JUDO
KABA
OBASTAN VİKİ
Dəbistan (jurnal)
"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal. == Haqqında məlumat == "Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır. "Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı: == Əməkdaşlar == Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər. Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur. == Jurnalda əks olunan mövzular == "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Evening (jurnal)
"Evening" (イブニング, Ibuningu) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən hər iki həftədən bir nəşr olunan seynen manqası jurnalı. Jurnal B5 formatında ağ-qara qəzet kağızı üzərində çap olunur, bir sayının qiyməti təqribən 800 ¥ (7 manat) olur. 2015-ci ildə jurnal 115.617 tirajla satılmışdır. 2010-cu ildə bu rəqəm 147.980, 2008-ci ildə 166.000 idi.
Forbes (jurnal)
Forbes — ABŞ-də iki həftədə bir nəşr olunan bir biznes jurnalı. 1917-ci ildə Şotlandiyadan ABŞ-yə köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Bruce'un da ölümündən sonra sırası ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir. Jurnalın bugünkü redaktoru William Baldwin, Nəşr etdirən isə Riçard Karlgaard'dır. Forbesin mərkəzi Nyu-Yorkda 5-ci Küçə adlanan yerdədir. Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. Steve Forbes və jurnalın bəzi yazarları Fox TV üçün Forbes on Fox və Forbes On Radio proqramlarını da hazırlamaqdadırlar. Forbesin internet saytı,Forbes.com özünü dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir.
Füyuzat (jurnal)
"Füyuzat" — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir. "Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
GEO (jurnal)
GEO — Səyahət tematikasına yönəlmiş beynəlxalq elmi-populyar jurnal. Əsası 1976-cı ildə Almaniyada qoyulmuşdu. Məqalələrin əsas mövzuları coğrafiya, tarix, mədəniyyət, etnoqrafiya, biologiya, psixologiya, astronomiya, səyahət, bioqrafiya və digərləridir. Əsas janr — reportajlardır. == Tarix == GEO jurnalının buraxılışı 1976-cı ildə Almaniyada, Hamburqda yerləşən «Gruner + Jahr» adlı nəşriyyat evində başlamışdı. 1979-cu ildə jurnal həmçinin Fransada, 1986-cı ildə isə İspaniyada da çap edilmişdi.
GMR (jurnal)
"GMR" — ABŞ və Kanada aylıq videooyun jurnalı. "Ziff Davis" tərəfindən nəşr olunurdu. "GMR" 2003-cü ilin fevralında fəaliyyətə başlamış, ilk vaxtlarda yalnız Electronics Boutique (EB) videooyun mağazalar şəbəkəsində satılmışdır. Jurnalın fəaliyyəti düz iki il davam etmişdir. Jurnal "Electronics Boutique" tərəfindən maliyyələşdirildiyi üçün "Gamestop" şirkəti "EB Games" ilə birləşdirildiksən sonra jurnalın dövriyyəsi dayandırılmışdır. Buna səbəb "Gamestop"un öz jurnalı olan "Game Informer" idi. == Ninja Gaiden qalmaqalı == "GMR" 2003-cü ilin avqust nömrəsinin çıxarılmasından sonra nüfuzuna xələl dəymişdir. Bu, zamanlar çox gözlənilən "Xbox" döyüş oyunu "Ninja Gaiden" üçün eksklüziv ilk resenziya kimi təqdim edilmişdir. Oyun nömrənin üz qabığında nümayiş etdirilmişdi və ona əla rəy verilmişdi, lakin çox keçməmiş, oyunun istehsalçısı onun buraxılışını 2004-cü ilin əvvəlinə qədər təxirə salmışdır. Beləliklə, "GMR" tərəfindən yayımlanmış resenziya oyunun istehsalda olan versiyasına əsaslandığı üçün etibarsız sayılmışdır.
