Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəthi Burnaş
Fəthilisalam Burnaşev (tam adı: Fəthilisalam Zakir oğlu Burnaşev, Фәтхелислам Закир улы Бурнашев, Фатхелислам Закирович Бурнашев; təxəllüsü: Fəthi Burnaş, Фәтхи Бурнаш, Фатхи Бурнаш; 13 yanvar 1898, Kır Bikşege[d], Çuvaşıstan MSSR[d] – 1 avqust 1942 və ya 1946, Kuybışev) — tatar əsilli SSRİ dramaturqu, şairi, nasiri, publisisti, tərcüməçisi, teatr aktyoru və ictimai xadimi. == Həyatı == Fəthilisalam Zakir oğlu Burnaşev 13 yanvar 1898-ci ildə SSRİ-nin respublikalarından olan RSFSR-nın daxilindəki Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının Batır rayonunun Kır Bikşege kəndində anadan olmuşdur. O, Kazan şəhərinə köçmüş və mədrəsədə təhsil almışdır. 1919-cu ildə RKP (b) üzvü olmuşdur. Oktyabr inqilabından sonra yazıçı və ictimai xadim olaraq fəaliyyət göstərməyə başlamışdır. O bir neçə tatardilli qəzet və jurnallarının tərtbatçısı və redaktoru olmuşdur. Bunlardan biri də «Çayan» («Чаян», «Skorpion») jurnalıdır. Fəthi Burnaş Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, 1927–1928-ci illərdə Kazan şəhərindəki Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrının rəhbəri idi. Fəthi Burnaş 24 avqust 1940-cı ildə repressiyaya məruz qalmışdır.
Burgas
Burqas — Bolqarıstanda şəhər. Bolqarıstanın cənub-şərqində yerləşən Burqas ölkənin ən mühüm iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri və böyüklüyünə görə dördüncü şəhərdir. Burada ilk beynəlxalq hava limanı və Bolqarıstan ən yüksək trafik həcmi ilə busiest limanıdır. Balkan yarımadasında ən böyük kimya və neft emalı – Burqas rayonu ərazisində, şəhər şimal bir neçə mil və "Lukoil Neftochim" dir. Burgas inkişaf etmiş dəniz turizm mədəniyyət mərkəzidir. == Əhalisi == Əhalisi 206 min nəfərdir (2013). == Coğrafiyası == Qara dənizin Burqas körfəzi sahilindədir. Ölkənin ən iri dəniz portudur (yük dövriyyəsi 12,4 min. t; 2004). Dəmiryolları və avtomobil yolları qovşağı.
Burqas
Burqas — Bolqarıstanda şəhər. Bolqarıstanın cənub-şərqində yerləşən Burqas ölkənin ən mühüm iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri və böyüklüyünə görə dördüncü şəhərdir. Burada ilk beynəlxalq hava limanı və Bolqarıstan ən yüksək trafik həcmi ilə busiest limanıdır. Balkan yarımadasında ən böyük kimya və neft emalı – Burqas rayonu ərazisində, şəhər şimal bir neçə mil və "Lukoil Neftochim" dir. Burgas inkişaf etmiş dəniz turizm mədəniyyət mərkəzidir. == Əhalisi == Əhalisi 206 min nəfərdir (2013). == Coğrafiyası == Qara dənizin Burqas körfəzi sahilindədir. Ölkənin ən iri dəniz portudur (yük dövriyyəsi 12,4 min. t; 2004). Dəmiryolları və avtomobil yolları qovşağı.
Curcas
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Hurand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Jurnan
Jurnan (fr. Journans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-d’En kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01197. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 217 nəfər (15-64 yaş) arasında 161 nəfər iqtisadi fəal, 56 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,2%, 1999-cu ildə 73.9%). Aktiv 161 sakindən 153 nəfər (79 kişi və 74 qadın), 8 nəfər işsiz (5 kişi və 3 qadın) idi. 56 hərəkətsiz 16 nəfər arasında şagird və ya tələbə, 36 nəfər - təqaüdçü, 4 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Nurnus
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir. Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir. Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Turdaş
Turdaş — Rumıniyada neolit dövrünə aid arxeoloji mədəniyyət. Tapıldığı eyni adlı kəndin adı ilə adlandırılmışdır. Turdaş mədəniyyəti tayfaları ibtidai əkinçilik və maldarlıqla məşğul olmuş, koma və qazmalarda, sonralar yürüstü evlərdə yaşamışlar. Mikrolitlər, daş baltalar, mis əşyalar və gil qablara təsadüf edilmişdir. Ölülər yaşayış yerində dəfn olunmuşdur. Məskənlərin birində (Tartariya) üzərində şumerlərdən əvvəl Mesopotamiyada mövcud olmuş yazı işarələri olan 3 gil lövhə tapılmışdır.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Hurts
Hurts - Mançesterdən olan İngilis musiqi kollektivi. 2009-cu ildə yaranmışdı. Onların ilk iki albomu - Happiness və Exile Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Polşa və Finlandiyada 10 ən yaxşı albom sıralarına daxil olmuşdu. Qrupun adı 2 məna daşıyır: birincisi bu tezlik vahidinin ölçüsüdür (ürək sakit vəziyyətdə) təxminən 1 Herzt vahidində döyünür, maraqlısı elə odur ki, Herz sözü (alm. Herz‎) tərcümədə «ürək» deməkdir. İkincisi isə emosiya (ing. hurt — əzab, ruhi iztirab). Bundan başqa, Hurts adı yaxşı görünür və çox gözəl səslənilir. Musiqiçilərin özləri isə deyirlər ki, onlar emosional (Hurts) elektron (Hertz) musiqi yazırlar. Qrup bir çox sosial proektlərdə iştirak etmişdi.
