı. Ən yaxşı filmə görə Oskar mükafatına namizəd göstərilən film bu mükafata namizəd göstərilən sayca üçüncü Hyu Qrant film idi.
Hür (Nəmin)
Hür (fars. حور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,141 nəfər yaşayır (644 ailə).
Irn-Bru
Irn-Bru (azərb. Ayn-Bru‎) — 1901-ci ildə Şotlandiyada yaradılmış sərinləşdirici içkilər istehsal edən A.G. Barr şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == Tarixi == 1901-ci ildə Şotlandiyanın Folkirk şəhərində, hazırlanmış yeni sərinləşdirici alkoqolsuz içkinin adı "Iron Brew" (azərb. Dəmir içki‎) qoyulur. Hal-hazırda Irn-Bru dünyanın 45 ölkəsində istehsal olunur.
Loren Hyu
Nou-hau
Nou-hau (ing. know how — bilirəm necə) və ya istehsalat sirri — 1)hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə; 2)texniki məsələni, yaxud digər məsələni, həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri. == Ümumi məlumat == Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük əldə etməyə imkan verir. Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi ölkələrdə bura pate ntlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir. == Tətbiq praktikası == Müəllif əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və nou-nou eyni anlayışlardır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qrü Neemiya
Qrü Neemiya (ing. Grew, Nehemiah; 26 sentyabr 1641, Vorvikşir qraflığı – 25 mart 1712[…], London) — bitkilərin anatomiyasının əsasını qoymuş ingilis botaniki. == Həyatı == 1641-ci ildə Aterstonda doğulub. 1712-ci ildə Londonda vəfat edib. == Qrü Neemiyanın əsərləri == Bitkilərin anatomiyası və inkişafı. — (ing. The Anatomy of Vegetables Begun), (1670). Bitkilərin fəlsəfi tarixi. — (ing. An Idea of a Philosophical History of Plants), (1672).
Hou İfan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
Xalid Hrub
Xalid Hrub (ərəb. خالد الحروب‎; 2 aprel 1964) — Fələstin akademiki, İslam Araşdırmaları Mərkəzinin baş elmi işçisi və Kembric Universitetində Kembric Ərəb Media Layihəsinin (CAMP) koordinatoru. O, həmçinin Qətərdə yerləşən Şimal-Qərb Universitetində Yaxın Şərqşünaslıq professorudur.
.hr
.hr — Xorvatiyanın internet kodu.
.hu
.hu — Macarıstanın internet kodu.
.ru
.ru — Rusiyanın internet kodu.
Lord-Hau adası
Lord Houv adası — Avstraliyaya aid ada. UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Lord-Hau silsiləsi
Lord-Hau silsiləsi — sualtı silsilə Sakit okeanın cənub-qərbindən başlayaraq şimal-qərbə istiqamətlənir. Yeni Kaledoniyanın şimal hissəsindən Çelencer platosuna, oradan isə Yeni Zelandiyanın cənubuna uzanır. Şimada Mərcan dənizindən başlayır. == Ümumi məlumat == Silsilənin formalaşması paleozoy dövrünə təsadüf edir. Uzunluğu 2500 km, eni 500 km-dir. Silsiləsin sahəsi 1 500 000 km² təşkil edir. Su səthindən olan dərinliyi 2500 – 1500 m arasında dəyişir.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Məhəmmədsalah хan
Muğanlı Məhəmmədsalah xan və ya Qalaqayınlı Məhəmmədsalah xan (fars. محمداصالح خان‎; d. 1741, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı – ö. 1815, Qalaqayın, Muğan mahalı) — Şirvan xanlığının Şahsevən elinə mənsub olan Muğan mahalının naibi. == Həyatı == Məhəmmədsalah xan tarix kitablarında Qalaqayınlı Məhəmmədsalah xan kimi tanınır. Cavad xanlığının hakimi Həsən xan Muğanlının əmisidir. == Fəaliyyəti == O dövrdə xanlıqlar diplomatik nikahdan istifadə edirdlər. O, öz qızları Xeyrənisəni Lənkəran xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Xanlar bəy adlı oğlanları, Nisə xanım və Zəhra xanım adlı qızları olmuşdur. Pəricahan xanım 1789-cu ildə ərə getmişdir.