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dəryal (jurnal)
Dəryal — ədəbi jurnal 1991-ci ildən Şimali Osetiyada nəşr olunur. Rübdə bir nəşr olunur. 1996-cı ildən bəri illik buraxılış planına xüsusi bir gənclik sayı (beşinci), 2004 -cü ildən bu günə qədər ildə 6 dəfə nəşr olunmuşdur. 2019-cu ildə ayrı bir gənclik mövzusu ənənəsi yenilənir. == Tarix və çağdaş dövr == "Daryal" 1991 -ci ildə 1931-ci ilin mayından nəşr olunan "Ədəbi Osetiya" almanaxını əvəz edir. Yeni jurnal ədəbi-bədii və ictimai-siyasi bir jurnal olaraq təyin edilir. Jurnala Şimali Osetiyada tanınmış yazıçı və publisist Ruslan Totrov rəhbərlik edir. Jurnal rus dilində nəşr olunur. Burada həm orijinal əsərlər, həm də osetin dilindən və Şimali Qafqazın digər dillərindən tərcümələri nəşr olunur. Əsasən Osetiya yazıçılarına aid olan nəsr, şeir, tənqidi və publisistik məqalələrlə yanaşı, jurnal osetiyalı incəsəntlə müsahibələr və əsərlərinin reproduksiyası da daxil olmaqla təsviri sənətlə bağlı materiallar dərc edir.
Edge (jurnal)
Edge — "Future Publishing" müəssisəsi tərəfindən oktyabr ayında 1993-cü ildə nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniya jurnallarından biridir. Jurnalda hər il müxtəlif mükafatlar təqdim edilir. "Edge" jurnalında çox az oyunlara böyük resenziya verilmişdir. Böyük resenziya verilənlər içərisində "Mario" video oyunları xüsusilə seçilir.
Emel (jurnal)
Emel jurnalı — Müstəcib Ülküsal və 9 dostu tərəfindən 1 yanvar 1930-cu ildə Rumıniyanın hakimiyyəti altında olan Cənubi Dobruca, Hacıoğlu Bazarcığda nəşr olunan bir mədəniyyət jurnalıdır. Jurnal Krım mübarizəsini türk və dünya ictimaiyyətinə çatdıran mühüm bir mətbuat orqanı idi. == Tarixi == İkinci Dünya müharibəsində almanların ruslarla imzaladığı müqavilələrdən sonra Rumıniyaya gəlmələri 11 il ara vermədən yayımlanan Emel jurnalının bağlanmağına səbəb oldu. Türkiyəyə yerləşən Ülküsal Müstəcib 20 illik fasilədən sonra 1960-cı il noyabrın 1-dən jurnalı Ankarada yenidən nəşr etməyə başladı. 1962-ci ilin noyabrından sonra jurnalın inzibati mərkəzi İstanbula köçdü. Daimi nəşrini, yeni nəsil Emelçilərin rəhbərliyi altında 1983-cü ildən 1998-ci ilə qədər, Ankarada 48 səhifəlik jurnal şəklində davam etdirdi. Emel Kırım Vəqfinin ümumi yığıncağında, Emel jurnalının 3 aylıq müddətdə 2008-ci ildə yenidən nəşr edilməsi qərara alındı. Jurnalın sahibi Emel Kırım Vəqfi adından Zəfər Qaratay, baş redaktoru isə Saim Osman Qaraxan idi. Emel jurnalının 2011-ci il sentyabr ayının 236-cı sayı ilə bir daha nəşr həyatını başa vurdu. 23 aprel 2015-ci ildə Saim Osman Qaraxanın ölümündən sonra İstanbul Krım Dərnəyinin nəşr orqanının baş redaktoru Özgür Qaraxan 2016-cı ildə bu vəzifəyə təyin edildi.
Geostrategiya (jurnal)
Geostrategiya — Azərbaycanda nəşr olunan aylıq ictimai-siyasi, elmi-publisistik jurnal. == Haqqında == Geostrategiya jurnalının təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi, baş redaktoru isə tarix elmləri doktoru, professor Əli Həsənovdur. Jurnal Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkənin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırır. Nəşrin hər nömrəsində Azərbaycanın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin, iqtisadiyyatının, karbohidrogen ehtiyatlarının təhlilinə yer verilir. Jurnalda neft və təhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması kimi aktual məsələlərə də diqqət ayrılır. Jurnal, əsasən, Azərbaycan dilində fəaliyyət göstərsə də, rusdilli auditoriyanın istəyi nəzərə alınaraq rus dilində də yazılar dərc edilir. Geostrategiya jurnalı Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərdəndir.