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. == Söz açımı == "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. == Coğrafiyası və tarixçəsi == Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. == Quruluşu == Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
360 (jurnal)
360 — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" üçün nəzərdə tutulmuş videooyun jurnalı. İlk növbədə dörd həftədə bir nəşr olunan jurnal 2009-cu ildə üç həftəlik cədvələ keçid etmişdir. Jurnal 2012-ci ilin iyulunda "X360" nəşri ilə birləşməsindən sonra satışdan çıxarılmışdır. == X360 ilə birləşdirilmə == 7 iyun 2012-ci ildə "Imagine" şirkəti "360" jurnalının forumunda elan etmişdir ki, "360" və "X360" sonuncunun adı altında birləşdiriləcək. Yeni "X360" jurnalının birinci nömrəsi 11 iyul 2012-ci ildə satışa çıxarılmışdır.
Abacus (jurnal)
"Abacus" — Sidney Universitetinin Mühasibat Fondu adından "Wiley-Blackwell" tərəfindən nəşr olunan rüblük elmi jurnal. 1965-ci ildə yaradılmışdır. Baş redaktori Stüart Cons və Balcit K. Sidhudur. "Journal Citation Reports"a görə, jurnalın 2021 impakt faktoru 2.060-dır.
Abituryent (jurnal)
Abituriyent — dərgi == Haqqında == Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan "Abituriyent" jurnalı abituriyentlər, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materialların çap olunduğu rəsmi müntəzəm nəşrdir. Jurnal Respublika Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999-cu il tarixli, B171 saylı, Ədliyyə Nazirliyinin 16 sentyabr 1996-cı il tarixli, D 1567 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.
Akustiçeskiy jurnal
"Akustiçeskiy jurnal" — tamamilə akustikaya həsr olunmuş yeganə Rusiya akademik jurnalı. Jurnalda elmi icmallar, orijinal məqalələr, qısa ünsiyyətlər, redaktora məktublar, cari hadisələr və hadisələr haqqında məlumatlar dərc olunur. Nəşrlərin mövzularına fundamental və tətbiqi akustika məsələlərinin nəzəri və eksperimental aspektlərdə baxılması daxildir. Rusiya Elmlər Akademiyasının institutlarında, Rusiyada, eləcə də digər ölkələrdə universitetlərdə və elmi-tədqiqat təşkilatlarında aparılan elmi tədqiqatların nəticələri dərc olunur. Alimlər, aspirantlar, fizika fakültəsinin yuxarı kurs tələbələri, müəllimlər üçün nəzərdə tutulmuşdur. == Tarixi == Jurnal onun ilk baş redaktoru olmuş Nikolay Andreyevin təşəbbüsü ilə 1955-ci ildə yaradılmışdır. İldə 6 dəfə nəşr olunur (1972-ci ilə qədər ildə 4 dəfə çap olunurdu). Ali Attestasiya Komissiyasının elmi jurnallarının siyahısına daxildir.
Alçalı (Hurand)
Alçalı (fars. الچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (5 ailə).
Ampar (Hurand)
Ampar (fars. امپار‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (17 ailə).
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Aysel (jurnal)
Aysel — 2003-cü ildən 2017-ci ilə qədər fəalliyyət göstərmiş Azərbaycan qadın jurnalı.
Azərbaycan (jurnal)
Azərbaycan — Cənubi Qafqazda dövlət. Həmçinin aşağıdakı mənalara da gələ bilər: == Coğrafiya == Azərbaycan SSR — ZSFSR (1920–1936) və SSRİ (1936–1991) tərkibində mövcud olmuş sovet respublikası. Azərbaycan Xalq Cümhuriyyəti — 1918–1920-ci illərdə mövcud olmuş müstəqil Azərbaycan dövləti. Qərbi Azərbaycan — tarixi Azərbaycan, indiki Ermənistan ərazisi. Cənubi Azərbaycan — İranın şimal-qərbində tarixi bölgə. Şərqi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Qərbi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Azərbaycan Milli Hökuməti — Cənubi Azərbaycan ərazisində de-fakto müstəqil dövlət (1945–1946). Azərbaycan (tarixi ərazi) — tarixi Azərbaycan ərazisi. Azərbaycan (toponim) — müxtəlif dövrlərdə müxtəlif ərazilər və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim.
Ağbəraz (Hurand)
Ağbəraz (fars. اق براز‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 740 nəfər yaşayır (142 ailə).
Ağdərə (Hurand)
Ağdərə (fars. آغ‌دره‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Baku (jurnal)
"Baku" jurnalı — Moskva şəhərində nəşr olunan jurnal. Jurnalın baş redaktoru Leyla Əliyevadır. == Haqqında == "Baku" jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən "Baku" jurnalının ingilisdilli versiyası — "Baku International" nəşr edilməyə başlayıb.