Хok məscidi
Orta əsrlər zamanı Naxçıvan ərazisində özünəməxsus yeri olan sosial-siyasi və ideoloji mərkəzlərdən biri də Kəngərli bölgəsinin Xok kəndinin mərkəzində yerləşən Came məscididir. Daşdan və bişmiş kərpicdən inşa edilən məscidin binası yarandığı vaxtdan indiyədək keçən müddətdə müəyyən dağıntı və aşınmalara uğrasa da, bu günədək əsasən salamat vəziyyətdə gəlib çatmışdır. Məscidin həcmi, möhtəşəmliyi və s. əlamətləri təsdiq edir ki, bu məscid inşa edildiyi zamandan ticarət karvan yollarının üstündə yerləşən Xok kəndinin sosial-siyasi və ideoloji həyatında mühüm yer tutmuş, cəmiyyətin həyatında fəal rol oynamışdır. == Kitabələri == Bir sıra memarlıq abidələrində olduğu kimi bu məscidin də üzərində abidə haqqında müəyyən məlumatları özündə əks etdirən bir neçə kitabə vardır. Bu kitabələrdən biri məscidin şərqdən giriş qapısının sol yanında qoyulmuşdur. Dörd sətirdə, fars dilində boz daşa həkk edilmiş kitabənin mətnindən aydın olur ki, məscid binasının təmiri 1910-cu ildə, böyük çillədə başlamış, kiçik çillənin axırında, qış dövründə tamam olmuşdur. Kitabənin sonunda qeyd edilən 17 məhərrəm 1328-ci il tarixli miladi ilə 29 yanvar 1910-cu ilə müvafiq gəlir. Göründüyü kimi, Quranın "Allahın məscidlərini yalnız Allaha və axirət (qiyamət) gününə iman gətirənlər təmir edərlər" ayəsinə (IX surə, 18-ci ayə) uyğun olaraq Xok kənd məscidi 1910-cu ildə təmir etdirilmişdir. Təmir zamanı giriş qapısının başında daha iki ədəd kitabə qoyulmuşdur.
ИХР-388 aşqarı
Əbülfət хan Sarıcalı-Cavanşir
Əbülfət xan Cavanşir (az.-əski. ابوالفتح خان جاوانشیر‎, fars. ابوالفتح بیگ جوانشیر‎; v. 1839) — Azərbaycan sərkərdəsi, Cənubi Qafqazda Qarabağ xanlığının hakimi İbrahimxəlil xanın oğlu, 1804–1813-cü illərdə Rusiya–İran müharibəsinin iştirakçısı. O, türkəsilli Cavanşir tayfasından idi. Bir cariyənin oğlu olduğu üçün onun atasının qanuni varisi olmaq imkanı az olmuşdur. Zaman-zaman loyallığını Qacar dövləti ilə Rusiya imperiyası arasında dəyişdirən ailəsindən fərqli olaraq, o, ardıcıl olaraq Qacarları dəstəkləmişdi. O, müharibə başlayan zaman Qacar sülaləsinin vəliəhdi Abbas Mirzənin sərkərdəsi və məsləhətçisi olmuşdur. O, tezliklə Qafan və Meğri üzərində də nəzarəti ələ keçirmişdi. 1810-cu ildə Abbas Mirzə Əbülfət xanı Araz çayının cənub sahilində yerləşən Dizmar qalasına vali təyin etmişdi.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
XIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Хu Tsintao
Hu Cintao (çin 胡錦濤, 胡锦涛, Hú Jǐntāo; azərb. transkripsiya /hu: cintao/; 21 dekabr 1942) — Çin Xalq Respublikasının dövlət xadimi, 2003–2013-cü illərdə Çin Xalq Respublikasının sədri, 2002-ci il noyabr ayından 10 il müddətinə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, 2005-ci ilin mart ayından 2013-cü ilin 14 mart tarixinədək ÇXR Mərkəzi Hərbi Şurasının, 2004-cü ilin sentyabr ayından 2012-ci il 15 noyabr tarixinədək ÇKP MK Mərkəzi Hərbi Komitəsinin sədri.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Ю
Ю-Yu və ya Ü səslərinə ekvivalent Kiril əlifbası hərfi.(Ю: Böyük Hərf. Ю: Kiçik hərf) == Hesablama kodları == == Ədəbiyyatı == Карский Е. Ф. Славянская кирилловская палеография / отв. ред. акад. В. И. Борковский. — 2-е изд., факсимильное. — Л., М.(факс.): Из-во АН СССР; из-во "Наука" (факс.), 1928, 1979 (факс.). — С. 205–206. — 494 с. — 2700 экз.