Glamour (jurnal)
Glamour — aylıq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1939-cu ildə ABŞ-də təsis edilmişdi. Jurnal əvvəlcə «Glamour of Hollywood» — Hollivud qlamuru. == Tarixi == ABŞ-də jurnalın oxuyucuların sayı 2,4 mln. nəfərdir. Birləşmiş Krallıq, ABŞ, Fransa, İtaliya, Almaniya, İspaniya, Rusiya, Yunanıstan, Niderland, Polşa, Macarıstan və Rumıniyada çap edilir. Jurnalın auditoriyası - 19-43 yaşlı qadınlar. Britaniyalı «Glamour» hər il «National Glamour Week» adlı festival keçirir. Cib formatlı Glamour jurnalı 1998-ci ildə İtaliyada icad edilib. == ABŞ redaktorları == Alice Thompson (1939–1941) Elizabeth Penrose (1941–1953) Nina Kyle (1953–1954) Kathleen Aston Casey (1954–1967) Ruth Whitney (1967–1998) Bonnie Fuller (1998–2001) Cynthia Leive (2001–indiyə qədər) == Jurnalın üz qabığı == Glamour jurnalının üz qabığında Kira Naytli, Qvinet Peltrou, Milla Yovoviç, Skarlet Yohansson, Keyt Bekinseyl, Cennifer Lopez, Naomi Uotts,Kayli Minouq, Eva Lonqoria, Fergie, Keyt Hadson, Sara Cessika Parker, Cessika Simpson, Qven Stefani,Kirsten Danst, Penelopa Kruz, Odri Totu, Natali Portman, Keyt Blanşett, Rene Zellveger,Nikol Kidman, Şarliz Teron, Lindsi Lohan, Mena Suvari, Keyt Uinslet, Liv Tayler, Drü Berrimor, Tatyana Sorokko, Kristina Agilera, Sienna Miller, Ancelina Coli və Enn Hetey, rusiyalı ulduzlar - (Alsu, Tina Kandelaki, Çulpan Xamatova, Alina Kabayeva, Mariya Şarapova, Yelena Dementyeva, Nataliya Vodyanova, Yelena Korikova, İngeborqa Dapkunayte, Anastasiya Zavorotnyuk, Kseniya Sobçak və Oksana Akinşina).
Göyqurşağı (jurnal)
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan “Göyqurşağı” Uşaq Jurnalı 2006-cı ilin oktyabr ayına kimi “Körpəm” adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. “Göyqurşağı” Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.
Göyərçin (jurnal)
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər. "Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur.
Hesabat (jurnal)
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. == Tarixi == Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
JJ (jurnal)
JJ (ジェイ・ジェイ, Cey Cey) – Kobunsha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. 1975-ci ildə "Josei Jishin" jurnalının əlavə buraxılışı kimi yaradılmışdır. Yaponiyada kollec tələbələri üçün nəzərdə tutulmuş ilk jurnaldır. Jurnalın oxucuları 17-26 yaşlarında olan qızlardır. "JJ" oxucularına mühafizəkar geyimlər tövsiyə edir. Bir çox fotomodel jurnalla əməkdaşlıq edir, lakin çoxu jurnalın ekslüsiv modeli deyillər. Model Ryoko Tanami tez-tez jurnalın 24-28 yaşlı qadınlar üçün nəzərdə tutulmuş "Classy" versiyasında görünür. Nisbətən daha yaşlı yeniyetmə qızlar üçün "JJ Bis" adlı versiyası da yaradılmışdır.
Kadın (jurnal)
Kadın (azərb. Qadın‎) — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı. == Tarix == 1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 26 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Asır Matbaası"nda nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu. Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Bab-ı Ali kitab mağazalarından biri olan "İkbal" və "Cemiyet" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi. Jurnalın redaksiya heyəti əsasən "Genç Kalemler" redaktorlarından ibarət idi.
