Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
HALE
HALE, "High Altitude Long Endurance" sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Hill
Hill — soyad. Con Hil — ingilis botaniki. Mildrid Ceyn Hill — "Good Morning to All" ( "Hamınızın sabahı xeyir") mahnısını bəstələyən Silent Hill Kennet Hill — Avstraliya botaniki.
Hillə
Hillə (ərəb. الحلة‎) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər. Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir. == Tarixi == Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər. Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü.
Hulə
Hulə regionu və ya Hulə düzənliyi (ərəb. الحولة‎ əl-Ḥūlə) — Suriyanın Homs bölgəsində Homs şəhərinin şimalında bir neçə kənddən ibarətdir. May 2012-ci ildən etibarən Hulə ərazisi mülki əhalinin böyük bir qırğın yeri olmuşdur və Azad Suriya Ordusu və Suriya Silahlı Qüvvələri arasında mübarizə davam edib.
Nile
Xilə
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Əmircan Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Hiley
Hiley (q.yun. Ὑλεὺς) — qədim yunan mifologiyasında Kalidoniya qaban ovunda iştirak edən qəhrəmanlardan biri. Ovçular vəhşi heyvanı mühasirəyə alan zaman Hiley və Ankey onun tərəfindən öldürülmüşdür.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cü ildə yaradılmışdır. == Toponimikası == Hil oykonimi, sadə. Qusar rayonunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Hil-hil oyunu
Hil-hil oyunu — Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. == Ümumi məlumat == Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən, özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir. Bu barədə dəqiq fikir demək çətindir. Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. == Oyunun qaydaları == Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun. Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir.
Eqon Şile
Eqon Şile (alm. Egon Schiele‎; 12 iyun 1890[…] – 31 oktyabr 1918[…], Vyana, Avstriya-Macarıstan) — Avstriya rəssamı. == Həyatı == Eqon Şile 12 iyun 1890-cı ildə anadan olmuşdu. Ekspressionist Eqon Şile XX əsrin məşhur rəssamı olub. O da seksual təsvirlərlə xeyli məşhurluq qazanıb. Bildirilir ki, o, 17 yaşlı modellə birlikdə həbs olunub. Şile erotikaya baş vuran ilk rəssamlardan biri olub. Eqon Şile 31 oktyabr 1918-ci ildə Vyanada vəfat edib.
Hale Asaf
Hale (Salih) Asaf (1905, Konstantinopol – 31 may 1938, Paris) — gürcü və adıq mənşəli Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu. == Həyatı == Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi. İstanbuldakı özəl fransız litseyini bitirmişdir, burada ingilis və fransız dillərini öyrənmişdir. 1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. == Tərcümeyi Halı == Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə qətliamı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə soyqırımı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Jargon file
Jargon File — proqramçı slenqindən ibarət sözlük. Haker slenqinə və haker mədəniyyətinə aid 2300 söz və icmal məqalələrdən ibarətdir. İlk tərtibçi Rafael Finkel (Raphael Finkel) olmuşdur. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kapitol Hill
Capitol Hill ABŞ Konqresinin metaforası olsa da, Vaşinqton şəhərində ən böyük tarixi məhəllədir. Geniş küçələri ilə Capitol adlı ABŞ Konqres Binasının önündən şərqə doğru uzanır. Vaşinqtonun ən qədim məhəllələrindən biri olsa da, 5 km² ərazisində təxminən 35.000 əhalisi ilə ən sıx məskunlaşılan məhəllələrdən biridir.
Kennet Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. == Əsərləri == Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Koopa-hime
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı. Trend jurnalistlərin diqqətini cəlb etmişdi və bunun uzunömürlülüyü onları təəccübləndirmişdi. Onlar düşünürdülər ki, bu trendin ömrünün belə uzun olmasına personajın xarici görünüşü və cəlbedici olması çox təsir göstərmişdir.
Meleqet hili
Mile Nedelkoski
Mile Nedelkoski (mak. Миле Неделкоски; 25 iyul 1935, Pirlepe – 21 iyun 2020, Skopye, Skopye), Makedoniyalı şair, yazıçı, hekayə və dramaturq.