Kimlik (jurnal)
== Haqqında == Kimlik – müstəqil aylıq elmi-kütləvi jurnal. Baş redaktoru: Sirus Azadi Elmi məsləhətçi Məsul katib: Fotoqraf: Tiraj: 1000 nüsxə Redaktordan: Dərginin adını "Kimlik" seçməyimiz heç də təsadüfi deyil. Uzun əsrlər axtarışında olduğumuz əsas mövzu milli kimliyimiz olmuşdur. Tarixin gedişi sırasında Türk düşmənləri tərəfindən bizim millətə qarşı aparılan assimilyasiya siyasəti və bu yolda tariximizin, dilimizin ədəbiyyatımızın, incəsənətimizin, folklorumuzun, yer adlarımızın və milli kimliyimizin təhrif olunmasında bütün güclərini işə salmışlar. Bu gün əgər biz varıqsa və hələ də Türk Ulusu olaraq aradan getməmişiksə, bunun səbəbi yalnız bu yolda mücadilə aparmağımız deyil. (Çünki bizlərə edilən zorakılıq, müstəmləkə, həm də şovinist siyasətinin nəticəsində özümüzdən uzaqlaşdırılmışıq.) Bəlkə dilimizin, ədəbiyyatımızın və tariximizin zənginliyindən və çox dərin köklərinin olmasından xəbər verir. "Kimlik" dərgisi olaraq, düşünürük ki, bu vasitə ilə dünyanın müxtəlif ölkələrində yaşayan və məskən salan bütün Türk ölkələri və topluluqları arasında, "Milli Kimliyimiz" üzrə maariflənmə və əlaqələndirmə işində bir körpü olaq. Təbii ki, bu yolda çalışan yalnız biz deyilik. Çoxlu kitablar, dərgilər, qəzetlər, məqalələr və s. Türk soydaşlarımız tərəfindən dərc olunur və yayımlanır.
Kirpi (jurnal)
"Kirpi" (jurnal) — Azərbaycanda nəşr olunan satirik karikatura jurnalı. == Məlumat == "Kirpi" satirik jurnalı 1952-ci ildən çıxır. "Molla Nəsrəddin" ənənələrini davam etdirmək, cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tutması "Kirpi"nin əsas iş prinsipi olub. Jurnal uzun illər rüşvətxorların, el malını dağıdanların, mədəniyyətimizə biganə qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə mübarizə aparmışdır. == Redaktorlar == Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev, Eyvaz Borçalı və Polad Qasımov ardıcıllıqla "Kirpi" jurnalına redaktorluq etmişlər. == Əməkdaşlar == Cəsarətli yazıları ilə oxucuların rəğbətini qazanmış S.Vurğun, S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev, İ.Şıxlı, Ə.Vahid, N.Arif jurnalla yaxından əməkdaşlıq etmişlər. == Rəssamlar == Jurnalın əsas rəssamları: baş rəssam Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Ümid Hüseynov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elçin, Hafiz Nəsiroğlu, Vəfa Allahyarova. 1952-ci ildə "Kirpi" satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. "Kirpi" jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir.
Kitabçı (jurnal)
"Kitabçı" jurnalı — 2014-cü ilin martından rəngli çap olunan aylıq jurnal. == Haqqında == Jurnal Türkiyənin İstanbul şəhərindəki MEGA Basım Mətbəəsində yüksək çap üsulu ilə nəşr olunur. "Kitabçı" jurnalı məzmunu və formatı etibarilə yenilikçi bir sənət və ədəbiyyat dərgisidir. Jurnalın ilk nömrəsində yaradıcılıq nümunələri yer almış müəlliflər sırasında müasir Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı gəncləri vardır. == Heyəti == "Kitabçı" jurnalının baş redaktoru şair Səlim Babullaoğludur. Jurnalın şef-redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli, redaktor-koordinator yazıçı Fərid Hüseyndir. Jurnalda çağdaş ədəbiyyat və sənət mühitinin istedadlı imzaları - Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli kimi yazarların imzası var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtilə "Press fakt" kimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur yaxından iştirak edir. Jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan, Yaponiya kimi ölkələrdən daimi yazı yazanların olacağı nəzərdə tutulur. == İstinadlar == == Həmçinin bax == Səlim Babullaoğlu == Xarici keçidlər == ""Kitabçı" jurnalının yeni sayı gəldi" (az.).
Kurikulum (jurnal)
"Kurikulum" elmi-metodik jurnalı — Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuş mətbu orqanı. == Haqqında == "Kurikulum" elmi-metodik jumalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuşdur. Jurnalın təsis olunması yeni kurikulum sənədlərinin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətlərinin müəllimlərə, metodistlərə, məktəb rəhbərlərinə, təhsil orqanlarının əməkdaşlarına ətraflı izah olunması, onların bu prosesə elmi-metodik və psixoloji hazırlığının təmin edilməsi ilə bağlıdır. Eyni zamanda təhsil işçilərinə elmi-metodik köməyi gücləndirmək, gələcəkdə kurikulumların təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq, ölkəmizdə və xaricdəki qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək də bu jurnalın ümdə vəzifəsidir. Jurnalın redaksiya heyətinə görkəmli alimlər, tanınmış təhsil mütəxəssisləri, kurikulum sahəsində böyük təcrübəyə malik xarici ölkə mütəxəssisləri daxildir. 2008-ci ilin yanvar ayında jurnalın ilk nömrəsi çapdan çıxmışdır. Jurnal ildə 4 dəfə, 154 səhifə həcmində çap olunur. Jurnalda yeni kurikulumların tətbiqi sahəsində qabaqcıl iş təcrübələrinə, təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, fənn kurikulumları əsasında müasir dərslik və dərs vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, təhsildə IKT-nin tətbiqi ilə bağlı təbliğat, maarifləndirmə və tədqiqat xarakterli məqalələr dərc olunur. Bunlarla yanaşı, jurnal müəllim və şagirdlər üçün müxtəlif vəsaitlər, o cümlədən metodik vəsaitlər və didaktik materiallar işləyib hazırlayır, müvafiq təhsil resurslarının yaradılması işində fəal iştirak edir. Jurnal ilk nömrəsindən başlayaraq müəllimlər arasında geniş populyarlıq qazanmış, onların yaxın köməkçisinə çevrilmişdir, aktual və maraqlı elmi-metodik məqalələr, müəllimlərin təlim fəaliyyətinə aid rəngarəng praktik materiallar çap etməklə ölkə müəllimlərinin böyük bir hissəsini vahid auditoriyaya toplayır, onların islahatın tələbləri əsasında yenidən hazırlanması işində böyük xidmət göstərir.
Kəlniyyət (jurnal)
"Kəlniyyət" jurnalı (az.-əski. کل نیت‎) — 1912–1913-cu illərdə Bakıda həftədə iki dəfə nəşr olunan satirik jurnal. == Haqqında == "Kəlniyyət" jurnalının ilk nömrəsi 1912-ci il may ayının 24-də Bakıda nəşr edilmişdir. Jurnalın müdiri Hacı İbrahim Qasımov, imtiyaz sahibi isə Seyid Hüseyn Sadiq idi. Jurnal Orucov qardaşları mətbəəsi və "Kaspi" tipolitoqrafda çap olunmuşdur. Məzhəkə məcmuəsi idi. 8 səhifəli, şəkilli, satira və karikatura jurnalı olub. "Kəlniyyət" 1912-ci ildə 31 nömrə çıxmış, 1913-cü ilin fevral ayının 10-da isə 6-cı nömrəsindən sonra bağlanmışdır. Cəmi 37 nömrəsi çıxmışdır. Jurnalın naşiri və redaktoru == Fəaliyyəti == Jurnalın birinci səhifəsində böyük şriftlərlə "Kəllə" sözə verilmişdir.
Kəşkül (jurnal)
"Kəşkül" (az.-əski. کشکول‎) — 1883–1891-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş jurnal, daha sonra qəzet. == "Kəşkül" jurnalı == "Ziyayi-Qafqaziyyə" qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə 1883–1891-ci illərdə ədəbi və siyasi jurnal olan "Kəşkül" jurnalı (daha sonra qəzet) nəşr olunub. === Təsisçi === Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə"nin redaktoru Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə "Ziya" qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi. Sözsüz ki, onu bu jurnalı nəşr etməyə də qardaşı sövq edib. Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Ünsizadə 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərtilə "Kəşkül" adlı məcmuə nəşr etməyə icazə istəyir. C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onun mədəni yüksəlişinə və tərəqqisinə təkan verir.
Leylək (jurnal)
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Eldar İsmayılov (jurnalist)
Eldar İsmayılov Xankişi oğlu (1948, Ağdam) — Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı və təhsili == Eldar İsmayılov 9 yanvar 1948-ci ildə Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəb illərində təsviri incəsənət, musiqi, poeziya sahələrində istedad və bacarığı ilə diqqəti cəlb edib. Üzeyir Hacıbəyov adına Ağdam Orta Musiqi Məktəbində təhsil alıb, qiyabi yolla Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Bir müddət Ağdam Şəhər 2 saylı Orta Məktəbdə rəsm və musiqi müəllimi işləyib. 1966-cı ilin oktyabr ayından 1977-ci ilədək Ağdamda çıxan "Lenin yolu" qəzeti redaksiyasında müxbir işləyib. Elə həmin ildən Azərbaycan Televiziyası ilə sıx əməkdaşlığa başlayıb, uzun illər televiziya efirində bir-birindən maraqlı, çoxsaylı süjet və proqramları ilə çıxışlar edib. 23 fevral 1979-cu ildə Azərbaycan SSR Dövlət Teleradio Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbiri təyin edilib, 1991-ci ilin oktyabrına kimi bu vəzifədə çalışıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, həm də "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakinski Raboçi", habelə Moskvada nəşr edilən "Selskaya jizn", "Sovetskaya kultura", "Komsomolskaya pravda" qəzetlərində, həmçinin SSRİ-nin Mərkəzi Teleradiosunda çoxmilyonlu oxucuların və seyrçilərin görüşünə gəlib.1988-ci ildən Xankəndindən məcburi köçkündür.
Elm Tarixi (jurnal)
Elm Tarixi "History of Science" (jurnal) — Azərbaycan Respublikasında nəşr edilən beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalı. Müxtəlif elm və sahələrin tarixi, inkişafı, təsviri və elmi ixtira və kəşfləri haqqında elmi məqalələr qəbul və nəşr edir. == Jurnal haqqında == History of Science jurnalı 19/09/2018-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4196 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "elmlərin tarixi, təsnifi və təsviri" haqqında fənlərarası elmi jurnaldır. Jurnal həmçinin №12300 şəhadətnamə və 17/C-11838-21 nömrəsi ilə AR ƏMA-də qeydiyyatdan keçmişdir.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
Elm uşaq jurnalı
Elm uşaq jurnalı - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı Yanvar 1998-ci ildən etibarən çıxarmağa başladığı və uşaqlara görə olan aylıq bir jurnaldır. Məqsədi uşaqlara elmi sevdirməkdir. 1999 ilə 2000 illərində müəyyən mövzularda fotoşəkil çəkər vermişdir. 2001-ci ildə Təbiət Kartları vermiş, 2002-ci ildən itələyibərənsə bunun yerini hər mövzuda kartlar götürmüşdür. Jurnal hal-hazırda 64 səhifədir. Ayrıca jurnalın köhnə ədədləri (1999-2005) cildlənərək TÜBİTAK Məşhur Elm Kitabları Satış Bürosunda satılmaqdadır. Bu jurnalın çıxmağa başlamasından 2 il əvvəl, 1996 və 1997 illərində Elm və Texniki jurnalıyla birlikdə əlavə olaraq 16 səhifəlik "Elm və Texniki Uşaq" verilirdi. Elm Uşaq TÜBİTAKin yeni logo 102. sayı(İyun 2006)ndan etibarən istifadə etməyə başlamışdır. 20 may 2008 tarixində Medyatava.com adlı saytın etdiyi araşdırmaya görə 83.730 tirajla Türkiyənin ən çox satılan jurnalı olmuşdur.
Elm və həyat (jurnal)
Elm və həyat — Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir. == Tarixi == Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb. "Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlər maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmayıb. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb. Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Elm və texnika jurnalı
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Elm və texniki jurnalı
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Elman Babayev (jurnalist)
Elman Məmmədov (jurnalist)
Elman Telman oğlu Məmmədov (15 may 1950, Düdəngə, Noraşen rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Şərurun səsi qəzetinin baş redaktoru. == Həyatı == Elman Məmmədov Şərur rayonunun Düdəngə kəndində sadə bir kəndli ailəsində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini Düdəngə kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olur. === Ailəsi === Ailəli olub (həyat yoldaşı 2013-cü ildə vəfat edib), 2 oğlu (1-i 2016-cı ildə vəfat edib), 2 qızı, 10 nəvəsi, 2 nəticəsi var. == Əmək fəaliyyəti == 1966-cı ilin sentyabr - 1967–ci ilin fevral ayına qədər Rayon pambıqtəmizləmə zavodunda fəhlə; 1967–ci ilin fevral – 1967–ci ilin oktyabrına qədər Düdəngə kəndində Dimitrov adına kolxozun üzvü; 1968-ci ilin oktyabr – 1970-ci ilin mart ayına qədər "İşıqlı yol" qəzetində mürəttib; 1970-ci ilin mart – 1971-ci ilin dekabr tarixinə kimi "İşıqlı yol" qəzetinin mətbəəsində çapçı; 1971-ci ilin dekabr – 1974-cü ilin may ayına qədər "İşıqlı yol" qəzetində çapçı və briqadir; 1974-cü ilin may – 1975-ci ilin avqustuna qədər "İşıqlı yol" qəzetində ədəbi işçi; 1975-ci ilin avqust – 1992-ci ilin sentyabr ayına qədər "İşıqlı yol" qəzetinin şöbə müdiri; 1992-ci ilin sentyabr ayından hal-hazırkı vaxta qədər "Şərurun səsi" qəzetinin baş redaktoru. == Mükafatları == 4 may 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülmüş; 21 iyul 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuş; 21 iyul 2010-cu ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adı verilmişdir.
Elmi jurnalistika
Elmi əsərlər (jurnal, AMEA İqtisadiyyat İnstitutu)
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ildə 6 dəfə nəşr olunan elmi jurnaldır. Jurnalın baş redaktoru AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini f.e.n., dos. Mayis Gülaliyev, məsul katib isə Gülnarə Məmmədovadır. Beynəlxalq Standart Seriya nömrələri: Çap nəşri üçün: ISSN 2519-4909 Onlayn versiyası ücün: E-ISSN 2519-4917 == Jurnal barədə == Regional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən 2008-ci ildə təşkilatın "Elmi Əsərlər" jurnalı təsis edilmişdir. Əsasən iqtisadçı alimlər, doktorant və dissertantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər bütün əməkdaşlar tərəfindən aparılan tədqiqatların nəticələrinin toplandığı bu nəşrdə, həmçinin İnstitut tərəfindən həyata keçirilən müxtəlif tədqiqat layihələrinin nəticələri də işıqlandırılır. AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı resenziyalı elmi jurnaldır. Ölkə daxilində və eyni zamanda beynəlxalq miqyasda bu sahədə rəqabətliliyin artırılması, həmçinin Azərbaycanın və dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanır və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alinmışdır.
Elxan Əliyev (jurnalist)
Əliyev Elxan Hacıağa oğlu — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı və fəaliyyəti == Elxan Hacıağa oğlu Əliyev 24 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1949-cu ildə musiqi məktəbini, 1950-ci ildə isə orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra təyinatla göndərildiyi Şahbuz rayon gəzeti redaksiyasında məsul katib kimi işə başlamışdır. 1957-ci ildə o, "Şərq qapısı" qəzetində işləməyə göndərilir və 1965-ci ilədək redaksiyada məktublar, mədəni-məişət və kənd təsərrüfatı şöbələrinin müdiri kimi fəaliyyət göstərir. Bu arada o, SSRİ Jurnalistlər İttifaqının üzvü olur. 1965-ci ildən 1972-ci ilədək Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktor vəzifəsində, 1972-1974-cü illərdə isə Azərbaycan KP Naxçıvan şəhər Komitəsi şöbə müdiri vəzifəsində çalışır. Jurnalistika sahəsində zəngin təcrübəyə malik olduğu, işgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1974-cü ilin mart ayında Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin olunur. Elə həmin il o, Ulya Noraşen seçki dairəsindən Naxçıvan MSSR Ali Sovetinə deputat seçilir. 1989-1992-ci illərdə o, jurnalist fəaliyyətinə qayıdaraq Naxçıvan Muxtar Respublikasının "Şərq qapısı" qəzetinin baş redaktor müavini vəzifəsində işləmişdir.
Film Fiction (jurnal)
Film Fiction – Azərbaycanda ilk elektron kino jurnalıdır. 2011-ci ildən yayımlanır. == Tarix == Jurnal 2011-ci ildə Turizm Universitetinin tələbəsi Fuad Alqayev, rejissor Mətləb Muxtarov və rejissor Şahin Xəlil tərəfindən təsis edilib. Jurnalın ilk sayı 2011-ci ilin sentyabrından yayınlanmağa başlamış, 2021-ci ilin sonuna qədər 10 il ərzində 40-dan çox buraxılışı oxuculara təqdim olunmuşdur. Daha çox sənət kinosunun təbliği ilə məşğul olan jurnalda bu illər ərzində peşəkarlarla yanaşı onlarla həvəskar çalışmışdır. Fəaliyyət dövründə yüzlərlə məqalə ilk dəfə Azərbaycan dilinə çevrilib. Dünya kinosu ilə yanaşı Azərbaycan kinosuna da yer verilib. Qısa zaman ərzində yüzlərlə oxucu auditoriyası ilə ölkənin ən çox oxunan jurnalları siyahısında birincilərdən olub. “Film Fiction” 2012-ci ildə “Ölməzdən öncə izləməli olduğunuz 111 film” ensiklopedik kitab layihəsinin təsisçilərindən biri olub. 2018-ci ildə jurnalın facebook səhifəsi “ən yaxşı facebook səhifəsi” nominasiyasında MİLLİ NET laureatı olub.
Fizika, riyaziyyat və informatika tədrisi (jurnal)
Fizika, riyaziyyat və informatika tədrisi — 1954-cü ildən XX əsrin 80-ci illərinədək "Fizika və riyaziyyatın tədrisi" adı ilə dərc olunub. 1990-cı ildən 2000-ci ilə qədər çap olunmayıb. 2000-ci ildən "Fizika, riyaziyyat və informatika tədrisi" adı altında çap olunur. == Yaranma tarixi və fəaliyyəti == 1954-cü ildən nəşr olunmağa başlamışdır. Bu məcmuə "Azərbaycan məktəbi" jurnalına əlavə kimi ildə dörd dəfə buraxılırdı. İlk nəşrindən başlayaraq jurnalda fizika və riyaziyyat fənlərinin tədrisində çətinliyi olan mövzuların öyrədilməsinə aid metodist-alimlərin məqalələri çap olunmuşdur. Məcmuədə qabaqcıl müəllimlərin də məqalələrinə yer ayrılmışdır. Fizika və riyaziyyat fənləri üzrə olimpiadaların nəticələri də jurnalın səhifələrində yer almışdır. XX əsrin 70-ci illərindən məcmuəyə yeni bölmələr daxil edildi. "Metodika" bölməsində ümumi məsələlərə aid materiallar, "İş təcrübəsi" bölməsində qabaqcıl müəllimlərin məqalələri, "Sinifdənxaric işlər" bölməsində digər materiallar nəşr olunmuşdur.
Füyuzat jurnalı
"Füyuzat" — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir. "Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
Fəlsəfə məsələləri (jurnal)
Fəlsəfə məsələləri (rus. «Вопросы философии») — elmi-nəzəri və fəlsəfi jurnal. 1947-ci ilin iyul ayından Moskvada nəşr olunur.
Fəlsəfə və sosial-siyasi elmlər (jurnal)
Fərəc Fərəcov (əməkdar jurnalist)
Fərəc Fərəcov (azərb. Fərəcov Fərəc Rza oğlu;‎1947, Yaycı, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikası əməkdar jurnalist == Həyatı == Fərəc Fərəcov 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. === Təhsili === 1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. === İctimai-siyasi fəaliyyəti === 7 il Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb, onun təşəbbüsü ilə "Muxtar respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist" kitabları çap olunub. Ədəbi fəaliyyəti ilə yanaşı, muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. İkinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci cağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Значение слова в других словарях